Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə19/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

məktəbi  ənənələrinn  davamçılarından  biri  olmuşdur”,  onun  Şir­

vana gəlməsi, Ləzgi  Əhmədlə görüşməsi  və s.  yanlışdır.  (63,  II  c., 

s. 168).

Əhməd  Cəfəroğlu  variantında  da  Aşıq  Ləzgi  Əhmədlə  öz 

vətənində  görüşür,  onların  ilk  görüşü  Qasımın  çobanlıq  etdiyi 

dövrlə  bağlanır,  bundan  başqa,  ərənlər  pirinin  verdiyi  çörəkdən 

ona  da  pay  düşür.  Başqa  sözlə,  Ləzgi  Əhmədin  də  çox  məşhur 

aşıq  olmasının səbəbi məhz bu şəkildə ortaya çıxmış olur.

“Dədə  Qasım”  dastan-rəvayəti  bir  çox  xüsusiyyətləri  ilə 

ənonəvilikdən  uzaqlaşmış,  fərqli  keyfiyyətləri  özündə  birləşdir­

mişdir.  Əvvəla,  adətən buta verilərkən yalnız bir qız və bir oğlana 

tanıdılır,  lakin  Əhməd  Cəfəroğlu variantında Dədə  Qasıma uyqu­

sunda  ərənlər  piri  üç  qızı  göstərir,  onlardan  ikisi  aşığın  öz 

kəndindəndir,  biri  isə  Təbriz  şahının  bacısı  Güləşər  xanımdır. 

Artıq  çobanlığı  buraxıb,  saza-sözə  başlayan  Dədə  Qasım  kənd­

dəki  qızların  ikisi  ilə  də  nişanlanır  və  Güləsərin  arxasınca 

getməyə hazırlaşanda sazı  sinəsinə basıb deyir:

Bu yolda gəlmək, gəlməmək də var,

Bəlkə orda ölmək, ölməmək də var.

Diyari  qürbətdə gülməmək də var,

Viran oldum viran, xanmanlar kimi.

Dədə  Qasım özü Tikmədaşlıdı,

Ürəyim maraqlı, gözüm yaşlıdı.

Ciftinən gələnnər yaşıl başlıdı,

Salını qarşımda sonalar kimi (102,  s.7).

Əhməd  Cəfəroğlunun  verdiyi  sonrakı  əhvalatlarda  həm 

Dədə  Qasımın,  həm  də  Ləzgi  Əhmədin  yuxusunda  ərənlər  pin 

tərəfindən  eyni  qıza -  Təbriz  şahının  bacısına buta  verilməsi  on­

ların  ikinci  dəfə  görüşməsinə  gətirib  çıxarır.  Digər  tərəfdən,  Gü­

ləşər iki nəfərə, Xəstə Qasıma və Ləzgi Əhmədə buta kimi verilir. 

Bu  dastan-rəvayətdə  Ləzgi  Əhmədin  də  çox  böyük  bir  aşıq  ol­

74

duğu görünməkdədir.  O,  Təbriz şahının bacısm  almaq üçün qoyu­



lan  şərti  asanlıqla  yerinə  yetirir,  qarşısına  gətirilən  bütün  aşıqları 

sözü  ilə  bağlayır  və  öldürür.  Sonuncu  olaraq  artıq  məşhurlaşmış 

Dədə Qasımın dalınca elçi  göndərilir.

Güləşər  xanım  özü  Dədə  Qasımın  haqq  aşığı  olub-olma­

dığını  yoxlamaq  qərarına  gəlir  ki,  bu,  Azərbaycan  xalq  yara­

dıcılığında  daim  rast  gəlinən  məqamlardandır.  Ağzına  noğul, 

əlinə  qələm,  kağız  alıb,  üç  cariyəsi  ilə  hərami  əlbisəsində  Dədə 

Qasımın qarşısına çıxan Güləsəri  aşıq  belə tanıdır:

Hey ağalar,  sizə tərif eyliyəm,

Bir əcəm  beçəsi  yolda gizlənir.

Həm oğru,  həm doğru,  həm  də hərami,

Üçü də  bir olmuş yolda gizlənir.

O necə quşdur ki, dağlarda səkər,

Kirpiyi  neşdərdi,  qanımı  tökər.

Bir noğul,  bir nabat,  bir də bir şəkər,

Üçü də bir olmuş,  dildə gizlənir

O necə quşdur ki, anasın əmər,

IJzü bədirlənmiş  şəmsilə qəmər.

Bir qafdan, bir çərkəz,  bir də  bir kəmər,

Üçü də bir olmuş,  beldə gizlənir.

Dədə Qasım  deyər,  üzü  xallı  qız,

Ağzı  şəkər,  şərbət,  dili  ballı  qız,

Bir dıvıt,  bir qələm,  bir də bir kağız,

Üçü də bir olmuş əldə gizlənir (102,  s.8).

Dədə  Qasım  Güləsərin  bu  imtahanından  sonra  Təbriz 

şahının  qarşısında  Ləzgi  Əhmədlə  deyişir,  onu  bağlayır,  haqq 

aşığı  olduğunu  sübuta  yetirərək,  özünü  ölümdən  qurtarır  və  şahın 

əmrilə  hər üç qızla  evlənir.




Sonda qəhrəmanın  hər üç  gözələ qovuşması  epizodu da diq­

qəti  cəlb edir. Xatırladaq ki,  Əhməd Cəfəroğlunun toplayaraq tam 

şəkildə nəşr etdirdiyi  “Lətif şah və Telli  Mehriban” dastanında da 

qəhrəman iki  qızla  - həm öz butası, həm  də onun razılığı  ilə Lətif 

şahı  ölümdən  xilas  edən  Əsma  xanım  ilə  evlənir.  A.Nəbiyevin 

“Azərbaycan  xalq  dastanlari”  kitabına  yazdığı  “Mənəvi  sərvət 

xəzinəsindən”  adlı  ön  sözdə  göstərilir:  “ ...lirik qəhrəmanın sonda 

hər  iki  gözələ  qovuşması,  təbii  ki,  dastançılıq  ənənəsinə  uyğun 

deyildir,  istər  qəhrəmanlıq,  itərsə  də  məhəbbət  dastanlarinda  bü­

tün qəhrəmanlar əsasən təkarvadh kimi təsvir edilir.  İslam dininin 

çoxarvadlılıq  ideyası  məlum  səbəblərlə  bağlı  xalq  ədəbiyyatında 

öz  əksini  tapa  bilməmiş,  xalq  şifahi  yaradıcılığında  həmişə  bu 

ənənəyə qarşı  çıxmışdır” (18, s.9).

Digər  tərəfdən,  bır  oğlana  eyni  vaxtda  üç  qızın  və  ya  eyni 

qıza  iki  gəncin  buta  verilməsi  də  Azərbaycan  dastançılıq  ənə­

nəsindən tam  fərqlidir.

Bu  dastan-rəvayətdə  diqqəti  cəlb  edən başqa bir məqam  qı­

zın  adının  Güləşər  olmasıdır,  indiyə  qədər  onunla  bağlı  verilən 

“Xəstə  Qasım  və  Mələksima” ,  ya  da  “Molla  Qasım”  dastan- 

rəvayətlərində  Sənəm  adlı  qızdan  bəhs  olunmaqdadır  (42;  15,  s. 

551).

“Hüdud  boyu  saz  şairlərindən  Dədə  Qasım”  məqaləsində 



verilən  dastaıı-rəvayətin  mətninin  təhlili  bir  daha  göstərir  ki, 

Əhməd  Cəfəroğlu  aşığın  həyatına  işıq  tutmaqla  folklorşünaslı­

ğımız  üçün  yenə  də  əvəzsiz  bir  xidmət  göstərmiş,  eyni  zamanda 

Azərbaycan  xalq  ədəbiyyatının  bu  görkəmli  nümayəndəsinin 

Vətənimizdən  uzaqlarda  da  yaddaşlarda  əbədiləşməsinə  nail  ol­

muşdur.


Qeyd  etmək  lazımdır  ki,  Əhməd  Cəfəroğlunun  doğma  və­

təninə  bağlılığı,  onun  əsarətinə  və  həsrətinə  dözə  bilməməsi  not­

ları  dostlarının,  tələbələrinin  yazdığı  xatirələrdə  ana xətt kimi  ve­

rilir,  lakin  bu  ağrının  şiddətini  onun  elmi  tədqiqatlarında da  oxu­

cusu  duymaqdadır.  “Hüdud  boyu  saz  şairlərindən  Dədə  Qasım” 

məqaləsinin  ilk  cümlələrində olduğu kimi,  son sətirlərini  də həyə­

76

cansız oxumaq, bu qərib  alimin kədərini  anlamamaq mümkün  de­



yil,  xüsusən  də  məqalənin  əvvəlki  variantı  ilə  müqayisə  etdikdə 

onun  həsrətinin  illər keçdikcə  necə  dözülməz  bir  ağrıya  çevrildi­

yinin  şahidi  olmaqdayıq.  Məqalənin  1948-ci  il  variantında  son 

cümləni:  “İndi  bu  gün  Əfşar  elində  Güləsərin  köşkündə  “Zeytun 

dalı”  içində  şahzadə  həyatı  keçirməkdədir”  (100,  s.  14),  -   yaz­

maqla  müəllif  Dədə  Qasımın  ölümsüzlüyünə  əminliyini  bildir­

miş, “Zeytun dalı” dərgisinin adını  xatırlatmaqla isə buradakı  təd­

qiqatına  işarə  etmişdirsə,  lakin  bir  müddət  sonra  -   1953-cü  ildə 

həmin  tədqiqatın  təkrar  nəşri  zamanı  bu  şəkildə  dəyişdirmişdir: 

“Hələ  bu  gün  Azərbaycanın  Əfşar  elində  “28  May  köşkündə”, 

matəmini  tutduğu  ana  vətənin  əsarətinə  sazı  və  sözü  ilə  ağla­

maqdadır” (102,  s.8).

Burada  Dədə  Qasımın  əbədi  yaşarlığı  ilə  yanaşı,  böyük  söz 

ustadının  ruhunun  Azərbaycandakı  milli  hakimiyyətin  süqutuna 

matəm  tutmasını,  ana  vətənin  əsarətinə  göz  yaşı  tökməsini  xəya­

lən  canlandırmaqla,  əslində,  Əhməd  Cəfəroğlu  öz  qəlbindəki  kə­

dəri,  dözülməz  əzabları,  acıları  ifadə  etmək  istəmiş  və  buna  nail 

olmuşdur.

Azərbaycan  mühacirət  folklorşünaslığında  Xəstə  Qasımla 

bağlı  tədqiqat  aparanlardan  biri  də  Xavər  Aslandır.  İstanbulda 

nəşr edilən  “Xəzər” dərgisinin  1980-ci  il  11-12-ci  sayında  “Azər­

baycan  aşıq  ədəbiyyatı”  məqaləsində  tədqiqatçı  Qaracaoğlan, 

Aşıq  Ələsgər  kimi  sənətkarlarla  yanaşı,  Xəstə  Qasımın  da  yara­

dıcılığını  təhlilə  cəlb  etmişdir.

Xəstə  Qasım  yaradığcılığı  haqqında  dəqiq  bilgilərin  olma­

dığına  diqqət  yetirən  tədqiqatçı:  “Əsərlərindən  anlaşılır  ki,  ustad 

aşıq  rahatsız  bir  zamanda,  savaşın  və  köçlərin  sürüb  getdiyi 

çağlarda  yaşamışdır”  (81,  s.14),  -   yazaraq,  bu  böyük  söz  usta­

dının  iztirab  dolu  həyatını,  müharibələrlə  qarmaqarışıq  dövrü  və 

mühitini  müəyyənləşdirməyə çalışmışdır.

Xavər xanım  məqaləsində  Bakıda nəşr olunan  araşdırmalar­

dan  bəhrələnsə  də,  tədqiqatçıların  əksəriyyətindən  fərqli  olaraq, 

aşığın  həyat  və  yaradıcılığı  ilə  bağlı  mübahisəli  məqamlara  deyil,

77



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə