Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

48 

 

əĢyalar,  qab-qacaq,  dini  baxıĢlarla  bağlı  sitayiĢ  bütləri,  heykəllər,  heykəlciklər 



əridilir, külçə halında xilafətin xəzinəsinə göndərilirdi. 

712-ci  ildə  ərəblər  Səmərqəndi  aldıqda  Küteybənin  əmri  ilə  dini 

məbədlərdən  qızıl,  gümüĢ  bəzək  Ģeyləri,  sitayiĢ  bütləri  bir  yerə  yığılır.  Təbərinin 

ifadəsinə  görə  bu,  böyük  bir  qəsr  hündürlüyündə  idi.  Küteybə  əmr  edir  ki,  bütün 

qızılı, gümüĢü əritmək üçün ocaqlar çatılsın. Kanq dövlətinin hökmdarı Qurək baĢda 

olmaqla  Səmərqəndlilər  buna  etiraz  edir,  yalvarırlar  ki,  Küteybə  bu  əməldən  əl 

çəksin, onu inandırmaqa çalıĢırlar ki, müqəddəs sayılan Ģeyləri təhqir etdiklərinə, ələ 

saldıqlarına  görə  ərəblər  cəzalandırılacaqlar.  Buna  cavab  olaraq,  deyilənə  görə, 

Küteybə  baĢ  allahın  heykəlini  odunların  arasına  atmıĢdır.  Təbərinin  sözlərinə  görə 

qızıl və gümüĢ əridildikdən sonra 50 min misqal külçə əldə edilmiĢdir (17,141). 

Mənbələrdə Küteybənin həmin üsulla Paykənd əĢyalarından 150 min misqal 

qızıl əldə etdiyi də göstərilir. 

Fərqanədə  bir  qəbirdə  tapılan,  üzərində  dörd  runi  türk  əlifbası  iĢarəsi  olan 

əĢyanı  yada  salanda,  düĢünürsən  ki,  həmin  ocaqlarda  qədim  türk  tarixi  də 

yandırılmıĢdır. Və yəqinlik hasil edirsən ki, həmin əĢyaların, sitayiĢ bütlərinin çoxu 

ən  qədim  türklərin  inanc  yeri  olan  tanrıçılıq  dini  ilə,  göylərə,  əcdadlara  qurban 

kəsmək  «nənələri  ilə  bağlı  olmuĢdur.  «Özbəkistan  SSR  tarixi»  kitabının  müəllifləri 

qeyd  edirlər  ki,  Buxara  və  baĢqa  yerlərdəki  bütxanalarda  müsəlmanlığa  qədər  olan 

bütlərin hansı dini inanclara bağlı olduğunu müəyyənləĢdirmək çətindir. Lakin burası 

məlumdur ki, qədim türklərdə də heykəl yapmaq, ona sitayiĢ etmək inancları mövcud 

olmuĢdur.  Məsələn,  qıpçaqlar  DəĢti-Qıpçaqda  (indiki  cənubi  Rusiya  çöllərində) 

ucaltdıqları  qadın  heykəllərini  pirə  çevirir,  çobanlar  heykələ  qoyun  qurbanı  verir, 

döyüĢçülər isə bir ox hədiyyə - nəzir qoyurlular (24.319). 

M.  Ġ.  Artamonov  hunların  bizim  eranın  əvvəllərində  gümüĢdən  tökmə 

sitayiĢ  heykəlləri  yapdıqlarını,  hətta  bunları  Bospor  bazarına  çıxardıqlarını  yazır 

(3.89). 


Orta  Asiya  regionunda  arxeoloqların  əldə  etdikləri  materiallara  B.  Q. 

Qafurovun münasibəti isə baĢqadır. 

«Sənədlərdə  adsız  mənbələrlə  yanaĢı  Fraat  məbədinin  və  Nanayya 

məbədinin  adları  çəkilir...  Parfiya  dini  baxıĢlarında  Parfiya  panteonuna  yadelli 

allahların daxil edilməsi ondakı sinkretizmi əks etdirməkdədir. Belə ki, o cümlədən 

Nanayya  -  qədim  Mesopotamiyanın  ay  ilahəsidir.  O,  ġumer  dövründən  məlumdur. 

Sonra  o,  Assuriyaya  yayılmıĢ,  daha  sonra  bir  tərəfdən  Ġrana,  digər  tərəfdən 

Ermənistana,  Suriyaya,  Misirə,  hətta  Yunanıstana  keçmiĢdir.  Qərbdə  onun  baĢqa 

allahlarla,  o  cümlədən  yunan  Artemidası  ilə  qovuĢması  qeydə  alınmıĢdır.  Nanayya 

(Anahita)  sonralar  KuĢan  və  Soğd  (Səmərqənd)  panteonlarında  özünə  yer  etmiĢdir. 

Bu  ilahənin  adı  ġuqnan  dilinə  keçmiĢdir:  bu  dildə  «nan»  «ana»,  «anacığım» 

mənasındadır» (6,166). 




49 

 

Göründüyü  kimi  Türküstanda  qədim  dinlərdən  bəhs  edən  müəllif  bir  sıra 



xalqların  adını  çəkir,  türklərdən  baĢqa.  Nə  üçün?  Məlumdur.  Ġndi  həmin  müəllifin 

həmin adlarla bağlı baĢqa bir kələyinə diqqət yetirək: «Olsun ki, Orta Asiyada Nana 

(i) kultu Anahit kultu ilə qovuĢmuĢdur». Nana (i) məhsuldarlıq (münbitlik, bərəkət) 

ilahəsidir..  Mötərizəyə  alınmıĢ  «i»  iĢarəsi  diqqəti  cəlb  edir.  Bu  ünsür  B.  Q. 

Qafurovun nəyinə lazım imiĢ? Yalnız və yalnız Nananı tacik sözünə oxĢatmaq və ya 

tacik  sözü  kimi  təqdim  etmək  üçün.  Əgər  biz  həmin  sözlərin  müəyyən  hissəsini 

mötərizəyə alsaq görəsən necə görünərlər? (Ana) hit və nənə. Hər ikisi qadın ilahədir 

-  biri  yaradıcı,  ikincisi.  yaradıcılar  yaradıcısı  mənasını  verir  türkcə:  Nana  və  ana. 

Nana Ģumercədir, Ģumerlər isə qədim türklərdir. Anahit isə qədim türkcədə ana (ənə) 

və  hıt  (sıt)  «müqəddəs  sözlərindəndir.  Bu  ilahə  adlarını  qədim  türklərdə  Umay 

(təhrifi humay) ilahəsinin adı ilə müqayisə etmək olar. 

Qədim türklərdə  on  sayılan ilahə  adı  Umay  (bəzi  türk xalqlarında  «Umay-

Ənə»  idi.  Bu  ilahə  körpələri  7  yaĢınadək  himayə  edən  və  onlara  qut  (xoĢbəxtlik) 

verən ağ qut Ģəklində təsəvvür olunurdu. 

«Özbəkistan  SSR  tarixi»  kitabında  deyilir:  «Xarəzm  və  Soğdda  uzun 

paltarlı,  çiyinlərinə  örtük  salınmıĢ,  bəzən  əlində  qab  (sam)  tutmuĢ  Anahitin  gil 

fiqurları  tapılmıĢdır.  Bunlar  Özbəkistan  ərazisində  tapılmıĢ  ən  qədim  incəsənət 

abidələri  sırasına  daxildir».  Xarəzmdə  tapılan  heykəlciklərin  çoxu  Anahit 

fiqurlarıdır...  Belə  fiqurlar  Əfrasiyabda,  qədim  Soğd ərazisində  də aĢkar  edilmiĢdir 

(17, 51-55). «Tacik xalqının tarixi» kitabında da baĢqa bir ərazidə əlində cam tutmuĢ 

qadın heykəlinin tapıldığı söylənir. Bunlar ona görə xatırlanır ki, qədim türklərdə də 

ilahilərə heykəllər yapmaq ənənəsi olmuĢdur. «Avesta»dan məlum Anahit ilahəsinin 

adının  qədim  türkcə  olması  və  bu  ilahə  heykəllərinin  Orta  Asiyada  qədim  türklərə 

məxsus  mərkəzlərdə  tapılması  çox  Ģey  deyir.  Küteybənin  əritdirdiyi  heykəllər 

içərisində  qədim  türklərin  Anahit  və  Umay  ilahələrinin  heykəlləri  də  vardı.  Bu 

baxımdan  Oljas  Süleymenovun  tanrıçılığı,  öyrənmə  ideyası  dünyanın  böyük 

ərazisində  məskən  salmıĢ türk  xalqlarının  tarixinin qaranlıqda  qalmıĢ  mədəni  irsini 

üzə  çıxarmaq  üçün  diqqətə  layiqdir.  Onsuz  da  türk  xalqlarının  böyük  əksəriyyəti 

islama qovuĢmuĢlar. 

Türklər islamı və Quranı mənimsəyib özününküləĢdiriblər. Türklərin islama 

qovuĢmaları  tarixin  ən  fenomenal  hadisələrindən  hesab  olunmalıdır.  Bəlkə  burada 

ərəblərlə  türklərin  həyat  tərzlərinin  müəyyən  tərəflərinin  eyni  və  yaxın  olması 

təbiətlə  daim  təmaslıq  (təbiət  hər  cür  rəzalətdən  və  riyakarlıqdan  kənar  müqəddəs 

varlıqdır),  psixologiyalarda  ümumi  yaxınlıq  və  s.  türklərin  islamı  ağrısız  qəbul 

etmələri  üçün  müqəddəs  Ģərtlərdən  olmuĢdur.  Çox  ola  bilər  ki,  tanrıçılıq  dininin 

atributları  ilə  islam  ayələrinin  əksər  hallarda  üst-üstə  düĢməsi  də  rol  oynamıĢdır. 

«Yalnız islam dini türklərin əski inamları ilə bir çox baxımdan səsləĢdiyinə, onların 

ruh və xarakterlərinə uyğun olduğuna görə hər zaman türklərin qüvvətlənməsinə və 

türklüyün qalmasına kömək etmiĢdir» (26,59). 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə