11-cu fəsil
NATO-nun yeni strateji konsepsiyası
NATO-mm Lissabon sammiti 2010-cu il noyabrın 19-
20-də Lissabonda keçirilmişdir. Bu sammitdə NATO
ölkələri başçıları alyansın yeni strateji konsepsiyasını
qəbul etmişlər. Bundan başqa bu toplantıda Əfqanıstan
prezidentinin də iştirakı maraq doğurmuşdur. Sammitdə
Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi və bu
prosesin 2014-cü ilə kimi tədricən Əfqanıstan milli
qüvvələrinə ötürülməsi də müzakirə edilmiş və müvafiq
qərar qəbul olunmuşdur. Əsas müzakirə mövzusu isə
NATO-nun raketlərdən müdafiə qurğularının Şərqi
Avropa və Türkiyədə yerləşdirilməsi məsələsi idi. Eyni
zamanda təşkilat daxilində müəyyən struktur dəyişiklikləri
və hərbi xarakterli ixtisarlar aparılmışdır.
NATO prezident İlham Əliyevin də iştirak etdiyi
Lissabon zirvə toplantısının yekun bəyanatının 35-ci
maddəsində
Azərbaycanın
ərazi
bütövlüyünü,
müstəqilliyini və suverenliyini tanıdığını bir daha
təsdiqləyibdir. NATO Cənubi Qafqaz və Moldovadakı
münaqişələrin
uzun
müddət
davam
etməsindən
narahatlığını bildirərək, münaqişə tərəflərinə çağırışlar
ünvanlayıbdır:
"Cənubi
Qafqaz
və
Moldovada
münaqişələrin hələ də davam etməsi NATO üçün yenə də
ciddi təhlükə predmcti sayılır. Biz tərəfləri regionda
sabitlik və təhlükəsizliyi poza biləcək addımlardan
çəkinməyə çağırırıq. Bütün tərəfləri bu məsələlərdə
konstruktivlik və siyasi iradə nümayiş etdirməyə, bu
münaqişələrin sülh yolu ilə həllinə, danışıqlara hörmətlə
yanaşmağa çağırırıq". Bundan başqa alyans sənəddə hər
58
bir münaqişənin xarakterini nəzərə almaqla, bu regional
münaqişələrin sülh yolu ilə həlli istiqamətində səyləri
dəstəkləyəcəyini bildirib.
Xatırladaq ki, Ermənistan prezidenti Seıj Sarkisyan
Lissabon Zirvə toplantısında iştirakdan imtina edərək,
sammitə qatılmayıb. Prezidentin mətbuat xidməti işğalçı
dövlətin liderinin toplantıda iştirakdan imtinasını qurumun
Cənubi Qafqazdakı münaqişələrin həlli barədə qəbul
etməyə
hazırlaşdığı
qətnamə
layihəsindəki
ümumiləşdirilmiş
formullarla
razılaşmaması
ilə
əlaqələndirib. Görünür, rəsmi İrəvan Lissabon bəyanatının
Azərbaycamn ərazi bütövlüyünün tanınması və Dağlıq
Qarabağ münaqişəsinin də Azərbaycanın ərazi bütövlüyü
prinsipi
əsasında
həll
olunması
tövsiyəsilə
barışmadığından
və
sənədin
qəbuluna
mane
ola
bilməyəcəyini
anladığından
Lissabon
sammitinə
qatılmamağa qərar verib. Serj Sarkisyan təşkilatın baş
katibi Anders Foq Rasmussenlə birgə keçirdiyi mətbuat
konfransında açıq şəkildə NATO-nun Azərbaycamn ərazi
bütövlüyünə dəstək verməməsini istəmişdi. Bundan əlavə
o, Azərbaycanın mümkün hərbi əməliyyatlara başlayacağı
təqdirdə NATO-nu ölkəmizə hərbi müdaxiləyə çağırmışdı.
Amma Ermənistanın bu istiqamətdə uzun müddət davam
edən səylərinə baxmayaraq, NATO ölkələri Azərbaycamn
ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bir
daha bildirmişlər. Alyans ölkələri bu dəstəyi hələ 1994-cü
ildə ifadə etmiş və həmin il qəbul olunan Sülh Naminə
Tərəfdaşlıq çərçivə sənədinin prinsiplərinə uyğun olaraq,
fəal tərəfdaşlardan hesab olunan Azərbaycanın ərazi
bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə dəstək
vermişdilər. İrəvanda belə düşünürlər ki, Lissabon
Sammitinin
yekun
qətnamə
layihəsində
Cənubi
59
Qafqazdakı münaqişələrin həlli barədəki formullarda
ATƏT-in elan olunmuş prinsiplərindən yalnız birinə
istinad münaqişənin sülh yolu ilə həll olunması üçün
apanlan danışıqlarda əlavə çətinliklərə səbəb olar,
Lissabon sammitin nəticələrini təhlil edərkən deməliyik
ki, Ankara Türkiyə ərazisində hərbi alyansın raketdən
müdafiə qurğularının yerləşdirilməsinə rəsmən icazə
verdi. Təbii ki, bu addım Türkiyənin dövlət və milli
təhlükəsizlik maraqlarını müdafiə etməklə atıldı - Ankara
rəsmən bildirdi ki, həmin qurğulardan üçüncü dövlətin
ərazisinə zərbə endirmək olmaz.
Azərbaycan prezidenti İlham Əliyevin bu sammitdə
iştirakı onu deməyə əsas verir ki, Lissabon toplantısını iki
mərhələyə bölmək olar. Birincisi, NATO-nun öz tərkibinə
daxil olan dövlətlər arasında əməkdaşlığın mahiyyət
etibarı ilə yeni müstəviyə gətirilməsi, ikincisi, NATO-ya
daxil omayan, amma bu qurumla əməkdaşlığa meyli olan
dövlətlərarası münasibətlər.
Bu sammitdə bir daha qeyd olundu ki, BMT Dağlıq
Qarabağ kimi münaqişələrin həlli üçün mandatı ATƏT-in
müvafiq
qrumuna
verdiyindən
NATO
bu
tipli
münaqişələrə birbaşa müdaxilə etmək fikrində deyil.
Amma bununla belə Azərbaycanın milli təhlükəsizilik
maraqlan baxımından NATO həmişə rəsmi Bakının
mövqeyini dəstəkləyib. Dağlıq Qarabağ münaqişəsində
NATO-nun
tutduğu
mövqe
Azərbaycanın
xarici
siyasətində tutduğu düzgüıı mövqe ilə bağlıdır. Təbii ki,
rəsmi İrəvan bundan bərk narahatdır . Xatırladaq ki,
NATO-nun 1994, 2006, 2008 və 2009-cu illərdəki zirvə
toplantılannda da Azərbaycanın ərazi bütövlüyünə dəstək
ifadə olunmuşdu.
60
Lissabon sammiti Rusiya-NATO münasibətlərindəki
gərginliyin aradan qalxmasına öz töhfəsini vermədi. Bu
ölkənin NATO-dakı rəsmi nümayəndəsi Dmitri Raqozin
dedi ki, Rusiya bütün hallarda NATO-nun Şərqə doğru
irəliləməsinin əleyhinədir. Düzdür, bu sammitdə Çexiya
və Polşa ərazisində NATO-nun planlaşdırdığı hərbi
qurğuların yerləşdirilməsilə bağlı məsələ öz həllini
tapmadı. Amma perspektivdə bu məsələ istisna olunmur.
NATO-nun yeni strateji konsepsiyasının qəbulu göstərdi
ki, alyansın genişlənmək üçün potensialı vardır və bu
hərbi-siyasi bloka daxil olmaq üçün namizədlər təkcə
Şərqi Avropada deyildir. Hər şeydən görünür ki,
gələcəkdə
NATO-nun
genişlənməsi
iki
ardıcıl
mərhələdən ibarət olacaqdır. Birinci mərhələdə şərq
vektoru üstünlük təşkil edəcək və eyni zamanda Şimali
Atlantika İttifaqının Yaxın Şərq və Şimali Afrika ölkələri
ilə tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi baş
verəcəkdir. Münasibətlərin rəsmi şəkil alması və Aralıq
dənizi
ölkələri
üçün
«Sülh Naminə
Tərəfdaşlıq»
proqramının da meydana çıxması mümkündür. Şərqi
Avropadan olan bütün münasib namizədlər Alyansa qəbul
edildikdən sonra Şimali Afrika və Yaxın Şərq ölkələrinin
növbəsi çatacaqdır. Həm də hər bir ölkənin ayrılıqda
NATO meyarlanna uyğunluq imkanları nəzərə alınacaqdır.
Bu proses tədricən gedəcək və onun sürəti, Şərqi
Avropadakı hadisələrdən göründüyü kimi, Rusiyanın bu
məsələyə dair mövqeyindən asılı olmayacaqdır.
61