Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə10/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

qatma  istinad  etmiş  və 

Ə.Cəfəroğlu  nədənsə  qopuzu  Türkiyə 

türklərinə məxsus olduğunu qeyd  edir ki,  bizcə, bu da mübahisəli 

görünür”,  (41,  s. 11)  — mülahizəsini  irəli  sürmüşdür..  Fikrimizcə, 

mühacir  alim  əldə  edə  bildiyi  mənbələrə  əsasən  (onlarm  hamısı 

tədqiqatda əksini tapmışdır) belə bir qənaətə varmışdır.

“ ...  Osmanlı  idarəsi  altında bulunması  bir çox  türk alət  və 

ənənəsilə  bərabər  türk  musiqi  və  xalq  ədəbiyyatının  nə  kimi  tə­

sirlər  buraxdığım”  (97,  s.425)  aydınlaşdırdığı  tədqiqatının  so­

nunda  Əhməd  Cəfəroğlunun  dünya  ictimaiyyətinə  ünvanladığı 

fikirlərinin isə  şərhə  ehtiyacı  yoxdur:  “Türkün yaradıcı  qüvvət və 

qabiliyyətini  görmək  istəyirsinizmi,  dönün  bir  az  da  keçmişinizə 

baxın.  Orada  siz  türkü  hamınızın  arasında  öz  mənəvi  varlığı  ilə 

yaşamaqda  görür  və  türksüz  mədəniyyət  olmayacağmıza  qane 

olursuz.  Misalmı istərsiniz,  iştə  sizə:  Qopuz...  (97,  s.  426).

Əhməd  Cəfəroğlu  sonralar  da  bu  sahədəki  araşdırmasını 

davam  etdirmişdir,  “Folklorumuzda milli  həyat və  dil  bakiyələri” 

adlı  tədqiqatında  Qərblə  Şərq  arasındakı  mədəni  əlaqələrə  ay­

dınlıq gətirərkən,  onun gəldiyi  nəticələr olduqca önəmlidir:  “Türk 

millətinə  xas  köçəbəlik  mədəniyyətilə  yaşayan  türklər,  şübhəsiz, 

bulunduqları  sahənin  durğunluğu  və  təmasda  bulunduqları  Av­

ropa  qövmləri  üzərində  təsir  icra  etməkdən  geri  qalmamışdırlar. 

Biz  bu  gün  Avropa  millətlərinin  folkloru  ilə  türk  folkloru 

arasında  bir  müqayisə  aparsaq,  türkün  hansı  Avropa  qövmləri 

üzərində  təsiri  olduğunu  təsbitdə  çətinlik  çəkmərik.  Çünki  tarixi 

mühacirətlərdə  axın  daima  Şərqdən  Qərbə  olmuş,  Şərq  özi 

aşıladığı  təsir  müqabilində  Qərbdən  adəta  heç  bir  şey  alma­

mışdır” (98,  s.  22).

Əhməd  Cəfəroğlu  öz  elmi  mülahizələrini  dəqiqləşdinnək 

məqsədilə  dünya  folkloru  inciləri  arasında  müqayisələr  apar­

mışdır.  Beləliklə,  almanların  məşhur  “Nibelunq  nəğmələri”nin 

əsas  qəhrəmanının  Hun  hökmdarı  Atilla  olduğunu  bildirən  alim 

türk  qopuzunun  və  şeirinin  müxtəlif  xalqların  kültür  həyatına 

təsirini  də  xatırlatmışdır:  “Hələ  xalq  şeirlərini  və  zəfərlərini  tə­

rənnüm  edən  QOPUZun  Hun  türklərinin  dövründən  etibarən

38

macarlar,  çexlər,  polyaklar,  litvalılar,  almanlar,  ruslar,  ukray­



nalılar,  fınlər,  Afrikada  yaşayan  yerli  əhali  və  nəhayət,  bütün 

Balkan  millətləri  tərəfindən  mənimsənilməsi  və  istifadəsi  iddia 

edilən təsiri bütün vəsfləri  ilə göstərməkdədir”( 98, s.  23).

Məqalədəki  “qopuz”  sözü,  ilk  növbədə,  yazılışı  ilə  diqqətə 

çatdırılır,  bu,  milli  kültürümüzə  verilən  önəmin  ifadəsidir.  Digər 

tərəfdən,  hələ  keçən  əsrin  40-cı  illərindən  türkdilli  xalqlar  üçün 

qürurverici  bir  məqamı  Əhməd  Cəfəroğlunun  qaldırdığını 

xatırlatmalıyıq,  çünki  bu  gün  də  folklorumuzun  dünya  mədə­

niyyəti kontekstində araşdırılması problem kimi  qalmaqdadır.

Bundan  başqa,  Əhməd  Cəfəroğlu  türkdilli  etnosların  ya­

ratdığı  qədim  söz  sərvətinin  bir-birinə  cox  uyğun  gəldiyini,  hətta 

eyni  olduğunu,  ən  əski  dövrlərdən  ənənəviliyini  qoruduğunu, 

onlarm  keçmiş  həyat  tərzini  müəyyənləşdirməyin  ən  asan  yolu­

nun  məhz  bu  gün  də  köçəri  həyat  sürən  türkdilli  xalqların  mədə­

niyyətinin,  folklorunun  araşdırılmasından  başlanmalı  olduğunu 

qeyd  etmişdir:  “...  Orta  Asiya türk  köçəbələri  ilə  Anadolu  köçəbə 

tayfalarının  folklorunu  yaxından  araşdırmaq  və  onlarm  həqiqi 

həyatlarına  vaqif  olmaq  kafidir.  Bu,  əldə  edilincə,  əski  türk 

əsərləri  ilə  də  qeyb  olan  əski  həyatımızı  bir  dərəcəyə  qədər  əldə 

etmək  imkanı  olur...  Çünki  əski  köçəbə  türk  tayfalarının  və  boy­

larının  xarakteristik  vəsfləri  bugünkü  köçəbə  türk  tayfalarında 

eynilə mühafizə olunmuşdur” (98,  s.  23).

Azərbaycan  aşıq  sənətini  xalqın  azadlıq  ruhunun,  incə 

zövqünün,  qəhrəmanlıq  və  şücaətinin  ifadəsi  kimi  qiymətləndirən 

Əhməd  Cəfəroğlu  bu  xalq  sənətinin  ən  çox  yüksəlməyə  doğru 

getdiyi  XVI  əsri  dilimizin  və  xalq  ədəbiyyatının  tam  formalaşma 

dövrü  kimi  dəyərləndirirdi.  On  altıncı  yüzildə  Azərbaycan  ədəbi 

dilinin  inkişafında  folklorun  mühüm  rol  oynadığını  və  xalqın 

kültürü  ilə  istiqlaliyyətinin  qovuşmasından  bir  zəfər  kimi  bəhs 

edən  alim  “Azərbaycan  dil  və  ədəbiyyatının  dönüm  nöqtələri” 

əsərində  yazır:  “ ...  bır  tərəfdən,  qələm  əhli  xalqa  öz  dililə  xitab 

edərək, ona öz ədəbiyyatının  zövqünü daddırırkən, digər tərəfdən, 

qılınc  əhli  də  Azərbaycana  yeni  hürr  və  müstəqil  bir  dövlət

39



idarəsi  şəklini  hazırlamaqda  idilər.  Zira,  kültür  istiqlaliyyəti 

yalnız  dil  və  ədəbiyyat  kimi  sahələrdə  deyil,  eyni  zamanda  milli 

torpaqlar  üzərində  qurulacaq  olan  maddi  istiqlaliyyətlə  də  qo­

vuşunca sağlam ola bilirdi” (103, s.17).

Göründüyü kimi,  Əhməd  Cəfəroğlu  yalnız  dövlət  və  kültür 

istiqlaliyyətinin birlikdə  xalqın  azadlığına  gətirəcəyinə  əminliyini 

bildirmiş,  əgər  bu  iki  mühüm  amil  bir-birindən  təcrid  edilərsə, 

hürriyyətin  tam  olmayacağına  inanmışdır.  Onun  bu  fikrinin 

doğruluğunu  bütün  zamanlarda  yaranan  ədəbi  əsərlər  sübut 

etmişdir,  çünki bir çox  hallarda,  o  cümlədən  yaxın  keçmişimizdə 

-  sovet dövründə dövlət istiqlaliyyətinin olmaması öz təsirini kül­

tür sahəsində də göstərmişdir.

Əhməd  Cəfəroğlu XVI  əsrdə yeni bir  siyasi  şəraitin  yaran­

ması,  Azərbaycanda  m üxtəlif xanlıqlar  şəklində  də  olsa,  müstə­

qilliyin  əldə  edilməsinin  xalq  ədəbiyyatının  aşıq  sənəti  kimi 

mühüm  bir  qolunun  da  sürətlə  inkişafına  gətirdiyini  qeyd  etmiş­

dir:  “ ...Azərbaycan  məhəlli  xanlıqlar  idarə  sistemi  üzərinə  is­

tiqlalına  qovuşmuş,  əbədiyyən  İrandan  ayrılmışdır.  Müvazi 

olaraq,  eyni  hakimiyyət  kültür  sahəsində  də  təməlləşmişdir. 

Beləcə qələmlə qılınc bir-birini  tamamlamışdır” (103, s.17).

Bildiyimiz  kimi,  Əhməd  Cəfəroğlu  hər  zaman  dil  və  ədə­

biyyatın  inkşafmı  qarşılıqlı  əlaqədə  öyrənilməsi  tərəfdarı  olmuş, 

xalqın  mənəvi  sərvətlərinin  tədqiqinə  bütün  yaradıcılığı  boyu  bu 

prinsiplə  yanaşmışdır.  Ana  dilimizin  və  ədəbiyyatımızın  inkişafı 

tarixini  araşdırdığı  “Azərbaycan  dil  və  ədəbiyyatının  dönüm  nöq­

tələri”  əsərində  də,  “Azərbaycan  türklərinin  ədəbiyyatı”  adlı 

tədqiqatında  da  məhz  Səfəvilərin,  xüsusən  hökmdar  olmaqla 

yanaşı,  özü də  qoşmalar yazan  və  saz  havası  yaradan  Şah  İsmayıl 

Xətayinin  hakimiyyəti  illərini  -   on  altıncı  əsri  xalqın  kültür 

həyatında  önəmli  bir  dövr  kimi  dəyərləndirmişdir  (103,  s.17;  25, 

s.  133).

Digər türkdilli  xalqlardan  fərqli  olaraq,  Azərbaycanda aşıq 

sənətinin  daha  sürətlə  inkişaf  etdiyini  nəzərə  çatdıran  Ohməd 

Cəfəroğlu  eyni  zamanda  saz  sənətinin  bu  yüksəlişinin  ədəbi  dilə

40

mühüm  təsirini  də  ayrıca  xatırlatmışdır:  “XVI  əsrin  sonlarından 



etibarən  tamamilə  milli  kültürü  ilə  yaşamağa  başlayan  Azər­

baycan  türklüyünün  milli  həyatım  tərənnüm  edən  ən  sağlam 

vasitə klassik ədəbiyyatla xalq ədəbiyyatı  arasında dilcə bağlayıcı 

bir  körpü  vəzifəsi  görən  aşıq  ədəbiyyatı  olmuşdur.  Bu  ədəbiyyat 

türk  xalqları  arasında  ən  əlverişli  inkişaf sahəsini  Azərbaycanda 

bulmuşdur.  “Koroğlu”  burada  doğulduğu  kimi,  romantik  poem- 

lərdən  “Aşıq  Qərib”,  “Şah  İsmayıl”,  “Əsli  və  Kərəm”,  “Lətif 

şah və Telli  Mehriban”  və  sairə həp bura xalqının ruhundan  qop­

muşdur.  Təbiət  sanki  Azərbaycanı  romantik  poemlərin  bir  növ 

vətəni  halma  gətirmiş,  xalqa  istedad  xüsusunda  heç  bir  şeyi 

əsirgəməmişdir” (103, s. 17-18).

Bütün  türkdilli  xalqların  kültürünün  tədqiqatçısı  kimi  dün­

yada  tanınan  Əhməd  Cəfəroğlu  aşıq  sənətinin  məhz  Azərbay­

canda  daha  geniş  vüsət  aldığını,  əsrlərdən  bəri  bu  xalq  sənətinin 

daim  yaşadığını,  bu  gün  belə  fəaliyyətini  dayandırmadığını,  məc­

lislərdə  saz  və  sözün  mühüm  əhəmiyyət  daşıdığını  iftixarla  qeyd 

etmişdir:  “Azəri  xalqının  tarixini,  diınünü,  bu  gününü,  rnücadi- 

ləsini,  öz  mənliyinə  qarşı  olan  eşqini  “sazlı  və  sözlü”  tərənnüm 

edən  aşıqlar  da  bu  nemətli  torpaqlarda  yetişmişdirlər.  Dünya 

türklüyü  içərisində  heç  bır  türk  xalqının  Azərbaycan  qədər  bol 

aşıq  zümrəsi  yetişdirmədiyini  söyləyəcək  olursam,  əsla  mübaliğə 

etməmiş  oluram  zənnindəyəm.  Hələ  də  bu  gün  şərq  ellərimizdə 

və  hər  iki  Azərbaycan  düyünlərində  xalqın  ruhunu  oxşayan  saz 

şairlərimiz, aşıqlarımızdır” (103, s.  18).

Göründüyü  kimi,  mühacir  folklorşünas  xalqımızın  içərisin­

dən  çıxan,  onun  məclislərini  şənləndirən,  tarixi  keçmişini,  qəhrə­

manlıq  və  şücaətini,  adət-ənənələrini  daim  yaşadan  saz  sənət­

karlarını  yüksək  qiymətləndirmiş,  aşıq  yaradıcılığının  əsl  vətə­

ninin  Azərbaycan  olduğunu,  aşıqların  milli  kültürümüzün  inki­

şafındakı  əvəzsiz xidmətlərini  diqqətə  çatdırmışdır.  Əhməd  Cəfə­

roğlu  öz əsərində:  “Tufarqanlı  Abbas,  Naxçıvanlı  Baxşı,  İrəvanlı 

Alxas,  Axalkələkli  Dədə  Qasım,  Çıldırlı  Bağdad  xanım,  Aşıq 

Gülüstan,  Qərari,  Fiqani,  Pəsəndi,  Qurbani,  Şenlik  və  sairə  həp

41



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə