aşkarlanması,
helikopterlə
evakuasiya,
hərbi-mülki
əməkdaşlıq, partlayıcı maddələrin aşkarlanması zamam
hərəkət tərzləri, şübhəli şəxslərin axtarılması, hücumun
təşkili və aparılması, ingilis dilinin səviyyəsi və s.) icra
edilib və Azərbaycan Silahlı Qüvvələrinin bölüyü
tapşırıqların yerinə yetirilməsində uğurlu nəticələr əldə
edib. NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının
qiymətləndiricilər
qrupu
təlimdən
razı
qaldıqlarını
bildiriblər. Yaxın zamanlarda komandanlığın hesabatı
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim
ediləcəkdir.
Onu da qeyd edək ki, NATO-nun Əməliyyat İmkanları
Konsepsiyası
(OCC)
çərçivəsində
Ortaq
Qüvvələr
Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri
bölüyünün ilkin özünü qiymətləndirmə təlimi 13-15
noyabr 2007-ci il tarixlərində keçirilib. İkinci təlimi
əvvəlki ilə müqayisədə irəliyə doğru addım hesab etmək
olar, çünki o, daha yaxşı nəticələrinə görə diqqəti cəlb
edir.
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri 2009-
cu il aprelin 7-10-da Türkiyənin Aksaz şəhərində
Cooperative Marlin/Mako-2009 təlimlərinin planlaşdırıl
ması üzrə yekun konfransda iştirak etmişlər. Bundan
əlavə, NATO ilə tərəfdaşlıq çərçivəsində azərbaycanlı
hərbçilər 2008-ci il aprelin 1-3-də Vaşinqtonda müdafiənin
planlaşdırılması və ABŞ-NATO əlaqələri mövzusunda
görüşlərdə iştirak ediblər. Eyni zamanda, ABŞ ilə
əməkdaşlıq planına əsasən aprelin 6-10-da Bakıda
Azərbaycanın hərbi-dəniz qüvvələri və sərhəd xidməti
ekspertləri ilə Amerika Hərbi-Mülki Əlaqələr Mərkəzinin
nümayəndələri arasında terrorla mübarizə mövzusunda
220
görüş keçirilmişdir. Plana görə, Müdafiə Nazirliyinin
nümayəndələri aprelin 6-dan mayın 11-dək Şimali
Karolinada antiterror əməliyyatları operatorlarının əsas
kursunda iştirak etmişlər.
Türkiyə ilə əməkdaşlıq planına görə isə hərbçilərimiz
aprelin
6-dan mayın 29-dək İstanbulda partlayıcı
maddələrin aşkar edilməsi üzrə kurs keçmiş, həmçinin
aprelin 7-9-da SAT/SAS təlimlərinin (dünyanın ən yaxşı
xüsusi təyinatlılarından sayılan Türkiyənin məşhur Su Altı
Taaruz (SAT) və Su Altı Savunma (SAS) xüsusi
təyinatlıları istənilən şəraitdə- həm su altında, həm də su
üstündə əməliyyatlar aparmağa qadir birlik kimi özlərini
doğrultmuşlar) planlaşdırılması üzrə konfransda iştirak
etmişlər. Azərbaycan hərbi idarəsinin nümayəndələri
aprelin
6-8-də
məhkəmə
sisteminə həsr olunmuş
beynəlxalq simpoziumda da iştirak etmişlər.
Qırğızıstanla hərbi əməkdaşlıq çərçivəsində 2009-cu il
aprelin 6-7-də Bakıda Azərbaycan SQ-nin təhsil sistemi ilə
tanışlıq təşkil olunmuş və Qırğızıstan Müdafiə Nazirliyi
kadr zabitlərinin hazırlanması üzrə ekspert görüşü
keçirilmişdir.
Pakistanla əməkdaşlıq planına görə, azərbaycanlı
hərbçilər 2009-cu il aprelin 6-dan iyunun 13-dək kəşfiyyat
üzrə təkmilləşdirmə kurslannda olmuşlar.
Azərbaycanla Rumıniya arasında ikitərəfli əməkdaşlıq
planına görə 2009-cu il aprelin 6-dan iyulun 3-dək
Buxarestdə qərargah zabitləri üçün birgə əməliyyatlar üzrə
kurslar, həmin il aprelin 6-dan iyulun 17-dək partlayıcı
maddələrin zərərsizləşdirilməsi üzrə kurslar keçirilmişdir.
Bundan əlavə, Rumıniya Milli Müdafiə Kollecinin rəhbəri
221
Azərbaycan SQ Hərbi Akademiyası ilə tanış olmaq üçün
aprelin 9-11-də Bakıda səfərdə olmuşdur.
Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə
Sülh
Naminə
Tərəfdaşlıq
Proqramı
çərçivəsində
əməkdaşlıq etməklə yanaşı bir sıra xarici dövlətlərlə də
sıx əlaqə qurmuşdur. Başqa ölkələrlə əlaqələr Azərbaycan
ordusunun güclənməsinə daha da yardım edir. Azərbaycan
Hərbi Dəniz Qüvvələrimiz, Hərbi Hava Qüvvələrimiz tam
şəkildə NATO standartlanna uyğunlaşdmlıb. NATO
çərçivəsində Azərbaycanın hərbi qulluqçulan treninqlər
keçir və xarici dil kurslannda iştirak edirlər. Sülh Naminə
Tərəfdaşlığın ən işlək mexanizmi olan Fərdi Tərəfdaşlıq
Fəaliyyəti Proqramı geniş sahəli tədris və təlim işlərini
əhatə edir. Hər il NATO-Azərbaycan Fərdi Tərəfdaşlıq
Proqramı çərçivəsində Silahlı Qüvvələrimizin 1000-dən
çox hərbi qulluqçusu müxtəlif hərbi sahələr üzrə tədris
tədbirlərində və təlimlərdə iştirak edir. Azərbaycanın
NATO-ya inteqrasiyası ilə bağlı yeni ikitərəfli plan
hazırlanır. Onun Azərbaycan prezidenti İlham Əliyev
tərəfindən təsdiqlənməsi nəzərdə tutulur.
Beləliklə, yuxanda apardığımız təhlil və analizlər bir
daha təsdiq etdi ki, Azərbaycanda ordu quruculuğunun
davamlı olması və bütün məqamları nəzərə alaraq
apanlması ölkəmizin hərbi cəhətdən bölgənin ən güclü
dövləti olmasmı təmin edir. Ordu dövlətin təhlükəsizliyini
təmin edən güc olmaqla bərabər, hərbi sənayenin
inkişafım stimullaşdıran qurumdur. Hərbi sənayesi güclü
olan dövlətin ordusunun döyüş potensialı daim artır, daha
perspektivli bir hala gəlir. Hərbi sənaye məsələsi indi
dünya dövlətləri üçün böyük əhəmiyyət daşıyır. Məsələn,
Türkiyə və Pakistan Qərbdən asılı olmayan hərbi
222
sənayeyə malik olmaq yolunda hər cür çətinliyə dözürlər.
Dolayısı ilə Azərbaycan həm NATO standartlarına keçir,
həm də Türkiyə vasitəsi ilə müstəqil hərbi sənaye
kompleksi yaradır. Yəni bir çox dövlətlərin çətinliklə
keçdiyi mərhələni asan və ziyansız adlamağa çalışır. Bu
ağıllı siyasətin və onu reallaşdıran səmərəli diplomatiyanın
bəhrəsini dövlətimiz yaxın perspektivdə daha çox
görəcəkdir.
223