“Xalq qəzet”.-2013.-7 fevral.-N 28.-S.4.
Ala qarğa
Yaxud şəhvətpərəst keşişin bağışlanan günahı
Müasir dövrümüzdə milli-etnik münaqişələrin çözülməsi istiqamətində konfliktoloqlar
tərəfindən müxtəlif məzmunlu layihələr işlənib hazırlanır və dünyanın bir sıra bölgələrində sülh və
əmin-amanlıq yaratmaq üçün bu layihələrin tətbiqi ilə millətlər arasında barış mühitinin bərpa
olunmasına cəhdlər göstərilir. Dünya praktikasında münaqişə tərəflərinin qarşılıqlı güzəştləri
qəbul etməsi üçün həmin millətlərdən olan kreativ intellektualların yaradıcı ideyalarından da
dəfələrlə istifadə olunması və bəzi hallarda bunun doğrudan da səmərəli olması faktları da
məlumdur.
Əkrəm Əylislinin əsəri ətrafında ajiotaj yarananda ağlıma gələn ilk fikir yazarın məhz belə bir cəhddə
bulunduğunu düşünərək, sadəcə azsaylı oxucu tərəfindən düzgün anlaşılmaması ehtimalı oldu. Onun "ala
qarğa" kimi görünüb "ucuz şöhrət" dalınca qaçmaq cəhdlərini hələ ötən əsrin 70-ci illərində yeniyetmə
yaşlarımda ikən oxuduğum əsərlərindən sezmişdim. O zamanlarda dövrün senzurası ilə bədii yaradıcılığa
qoyulmuş qaydalardan biri də bədii əsərdə erotik məzmunlu təsvirlərə yol verilməməsi idi. Bu senzuranı
dəf edərək əsərində yüngülcə bir səhnəni təsvir etməyə müvəffəq olan yazarların həmin əsərləri dərhal
maraq yaradır və onların daha geniş kütlə tərəfindən oxunmasına səbəb olurdu. Bu qəbildən olan yazarlar
yalnız "ala qarğa" kimi başqalarından nəiləsə fərqlənməklə geniş oxucu auditoriyasının diqqətini cəlb edə
bilirdilər. Bir sıra sovet yazıçıları, o cümlədən Əkrəm Əylisli və Maqsud İbrahimbəyov kimiləri də bu
üsuldan yararlanaraq əsərlərinə ötəri populyarlıq gətirməyə nail ola bilmişdilər.
Həmin dövrdə çox fərqli janrlarda yazan Anar, Elçin Əfəndiyev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri,
Əlibala Hacızadə kimi bir sıra yazarların əsərləri beyinlərə, şüurlara və qəlblərə işləyə bilməsi ilə geniş
oxucu kütləsi tərəfindən həvəslə oxunurdusa, Əkrəm Əylisli və Maqsud İbrahimbəyov kimi yazarların
əsərləri də məhz içərisindəki yarım və ya bir səhifəlik erotik səhnələrin təsvirindən doğan maraq xatirinə,
xüsusən də çoxsaylı yeniyetmələr tərəfindən oxunurdu. Əsərlərinin az qala hər sətri beyinlərə birdəfəlik
həkk olunan birincilərdən fərqli olaraq, ikincilərin yazdıqları bir az öncə qeyd etdiyim səhnələrin
məzmunu istisna olmaqla, dərhal unudulur və bu əsərlərin hansısa ümumbəşəri və ya həyati
əhəmiyyətindən nəinki danışmaq, hətta bu barədə düşünmək belə heç kimin ağlına gəlməzdi. Mən də
bütün oxucular kimi, həmin əsərləri oxuyub elə o zamanda da unutmuşam. Yaddaşımın kifayət qədər iti
olmasına əminliyimə baxmayaraq, hətta yeriyə və gəzə bilmədiyim yaş dövrümün də müxtəlif
epizodlarını asanlıqla xatırlaya bilsəm də, Əkrəm Əylislinin 70-ci illərdə oxuduğum kitablarında o zaman
hiss etdiyim bu "ucuzluqdan" başqa əhəmiyyət kəsb edən hər hansı bir epizodu xatırlamıram. Ona görə də
sosial şəbəkələrdə sürətlə yayılmağa başlayan reaksiyaları müşahidə edə-edə bir anlığa Əkrəm Əylislinin
həvəslə özünə yaratdığı "ala qarğa" imicini xatırladım və onun ahıl yaşda, bəlkə də sonuncu dəfə "ucuz
şöhrət" ovuna çıxdığını güman edərək nə vaxtsa bu əsəri də oxuyub kənara atacağımı düşündüm.
Cəmi bir neçə saat sonra Əkrəm Əylislinin televiziya müsahibəsini izləyərkən aparıcının suallarına
verdiyi qeyri-müəyyən cavablar, gözlərindən yağan çaşqınlıq və hiyləgərlik, hətta aparıcının oxucular
adından səsləndirdiyi iradlara qarşı "minnətli" cavabları məni təəccübləndirdi və hətta narahat etməyə
başladı. Şərhlərində hansısa bir qeyri-səmimiliyin olduğu açıq-aşkar sezilirdi. Bu məni həmin gecəni
yatmayıb sözügedən romanı birnəfəsə oxumağa məcbur etdi. Bilgisayarda haqqında danışılan əsəri
tapanda nə qədər sevinmişdimsə, az sonra o qədər də təəccüb və təəssüf hissi məni boğmağa başladı.
Əsərin lap əvvəlində qeyri-normal adam fizionomiyasında təsvir olunan "azərbaycanlı" Nüvarişin
guya məşhur teatr aktyoru olması, amma buna rəğmən hadisələrin gedişində onu heç kimin tanımamasını,
ömrü boyu aktyorluq etmiş bir sənətkarın öz fikrini aydın ifadə edə biməməsini, eləcə də həddən artıq
nevroz vəziyyətdə olan "azərbaycanlı" həkim Fariz Fərzaninin ətrafda baş verənlərdən guya böyük
sarsıntı keçirdiyi halda, həm də zarafat etməsini bədii üslubda "şərtilik" məfhumunun ayağına yazaraq
bunun çox uğursuz bir təsvir olduğuna təəssüf etdim. Lakin bu qədər səs-küy yaratmış yazının üslub
xüsusiyyətlərini təhlil etmək fikrini beynimdə dərhal arxa plana keçirib, bu təsvirlərin nə ilə davam
edəcəyini öyrənməyə və yazının mahiyyətini anlamağa tələsdim. Lakin bir sətirdən digərinə keçdikcə
bayaqkı təəssüf hisslərim heç gözləmədiyim, rastlaşacağıma inanmaq istəmədiyim təəccüb və qəzəblə
əvəzlənirdi. Oxuduqca fikrim Əkrəm Əylislinin qəhrəmanlarının sərsəmləmələrindən ayrılaraq onun
özünün üzərinə keçir, bunları qələmə alarkən onun nələr düşündüyünü xəyalımda canlandırmağa
çalışırdım. Sətirləri gözlərimlə qaça-qaça oxusam da, artıq hətta oxuduğumu belə anlamağa çətinlik çəkir,
lakin necə olursa-olsun, hər bir cümləni diqqətlə oxuyub anlamaq üçün yenidən özümü toplamağa
çalışırdım. Ömrümdə ilk dəfə idi ki, kitab oxumaqdan zövq almaq əvəzinə əzab çəkdiyimi hiss etdim! Bu
əzab bu qədər məşəqqətlərdən və ölümlərdən keçmiş bir millətin içindən birisinin çıxaraq birdən-birə
hamının bildiyi həqiqətləri bütün topluma baş-ayaq tərzdə təqdim etməsini anlaya bilməməkdən doğan
acı təəssüf əzabı idi. Yalnız əsəri oxuyub qurtarandan sonra bu müddət ərzində vücuduma hakim kəsilən
hissiyyatın bu yazının xəyanət olduğunu, riyakar bir məqsədlə qəsdən edildiyini qəbul etməkdən doğan
qəzəb və nifrət olduğunu başa düşdüm. Nifrət və qəzəb üçünsə kifayət qədər əsas vardı! Belə ki, müxtəlif
zamanlarda zori balayan, silva kaputikyan kimi manyak erməni təxribatçıları tərəfindən türklərə və
azərbaycanlılara qarşı irəli sürülən böhtan və iftiralardan yoğrulmuş bütün iddialar bu əsərdə
cəmləşdirilmişdir. Ən dəhşətlisi isə Əkrəm Əylislinin bunları məhz "azərbaycanlı" kimi təqdim etdiyi
personajların dilindən səsləndirməsidir.
Əsər başlayar-başlamaz guya Nüvarişin "ermənilər yox, bizlər pisik" deyərək erməni xislətini
tərifləməsi, 30 il Moskvada yaşayıb son 3 ildə Azərbaycana qayıtmış həkim Fariz Fərzaninin guya bu
vəhşilikləri görüb vətənə dönməsindən peşmançılıq çəkməsi adamı vahiməyə salır. Yanlış anlamayın,
mən əsərdə cərəyan edən hadisələr qarşısında yox, yazıçının saxta fantaziyası qarşısında olan vahimədən
danışıram.
Müəllifin "azərbaycanlı" kimi təqdim etdiyi əsas personajlar - Saday Sadıqlı, Nüvariş Qarabağlı,
doktor Abasəliyev, doktor Fərzani və Əylis kəndində yaşayan, epizodik təsvirlərdə rast gəlinən kənd
adamlarıdır. Lakin onların heç birinin öz hərəkətləri, davranışları ilə azərbaycanlıya xas olan, hamı
tərəfindən tanınan xüsusiyyətləri daşımaması da adamı şaşırır. Axı, bunlar bizim azərbaycanlılarımız
deyil! Belə təsəvvür yaranır ki, Əkrəm Əylisliyə ermənilərlə azərbaycanlıların yerini sanki qəsdən
dəyişdirməklə məhz bunun doğura biləcəyi anlaşılmazlıq və ajiotaj lazım imiş! Burada azərbaycanlı kimi
təsvir edilən personajların hamısının davranışı, düşüncələri, münasibətləri bütünlüklə ermənilərə xas olan
xüsusiyyətləri daşıyır. Məsələn, Əkrəm Əylislinin "ziyalı azərbaycanlısı" səhər tezdən acqarına iki qədəh
konyak içərək özünə gəlir və yalnız bundan sonra ətrafı adekvat qavramağa başlayır. Və ya "...ermənilər
kimi mədəni, ədalətli, zəhmətkeş insanlar dünyanın heç yerində yoxdur" deyərək ömrü boyu guya erməni
taciri Zəkəriyyənin qeydlər apardığı gündəliyi axtaran doktor Abasəliyev obrazı zori balayan, silva
kaputikyan kimi avantürist araqarışdıranların çox uğurlu prototipi olduğuna baxmayaraq Əkrəm Əylisli
onu məhz "azərbaycanlı" kimi təqdim edir və onun dilindən Azərbaycan xalqına iftiralar və hədyanlar
yağdırır. Ən maraqlısı və komik olan isə odur ki, əsərin sonunda Abasbəylinin tapdığı və ölüm ayağında
can verən kürəkəni Saday Sadıqlıya oxuduğu "sehrli" gündəlikdə göstərilən tarixlərdə buralarda hələ
ermənilərin izi-tozu da yox idi. Belə həyasız bir saxtakarlığı öz əsərində təqdim etməklə Əkrəm özünü bir
az öncə adlarını çəkdiyim erməni psixopadları ilə eyni cərgəyə qoyur!
Yəqin ki, ən azı 75 illik mənfur həyatı boyunca Bakıda gecə bordellərinin məhz erməni "qreta"larının,
"janna"larının mənzillərində təşkil olunduğunu və orada əsl şəhvətin dadını heç bir millətə xas olmayan
məharətlə hiss etdirməyi bacaran gənc erməni qızlarının xidmət göstərməsi ilə ermənilərin özlərinin də
həmişə fəxr etdiyini hamı kimi Əkrəm Əylisli də bilirdi. Amma bunu bilə-bilə, Şahqacar adlı bir
azərbaycanlının Şuşadan Bakıya köçərək guya erməni qonşusu Qreta Sarkisovnanı öz evindən çıxararaq
onun mənzilində "bordel" açması kimi əxlaqsız bir səhnəni uydurmağa Əkrəmi nə vadar etmişdir?
Ümumiyyətlə, azərbaycanlılara təbiətən yad olan ən çirkin xüsusiyyətləri soydaşlarımız kimi təqdim
etdiyi obrazlarda cəmləşdirən müəllif sanki ömründə heç vaxt heç bir azərbaycanlı ilə rastlaşmayıb və
onda azərbaycanlı məişəti, mədəniyyəti, bu xalqın mənəvi-əxlaqi dəyərləri haqqında heç bir təsəvvür
olmayıbmış. Min illərlə ölçülü-biçili həyat tərzi formalaşdırmış bir xalqın, belə davranışın ən azı mənəvi
cəhətdən tabu sayıldığı bir cəmiyyətin nümayəndəsini "bordel təşkilatçısı" rolunda təsvir etmək arzusu və
cəhdi onun ağlına necə gəlmişdi?
Xalq Cəbhəsindən hər kim istəsə nəinki "makar" və ya "kalaşnikov", hətta pulemyot belə ala bilməyin
mümkünlüyünü iddia edən Əkrəm Əylisli görəsən özü də "vəhşi azərbaycanlılardan" qorunmaq üçün
silah-sursat almışdımı və ya heç olmasa bu iftiraları təsdiq edə bilən bircə nəfər şahidi varmı? Zamanında
xalqın azadlıq mübarizəsində öz tarixi rolunu oynamış milyonların hərəkatına və xalqımızın tarixinə qara
yaxmaqda Əkrəm Əylislinin məqsədi nə imiş?
Xalqın azadlıq mübarizəsində zərrəcə xidməti və əməyi olmamış bir nadanın cəbhədə öz canını qurban
etmiş milli qəhrəman atasını - xalq şairi Xəlil Rza Ulutürkü "sərsəm bir mağara adamı" (Ə.Ə-nin ifadəsi)
kimi təsvir etməsi hansı bədii üsluba və etik çərçivəyə sığır. Görəsən, Əkrəm olmasaydı, belə bir
şərəfsizliyi öz üzərinə götürən ikinci birisi tapılardımı?
Düzlük, ədalət mücəssəməsi kimi canlandırmağa cəhd etdiyi Saday Sadıqlı obrazının dili ilə tez-tez
"Bıvşiy" və "Nıneşnıy" epitetləri ilə eyham etdiyi "Xozyain" və ya "Pervıy" şəxsin "xalqın mənliyini və
ləyaqətini əlindən aldığını" iddia edən Əkrəm Əylisli özü "xalq yazıçısı", "əməkdar incəsənət xadimi"
adlarını, "Şöhrət" və "İstiqlal" ordenlərini öz mənliyini və ləyaqətini sataraq aldığını etiraf edirmi bu
əsərdə? Əsərin əvvəlindən sonuna qədər huşu özünə qayıtmayan və azacıq da olsa özünə gələn kimi
"Eçmiədzin" pıçıldayaraq xaç çevirməyə cəhd edən, lakin sona qədər buna nail olmayan Saday Sadıqlının
prototipi Əkrəm Əylislidirsə, niyə ona Azərbaycanın fəxri adları və ordenləri veriləndə onlardan imtina
etməmişdi? Hətta Sumqayıt hadisələrinin "Xozyain" tərəfindən təşkil olunması ehtimalını öz obrazının
dilinə gətirən Əkrəm Əylisli Sumqayıt hadisələri ilə bağlı aparılan istintaqın nəticələrindən xəbərsiz ola
bilərdimi? Əlbəttə, yox! Buna baxmayaraq belə bir fərziyyəni ortaya atmağın kimlərin arzusuna uyğun
olduğunu başa düşmək və bunun nə məqsədlə ortaya atıldığını anlamaq Azərbaycan oxucusu üçün heç də
çətin deyil.
Bütün əsrlərdə Azərbaycana səfər etmiş əcnəbilərin dinindən, irqindən, milliyyətindən asılı olmayaraq
bütün insanların bu ölkədə dünyanın heç bir yerində rast gəlinməyən unikal bir tolerantlıq şəraitində
yaşadığını etiraf və təsdiq etdiyi hamımıza və bütün dünyaya yaxşı məlumdur. Buna baxmayaraq guya
"cahil və vəhşi nardaranlıların" az qala "Saday Sadıqlı kimi gözəl bir insanı" öldürəcəyini təsvir etməsi
Əkrəm Əylislinin xəstə təxəyyülünün məhsulu deyilmi? Bu ölkədə vəhşi müsəlman fanatiklərinin
yaşadığını iddia edən Əkrəm Əylisli təkcə erməniləri tərif etmir, o sətirarası ifadələrində
azərbaycanlılardan başqa bizi əhatə edən bütün millətlərə - farslara və xüsusən də ruslara rəğbətini izhar
edir. Guya uzun illər Moskvada yaşamış və "heç bir psixoloji disharmoniya hiss etməmiş" doktor Fərzani
yenicə əməliyyat etdiyi Saday Sadıqlıya "bir daha bu vəhşilərin əlinə düşməməyi" arzulayır, Moskvadakı
evini bakılı bir rusla dəyişdirib öz vətəninə köçməsini isə "həyatının ən bağışlanmaz səhvi" hesab edir.
Əkrəm Əylisli bilmirmi ki, Rusiyada hər il qeyri-millətlərə mənsub olan yüzlərlə insanın skinhedlərin,
neo-faşistlərin, millətçilərin əlində vəhşicəsinə öldürüldüyünü heç ruslar özü də inkar etmir. Bugünün
özündə Rusiyada yaşayan hansı millətlərin nümayəndələri özlərini Azərbaycandakı kimi təhlükəsiz hiss
edə bilir ki, onun qəhrəmanı belə fikirləşsin.
Əkrəm Əylislinin "ziyalı azərbaycanlıları" həmin dövrdə azadlıq mübarizəsinə qalxmış xalqın Bakı
küçələri ilə keçərək "Azadlıq", "İstefa" və "Qarabağ" şüarları səsləndirməsini "ibtidai icma quruluşu
zamanı yaşamış insanların ov səhnəsinə" bənzədir. O öz personajlarının dili ilə bu primitiv insanların
cəmi bir neçə söz bildiklərini iddia edir ki, bu da "Qarabağ", "Azadlıq", və "İstefa" sözləri imiş. Onlar -
yəni Əkrəmin "azərbaycanlı ziyalıları" nəyə görəsə bu şüarların mənasını və bu adamların nə istədiklərini
başa düşə bilmirlər. Bəs görəsən ibtidai dövrün insanları hesab etdiyi bu kütlənin də bildiyi cəmi bir neçə
sözü başa düşməyən Əkrəm Əylisli özü hansı dövrün insanabənzəridir ki, "Qarabağ", "Azadlıq" və
"İstefa" sözlərinin mənasını anlaya bilməmişdir.
Ermənilərin guya lap qədimlərdən Əylisdə cənnət guşəsi yaratdığını, türklərin isə gəlib bu cənnəti
darmadağın etdiyini və "məsum erməni xalqını" qılıncdan keçirdiyini iddia edən Əkrəm Əylisli göstərir
ki, "buna baxmayaraq, ermənilər öz millətini və Allaha olan etiqadını qoruyub saxlaya bilmişlər".
Dünyanın bütün elmi mərkəzləri tərəfindən, o cümlədən bir çox erməni tarixçiləri tərəfindən Qafqaz
ərazisində yerləşən Alban kilsələrinin bir qisminin rus çarının üzərində bugünədək möhürü və imzası
saxlanılan məlum qərarı ilə buralara köçürülmüş ermənilərin istifadəsinə verildiyinin dəfələrlə təsdiq
olunmasına baxmayaraq, Əkrəm Əylislinin bu kilsələr haqqında "öz həqiqətləri" varmış. Əylis kəndini
ermənilərin "Məkkə" və "Mədinə"si hesab edən Əkrəm Əylisli, Vuraqırd kilsəsinin günbəzindən süzülüb
gələn günəş şüalarını "Allahın təbəssümü" adlandırmaqla erməni yaltaqlığında və təəssübkeşliyində ən
mənfur ermənilərin özlərini belə ötüb keçməyə müvəffəq olmuşdur.
Əsərin bütün fəsillərində Əylisdə vaxtilə 12 erməni kilsəsinin mövcud olduğunu və sonradan
müsəlmanların onlardan dördünü tamamilə dağıdıb yer üzündən sildiyini iddia edən Əkrəm Əylisli bir az
da uzağa gedərək ümumiyyətlə Şumer mədəniyyətinin mövcudluğunu tanımadığını dilə gətirir. Belə çıxır
ki, az öncə "ibtidai insanların" (yəni azərbaycanlıların) səsləndirdiyi "Azadlıq" şüarını anlamayan Əkrəm
Əylisli burada artıq həyasızlıq edərək yüz illərlə aparılan araşdırmalar nəticəsində Şumer mədəniyyətini
bir sıra müasir mədəniyyətlərin mənbəyi hesab edən dünya tarixçilərinin hamısı ilə mübahisəyə girişir.
Ta qədimdən ermənilərin "böyük mədəniyyətə" malik olduğunu dəfələrlə gözə soxmağa çalışan
müəllif hər cür vəchlə Əylisi bu mifik erməni mədəniyyətinə bağlamağa çalışır, lakin bütün Yer kürəsində
onun kökünü tapa bilmədiyindən onu Parisə və İstanbula bənzətməli olur. İddia edir ki, guya buradakı
kilsələrə görə Əylisi gah "balaca Paris", gah da "balaca İstanbul" adlandırmışlar. Bu məntiqlə bir gün
Əkrəm və onun kimi erməni sərsəmləri Parisin və İstanbulun da erməni ustalar tərəfindən tikildiyini iddia
edəcəklərinə şübhəniz olmasın.
Saday Sadıqlının uşaqlıq dostları Babaşın və Camalın hələ uşaq yaşlarında ikən sünbül toplamaqdan
və məktəbdən asudə vaxtlarında birlikdə oynadıqlarını təsvir edərkən müəllif özü də sanki fərqinə
varmadan onları ehmalca kilsələrin divarları üzərinə gətirir və guya bu çocuqların iş-gücünün elə Daş
kilsənin divarları üzərindəki mərmər heykəlləri və Vanq kilsəsinin üzərindəki daş xaçları sındıraraq
erməni izlərini itirməkdən ibarət olduğunu göstərir. Beləliklə, Əkrəm Əylisli son iki əsr ərzində erməni
saxtakarların Alban kilsələrinin başına gətirdiyi vandalizmi Əylis küçələrində oynayan azyaşlı
azərbaycanlı uşaqların adına yazmaqdan belə utanmır!
Bu bədnam əsərin hər cümləsindən yox, hətta hər bir sözündən Əkrəm Əylislinin azərbaycanlılara və
türklərə bəslədiyi kin və nifrət süzülüb axır. Onun üfunətli daxilindən axıb gələn bu çirkabın içində hətta
türklərlə azərbaycanlıları qarşı-qarşıya qoymaq cəhdi də özünü açıq-aydın göstərir. Belə ki, Əylis sakini
Nübarın dilindən guya 1919-cu ildə Əylisə gələrək erməniləri güllələmiş Adif bəyə lənət yağdıran Əkrəm
Əylisli bu epizodu da uydurmaqla guya burada yaşayan azərbaycanlıların məhz erməniləri qırdıqlarına
görə türklərə nifrət bəslədiyini iddia edir. 1918-19-cu illərdə təkcə Əylisdə yox, Azərbaycanın demək olar
ki, bütün bölgələrində erməni quldurları tərəfindən azərbaycanlılara qarşı törədilən qətliamların qarşısını
türk ordusu almadımı? Bu qardaşlıq dəstəyinə görə Azərbaycanda özünü ulu türk millətinə və türk
ordusuna borclu saymayan bircə nəfər tapmaq mümkündürmü? Bu ki, balacadan böyüyə hamının bildiyi
sadə bir həqiqətdir. Bütün dünyaya bəlli olan bir həqiqəti belə bir həyasızlıqla təhrif etməyə nə ad vermək
olar?
Əkrəm Əylislinin təsvirinə görə, Əylisin hər bir küçəsində, hər bir evin üzərində "lənətə gəlmiş Adif
bəyin" silahlıları tərəfindən öldürülmüş ermənilərin ruhu gəzirmiş. Onun ölüm aqoniyasında olan
"azərbaycanlı" qəhrəmanı Saday Sadıqlının da ruhu bu erməni ruhlarına qarışaraq Əylisin üzərində süzür
və müəllifin xüsusi bir məhəbbətlə vəsf etdiyi erməni kilsəsinin üzərində dolaşır. Uydurduğu tarixin eyni
zaman kəsiyində Azərbaycanın müxtəlif bölgələrində Andranik quldurlarının zorlayaraq öldürdüyü qız-
gəlinlərin, qarınları nizələrlə, qılınclarla yarılan hamilə müsəlman qadınlarının, əl-qolu bağlı halda
boyunları vurulan müsəlman kişilərin, qapıları çöl tərəfdən qıfıllanmış məscidin içərisində diri-diri
yandırılıb külə döndərilən Azərbaycan türklərinin, şaxtalı qış gecəsində erməni cəlladlarından yaxa
qurtarmaq üçün ayaqyalın, başıaçıq, yarımçılpaq halda dizə qədər qarın içi ilə qaçıb ölümün pəncəsindən
qurtulmağa cəhd edərkən elliklə gülləbaran edilmiş xocalılıların ruhu isə Əkrəm Əylislini qətiyyən
düşündürmür! Qarabağ savaşında hələ də öz obasını, namusunu qorumaq üçün səngərlərdə dayanan
soydaşlarımıza "görk olsun" deyə erməni nəzarətində olan təpələrin başına gətirilib qoyun kimi diri-diri
başları kəsilən və qışqırtıları bütün ətraf kəndlərə yayılan azərbaycanlı əsirlərin ruhunun harada gəzməsi
nədənsə Əkrəm Əylislini heç narahat etmir! Bütün bu hadisələrin canlı şahidlərinin təsvir etdikləri
dəhşətli ölüm səhnələri Əkrəm Əylislinin yaradıcılıq eşqini ilhama gətirə bilmədiyi halda Birinci Dünya
müharibəsinin gedişində törətdikləri cinayətləri və xəyanəti ört-basdır etmək məqsədilə erməni
daşnaklarının özlərindən uydurduğu "genosid" yuxusu Əkrəm Əylislini Eçmiədzinə sitayiş etməyə qədər
sarsıdır və alçaldır.
Ancaq onu da etiraf etməliyik ki, tülkü sifətinə girərək məzlum rolunu dünyada ən yüksək məharətlə
oynaya bilmək bacarığı Əkrəm Əylislinin ifasında bugünədək bu rolun ən mahir ifaçıları olan
ermənilərdən daha uğurlu alınmışdır.
Əsərdə rast gəlinən bütün əylislilər dəli, psix , şikəst halda təsvir olunur və müəllif bunu
"azərbaycanlıların ermənilərə qarşı törətdikləri vəhşiliklərin" müqabilində Allahın onlara göndərdiyi
cəzası kimi təqdim edir. Belə çıxır ki, Əylisdən çıxmış yeganə normal adam Əkrəm Əylisli özü imiş.
Əgər bunlar həqiqətdirsə, görəsən Allah Əkrəm Əylislini nəyinə görə əfv edib, onu psix və ya şikəst
yaratmayıb. Bu barədə az sonra danışacağam. Hələlik isə Əkrəm Əylisli öz müsahibələrində guya
azərbaycanlılar və ermənilər arasında barışığa xidmət edən bədii bir əsər yazdığını iddia etsə də, əslində
onun bu münaqişəni yenidən qızışdırmağa xidmət edən təxribat məqsədli bir yazının altında öz imzasını
qoyması açıq-aşkar görünür. Saday Sadıqlının çox sevdiyi, son nəfəsinədək unuda bilmədiyi, Əylis
həyətlərini dövrələyən daş hasarların üzərində qaçışan sevimli tülküsünün quyruğu o qədər böyükdür ki,
bu əsərin sətirlərinin arasından görünməyə bilmir. "Daş yuxular" nə ermənilərə, nə də azərbaycanlılara
sülh gətirmək naminə yox, əksinə, bu iki millət arasında sülhə və barışığa yol verməmək məqsədilə ortaya
atılmışdır. Belə bir yazının kimlərin sifarişi əsasında və hansı dövlətlərin mənafeyinə uyğun olaraq bu
şəkildə qələmə alındığı ən azı Azərbaycanda heç kimə sirr deyil! Sirr olan Əkrəm Əylislinin bundan nə
əldə etməsidir! Mən heç şübhə etmirəm ki, erməni ziyalıları arasında ədalətli və obyektiv insanlar vardır.
Ona da şübhə etmirəm ki, yəqin ki, onlar da bunu oxuyarkən düşünüblər ki, Əkrəm Əylisli lap ağını
çıxardıb.
Görəsən, bütün bunlara nə ad vermək olar? Ad demişkən, son günlərdə sosial şəbəkələrdə, mətbuatda
və televiziya ekranlarındakı çıxışlarda Əkrəm Əylislinin sərsəmləmələrini gah "roman", gah "povest", gah
da qoymağa ad tapmayaraq "əsər" adlandırırlar. Mən də bu yazımda fikirlərimi çatdırmaq üçün onu nə isə
adlandırmalı idim və buna görə də vicdan əzabı çəkə-çəkə onu "əsər" adlandırdım. Amma əslində bu nə
əsərdir, nə də roman! Bu nə yuxudur, nə də həqiqət! Bu - öz şəxsiyyətini, mənliyini hansısa çirkin bir
məqsəd uğrunda iyrənc bir niyyətlə pula və ya nəyə isə satmış, bir nadanın xəstə təxəyyülündən doğan,
böhtan, iftira və şər dolu bir cəfəngiyyatdır! Bu nadanın kimliyinə gəlincə, bu barədə mən də maraqlı bir
yuxu görürəm. Yuxumda 76 il əvvəlki Əylis kəndinin həyətlərindən birində erməni ustasının yonub
düzəltdiyi daşın üzərində oturmuş gözəl bir qadının Vuraqırd kilsəsinin günbəzindən süzülüb axan günəş
şüalarına tamaşa etdiyini görürəm. Əkrəm Əylislinin "Allahın təbəssümü" adlandırdığı bu mənzərə qadını
o qədər valeh edir ki, qeyri-ixtiyari olaraq bu təbəssümün arxasınca kilsəyə gəlir. Ruhunu oxşayan bu
gözəllikdən bihuş olan qadın ayılanda özünü Vuraqırd kilsəsinin altarında, gözləri şəhvətdən alışıb yanan
qara keşişin ağuşunda görür. O erməni Allahının iradəsi ilə kilsəyə gələrək Allahın yaratdığı möcüzəli
gözəllik qarşısında, onun "təbəssümü" qarşısında özünü itirdiyi bir məqamda erməni keşişi Mkrtıçın onun
bu vəziyyətindən sui-istifadə edəcəyinə inanmazdı! Amma bu artıq baş vermişdi! Gözəl qadın artıq
hamilə idi... Bu uşağın dünyaya gəlməsindən sonra qara keşiş bütün ömrünü ibadət edərək, bu uşağı
"erməniləri qırdıqlarına görə azərbaycanlılara göndərəcəyi" bütün cəzalardan hifz etməyi öz Allahından
diləyirmiş. Allah da erməni keşişinin şəhvətpərəstliyini bağışlayaraq Əkrəmi nə şil, nə kor, nə də ki,
şikəst etmişdir. Üstəlik, böyüyəndə onu hətta "Azərbaycanın xalq yazıçısı" da etmişdi...
Deyirlər, yuxunu danışmazlar. Amma Əkrəm Əylislinin yuxularını oxuyandan sonra qərara gəldim ki,
bu yuxunu danışmaq lazımdır. Ona görə lazımdır ki, bir millət olaraq daş yuxulardan ayılaq və ətrafımıza,
real həyata baxaq. Əkrəmi də qınamayaq. Bəlkə milli mənşəyinə görə onun buna "haqqı" varmış...
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı
Dostları ilə paylaş: |