Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə51/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   47   48   49   50   51   52   53   54   ...   228

 

 

183 



 

420. Aişə 



rəvayət edir ki, Peyğəmbər  sübh namazının azan və iqaməsi 



arasında iki xəfif rükət namaz qılardı”. (Buxari 619, Muslim 724/91, 1716)  

 



 

421. Aişə 



 rəvayət edir ki, Peyğəmbər  sübh namazından əvvəl qıldığı iki 

rükət (nafilə namazını) o qədər qısa qılardı ki, mən (öz-özümə): “Görəsən o əl-

Fatihə surəsini oxudumu?” deyərdim.” (Buxari 1165, Muslim 1717) 

 





 

422.  Aişə 

  demişdir:  “Peyğəmbər    nafilə  namazlarından  heç  birini  sübh 



namazının  sünnəti

39

 kimi  davamlı  qılmamışdır.”  (Buxari  1163,  1169,  Muslim 



724/94, 1719) 

 

 

 

Fərz Namazlarından Sonra Və Qabaq Ratibə Namazlarının 

Fəziləti Və Onların Ədədlərinin Bəyanı 

 

  



 

423. İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    ilə  bərabər Zöhr  namazından 

əvvəl  iki,  Zöhr  namazından  sonra  iki,  Məğrib  namazından  sonra  iki,  İşa 

namazından sonra iki, Cümə namazından sonra iki rükət namaz qıldım. Lakin 

Məğrib və İşanı evdə”. (Buxari 1172, Muslim 729/104, 1732)  

 

 

 

Nafilə Namazının Oturaraq Və Ya Ayaq Üstə Qılınmasının 

Həmçinin Bəzi Rükətləri Ayaq Üstə Və Bəzilərini Oturaraq 

Qılmağın İcazəli Olması 

                                                

39

 Söhbət sübh namazından qabaq qılınan iki rükət sünnət namazından gedir. 




 

 

184 



 

 



424.  Aişə 



rəvayət  edir  ki,  mən  Peyğəmbəri    gecə  namazlarında 



yaşlanmadıqca  oturaraq  namaz  qıldığını  görmədim.  Yaşlandığı  zaman 

oturaraq qılardı. Surədən otuz və ya qırx ayə qaldığı zaman ayağa durar, onu 

da bitirib rukuya gedərdi”. (Buxari 1148, Muslim 731/111, 1738)  

 

 



425.  Möminlərin  anası  Aişə 

  rəvayət  edir  ki,  o,  Peyğəmbərin    (gecə 



namazını)  oturduğu  vəziyyətdə  qıldı.  (Yaşlandıqda)  o,  oturmuş  vəziyyətdə 

(namaza başlayıb) surələri oxuyar və rüku etmək istədikdə, ayağa qalxıb otuz 

və  ya  qırx  ayə  oxuduqdan  sonra  rüku,  dha  sonra  səcdə  edərdi.  Sonra  ikinci 

rükətdə (birinci rükətdə) etdiklərini eyni ilə təkrar edərdi, namazı bitirdikdən 

sonra (mənə tərəf) baxardı, mən oyaq olsaydım, mənimlə söhbət edər, yatmış 

olsaydım,  o  da  uzanıb  yatardı  (yan  üstə  uzanardı).”  (Buxari  1119,  Muslim 

731/112, 1739)  

 

 

 

Gecə Namazı Və Peyğəmbərin Gecə Neçə Rükət Qıldığı, 

Vitrin Tək Rükət Olması Və Bir Rükət Qılınmasının Səhih 

Olması 



 

426.  (Bir  dəfə)  Aişədən 



:  “Peyğəmbər    ramazan  ayında  necə  namaz 

qılardı?” deyə soruşdular. O dedi: “Peyğəmbər  nə ramazanda, nə də başqa 

bir ayda (gecələr) on bir rükətdən artıq namaz qılmazdı, (əvvəlcə) dörd rükət 

qılardı  ki,  bu  rükətlərin  (necə)  gözəl  və  (nə  qədər)  uzun  olduğu  barədə  heç 



 

 

185 



soruşma. Sonra (yenə) dörd rükət qılardı ki, bu rükətlərin (necə) gözəl və (nə 

qədər) uzun olduğu barədə heç soruşma. Sonra da üç rükət qılardı.” Aişə 

 

davam edib dedi: “Mən: “Ey Allahın elçisi, vitr namazını qılmamış yatırsan?” 



deyə  soruşdum.  O  buyurdu:  “Ey  Aişə,  mənim  gözlərim  yatsa  da,  qəlbim 

yatmır.” (Buxari 1147, 2013, Muslim 738/125, 1757) 

 





 

427.  Aişə 

  demişdir:  “Peyğəmbər    gecə  on  üç  rükət  namaz  qılardı,  vitr 



namazı  və  sübh  namazının  sünnəti  də  buna  daxil  idi.”  (Buxari  1140,  Muslim 

737/123, 1754) 

 





 

428.  (Bir  dəfə)  Aişədən 

  soruşdular:  “Peyğəmbər    gecə  namazını  necə 



qılardı?”  Dedi:  “Gecənin  əvvəlində  yatar,  axırında  qalxıb  namaz  qılar,  sonra 

yenidən  yatağına  uzanardı.  Müəzzin  azan  verdiyi  zaman  qalxar  və  lazım 

gələrdisə  qüsl  edər,  yoxsa  dəstəmaz  alıb  (namaza)  çıxardı.”  (Buxari  1146, 

Muslim 1762) 

 





 

429. Məsruq rəvayət edir ki, mən Aişədən 

: “Peyğəmbərin  ən çox sevdiyi 



əməl  hansı  (əməl)  idi?”  deyə  soruşdum.  O:  “Davamlı  olan  (əməllər)”  deyə 

cavab  verdi.  Mən  soruşdum:  “(Peyğəmbər    gecə  namazını  qılmaq  üçün)  nə 

vaxt  yuxudan  oyanardı?”  Dedi:  “Xoruzun  səsini  eşidəndə  durardı.”  (Buxari 

1132, 6461, Muslim 1764) 

 

 

430.  Aişə 



 Peyğəmbəri    qəsd  edib  demişdir:  “O,  mənim yanımda  yatmış 

ikən səhər açılardı.” (Buxari, 1133) 

 



 



 

 

186 



431.  Aişə 

  demişdir:  “Peyğəmbər    vitri  gecənin  müxtəlif  saatlarında 



qılırdı. Son vaxtlar isə bu namazı sübh çağına yaxın bir vaxtda qılardı.” (Buxari 

996, Muslim 745/136, 1770) 

 

 

 

Gecə Namazının İki-İki Qılınması Və Vitr Namazının İsə 



Gecənin Sonunda Bir Rükət Qılınması 

 



 



432.  İbn  Ömər    rəvayət  edir  ki,  bir  nəfər  Peyğəmbərdən    gecə  namazı 

barəsində  soruşdu.  Peyğəmbər    buyurdu:  “Gecə  namazı  iki  rükət-iki  rükət 

qılınır  və əgər  sizdən  biriniz səhərin  açılacağından  ehtiyat  etsə,  qoy  bir  rükət 

də qılsın. Bu onun qıldığı namazların (sayını) təkləşdirər.” (Buxari 990, Muslim 

749/145, 1782) 

 



 

433.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Elə  edin  ki,  gecə 



qıldığınız namazların axırıncısı vitr olsun!” (Buxari 998, Muslim 751/151, 1791) 

 

 

 

Gecənin Axırı Dua Və Zikr Etməyə Rəğbətləndirmək Və O 

Zaman Duaların Qəbul Olması 

 



 

434.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Uca  və  Ulu 



Rəbbimiz hər gecənin axır üçdə birində dünya səmasına enir və buyurur: “Kim 

Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən diləyir ki, 

Mən də ona dilədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu 

bağışlayım?!” (Buxari 1145, 7494, Muslim 758/168, 1808) 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə