90-100 təyyarə təşkil edir. Bu aviabazalardan İran
ərazisindəki obyektlərə qədər məsafə minimaldır».
Ekspertlərin fikrincə, Azərbaycan NATO ölkələri
içərisində daha çox Türkiyə və ABŞ ilə hərbi sahədə sıx
əlaqələrə malikdir. Belə ki, uzun müddətdir türkiyəli hərbi
mütəxəssislər
Azərbaycan
ordusunu
hazırlaşdırırlar.
Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq isə hazırda
keyfiyyətcə
yeni
mərhələyə
qədəm
qoyur.
Bu
əməkdaşlığın prioriteti Azərbaycan ordusunun NATO
standartlarına uyğunlaşdırılınası, Azərbaycanın Hərbi
Dəniz
Donanmasının
ölkənin
dəniz
sərhədlərinin
təhlükəsizliyinin
təmin
olunmasmdakı
imkanlarının
genişləndirilməsi, eləcə də ölkənin hava məkanının
təhlükəsizliyi sisteminin standartlaşdınlmasıdır.
Rusiya mətbuatı bildirir ki, ABŞ Azərbaycanla 3
istiqamət: təcrübə mübadiləsi, ABŞ Silahlı Qüvvələrinin
çevik
birləşmələrinin
Azərbaycanda
müvəqqəti
yerləşdirilməsi və Azərbaycan hərbi qulluqçularının təlimi
üzrə hərbi əməkdaşlığa hazırdır. Bundan başqa, ABŞ
Azərbaycanda ekstremizm və kütləvi qırğın silahının
yayılmasına qarşı mübarizə üzrə birgə təlimlər keçirməyi
planlaşdıra. «Bütün bu tədbirlərin gerçəkləşməsi ABŞ-ın
regionda
hərbi
mövcudluğunun
genişlənməsinə
gətirəcəkdir».
Hazırkı dövrdə Çindən Avropaya və əks istiqamətə
göndərilən yüklərin bir qismini TRACECA dəhlizinə cəlb
etməyə çalışan Ölkələr NATO-nun hazır və «alyansın
özünün təklif etdiyi» yüklərini ötürməklə həm gəlir əldə
etmiş olurlar, həm də Alyansın etibarını qazanırlar.
Bu günlərdə üzərində müzakirələrin aparıldığı Poti-
Bakı - Aktau - Özbəkistan - Əfqanıstan marşrutunun
200
Azərbaycan üçün bir sıra iqtisadi üstünlükləri vardır.
Bunlar aşağıdakılardır:
- Azərbaycanın tranzit potensialı artacaq;
- Hazır yüklərin daşınmasından Azərbaycanın nəqliyyat
vasitələri (dəmir yolu, hava və dəniz nəqliyyatı) cəlb
edilməklə gəlir əldə olunacaq;
- Poti-Bakı-Aktau konteyner qatan layihəsi reallaşacaq;
- TRACECA dəhlizinin rolu artacaq və bu dəhliz
iqtisadi əhəmiyyəti ilə yanaşı hərbi və humanitar
əhəmiyyətini nümayiş etdirmiş olacaq;
- Azərbaycan
şirkətləri
Əfqanıstandakı koalisiya
qüvvələrinin təchizatına qatılmaqla öz məhsullannı yeni
bazara çıxarmış olacaqlar;
- Azərbaycan tranzit ölkə olmaqla yanaşı müttəfiqlərdən
istifadə etməklə nəqliyyat infrastrukturunda təhlükəsizli
yin yüksək səviyyədə təmin olunmasına nail olacaq.
Peşavər (Paldstan)-Kabil (Əfqamstan) marşrutunda son
yaşantılar, eləcə də «Manas» aviabazasının icarəsinə dair
müqavilənin
ləğvi
bir
daha
göstərdi
ki,
hərbi
əməliyyatların təchizatında mühüm rol oynayan nəqliyyat
infrastrukturu istənilən zaman bu və digər qüvvələr
tərəfindən təhdidlərlə üzləşə bilər. Xüsusilə də Mərkəzi
Asiya kimi həssas bölgədə. Bu baxımdan, seçilmiş
nəqliyyat dəhlizlərinin təhlükəsizliyi qarşıda duran bir
nömrəli məsələlərdəndir və bildiyimiz qədər NATO-nun
da diqqətindədir.
TRACECA-nm 11 illik tarixinə nəzər saldıqda bu
dəhlizlə bağlı bir sıra problemlərin öz həllini tapmadığını
görmüş oluruq. Bu proqramda iştirak edən 12 dövlət hər
hansı bir məsələdə konsensusa gələnə qədər Rusiyanın
çıxardığı qərarlar dəhlizin işinə təsir göstərir. Məlum
olduğu kimi, Rusiya açıq şəkildə TRACECA dəhlizinə
201
qarşı olduğunu bildirməsə də müəyyən məsələlərlə bağlı
verdiyi qərarlar rəsmi Moskvanın bu layihəni maksimum
şəkildə əngəlləyib sıradan çıxarmaq marağında olduğunu
açıq-aydın göstərir.
Şübhəsiz ki, ABŞ-m uzaq və səmərəsiz Latviya-Rusiya-
Qazaxıstan-Özbəkistan-Əfqamstan
marşrutunu
yox,
TRACECA
dəhlizini
seçməsi
rəsmi
Moskvanı
qıcıqlandırır. Rusiya və addımlarını Moskvanın marşına
uyğunlaşdıran İranın TRACECA-da gerçəkləşdiriləcək bu
layihəyə qarşı çıxışlar etməsi mümkün variantlardandır.
Bu da öz növbəsində NATO-nu və ABŞ-ı TRACECA
dəhlizində təhlükəsizliyin daha da yüksək səviyyədə
təşkilinə diqqət yönəltməyə məcbur edəcək.
NATO-nun öz hərbi-humanitar yüklərini iqtisadi
baxımdan səmərəli TRACECA dəhlizinə yönəltməsi
» yaxın
perspektivdə
aşağıdakı
təhdidləri
meydana
çıxaracaq:
- Regionda siyasi-hərbi vəziyyətin daha da kəskinləş
məsi;
- Rusiya və İranın açıq və dolayısı dəstəyi ilə yeni
münaqişə ocaqlarının yaranması;
- Maraqlı dövlətlərin xüsusi xidmət orqanlarının dəstək
lədiyi terrorçu qrupların fəallaşması;
- Rusiya tərəfindən iqtisadi təzyiq nçaqlanmn işə salın
ması və s.
Nə etməli? Fikrimizcə, sadalanan bu təhdidlər nəinki
logistik səmərəliliyi heçə endirəcək, hətta regiondakı
təhlükəsizlik situasiyasını dəyişə biləcək. Bu kontekstdə
onsuz da həssas bölgə olan Cənubi Qafqazda vəziyyətin
yaxşı olmayacağmı düşünmək olar. Bu baxımdan,
TRACECA dəhlizini seçən NATO və müttəfiqlərinin
aşağıdakı məsələlərə diqqət yetirmələri vacibdir:
202
1) Regiondakı
münaqişələrin həlli istiqamətində
səylərin fəallaşması və separatçı rejimlərə təzyiqin
gücləndirilməsi;
2) Rusiyanın mümkün qədər neytrallaşdırılması və
Moskva ilə dialoqun aktivləşdirilməsi;
3) TRACECA dövlətlərinin (NATO-ya üzv dövlətlər
istisna olmaqla) arasında siyasi və təhlükəsizlik sahəsində
əlaqələrin sıxlaşdınlması;
4) Dəhlizdə nəqliyyat təhlükəsizliyinin təmin olunması,
iştirakçı
dövlətlər
arasında bu
sahədə
əlaqələrin
koordinasiyası;
5) Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan və
Özbəkistana hərbi və təhlükəsizlik sahəsində birbaşa və
dolayısı yardımların artırılması, bəzi zəruri avadanlıq və
məmulatların satışına qoyulan qadağanın götürülməsi;
6) Xəzər və Qara dənizdə təhlükəsizlik tədbirlərinin
gücləndirilməsi,
terror
təhdidlərinin
minimuma
endirilməsi üçün hərbi dəniz və sərhəd qüvvələrinin
gücləndirilməsi;
7) NATO-nun bilavasitə iştirakı ilə İranın radikal
hərəkətlərinə və mümkün hədələrinə cavab vermə
imkanının yaradılması (bura güclü hava hücumundan
müdafiə sisteminin qurulması da daxildir);
8) Türkiyənin regionda rolunun gücləndirilməsi və
NATO tərəfindən Ankaraya regional təhlükəsizliyə
cavabdeh dövlət mandatının verilməsi.
Lakin 2009-cu il yanvarın 1-dən etibarən NATO-nun
Azərbaycanla münasibətlərində əlaqə dövləti Rumıniya
elan
olunub.
Bununla da
Türkiyənin
NATO-nun
Azərbaycanla əiaqə dövləti statusunda olması müddəti
başa çatıb.