Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə58/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

Maddə 2

Tərəflər,  özlərinin  azad  institutlarını  gücləndirərək,  bu 

institutların  əsasını  təşkil  edən  prinsiplərin  daha  yaxşı 

anlaşılmasına  nail  olmaq  və  sabitlik  və  rifah  üçün  şərait 

yaradaraq  sülhpərvər  və  dost  beynəlxalq  münasibətlərin 

daha  da  inkişaf  etdirilməsinə  töhfə  verəcəklər.  Onlar  öz 

beynəlxalq 

iqtisadi 

münasibətlərində 

münaqişələrin 

qarşısını  almağa çalışacaq və onlardan hər hansı biri və ya 

hamısı arasında iqtisadi əməkdaşlığı dəstəkləyəcəklər.



Maddə 3

Hazırkı  Müqavilənin  məqsədlərinin  daha  təsirli  yerinə 

yetirilməsi  üçün  Tərəflər,  ayrıca  və  birlikdə,  davamlı  və 

effektiv özünə yardım və qarşılıqlı dəstək vasitəsilə, silahlı 

hücumlara  müqavimət  göstərmək  üçün  fərdi  və  kollektiv 

imkanlarını inkişaf etdirəcəklər.



Maddə 4

Tərəflərdən  hər  hansı  birinin  fikrinə  görə,  nə  vaxt  ki, 

onlardan  hər  hansı  birinin  ərazi  bütövlüyü,  siyasi 

müstəqilliyi  və  ya  təhlükəsizliyi  təhdid  olunarsa,  Tərəflər 

birlikdə məsləhətləşəcəklər.

Maddə 5

Tərəflər  razılaşır  ki,  Avropa  və  yaxud  Şimali 

Amerikada  onlardan birinə və ya bir neçəsinə  qarşı  silahlı 

hücum  onların  hamısına  qarşı  hücum  kimi  qəbul 

edilməlidir;  və  müvafiq  olaraq  razılaşırlar ki,  əgər  bu  cür 

hücum  baş  verərsə,  onlardan  hər  biri,  Birləşmiş  Millətlər 

Təşkilatının  Nizamnaməsinin  51-ci  maddəsində  təsbit 

olunmuş  fərdi  və  ya  kollektiv  özünümüdafiə  hüququnu

232

həyata  keçirərkən,  fərdi  və  digər  Tərəflərlə  birlikdə, 



Şimali Atlantika bölgəsində təhlükəsizliyi bərpa etmək və 

qoruyub  saxlamaq  üçün  hərbi  gücdən  istifadə  də  daxil 

olmaqla,  lazım  olan  tədbirləri  həyata  keçirməklə  hücuma 

məruz qalmış T ərəf və ya Tərəflərə dəstək verəcəklər.

Hər  hansı  belə  bir  silahlı  hücum  və  bunun  nəticəsi 

olaraq  görülən  bütün  tədbirlər  dərhal  Təhlükəsizlik 

Şurasına məruzə  edilməlidir.  Belə tədbirlər,  Təhlükəsizlik 

Şurası  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  bərpası  və 

qorunması 

üçün 


lazım 

olan 


tədbirlər 

gördükdə 

dayandırılmalıdır.

Maddə 61

Beşinci maddənin məqsədinə uyğun olaraq, Tərəflərdən 

birinə və yaxud bir neçəsinə qarşı silahlı hücum Avropa və 

yaxud  Şimali  Amerikada  Tərəflərdən  hər  hansı  birinin 

ərazisinə, 

Fransanın 

Əlcəzair departamentlərinə2,

Tərəflərdən 

hər  hansı 

birinin  Avropadakı  işğalçı

qüvvələrinə, 

Şimali 


Atlantika 

bölgəsində 

Şimal

tropikindən  şimalda  Tərəflərdən  hər  hansı  birinin 



yurisdiksiyası  altında olan adalara və yaxud bu ərazilərdən 

Tərəflərdən 

hər  hansı 

birinin 


gəmilərinə  və  ya

təyyarələrinə silahlı hücumu da özündə ehtiva etməlidir.

16-cı maddəyə Yunanıstan və Türkiyənin üzvlüyə qəbulu ilə bağlı 

Şimali Atlantika Müqaviləsinə əlavə Protokolun 2-ci maddəsi ilə 

düzəliş edilmişdir.

21963-



  il  yanvann  16  da  Şimali  Atlantik  Şura  öz  qərarı 

çərçivəsində 

CR  (63)2  maddə  V  ilə  Fransanın 

Əlcəzair 

departamentinin müstəqilliyini qəbul etdi

233



Maddə 7

Hazırkı  Müqavilə  Birləşmiş  Millətlər  Təşkilatının 

üzvləri olan Tərəflərin Nizamnamə çərçivəsində hüquq və 

öhdəliklərinə, 

və 

yaxud 


beynəlxalq 

hüquq 


və 

təhlükəsizliyin qorunmasında Təhlükəsizlik Şurasının əsas 

məsuliyyətinə təsir etmir və bu cür şərh olunmamalıdır.

Maddə 8

Hər bir T ərəf bəyan  edir ki,  onun və  digər Tərəflərdən 

hər  hansı  biri  və  yaxud  üçüncü  bir  dövlət  ilə  arasında 

hazırda  qüvvədə  olan  heç  bir  beynəlxalq  öhdəlik  bu 

Müqavilənin  müddəaları  ilə  ziddiyyətdə  deyil,  və  bu 

Müqavilə ilə ziddiyyətdə olan heç bir beynəlxalq öhdəliyə 

qoşulmamaq öhdəliyi götürür.

Maddə 9

Tərəflər bununla bu  Müqavilənin  yerinə  yetirilməsi  ilə 

bağlı  məsələləri  nəzərdən  keçirmək  üçün  hər  birinin 

təmsil  olunacağı  şura  yaradırlar.  Bu  şura  elə  təşkil 

olunmalıdır  ki,  təcili  olaraq  istənilən  zaman  görüş 

keçirmək  mümkün  olsun.  Bu  şura  lazım  olduğu  təqdirdə, 

alt  qurumlar,  xüsusilə  də  3-cü  və  5-ci  maddələrin  yerinə 

yetirilməsinə 

dair 

məsləhətlər 



verəcək 

müdafiə 


komitəsinin təcili olaraq təsis etməlidir.

MaddəlO

Tərəflər,  ümumi  razılaşmalar əsasında,  bu  Müqavilənin 

prinsiplərini  daha  da  yaymaq  və  Şimali  Atlantika 

bölgəsinin  təhlükəsizliyinə  töhfə  vermək  üçün  hər  hansı 

bir  digər  Avropa  dövlətini  bu  Müqaviləyə  qoşulmağa 

dəvət  edə  bilərlər.  Dəvət  olunmuş  istənilən  dövlət 

qoşulma  vasitəsini  Amerika  Birləşmiş  Ştatlan  Hökuməti

234


ilə  depozitə  edərək  bu  Müqaviləyə  tərəf  ola  bilər. 

Amerika Birləşmiş  Ştatlan  Hökuməti  Tərəflərin hər birini 

hər bir qoşulma vasitəsi barədə xəbərdar edəcəkdir.

M addəll

Bu  Müqavilə  ratifikasiya  olunmalı  və  tərəflərin 

konstitusional  strukturlanna  çıxarılmalıdır.  Ratifikasiya 

məsələsi  ABŞ  dövləti  ilə  eyni  zamanda  bütün  dövlətlərlə 

razılaşdırılmalıdır.  Müqavilə  çoxluq  tərəfindən  (Belçika, 

Kanada,  Fransa, Lüksemburq, Niderland, Birləşmiş Krallıq 

və  ABŞ)  ratifikasiya  olunduqdan  sonra  başqa  dövlətlərə 

hörmətlə yanaşaraq,  ratifikasiya olunan gün qüvvəyə minə 

bilər.

Maddə 12

Müqavilə  on  il  qüvvədə  olduqdan  sonra  və  ya  bundan 

sonra  istənilən  zaman,  Tərəflər,  əgər  hər hansı  biri  sorğu 

edərsə,  Birləşmiş  Millətlər  Təşkilatının  Nizamnaməsi 

çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyin qorunması 

üçün  ümumdünya,  həmçinin  regional  qurumların  inkişafı 

da  daxil  olmaqla,  Şimali  Atlantika  bölgəsində  sülhə  və 

təhlükəsizliyə  təsir  edən  faktorları  nəzərə 

alaraq, 

Müqaviləni  nəzərdən  keçirmək  məqsədilə  m əsləhətləş­

məlidirlər.

Maddə 13

Müqavilə  20  il  müddətinə  qüvvədə  olduqdan  sonra  hər 

hansı  bir  T ərəf  Amerika  Birləşmiş  Ştatlan  Hökumətinə 

denonsasiya  haqqında  bildirişi  təqdim  etməsindən  bir  il 

sonra  Müqavilədən  çıxa  bilər  ki,  Amerika  Birləşmiş 

Ştatlan  Hökuməti  də  digər  Tərəflərin  hökumətlərini  hər 

bir  denonsasiya  haqqında  depozit  barədə  məlumatlandıra­

caqdır.


235


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə