184
əgər o qədər boş vaxtın olsaydı, səndə eyni şeyi edə bilərdin.
Nə? Mozart ola bilməzdin? Özünü niyə bu qədər alçaldırsan,
əgər Mozartın tərzini sevirsənsə demək ki səndə o zövq və o
dad var, vəssalam. Sadəcə aləti necə işlətmək lazım olduğunu
bilmirsən. Bilirəm, düz deyirsən, məsələ onsuz da o aləti iş-
lətməyi öyrənmək ola bilər. Ancaq bu sadəcə vaxt məsələsidir.
Doğru yerdə və doğru şərtlərdə doğulsaydın əgər səndə Mozart
ya Nietzsche olardın. Sən çoğrafi determinizmin qurbanısan,
onlar da coğrafi determinizmin yetirməsi. Taleyin tamamilə sə-
nin əlində deyil və onların da əlində deyildi. Bu onları dahimi
edir? Bilmirəm. Hər nəysə, boş ver, dahi deyə birinin olub ol-
maması nə məni nə də sizi daha xoşbəxt etmir. Ancaq yenə də,
başqalarını gözünüzdə bu qədər böyüdüb özünüzü kiçiltməyin.
- Xətrinə dəyməsin, ancaq məncə sən sadəcə həddindən
artıq kibirli birindən başqa heçnə deyilsən. Ya da dindarsan,
hamının bir tale ilə doğulduğuna inanırsan – dedi biri və isteh-
zayla güldülər.
- Ola bilər – deyib siqareti söndürüb içəri tərəf yeriməyə
başladı.
Yolunun yarısında bir şeylər xatırlamış kimi olub lənət İr-
landiyalılara döndü və səsləndi:
- Hey, madam ki lənət Nietzsche bu qədər dahi sanırsız və
sevirsiniz, onda niyə onun məsləhətinə qulaq asaraq gedib süd
içmirsiniz amma gəlib burda içki içərək dərdlərinizi unudub
xoşbəxtlik axtarışına çıxırsınız? Heç olmasa onu bilirsinizmi
bilmirəm, amma insanın içki içərək əzablı anlarını keçiştir-
məyindənsə onlarla üz-üzə qalıb başa çıxmağın tərəfdarıydı.
Siz İrlandiyalılara çox
uzaq bir fikirdi amma bu, yəqin
sizə də
nifrət edərdi. – dedi və içəri getdi.
İçəri girərkən qapının ağzında bir neçə ay əvvəl albaniyalı
dostu dəlisov Sezarla birlikdə aptekdən aspirin oğurlayıb ko-
kain adıyla 200 dollara satdıqları həmin oğlanı gördü. Sonra
o pulu götürüb eyni küçədəki başqa bara gedib xərcləmiş, ya-
rısıyla içki yarısıyla da əsl kokain almışdılar. Oğlan onlardan
kokain əvəzinə 200 dollarlıq aspirini alarkən çarəsizcə “kar-
185
maya inanırsız də hə?” deyə soruşmuşdu və onlar da
“hə hə əl-
bəttə inanırıq, o nə sözdü” demişdilər.
Üzünü çevirdi ki oğlan
onu tanımasın. Yanından keçib içəri girdi.
Kiçik bardaqda vodka və alkoqolu çox olduğu üçün IPA
pivəsi istədi. Vodkanı birbaşa içib pivəni əlinə götürdü. Bu
sifarişi bir neçə dəfə təkrarladı. Bəzən vodkanı pivənin içinə
tökdü. Hər dəfə belə edirdi. Beləcə
həm ucuz həm də daha tez
və artıq sərxoş olurdu. Bir vodka bardağı və bir pivə, ən ağır
kokteyldən belə daha yaxşıydı. Ən azından içini su, buz ya
kolayla doldurmurdular.
Barın içində sərxoş formada ora bura gəzirdi. Səhnənin
yanından keçəndə bayaq ona baxıb gülən həmin qızla qarşı-
laşdılar. Qotik üslubunda geyinmişdi qız. Qotik aksesuarlar
və başdan ayağa qara yarı-çılpaq geyim onu olduqca ehtiras-
lı göstərirdi. Boyasız qıp-qırmızı dodaqları və zil qara dalğalı
saçları var idi. O qədər gözəl və təbəssümü
o qədər şirin idi ki
Mavi bir anlıq bütün hər şeyi unutdu. Qız gülümsədi və Mavi
təbəssümlə qarşılıq verdi. Danışmadılar. Qız onun əlindən tu-
tub səhnəyə çəkdi. Səhnədəki digər rəqs edənlərin arasında
sarılıb oynamağa başladılar. Mavi qızın üzünə dağılan saçını
yığışdırıb onu öpməyə çalışdı. Qız bir anlıq tərəddüdlə dodaq-
larını çəkdisə də sonra onu öpdü. İçkinin təsiriylə dodaqlarını
sərt formada dişlədilər. Mavi belini qucaqladı qızın və digər
əliylə belindən aşağı enib budunu qavradı ovcuyla, sıxdı və
daha da ehtiraslandı. Qız dodaqlarını çəkib arxasını Maviyə
çevirdi və budlarını onda ayırmadan rəqs etməyə başladı. Qı-
zın köynəyinə “mayhem” yazılmışdı, yubkasına isə “burzum”.
Bu nüans Maviyə daha da ləzzət etdi. Qadınlara olan mübtə-
lasını, məftunluğunu düşündü. Fikirləşdi ki qadınlar onu həm
həyatda tutan həm də bəlkə ölümü bu qədər arzulamasının sə-
bəbkarları idilər. Onu təkrar öpməyə çalışdı amma qız üzünü
çevirmədən arxası ona dönük oynamağa davam etdi, dayan-
madan gülürdü. Bir kənara çəkilib divara söykəndi Mavi və
qız bədənini ondan ayırmadan ehtiraslı rəqsini davam etdirdi.
Mavi ayaqlarının arasındakı şəhvət partlamasının təkidi ilə əli-