Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə12/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   8   9   10   11   12   13   14   15   ...   67

Deyilənlərə  yekun vuraraq onu  qeyd etmək lazımdır ki, 

«Aralıq  Dənizi  Dialoqu»  proqramı  hazırda  öz  inkişafının 

erkən  mərhələsindədir.  Amma  gələcəkdə,  çox  güman  ki, 

təkcə  regional  əhəmiyyətə  malik  olmayıb,  uzunmüddətli 

perspektivdə  Cənubi  Aralıq  dənizi  çərçivəsindən  kənara 

çıxacaqdır.  Əlcəzairin  Dialoqa  qoşulması  ilə  əlaqədar 

NATO  Şurasının  kommünikesində  deyilir  ki,  «Aralıq 

Dənizi 


Dialoqu»nun 

bütün 


istiqamətlərdə 

inkişafı 

Alyansın  «soyuq  müharibə»dən  sonrakı  dövrdəki  ümumi 

xarici  siyasətinin  ayrılmaz  tərkib  hissəsidir».  Bunu  da 

vurğulamaq yerinə düşər ki, Dialoqun  iştirakçılarından biri 

-   Mavritaniya  -   formal  olaraq  Aralıq  dənizi  dövləti 

deyildir, çünki bu dövlətin dənizə çıxışı yoxdur.

Buradan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  bu  və  ya 

digər  dövlətin  hansı  regionda  yerləşməsindən  asılı 

olmayaraq  Dialoq  bütün  Afrikada  inkişaf  edəcəkdir. 

Burada  əsas  amil  siyasi  məqsədəuyğunluq  olacaqdır  və 

uzunmüddətli  perspektivdə  Şimali  Afrika  üçün  «Sülh 

Naminə  Tərəfdaşlıq»dan  danışmaq  olar.  NATO  hökumət 

başçılarının İtaliyanı Şimali Atlantika İttifaqına qəbul edib- 

etməmək  məsələsi  üzərində  düşündükləri  vaxtlar  artıq 

həmişəlik keçmişdə qalmışdır. NATO-nun sabiq baş katibi 

Havyer  Solana  da  öz  məqalələrindən  birində  dar  coğrafi 

arqumentləri 

əhəmiyyətsiz 

və 


hətta 

xırdaçılıq 

adlandırmışdır.  Elə  oradaca  H.Solana  belə  bir  fikir 

söyləmişdir  ki,  NATO-nun  Şimali  Afrika  və  Yaxın  Şərq 

ölkələri  üçün  potensialı  hələ  əsla  tükənməmişdir  və 

Alyans  təkcə  Afrikanın  şimal  sahillərinin  deyil,  bütün 

regionun siyasi təkamülünə yardım edə bilər.

Görünür  ki,  NATO-nun  «Aralıq  Dənizi  Dialoqu»  da 

Şimali  Atlantika  blokunun  özü  kimi  sırf  regional

46

əhəmiyyət  daşımayacaqdır.  Məlumdur  ki,  adma  görə 



regional  təşkilat  olan  Alyans  öz  məsuliyyət  zonasını 

Şimali  Atlantika  regionundan  xeyli  uzaqlara  yayır.  Şimali 

Atlantika  İttifaqımn  rəhbərliyi  Şimali  və  Cənubi  Aralıq 

dənizi  arasında ayırıcı  xətt  çəkmək niyyətində  deyildir və 

daha  sıx  inteqrasiya  baş  verərsə,  onda  III  Albert  C. 

Vezerherd  Universitetinin  professoru  və  Harvarddakı  Con 

M.Olin  adma  Strateji  Araşdırmalar  İnstitutunun  direktoru 

Samuel 


Hantinqtonun 

Qərbi 


Avropa 

və 


Afrika

sivilizasiyaları  arasındakı  sərhəddin  Aralıq  dənizindən 

keçməsinə dair proqnozu özünü doğrultmayacaqdır.

Hazırda  Dialoq  NATO-nun  baş  katibinin  1999-cu  ildə 

Valensiyadakı 

konfransda 

çıxışında 

göstərdiyi 

iki 

prinsipial  istiqamətdə  tədricən  inkişaf  edir.  Bunlardan 



birincisi  NATO-nun  hər  biri  ayrılıqda  götürülmüş,  Aralıq 

dənizi 


ölkəsinə 

münasibətdə 

fərqli 

siyasətinin



güclənməsidir. Digər tərəfdən isə hərbi sahədə daha əsaslı 

əməkdaşlıq  həyata  keçirilir,  çünki  burada  Alyans  oxşar

təşəbbüslər 

irəli 


sürmüş 

beynəlxalq 

təşkilatlarla

müqayisədə üstünlüklərə malikdir.

47



9-cu fəsil

NATO-nun XX əsr dünya düzənində yeri və rolu

H.Solana belə bir qəti  fikir söyləmişdir ki, NATO ilə Aİ 

arasında əlaqələndirmənin güclənməsi təkcə Aralıq dənizi 

regionunun  təhlükəsizliyinə  təsir  etməyəcək,  həm  də 

Rusiya  da  daxil  olmaqla  Şərqi  Avropa  ölkələrində 

demokratiya  və  sabitliyin  möhkəmlənməsinə  öz  pozitiv 

töhfəsini verəcəkdir.

Bu və digər bu kimi fikir və mülahizələri misal göstərən 

Qərb 

NATO-nun 



modernləşməsinin 

dinc 


xarakter 

daşıdığına  dünya  ictimaiyyətini  inandırmaq  üçün  Aralıq 

dənizi  təşəbbüsündən  təbliğat  məqsədilə  də  istifadə  edir. 

Göstərilir ki, XX əsr dünya düzənində yeni iqtisadi, siyasi, 

ideoloji,  mədəni  vəziyyətin  yaranması  baxımından  köklü 

dəyişikliklərlə  zəngin  olmuşdur.  Bu,  bir  tərəfdən  bir-biri 

ilə  mübarizə 

aparan  iki  ideoloji, 

iqtisadi, 

siyasi 


mərkəzlərdən  birinin  sıradan  çıxması  və  bununla  da 

birqütblü düzənin bərqərar olması,  digər tərəfdən,  ideoloji 

mübarizənin 

tədricən 

öz 

yerini 


dövlətlərarası 

münasibətlərdə  iqtisadi  rəqabət  xarakterli  əlaqələrə 

verməsi  ilə  nəticələnmişdir.  Maraqlıdır  ki,  «köhnə» 

düzənin  aparıcı  subyektlərindən  biri  olan  Şimali  Atlantika 

Təşkilatı  -  NATO  yeni  dövrün  və  şəraitin  tələblərinə 

cavab  verməklə  müasir  mərhələdə  beynəlxalq  siyasətin 

başlıca  subyekti  kimi  fəaliyyətini  davam  etdirməkdədir. 

Beynəlxalq  təşkilat  olaraq,  NATO  müasir  dünyada  siyasi 

vəziyyətə  getdikcə  daha  ciddi  təsir  göstərir.  Təşkilatın 

keçmiş  SSRİ  məkanındakı  hadisələrə  müdaxilə  etməsi 

əsasən  onunla  bağlıdır  ki,  postsovet  məkanında  yaranmış 

yeni  dövlətlərdə baş  verən milli,  etnik, ərazi münaqişələri 

bütövlükdə  beynəlxalq  münasibətlər  sistemi  üçün  təhlükə

48

yaradır.  Hərbi-siyasi  təşkilat  kimi  NATO  dünyada 



münaqişələrin  həll  edilməsində  öz  rolunu  artırmağa,  bu 

ölkələrdə siyasi və iqtisadi böhranın aradan qaldırılmasına, 

demokratik 

islahatlar 

keçirilməsinə 

zəruri 


kömək 

göstərməyə  çalışır.  Hazırda  alyans  üçün  əsas  təhlükəni 

NATO  üzvlərindən  birinə  hücum  təhlükəsi  deyil,  qeyri- 

sabitliyin  (iqtisadi,  sosial  və  siyasi  çətinliklər,  etnik 

münaqişələr,  ərazi  mübahisələri,  kütləvi  qırğın  silahı  və 

ballistik 

raketlərin 

yayılması, 

həyati 

əhəmiyyətli 



ehtiyatlann  çatışmaması,  terror  və  s.)  meydana  çıxması 

təşkil edir.

Siyasi-hərbi  ittifaq  kimi  NATO-nun  fəaliyyətini  davam 

etdirməsinə əsasən iki yanaşma mövcuddur:

1)  Bu  təşkilat mövcudluğunu  davam  etdirməklə  hazırkı 

dövrdə də  dünyadakı  iqtisadi,  siyasi,  hərbi  durumda  vacib 

rol oynamağa can  atan Rusiyaya qarşı  (bu da artıq NATO­

nun 


əvvəlki 

rəqibi-güclü 

SSRİ 

və 


«Varşava 

Müqaviləsi»nin  mövcud  olmaması  ilə  bağlıdır  və  belə 

şəraitdə  NATO-nun  əks-müqavimət  xarakterli  deyil, 

sadəcə  «Rusiyaya  qarşı  çevrildiyi»  fikrini  söyləmək  olar) 

çevrilib və müvafiq olaraq onun öz əhatə etdiyi coğrafiyam 

genişləndirmək  siyasəti  bu  məqsədə  xidmət  edir  (neqativ 

yanaşma);

2)  Təşkilat  dəyişən  dünyada  yeni  və  heç  kimə  qarşı 

yönəlməmiş  hədəfləri  qarşısına  qoymuşdur  və  onun  üzv 

sıralarının  genişləndirilməsi  də  bu  mütərəqqi  niyyətlərə 

daha səmərəli nail olunmasına hesablanmışdır.

NATO-nun  sıralarında  son  ən  geniş  artım  2004-cü  ildə 

Rusiyanın  keçmiş  «silahdaş»lan,  postsovet  ölkələri- 

Latviya,  Litva,  Estoniya,  Rumıniya,  Sloveniya,  Slovakiya 

və  Bolqarıstan  kimi  dövlətlərin  də  təşkilatın  hərbi,  siyasi 

«çətiri  altına»  keçməsi  ilə  baş  vermişdir  (2009-cu  ildə

49



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə