Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə114/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   110   111   112   113   114   115   116   117   ...   123

360
nöqtəsini öpüb boynunu yalaya-yalaya əliylə qavradığı iri döş-
lərə enərək qadınının dirilik şərbətini əmməyə başladı. Laranın 
döşünün o qara giləsini dodaqları arasına aldı. Hədsiz eyforiya 
içində  boğulan  Laranın  gözləri  qaranlıq  səmadakı  ulduzlara 
sataşdı. Və xatırladı ki bu onun ulduzları görəcəyi son gecə-
dir.  Son  sevişməsidir. Və  son  orqazmı.  Hər  ikisinin.  Bu  kə-
dərli xoşbəxtliyin müşayiəti ilə onlar dünya ilə vidalaşırdılar. 
Laranın həzin iniltisi qaranlıq meşənin dərinliklərinə yayıla-
raq onun sakinlərinin yuxusunu qaçırırdı. Uzaqlardan eşidilən 
bayquşa bənzər bir səs onun iniltisini müşaiyət edirdi. Uşaq 
vaxtı  danışılan  bayquşun  bədbəxtlik  gətirdiyinə  dair  inancı 
xatırladı Mavi. Həyətlərinə hər bayquş qonduğunda anasının 
necə səksəkəyə düşüb qorxduğunu və uşaqları qorxmasın deyə 
heç nə olmayıbmış kimi davrandığı vaxtları xatırladı. O qədər 
bədbəxt və kasıb bir ailə idilər ki, bir bayquş belə rahatlıqla 
onların kefini qaçıra bilərdi. Bir bayquş, nə qədər zərərli ola 
bilərdi?  Kədərli  xatirə  onu  narahat  etdi.  Kefsizləşdi.  Ölümü 
xatırladı. Sanki eyni anda eyni şeyi düşünmüş və bunun on-
ların  son  gecələri  olacağını  xatırlamış  və  kədərlənmişdilər. 
Ölüm düşüncəsinin onların kefini qaçırdığı bu anlarda Mavi 
hiss etdi ki yerdə gicitkənə bənzər bir bitki o hər dəfə irəli-geri 
getdikcə onun dərisinə batır və ətini qıcıqlandırır, gicişdirirdi. 
Bu gicişmənin ona xüsusi bir həzz verdiyini və ağrının onu 
düşüncələrindən  yayındırdığını  hiss  edib  əliylə  bitkini  qav-
rayıb  kökündən  qopardı  və  Laranın  budlarına  vurmağa  baş-
ladı. Bitkinin yarpaqlarındakı maddələr dəriyə dəydikcə onu 
yandırır və qaşındırırdı. Lara qışqırdı və onun səsi uzaqlarda 
hansısa mehriban bir dələnin yuxusunu qaçırtdı. Bir an sonra 
o hiss etdi ki bu gicişmə ona qeyri-adi bir zövq verirdi. Bitkini 
Mavinin əlindən aldı və var gücüylə onun ay işığının parlatdı-
ğı sinəsinə vurdu və təkrar vurdu. Bədənləri yaranmış ağrını 
azaltmaq üçün endorfin ifraz edir və bu endorfin dənəcikləri 
beyindəki opiat reseptorları ilə birləşib morfi ya kodein təsiri 
bağışlayaraq onları quş kimi yüngül hiss etdirib iztirablarından 
azad edirdi. Ağrı mərkəzini dəyişdirərək onlar düşüncələrinin 


361
diqqətini  yayındırırdılar.  Eynilə  Mavinin  barda  özünü  döy-
dürərək düşüncələrdən xilas olma cəhdi kimi. Yanmış və qı-
zarmış bədənlərindəki ağrını dindirmək üçün sanki buludlar da 
öz son jestlərini göstərərək ağlamağa başladılar. Meşə, gecə, 
ulduzlar və buludlar – bütün təbiət onları yola salırdı və sanki 
nələrisə başa düşmüş kimiydilər. Bədənlərinə dəyən kiçik ya-
ğış damcıları onları bihuş etdi və təbiətin bu gözlənilməz hə-
diyyəsinə gülməyə başladılar. Gülüşləriylə onlar buludlara bir 
növ təşəkkür edirdilər. Yağış sürətlənməyə başladıqca onlar da 
sürətləndi. Bir-birlərinin bədənindən süzülən yağış damcıları-
nı yaladılar. Elə onda birdən fərqinə vardılar ki, yağış damcıla-
rı şəffaf yox mavi idi. Və bütün bədənləri maviyə bulanmışdı. 
Tanrıların onları izlədiklərindən əmin oldular.
Laranın bütün bədəni gərildi və gərilən ayaqları məngənə 
kimi sıxdı dizləri arasındakı Mavini. Bədənləri heç qopma-
yacaqmış  kimi  bir  anlıq  bir-birinə  kilidləndi,  gərildilər  və 
paralel orqazm. Bütün bədənləri boşaldı. Ruhları buludların 
üstünə qalxıb ekstaz içində boğuldu və Afrodita onlar üçün 
qədəh  qaldırdı.  İnilti  səslərinin  yerini  təngnəfəsləri  aldı  və 
Mavi asi ruhlu qadının üstünə yıxıldı. Sanki tanrılar tanrısı 
Zeus onların sevincini qeyd edirmişcəsinə əsasını buludlara 
çırpdı və zil qaranlıq meşəni dərinliklərinə qədər aydınladan 
güclü bir ildırım çaxdı.
Geri dönüş yolunda meşədən anlaşılmaz qəribə səslər eşi-
dir kimi oldular, geri dönüb şübhəylə baxdılarsa da heç nə 
görmədilər. Daha sonra Lara qaranlıqdan onları izləyən mavi 
bir pələng gördüyünü dedisə də Mavi ona inanmadı. Uzaq-
laşdıqdan  sonra  təkrar  dönüb  baxdıqlarında  bir-neçə  mavi 
pələngin meşənin dərinliklərindən fosfor kimi parlayan mavi 
gözlərlə sakitcə onları izlədiklərini gördülər. Onları saymağa 
çalışdılar ancaq hər saydıqlarında pələnglərin sayısının art-
dığını görüb dəhşətə düşdülər. Vahiməylə qaçıb ordan uzaq-
laşdılar. Borqesin ruhu dolaşırdı meşənin dərinliklərində və 
meşə, onlarla vidalaşırdı.


362
* * *
Bara geri döndüklərində içəridəki insanlar ölüm qorxusun-
dan  uzaqlaşmaq  üçün  daha  da  artıq  çılğınlaşmış  kimiydilər. 
Səs-küydən heç nə eşidilmirdi. Hərə bir tərəfdə oynayır, sevi-
şir ya da yüksək səslə qızğın mübahisələr edirdi. Sanki hamı 
qorxusundan oynayırdı. Qorxusundan gəlib bu səs-küyün içinə 
girmişdilər ki iç səslərini və ölüm qorxusunu eşitməsinlər. Kə-
narda  yalnız  oturanların  hamısını  bir-bir  rəqsə  qaldıran  qısa 
saç bir qız var idi. Onlara acıyır və yalnızlıqlarını bölüşürdü 
sanki. Otağın bir küncündə Andrea, həmin o üsyankar uzun 
qara paltolu oğlanı öpürdü. Bu keçici xoşbəxt yazıqların için-
dən keçib gedib hündür bar kətillərində oturub son içkilərini 
aldılar. Lara aşa-aşa musiqi aparatının yanına gedib bir mu-
siqi seçdi sonra qayıdıb bütün pulunu barmenə verib qulağına 
yüksək səslə qışqıraraq sabah səhər saat neçədəsə bu mahnını, 
“Alabama Shakes” in  “Savaşmaq istəmirəm” adlı mahnısını 
yüksək səslə oxutmasını istədi. Barmen başıyla razılaşdı. Mavi 
saatı eşidə bilməyib Laradan soruşdu. “12-də” deyə cavabla-
dı Lara “sənlə eyni saatda, amma ayrı otaqlarda”. Mavi bütün 
sərxoşluğuyla özünü ələ alıb “Lara, bəlkə biz sa..” deyə nəsə 
deməyə çalışdısa da Lara onun sözünü yarım kəsdi, “Yox. Bu 
barədə artıq heçnə danışmaq istəmirəm. Bəlkə sabah ölməyib 
gözləyək deyirsən? Yox. Bura qədər gəlib çıxmışamsa, burdan 
geri dönüş yoxdur. Çünki nələr olacağını bilirəm və təkrar hər-
lənib fırlanıb bura qayıdacağımı da bilirəm. Mavi, yadına sal, 
bu həyatda nə seçim ediriksə edək peşman olacıq, bizi sadəcə 
ölüm xilas edə bilə..”. Sözünü bitirməmiş əlindəki bardaq yerə 
düşüb sındı. Sərxoşluqdan artıq ayaqda dura bilmirdi. Az qa-
lırdı ki yerə yıxılsın, Mavi onu tutub qoluna girdi. “Bəlkə biz 
sabah birlikdə intihar edək deyəcəkdim, amma yaxşı, madam 
ki israr edirsən, ayrı-ayrı olar”. Qarşısındakı bayaqdan sifariş 
vermiş olduğu iki kiçik içki qədəhindən birini Laraya verdi və 
dedi: “Qurtuluşumuzun sağlığına!”. Qədəhi başlarına çəkdilər. 
İkisi də artıq demək olar ki ayaq üstə yıxılırdılar. “Yatmaq istə-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə