Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə57/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

NATO-nun 

universallaşma 

strategiyası 

təşkilatın 

manevr  imkanlarını  genişləndirir.  Belə  ki,  bəzi  hallarda 

xeyli vəsait tələb edən hərbi vasitələr problemin həlli üçün 

kifayət  etmir,  qeyri-hərbi  vasitələrindən  istifadə  etm ək 

tələb  olunur.  Bu yolla həm vəsaitə qənaət etmək mümkün 

olur, ən əsası isə, insan itkisinin qarşısı alınmış olur.

Qeyri-hərbi  sahələrdə  əməkdaşlıq  xalqlar,  insanlar 

arasında 

anlaşma 


mühiti 

yaradır 


və 

beynəlxalq 

təhlükəsizlik  üçün  etibarlı  zəmin  formalaşdınr.  Lakin 

NATO  çərçivəsində  aparılan  bu  siyasət  təkqütblü  dünya 

sisteminin  formalaşmasına  xidmət  edir.  Təkqütblü  sistem 

isə,  ümumbəşəri  demokratik  dəyərlərə  ziddir  və  dünyada 

ciddi narazılıqla qarşılanır.

Balanslaşdınlmış 

xarici 

siyasət 


xətti 

yürüdən 


Azərbaycan  Respublikası  öz  imkanlarını  nəzərə  alaraq 

mövcud  beynəlxalq  vəziyyətə  adekvat  mövqe  nümayiş 

etdirir.  Avrotlantika  strukturlarına  inteqrasiya  məqsədini 

qarşıya  qoymuş  ölkəmiz  NATO  ilə  əməkdaşlığa  böyük 

əhəmiyyət verir.  Təşkilatla ilk rəsmi əlaqəmiz  1992-ci ildə 

yaranmış,  ötən  illər  ərzində  bu  sahədə  müəyyən  uğurlar 

əldə  edilmiş,  əməkdaşlığın  xeyli  inkişaf  etdirilməsi 

mümkün olmuşdur.  1994-cü  ilin mayında ölkəmizin «Sülh 

Naminə  Tərəfdaşlıq»  proqramına  qoşulması  Alyansla 

əməkdaşlıq  sahəsində  qarşımızda  geniş  perspektivlər 

açmışdır.

Qeyd  edək  ki,  Azərbaycan  Respublikasının  NATO  ilə 

əməkdaşlığı milli  dövlətçilik maraqlanmızdan qaynaqlanır 

və bu əlaqələr konkret məqsədlərə istiqamətlənmişdir:

• 

Hərbi-siyasi  idarəetmə  və  təhlükəsizlik  sahəsində 



daha  zəngin  təcrübəyə  malik  NATO  ölkələri  ilə  təcrübə 

mübadiləsi;

228

• 

Hərbi 



və 

qeyri-hərbi 

sahələrdə 

islahatların 

aparılması üçün maddi-texniki dəstək;

• 

Silahlı 



Qüvvələrin 

və 


güc 

(təhlükəsizlik) 

strukturlarının  döyüş  hazırlığının,  peşəkarlıq  səviyyəsinin 

yüksəldilməsi;

• 

Ölkənin  təhlükəsizliyinin  və  maraqlarının  təmin 



olunması  üçün daha etibarlı  zəmanət və  şərait yaradılması 

(NATO çətiri);

• 

Demokratik  islahatların  uğurla  aparılması  üçün 



Qərb dövlətləri ilə təcrübə mübadiləsi və s.

Kitabda  NATO-nun  Cənubi  Qafqazda  rolu,  eləcə  də 

NATO-Azərbaycan  əməkdaşlığının  müxtəlif  məqamlan, 

regionda  güclü,  dərin  tarixi  köklərə  malik  maraqlannı 

qorumağa  çalışan  Rusiya  və  İranın  Alyansın  Cənubi 

Qafqazdakı mövcudluğuna münasibəti geniş təhlil olunur.

Bütün  bu  yananaşmalan  ümumiləşdirib,  aşağıdakı 

nəticələrə gələ bilərik:

•  NATO  Qərb  dəyərlərinin  təhlükəsizliyinin  (o 

cümlədən  ABŞ-ın  maraqlarının)  qorunması  məqsədilə 

yaradılmışdır.  Effektiv  fəaliyyət  nəticəsində  qarşısına 

qoyulmuş  vəzifələrin  öhdəsindən  uğurla  gələn  Alyans 

təhlükəsizlik 

sahəsində 

fəaliyyət 

göstərən 

analoji 

birliklərdən fərqli olaraq özünü doğrultmuşdur;

•  Öz 

mövcudluğunun 



zəruriliyini 

əsaslandıraraq 

NATO  sosializm  sistemi  dağıldıqdan  sonra  üzləşdiyi 

sınaqdan  da  uğurla  çıxmış  və  islahatlar  yolu  tutmuşdur. 

Yeni  şəraitə  uyğunlaşmaq  məqsədinə  xidmət  edən 

strategiyanın  iki  əsas  istiqaməti  diqqətimizi  cəlb  edir: 

NATO-nun  qloballaşması  («Qlobal  NATO»  -   təşkilatın 

fiziki 


və 

nüfuz 


baxımından 

genişlənməsi) 

229



universallaşma 

-  


təşkilatın 

fəaliyyət 

sahəsinin

genişlənməsi.

•  NATO-da  baş  verən  dəyişikliklər  son  nəticədə 

beynəlxalq  təhlükəsizlik  sistemində  ciddi  dəyişikliklərlə 

nəticələnəcək.  Buna  görə  də,  hadisələrə  kənardan 

müşahidəçi  yox,  içərisində  yetişərək  yeni  şəraitə  uğurla 

adaptasiya 

olmaq 


üçün 

Azərbaycan 

Respublikası 

Avrotlantika  məkanına  inteqrasiya  siyasətinə 

sadiq 

qalmalı,  xüsusilə  də,  NATO  ilə  əməkdaşlığın  inkişafını 



diqqət mərkəzində saxlamalıdır;

•  Avrotlantika  strukturlarına uğurla  inteqrasiya  etmək 

üçün  ölkədə  zəruri  hüquqi  baza  yaradılmalı,  ilk  növbədə 

ictimai  rəyə  rasional  təsir  göstərilməlidir  ki,  cəmiyyət 

yaranmaqda olan yeni şəraitə, dövlətin bu şəraitdə tutacağı 

mövqeyə  ideoloji  və  psixoloji  baxımdan  hazır  olsun  və 

dövlətə lazımi kömək göstərə bilsin;

•  Elmi-tədqiqat 

institutlarında 

və 


ali 

təhsil 


müəssisələrində  müvafiq  istiqamət  üzrə  tədqiqatlann 

aparılmasına, 

tədrisin 

təşkil 


olunmasına 

diqqət 


göstərilməli,  dövlət  qulluğu  sistemi,  xüsusilə  də  güc 

strukturları,  silahlı  qüvvələr,  ölkənin  təhlükəsizlik  sistemi 

avratlantika  strukturlarına  qoşulmağa  hazır  vəziyyətə 

gətirilməlidir.

230

Əlavə 1.

Şimali Atlantika Müqaviləsi Təşkilatı 

Vaşinqton, Kolumbiya Federal dairəsi,

4 aprel 1949

Müqavilənin  Tərəfləri  Birləşmiş  Millətlər  Təşkilatının 

nizamnaməsinin  məqsəd  və  prinsiplərinə  inamlarını  və 

bütün  xalqlar  və  hökumətlərlə  sülh  şəraitində  yaşamaq 

niyyətini bir daha təsdiqləyirlər.

Onlar  demokratiya,  fərdi  azadlıq  və  qanunun  aliliyi 

prinsipləri  əsasında  qurulmuş  öz  xalqlarının  azadlığını, 

mədəni 


irsini 

və 


sivilizasiyasım 

müdafiə 


etmək 

əzmindədirlər.

Onlar  Şimali  Atlantika  bölgəsində  sabitliyin  və  rifahın 

yaradılması məqsədini güdürlər.

Onlar  kollektiv  müdafiə  və  sülh  və  təhlükəsizliyin 

qorunub  saxlanılması  ücün  öz  səylərini  birləşdirməyi 

qərara  alıblar.  Buna  görə  onlar  bu  Şimali  Atlantika 

Müqaviləsinə dair razılığa gəlirlər:



Maddə 1

Tərəflər, 

Birləşmiş 

Millətlər 

Təşkilatının 

nizamnaməsində müəyyən olunduğu kimi, beynəlxalq sülh 

və  təhlükəsizliyə  və  ədalətə  təhlükə  törətmədən,  cəlb 

oluna  biləcəkləri  hər  hansı  beynəlxalq  münaqişələri  sülh 

yolu  ilə  nizamlamağa  və  öz  beynəlxalq  münasibətlərində 

Birləşmiş  Millətlər  Təşkilatının  məqsədləri  ilə  ziddiyyət 

törədən  hər  hansı  halda  təhdid  və  ya  gücdən  istifadə 

etməkdən çəkinməyə öhdəlik götürürlər.

231



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə