Almaz həSƏnqizi aşiq yaradiciliği mühaciRƏt folklorşÜnasliğinda



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə21/36
tarix22.07.2018
ölçüsü4,07 Mb.
#57780
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

içərisində  sadəcə  “Aşıq”  ləqəbi  ilə  şöhrətlənmiş  olduğunu,  əsil 

admın isə  Sarı Aşıq olduğunu Seyid Nigari də demişdir:

01  qürbdədir məzari-Aşiq,

Əlqabi-şəhiri  Sarı  Aşıq.

Biz bu beytə daha çox  inanırıq.  Çünki  ədəbiyyat tariximizdə 

təriqət  ədəbiyyatının  son  nümayəndələrindən  biri  sayılan  Şeyx 

Həmzə  Seyid  Nigari  bu  yerlərdə  doğulub  böyümüş  və  hətta 

həmin  nəsildən  olmuşdur.  Sarı  bizdə  çox  geniş  yayılmış  adlar- 

dandır” (74,  s.228).

Aşığın  hansı  illərdə  yaşaması  hələ  də  mübahisələr  doğur­

maqdadır.  Mustafa bəy “Altı yız ildən bəri” onun sevildiyini qeyd 

etməklə aşığın XIII əsrdə  yaşadığına işarə etmişdir.

Əhməd  Cəfəroğlu  isə  “Azərbaycan  türklərinin  ədəbiyyatı” 

adlı  tədqiqatında  Sarı  Aşığın  XVII  əsrdə  yaşadığını  müəyyən­

ləşdirmiş,  onunla  bağlı  məlumatın  azlığına  baxmayaraq,  özü­

nəməxsus orijinal  yaradıcılığı  ilə digər aşıqlardan seçildiyini  qeyd 

etmişdir:  “Xalq  arasında  dolaşan  rəvayətlərə  görə,  Cənubi  Azər­

baycanın  Qaradağ  mahalından  olan  bu  aşıq  Yaxşı  adlı  bir  qızı 

sevmişdir.  Şeirlərinin  əksəriyyətində  sevgilisinin  adı  çəkilir.  Sarı 

Aşığın  xalq  şeirinin  qədim  şəkillərindən  olan  bayatıya  üstünlük 

verməsi  onu eyni janrdan  o  qədər də  geniş istifadə etməyən başqa 

el  sənətkarlarından  fərqləndirən  cəhətdir”(25, s.  134).

Azərbaycanda  son  illərdə  tədqiqatçıların  əksəriyyəti  Cəfər­

oğlu  kimi,  Sarı  Aşığın  XVII  əsrdə  ömür  sürdüyünü  qeyd  etmək­

dədirlər (63,  II  c.,  s. 156;  15,  s.556).

Mustafa  Fəxrəddin  öz  tədqiqatında  Sarı  Aşığın  qəbri  haq­

qında  danışarkən,  onun  xalq  arasındakı  nüfuzunun  böyüklüyünü 

təsəvvür  etmək  baxımından  incə  bir  məqamı  -   bu  məkanın  çox 

məşhur  bir  ziyarətgah  kimi  bütün  insanlar  -   dinindən,  təriqətin­

dən  asılı  olmayaraq  hamı  tərəfindən  yad  edildiyini  xatırlatmışdır: 

“Müsəlmanlar  hər  sənə  mart,  aprel  aylarında  bu  zatın  məzarını 

ziyarət  edər  və  ad  elədikləri  qurbanlarını  baş  ucunda  kəsərlər.

82

Qəza,  xristianlar  da  zamanın  müsaidəsınə  görə  hər  zaman  bu 



zatın  türbəsi  civarm da  yortularmı  icra  və  özlərinə  məxsus  ayini 

cəmlərini  yapmaq  surətilə  Aşığın  ruhuna  təzim  və  böyüklüyünə 

hörmət edərlər (136,  s. 177).

Bu  m əlum atlardan  sonra  Mustafa  Fəxrəddin  onun  sevgilisi 

-   Yaxşı  haqqında  və  Sarı  Aşığın  dəfni  ilə  bağlı  məlum  rəvayəti 

məqaləsinə daxil  etmişdir.

Bu  tədqiqatda  diqqəti  çəkən  önəmli  məsələlərdən  biri  də 

Sarı  Aşığın  ölüm ü  ilə  bağlı  təsviri  verilən  rəvayətdir:  “Aşığın 

vəsiyyəti  üzrə  cənazəsinin  namazı  Mir  Nigari  Həzrətlərinin  ən 

böyük babası  və  M ir  ağa  Bali  ləqəbilə məşhur olan  Şeyx  Məhəm­

məd  Şəmsüddin  əfəndi  qıldırmışdır.  Edilən  rəvayətə  görə,  aşığın 

cənazə  namazı  haqqındakı  vəsiyyətindən  Mir Ağa  Balinin  xəbəri 

yoxmuş.  Şərəfli  insan  Hicaza gedərkən Aşığın kəndindən  keçmiş, 

durmadan  keçmək  istəsə  də,  mindiyi  qatır  bir  türlü  kənddən  çıx­

mamış,  heyvanın  bu  vəziyyətindən  mülhəm  olaraq  Aşığı  sormuş. 

Ölüm  döşəyində  olduğu  xəbər verilmiş.  Səfəri  təxirə  salaraq  Aşı­

ğın  evinə getmiş,  yastığı  üzərində bu şeiri görmüş:

Mən aşiq oqu tiryan,

Oqu ayin,  oqu turyan,

Aqa  Bali  gəldin aşıq  üstünə,

Oqu  “Yasiıı”, oqu turyan.

Və  sureyi-Şəriləni  oxumağa  başlamış,  bitirər-bitirməz  Aşıq 

vəfat  etmiş  və  namazını  qıldırdıqdan  sonra  yoluna  davam  etmiş­

dir”  (136,  s. 177).

Böyük  ustad  olması,  xalq  tərəfindən  çox  sevilməsi  ilə  yana­

şı,  həm  də  əsərlərindəki  qürbət  notlarının  üstünlüyü  mühacirətdə 

Sarı  Aşığın  tədqiqata cəlb  edilməsinin  əsas  səbəblərindən  bindir, 

hətta  onun  Aşıq  Qəriblə  eyni  şəxs  olması  haqqında  da  mülahi­

zələr  vardır.  Belə  ki,  Təhmasib  özünü  “Qərib  Aşıq”  adlandıran 

Sarı  Aşığın  tez-tez  Aşıq  Qəriblə  eyniləşdirilməsi  məsələsinə  də 

münasibətini  bildirmişdir.  Onun  fikrincə,  “Aşıq  Qərib”  Sarı

*1



Aşığın  qoşduğu  dastanının  gözəl  yerlərini  “mənimsəmiş”,  nəti­

cədə  onlarca xalqın  ruhuna  yatıb  versiyalar halında yayılan  gözəl 

bir əsərə çevrilmişdir...” (74,  s.233).

Mirzadə  Mustafa  Fəxrəddin  San  Aşığın  qürbətlə  bağlı 

bayatılannı  məqaləsinə  əlavə  etmiş,  diqqəti  onun  da vətən və  eşq 

acılan çəkməsinə yönəltmişdir.

Xatırltmaq  lazımdır  ki,  Behruz  Həqqinin  1979-cu  ildə  işıq 

üzü  görən  “Aşıq  Şəmşir və  San  Aşıq haqqında bir neçə  söz” adlı 

kitabında  Sarı  Aşığın  həyat  və  yaradıcılığı  tədqiqata  cəlb  edil­

mişdir,  lakin  m üəllif  həmin  illərdə  hələ  mühacirətdə  yaşama­

dığından bu tədqiqatdan bəhs olunmayacaqdır.

İstanbulda  Azərbaycan  mühacirləri  tərəfindən  nəşr  edilən 

“Xəzər” dərgisində:  “ ...Aşıq  Abbas Tufarqanlı, Xəstə  Qasım,  Sa­

rı  Aşıq  kimi  dev  sənətçilər  bir  tərəfdən  xalq  ədəbiyyatını  zən­

ginləşdirib  irəlilətmiş,  digər tərəfdən də bu  xalq  sənətçilərinin  ya­

radıcılığı  yazılı  ədəbiyyatımızda da dəyərli  sənət əsərlərinin mey­

dana gəlməsində  mühüm  qaynaqlardan  biri  olmuşdur”  (82,  s.13), 

yazan  Xavər  Aslan  San  Aşığın  adım  sənətkarlığına  görə  Aşıq 

Abbas  Tufarqanlı,  Xəstə  Qasımla  yanaşı  çəksə  də,  təəssüf  ki, 

onun haqqında əlavə heç bir məlumat verməmişdir.

Aşıq  Ələsgər  (1821-1926)  Azərbaycan  mühacirət  folklor­

şünaslığında  ən  çox  tədqiq  edilən  saz  ustadlanndan  biridir.  Y u­

xarıda bəhs  etdiyimiz Qurbani,  Aşıq  Abbas Tufarqanlı,  Dədə  Q a­

sım,  Sarı  Aşıq,  Bağdad  xanım  və başqaları  haqqında  mühacirətdə ' 

yalnız  məqalələr  işıq  üzü  görmüşdürsə  də,  Aşıq  Ələsgər  yara­

dıcılığı  ilə  bağlı  monoqrafiya  dərc  olunmuşdur.  Bu  da,  bir  tərəf­

dən,  aşığın  çox  böyük  istedadı,  qazandığı  sevgi  ilə  bağlıdırsa, 

digər  tərəfdən,  geniş  yayıldığına  görə  onun  əsərlərini  əldə  etm ə­

yin mümkün olmasından irəli  gəlmişdir.

Mühacirətdə  Aşıq  Ələsgərlə  bağlı  ilk  tədqiqat  Ankarada 

nəşr  edilən  “Azərbaycan”  dərgisinin  1952-ci  il  7-ci  sayında 

verilmiş  Əbdülvahab  Yurdsevərm  eyniadlı  məqaləsi  hesab  oluna 

bilər.  M üəllif məqaləsinə ilk növbədə aşığın həyatı haqqında bilgi 

vennəklə  başlamış,  lakin  təəssüf ki,  onun  doğum  yerini  Göyçay

84

olaraq  göstərmişdir.  “Göyçə”  ilə  “Göyçay”  sözlərinin  deyilişcə 



yaxınlığı  nəzərə  almarsa,  ola  bilsin  ki,  bu  dərgidə  texniki  qüsur 

kimi meydana çıxmışdır

Əbdülvahab  Yurdsevər  bütövlükdə  Aşıq  Ələsgər  yaradıcı­

lığını -  məhəbbətə,  gözəllərin vəsfmə, təbiət təsvirlərinə həsr edi­

lən,  əxlaqi-tərbiyəvi  səpkidə yazılan,  nəhayət,  ictimai-siyasi  məz­

munlu şeirlər kimi  qruplaşdıraraq təsnif etmişdir.

Bu məqalədə  müəllif aşığın  xalq  arasmdı  bu  şəkildə  popul- 

yarlaşmasımn  səbəbini  onun  axıcı  dilində  və  yüksək  sənətkarlıq 

qabiliyyətində  olduğunu  qeyd  etmişdir:  “Aşıq  Ələsgərin  başlıca 

özəlliyi  və  dəyəri  hər  növ  kitab  təsirindən,  rəsmi  dil və üslubdan 

uzaq  və  özünün  aşıq  ruh  və  təbiətinə  sadiq  qalmış  olmasıdır” 

(157, s.2).

Aşıq  Ələsgərin  fövqəladə  istedadından  qürurla  bəhs  edən 

Əbdülvahab  Yurdsevər onun  yaratdığı  cinasların  “həm  təbii,  həm 

də  bədii  mahiyyət  daşıdığı”  (157,  s.3)  üçün  dillər  əzbərinə  çev­

rildiyini  söyləməklə  yanaşı,  “Narın  üz”  təcnisindən  məqaləsinə 

saldığı  örnəyin  tərkibindəki  “narın”  və  “üz”  sözlərinin  işlənmə 

məqamlarına görə geniş  şərhini  vermişdir.

Əbdülvahab  Yurdsevər  Aşıq  Ələsgəri  zamanəsinin  ən  gör­

kəmli  sənətkarı  kimi  dəyərləndirmiş,  onun  müxtəlif  məzmunlu 

şeirlərindən  örnəkləri  məqaləsinə  əlavə  edərək  təhlilini  aparmış­

dır.


Qeyd  etmək  lazımdır  ki,  professor  İsrafil  Abbaslı  1972-ci 

ildə  qələmə  aldığı  “Türk  alimləri  Aşıq  Ələsgər haqqında”  (1,1  c., 

1 4 5


-

1 4 9


).  məqaləsində  O.Yurdsevərin  yuxarıda  bəhs  olunan 

tədqiqatını  xatırlatmışdır.  Aşıq  Ələsgərlə  bağlı  1 ürkiyədəki 

tədqiqatlardan danışarkən,  İ.Abbaslı  yazır:  “Şəxsiyyəti  barədə  ilk 

söz  demiş  alimlərdən  biri  Bay  Əbdülvahab  Yurdsevər  olmuşdur. 

Müəllifin  “Azərbaycan  kiiltür  dərgisf’ndə  dərc  etdirdiyi  bir 

yazıda  Ələsgər  haqqında  ötəri  məlumat  verilmişdir  ki,  bu  da  ilk 

təşəbbüs kimi qiymətlidir” (1,1  c.,  s  145).

8S



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə