NATO-nun
universallaşma
strategiyası
təşkilatın
manevr imkanlarını genişləndirir. Belə ki, bəzi hallarda
xeyli vəsait tələb edən hərbi vasitələr problemin həlli üçün
kifayət etmir, qeyri-hərbi vasitələrindən istifadə etm ək
tələb olunur. Bu yolla həm vəsaitə qənaət etmək mümkün
olur, ən əsası isə, insan itkisinin qarşısı alınmış olur.
Qeyri-hərbi sahələrdə əməkdaşlıq xalqlar, insanlar
arasında
anlaşma
mühiti
yaradır
və
beynəlxalq
təhlükəsizlik üçün etibarlı zəmin formalaşdınr. Lakin
NATO çərçivəsində aparılan bu siyasət təkqütblü dünya
sisteminin formalaşmasına xidmət edir. Təkqütblü sistem
isə, ümumbəşəri demokratik dəyərlərə ziddir və dünyada
ciddi narazılıqla qarşılanır.
Balanslaşdınlmış
xarici
siyasət
xətti
yürüdən
Azərbaycan Respublikası öz imkanlarını nəzərə alaraq
mövcud beynəlxalq vəziyyətə adekvat mövqe nümayiş
etdirir. Avrotlantika strukturlarına inteqrasiya məqsədini
qarşıya qoymuş ölkəmiz NATO ilə əməkdaşlığa böyük
əhəmiyyət verir. Təşkilatla ilk rəsmi əlaqəmiz 1992-ci ildə
yaranmış, ötən illər ərzində bu sahədə müəyyən uğurlar
əldə edilmiş, əməkdaşlığın xeyli inkişaf etdirilməsi
mümkün olmuşdur. 1994-cü ilin mayında ölkəmizin «Sülh
Naminə Tərəfdaşlıq» proqramına qoşulması Alyansla
əməkdaşlıq sahəsində qarşımızda geniş perspektivlər
açmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının NATO ilə
əməkdaşlığı milli dövlətçilik maraqlanmızdan qaynaqlanır
və bu əlaqələr konkret məqsədlərə istiqamətlənmişdir:
•
Hərbi-siyasi idarəetmə və təhlükəsizlik sahəsində
daha zəngin təcrübəyə malik NATO ölkələri ilə təcrübə
mübadiləsi;
228
•
Hərbi
və
qeyri-hərbi
sahələrdə
islahatların
aparılması üçün maddi-texniki dəstək;
•
Silahlı
Qüvvələrin
və
güc
(təhlükəsizlik)
strukturlarının döyüş hazırlığının, peşəkarlıq səviyyəsinin
yüksəldilməsi;
•
Ölkənin təhlükəsizliyinin və maraqlarının təmin
olunması üçün daha etibarlı zəmanət və şərait yaradılması
(NATO çətiri);
•
Demokratik islahatların uğurla aparılması üçün
Qərb dövlətləri ilə təcrübə mübadiləsi və s.
Kitabda NATO-nun Cənubi Qafqazda rolu, eləcə də
NATO-Azərbaycan əməkdaşlığının müxtəlif məqamlan,
regionda güclü, dərin tarixi köklərə malik maraqlannı
qorumağa çalışan Rusiya və İranın Alyansın Cənubi
Qafqazdakı mövcudluğuna münasibəti geniş təhlil olunur.
Bütün bu yananaşmalan ümumiləşdirib, aşağıdakı
nəticələrə gələ bilərik:
• NATO Qərb dəyərlərinin təhlükəsizliyinin (o
cümlədən ABŞ-ın maraqlarının) qorunması məqsədilə
yaradılmışdır. Effektiv fəaliyyət nəticəsində qarşısına
qoyulmuş vəzifələrin öhdəsindən uğurla gələn Alyans
təhlükəsizlik
sahəsində
fəaliyyət
göstərən
analoji
birliklərdən fərqli olaraq özünü doğrultmuşdur;
• Öz
mövcudluğunun
zəruriliyini
əsaslandıraraq
NATO sosializm sistemi dağıldıqdan sonra üzləşdiyi
sınaqdan da uğurla çıxmış və islahatlar yolu tutmuşdur.
Yeni şəraitə uyğunlaşmaq məqsədinə xidmət edən
strategiyanın iki əsas istiqaməti diqqətimizi cəlb edir:
NATO-nun qloballaşması («Qlobal NATO» - təşkilatın
fiziki
və
nüfuz
baxımından
genişlənməsi)
və
229
universallaşma
-
təşkilatın
fəaliyyət
sahəsinin
genişlənməsi.
• NATO-da baş verən dəyişikliklər son nəticədə
beynəlxalq təhlükəsizlik sistemində ciddi dəyişikliklərlə
nəticələnəcək. Buna görə də, hadisələrə kənardan
müşahidəçi yox, içərisində yetişərək yeni şəraitə uğurla
adaptasiya
olmaq
üçün
Azərbaycan
Respublikası
Avrotlantika məkanına inteqrasiya siyasətinə
sadiq
qalmalı, xüsusilə də, NATO ilə əməkdaşlığın inkişafını
diqqət mərkəzində saxlamalıdır;
• Avrotlantika strukturlarına uğurla inteqrasiya etmək
üçün ölkədə zəruri hüquqi baza yaradılmalı, ilk növbədə
ictimai rəyə rasional təsir göstərilməlidir ki, cəmiyyət
yaranmaqda olan yeni şəraitə, dövlətin bu şəraitdə tutacağı
mövqeyə ideoloji və psixoloji baxımdan hazır olsun və
dövlətə lazımi kömək göstərə bilsin;
• Elmi-tədqiqat
institutlarında
və
ali
təhsil
müəssisələrində müvafiq istiqamət üzrə tədqiqatlann
aparılmasına,
tədrisin
təşkil
olunmasına
diqqət
göstərilməli, dövlət qulluğu sistemi, xüsusilə də güc
strukturları, silahlı qüvvələr, ölkənin təhlükəsizlik sistemi
avratlantika strukturlarına qoşulmağa hazır vəziyyətə
gətirilməlidir.
230
Əlavə 1.
Şimali Atlantika Müqaviləsi Təşkilatı
Vaşinqton, Kolumbiya Federal dairəsi,
4 aprel 1949
Müqavilənin Tərəfləri Birləşmiş Millətlər Təşkilatının
nizamnaməsinin məqsəd və prinsiplərinə inamlarını və
bütün xalqlar və hökumətlərlə sülh şəraitində yaşamaq
niyyətini bir daha təsdiqləyirlər.
Onlar demokratiya, fərdi azadlıq və qanunun aliliyi
prinsipləri əsasında qurulmuş öz xalqlarının azadlığını,
mədəni
irsini
və
sivilizasiyasım
müdafiə
etmək
əzmindədirlər.
Onlar Şimali Atlantika bölgəsində sabitliyin və rifahın
yaradılması məqsədini güdürlər.
Onlar kollektiv müdafiə və sülh və təhlükəsizliyin
qorunub saxlanılması ücün öz səylərini birləşdirməyi
qərara alıblar. Buna görə onlar bu Şimali Atlantika
Müqaviləsinə dair razılığa gəlirlər:
Maddə 1
Tərəflər,
Birləşmiş
Millətlər
Təşkilatının
nizamnaməsində müəyyən olunduğu kimi, beynəlxalq sülh
və təhlükəsizliyə və ədalətə təhlükə törətmədən, cəlb
oluna biləcəkləri hər hansı beynəlxalq münaqişələri sülh
yolu ilə nizamlamağa və öz beynəlxalq münasibətlərində
Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə ziddiyyət
törədən hər hansı halda təhdid və ya gücdən istifadə
etməkdən çəkinməyə öhdəlik götürürlər.
231