Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə42/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   38   39   40   41   42   43   44   45   ...   228

 

 

150 



Sarmısaq, Soğan, Kəvər Və Ya Bunlara Oxşar Bir Şey Yeyib 

(Məscidə Gəlməyin) Qadağan Olması

 

 

 



331.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    Xeybər  döyüşündə  demişdir: 

“Qoy  bu  bitkini  yeyənlər  –  Yəni  Sarımsaq  -  məscidlərimizə  gəlməsinlər”. 

(Buxari 853, Muslim 561/68, 1276)  

 

 



332. AbdulƏziz deyir ki, bir kişi Ənəsdən  soruşdu: “Sən sarımsaq barəsində 

Peyğəmbərdən    nə  eşitmisən?”.  Ənəs:  “Qoy  bu  bitkini  yeyənlər  –  Yəni 

Sarımsaq  -  məscidlərimizə  yaxınlaşmasındar  və  ya  bizimlə  namaz 

qılmasınlar”. (Buxari 856, Muslim 562/70, 1278)  

 





 

333.  Cabir  İbn  Abdullah    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Qoy 



sarımsaq  və ya soğan  yeyən  adam  bizdən  uzaq dursun  və  ya  məscidimizdən 

uzaqlaşsın  və  evində  otursun!”.  Cabir:  “Bir  dəfə  Peyğəmbərə    bir  qab  təzə 

tərəvəz  gətirdilər.  Peyğəmbər    tərəvəzin  (xoşagəlməz)  qoxusunu  duyub 

(onun nə olduğunu) soruşdu. Qabda olan tərəvəzlərin (adlarını) ona dedilər. O 

da  yanında  duran  əshabələrdən  birini  göstərib:  “Bunu  ona  verin”  deyə 

buyurdu. Əshabə (onun yemədiyini) görəndə bu tərəvəzdən yemək istəmədi. 

Onda o buyurdu: “Ye, (mənə baxma), çünki mən sənin söhbət edə bilmədiyin 

(mələklərlə) gizli söhbət aparıram.” (Buxari 855, 7359, Muslim 564/73, 1281) 

 

 

 

Namazda Səhv Və Buna Görə Səhv Səcdəsinin Edilməsi 

 



 

 

151 



 

334.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Namaza  nida 

(azan)  edildiyi  zaman şeytan  azanı  eşitməmək  üçün yel  buraxa  buraxa  qaçar. 

Azan  bitdiyi  zaman yenidən  qayıdar.  Namaza  İqamə  edildiyi  zaman  yenə  də 

üz çevirərək  qaçar. İqamə  bitdiyi  zaman yenidən  gələr  və:  “Filan şeyi  xatırla, 

Filan  şeyi  xatırla!”  deyərək  (namaz  içində)  insanın  ağlında  olmayan  şeyləri 

xatırladar. Nəhayət insan neçə rükət qıldığını bilməz.Sizdən biriniz neçə rükət 

– üç, yoxsa dörd rükət qıldığını bilmədiyi zaman oturaraq iki dəfə səcdə etsin”. 

(Buxari 1231, Muslim 389/83, 1295)  

 

 



335.  Abdullah  İbn  Buheynə    rəvayət  edir  ki,  Peyğəmbər    bizə  namazların 

birində  iki  rükət  qıldırdı.  Sonra  (birinci  təşəhhüd  üçün)  oturmadan  ayağa 

qalxdı.  Cəmaat  da  onunla  birlikdə  ayağa  qalxdılar.  Rəsulullah  namazını 

tamamladıqda bizlər salam verməsini gözlədiyimiz an salam vermədən əvvəl 

Allah  Əkbər  dedi  və  oturduğu  halda  iki  səcdə  etdi  və  sonra  salam  verdi”. 

(Buxari 1224, Muslim 570/85, 1297) 

 

 



 

336. Abdullah İbn Məsud  rəvayət edir ki, bir dəfə Peyğəmbər  namaz qılıb 



salamları  verdikdən  sonra  ondan  soruşdular:  “Ey  Allahın  elçisi,  namazda  nə 

isə  bir  dəyişiklikmi olub?”  O:  “Nə olub  ki?”  deyə soruşdu.  (Əshabələr):  “Sən 

namazı filan cür, filan cür qıldın” dedilər. Onda o, dizlərini yerə qoyub üzünü 

qibləyə çevirdi və iki dəfə səcdə etdikdən sonra (yenidən) salam verdi. Üzünü 

bizə  tərəf  çevirdikdə  isə  dedi:  “Hərgah  namazda  bir  şey  baş  versəydi,  bu 

haqda mən sizə mütləq xəbər verərdim. Lakin mən də sizin kimi bir insanam, 

sizin kimi mən də unuduram. Odur ki, unutsam, yadıma salın və əgər sizdən 

birinizdə qıldığı namazına dair şübhə oyanarsa, qoy daha düz olana meyl edib 




 

 

152 



namazını  tamamlasın  və  salamları  versin,  sonra  da  iki  dəfə  (əlavə)  səcdə 

etsin.” (əl-Buxari 401, Muslim 572/89, 1302) 

 

 

337.  Əbu  Hureyra    rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbər    bizə  Zöhr 



namazını  qıldırdı.  O  bizə  iki  rükət  qıldırdıqdan  sonra  salam  verdi.  Bundan 

sonra  məscidin  girəcəyində  olan  ağac  parçasına  əlini  söykədi.  (Məsciddəki) 

camaatın  arasında  Əbu  Bəkr    və  Ömər    də  var  idi.  (Lakin)  onlar 

Peyğəmbərə    söz  deməkdən  çəkindilər.  Tez  getmək  istəyənlər  məscidin 

qapılarından çıxdılar və: “Namaz qısaldı” dedilər. Camaatın arasından qolları 

uzun olduğu üçün Peyğəmbərin Zul-Yədeyn deyə bir nəfər də var idi. (Həmin 

adam): “Ya Rəsulallah, unutdunmu? Yoxsa namaz qısalmışdır?” deyə soruşdu. 

Peyğəmbər:  “Mən  (heç  nə)  unutmamışam,  namaz  da  qısaldılmayıb?”  dedi. 

Onlar:  “Bəli,  unutdun  Yə  Rəsulullah!”.  Zul-Yədeyn  doğru  dedi.  Sonra  qalxıb 

iki  tükət  qldılar  və  salamı  verdilər.  Bundan  sonra  o:  “Allahu  Əkbər”  deyib 

səcdəyə getdi və həmişəki qədər, yaxud bir az da uzun müddət səcdədə qaldı. 

Sonra başını qaldırıb: “Allahu Əkbər” dedi. Sonra yenə: “Allahu Əkbər” deyib 

səcdəyə getdi və həmişəki qədər, yaxud bir az da uzun müddət səcdədə qaldı. 

Sonra başını qaldırıb: “Allahu Əkbər” dedi. Sonra salamları verdi. (Buxari 482, 

1229, 6051, Muslim 573/97, 1316)  

 

 

 

Tilavət Səcdəsi 

 

 



338. İbn Ömər  demişdir: “Peyğəmbər  içində səcdə ayəsi olan (hər hansı bir) 

surəni  oxuyub  səcdə  edər  və  biz  də  onunla  birlikdə  səcdə  edərdik.  Hətta  elə 

olurdu  ki,  bizlərdən  bəzisi  alnını  qoymağa  yer  tapa  bilmirdi.”  (Buxari  1075, 

1079, Muslim 575/103, 1323)  

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə