Maddə 2
Tərəflər, özlərinin azad institutlarını gücləndirərək, bu
institutların əsasını təşkil edən prinsiplərin daha yaxşı
anlaşılmasına nail olmaq və sabitlik və rifah üçün şərait
yaradaraq sülhpərvər və dost beynəlxalq münasibətlərin
daha da inkişaf etdirilməsinə töhfə verəcəklər. Onlar öz
beynəlxalq
iqtisadi
münasibətlərində
münaqişələrin
qarşısını almağa çalışacaq və onlardan hər hansı biri və ya
hamısı arasında iqtisadi əməkdaşlığı dəstəkləyəcəklər.
Maddə 3
Hazırkı Müqavilənin məqsədlərinin daha təsirli yerinə
yetirilməsi üçün Tərəflər, ayrıca və birlikdə, davamlı və
effektiv özünə yardım və qarşılıqlı dəstək vasitəsilə, silahlı
hücumlara müqavimət göstərmək üçün fərdi və kollektiv
imkanlarını inkişaf etdirəcəklər.
Maddə 4
Tərəflərdən hər hansı birinin fikrinə görə, nə vaxt ki,
onlardan hər hansı birinin ərazi bütövlüyü, siyasi
müstəqilliyi və ya təhlükəsizliyi təhdid olunarsa, Tərəflər
birlikdə məsləhətləşəcəklər.
Maddə 5
Tərəflər razılaşır ki, Avropa və yaxud Şimali
Amerikada onlardan birinə və ya bir neçəsinə qarşı silahlı
hücum onların hamısına qarşı hücum kimi qəbul
edilməlidir; və müvafiq olaraq razılaşırlar ki, əgər bu cür
hücum baş verərsə, onlardan hər biri, Birləşmiş Millətlər
Təşkilatının Nizamnaməsinin 51-ci maddəsində təsbit
olunmuş fərdi və ya kollektiv özünümüdafiə hüququnu
232
həyata keçirərkən, fərdi və digər Tərəflərlə birlikdə,
Şimali Atlantika bölgəsində təhlükəsizliyi bərpa etmək və
qoruyub saxlamaq üçün hərbi gücdən istifadə də daxil
olmaqla, lazım olan tədbirləri həyata keçirməklə hücuma
məruz qalmış T ərəf və ya Tərəflərə dəstək verəcəklər.
Hər hansı belə bir silahlı hücum və bunun nəticəsi
olaraq görülən bütün tədbirlər dərhal Təhlükəsizlik
Şurasına məruzə edilməlidir. Belə tədbirlər, Təhlükəsizlik
Şurası beynəlxalq sülhün və təhlükəsizliyin bərpası və
qorunması
üçün
lazım
olan
tədbirlər
gördükdə
dayandırılmalıdır.
Maddə 61
Beşinci maddənin məqsədinə uyğun olaraq, Tərəflərdən
birinə və yaxud bir neçəsinə qarşı silahlı hücum Avropa və
yaxud Şimali Amerikada Tərəflərdən hər hansı birinin
ərazisinə,
Fransanın
Əlcəzair departamentlərinə2,
Tərəflərdən
hər hansı
birinin Avropadakı işğalçı
qüvvələrinə,
Şimali
Atlantika
bölgəsində
Şimal
tropikindən şimalda Tərəflərdən hər hansı birinin
yurisdiksiyası altında olan adalara və yaxud bu ərazilərdən
Tərəflərdən
hər hansı
birinin
gəmilərinə və ya
təyyarələrinə silahlı hücumu da özündə ehtiva etməlidir.
16-cı maddəyə Yunanıstan və Türkiyənin üzvlüyə qəbulu ilə bağlı
Şimali Atlantika Müqaviləsinə əlavə Protokolun 2-ci maddəsi ilə
düzəliş edilmişdir.
21963-
cü
il yanvann 16 da Şimali Atlantik Şura öz qərarı
çərçivəsində
CR (63)2 maddə V ilə Fransanın
Əlcəzair
departamentinin müstəqilliyini qəbul etdi
233
Maddə 7
Hazırkı Müqavilə Birləşmiş Millətlər Təşkilatının
üzvləri olan Tərəflərin Nizamnamə çərçivəsində hüquq və
öhdəliklərinə,
və
yaxud
beynəlxalq
hüquq
və
təhlükəsizliyin qorunmasında Təhlükəsizlik Şurasının əsas
məsuliyyətinə təsir etmir və bu cür şərh olunmamalıdır.
Maddə 8
Hər bir T ərəf bəyan edir ki, onun və digər Tərəflərdən
hər hansı biri və yaxud üçüncü bir dövlət ilə arasında
hazırda qüvvədə olan heç bir beynəlxalq öhdəlik bu
Müqavilənin müddəaları ilə ziddiyyətdə deyil, və bu
Müqavilə ilə ziddiyyətdə olan heç bir beynəlxalq öhdəliyə
qoşulmamaq öhdəliyi götürür.
Maddə 9
Tərəflər bununla bu Müqavilənin yerinə yetirilməsi ilə
bağlı məsələləri nəzərdən keçirmək üçün hər birinin
təmsil olunacağı şura yaradırlar. Bu şura elə təşkil
olunmalıdır ki, təcili olaraq istənilən zaman görüş
keçirmək mümkün olsun. Bu şura lazım olduğu təqdirdə,
alt qurumlar, xüsusilə də 3-cü və 5-ci maddələrin yerinə
yetirilməsinə
dair
məsləhətlər
verəcək
müdafiə
komitəsinin təcili olaraq təsis etməlidir.
MaddəlO
Tərəflər, ümumi razılaşmalar əsasında, bu Müqavilənin
prinsiplərini daha da yaymaq və Şimali Atlantika
bölgəsinin təhlükəsizliyinə töhfə vermək üçün hər hansı
bir digər Avropa dövlətini bu Müqaviləyə qoşulmağa
dəvət edə bilərlər. Dəvət olunmuş istənilən dövlət
qoşulma vasitəsini Amerika Birləşmiş Ştatlan Hökuməti
234
ilə depozitə edərək bu Müqaviləyə tərəf ola bilər.
Amerika Birləşmiş Ştatlan Hökuməti Tərəflərin hər birini
hər bir qoşulma vasitəsi barədə xəbərdar edəcəkdir.
M addəll
Bu Müqavilə ratifikasiya olunmalı və tərəflərin
konstitusional strukturlanna çıxarılmalıdır. Ratifikasiya
məsələsi ABŞ dövləti ilə eyni zamanda bütün dövlətlərlə
razılaşdırılmalıdır. Müqavilə çoxluq tərəfindən (Belçika,
Kanada, Fransa, Lüksemburq, Niderland, Birləşmiş Krallıq
və ABŞ) ratifikasiya olunduqdan sonra başqa dövlətlərə
hörmətlə yanaşaraq, ratifikasiya olunan gün qüvvəyə minə
bilər.
Maddə 12
Müqavilə on il qüvvədə olduqdan sonra və ya bundan
sonra istənilən zaman, Tərəflər, əgər hər hansı biri sorğu
edərsə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi
çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyin qorunması
üçün ümumdünya, həmçinin regional qurumların inkişafı
da daxil olmaqla, Şimali Atlantika bölgəsində sülhə və
təhlükəsizliyə təsir edən faktorları nəzərə
alaraq,
Müqaviləni nəzərdən keçirmək məqsədilə m əsləhətləş
məlidirlər.
Maddə 13
Müqavilə 20 il müddətinə qüvvədə olduqdan sonra hər
hansı bir T ərəf Amerika Birləşmiş Ştatlan Hökumətinə
denonsasiya haqqında bildirişi təqdim etməsindən bir il
sonra Müqavilədən çıxa bilər ki, Amerika Birləşmiş
Ştatlan Hökuməti də digər Tərəflərin hökumətlərini hər
bir denonsasiya haqqında depozit barədə məlumatlandıra
caqdır.
235