Altay məMMƏdov kəNGƏRLƏR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə25/45
tarix15.03.2018
ölçüsü0,96 Mb.
#32577
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

52 

 

Oturaq əhali ilə yanaĢı Fərqanə vadisində xeyli yarımköçəri və köçəri əhali 



də  yaĢayırdı.  Ġranpərəst  alimlərin  leksikonunda  «köçəri»  -  türk  deməkdir.  Halbuki 

qədim  türklər  min  illər  bundan  əvvəl  dövlət  qurumları  yaratmıĢlar.  Tarixi  həqiqət 

hələ  tamamilə  üzə  çıxarılmamıĢdır.  Orta  Asiyada,  Qara  dənizin  Ģimal  çöllərində 

iskitlərin  və  sakların  dövlət  qurumlarının,  Qədim  ġərqdə  -  Ön  Asiyada  qədim 

türkmənĢəli dövlətlərin tarixləri baĢqa xalqların qədim tarixlərinə salanmıĢdır. Lakin 

bu  calaq  üsulunun  meyvəsi  olmayacaqdır.  Doğrudur,  Ģəraitdən  asılı  olaraq  türklər 

həm  də  maldarlıqla  məĢğul  olmuĢlar.  Daim  təbiətlə  təmaslıq  onlarda  bir  sıra  təbii 

hisslərin güclü olması ilə nəticələnmiĢdir. Onlar lazım olandan artıq yığmağa ehtiyac 

duymamıĢlar. 

B.  Q.  Qafurovun  «Taciklər»  kitabında  Orta  Asiyanın  ĠsrövĢənə  vilayəti 

barədə bir maraqlı məlumat vardır. 

618-626-cı illər arasında ĠsrövĢənənin cavan hakimi vardı. Kanqla bərabər, 

o da Çinə elçi göndərmiĢdi. Buranın xalqının adətləri Çaç vilayətində (kəngərlərin e. 

ə.  IV  əsrdəki  mərkəzi  -  M.  A.)  olduğu  kimi  idi.  ĠsrövĢənə  hakimi  «afĢin»  titulu 

daĢıyırdı.  Müasir  ġəhristan  qəsəbəsi  yaxınlığında  hakimlərə  aid  möhtəĢəm  qala-

sarayın  divarlarının  birində  «DiĢi  qurdu  əmən  iki  körpəni  təsvir  edən  altı 

kompozisiya var» (6,290-291). Bu münasibətlə B. Q. Qafurov  yazır: «Nehmətovun 

mülahizəsinə görə bu süjet Orta Asiyaya V - VII əsrlərdə daxil olmuĢdur. Həm də o 

qeyd edir ki, «Orta Asiyada Qərb xristianlığının əsatiri (?) ənənələrini mənimsəmək 

üçün  müəyyən  dini  zəmin  vardı».  Həqiqətən  də  Orta  (Mərkəzi)  Asiyada  müxtəlif 

xalqlarda məĢhur  Roma-etrusk rəvayətinə  uyğun  əfsanələrə  rast gəlinir. Ġki körpəni 

əmizdirən diĢi qurd səhnəsinin meydana çıxmasını, diĢi qurdun süd verdiyi hökmdar 

balası  (balaları) haqqında  ġərqdə  fövqəladə  dərəcədə  qədimlərdən  yayılmıĢ  əsatirlə 

əlaqədar öyrənmək lazımdır» (6.291). 

Nehmətovun  göstərilən  əsrlərdə  Orta  Asiyada  xristianlığın  müəyyən 

dərəcədə yayıldığına dair mülahizəsinə etiraz etmək olmaz. Lakin bunun iki körpəni 

əmizdirən diĢi qurda nə dəxli var? Axı Romada həmin qurd əsatiri, xristianlıqdan 6-7 

əsr  (bəlkə  daha  çox)  əvvəl  meydana  çıxmıĢdır.  Deməli,  bu  əsatirin  xristianlıqla 

bağlılığı yoxdur. Ġz azdırmaq nəyə gərəkdir? Elə həmin Orta və Mərkəzi Asiyada, elə 

həmin  dövrdə  türklərin  üzərində  qızıl  qurd  baĢı  əksi  olan  bayraqları  vardı.  Məgər, 

Nehmotov və Qafurov bilmirlər ki, türk xalqlarının əksərində «qurd əcdadı» əfsanəsi 

mövcuddur  və  ona  görə  çinlilər  türklərə  «qurd»  da  deyirdilər?  ĠsrövĢənənin  türk 

hakimiyyəti  altında  olduğu  bir dövrdə həmin  körpələri əmizdirən  diĢi  qurd əsatirini 

xristian  qərbinə  aparmağın  hansı  niyyət  daĢıdığı  bilinməsə  də  sezilir.  O  ki,  qaldı 

ĠsrövĢənə  hakiminə  və  ya  hakimlərinə,  onlar  türk  idilər.  IX  əsrdə  Babəkə  qarĢı 

vuruĢan xilafət qoĢunlarının ali baĢ komandanı ĠsrövĢənə hakiminin oğlu AfĢin Xıdr 

ibn  Kavus  idi.  Onun  soy  mənsubiyyəti  haqqında  deyilir:  «Orta  Asiyada  ĠsrövĢənə 

knyazı AfĢin mənĢəçə türkdür» (14,109). 




53 

 

Ġndi də ərazisinin müəyyən hissəsi Tacikistana daxil olmuĢ baĢqa bir vilayət 



haqqında.  Toxarıstan  ərazisi  indiki  Tacikistanın  cənubunu,  Özbəkistanın 

Surxandərya  vilayətini  və  Əfqanıstanın  Ģimal  vilayətlərini  əhatə  edirdi.  Bir  mənbə 

əsasında kitabda deyilir ki, əhalisi eftalitlərlə (ağ hunlarla, yaxud abdallarla - M. A.) 

qaynayıb-qarıĢmıĢdır. 

BaĢqa  yerdə  deyilir  ki,  Toxarıstan  Qərbi  Türk  xaqanı  Tun  ġexunun 

dövründə  fəth  olunmuĢdur.  Bundan  az  sonra  Toxarıstanda  olan  Syuan-tzan  burada 

türk valisinin olduğunu və onun yaqbu titulu daĢıdığını göstərir. 

Xuttalyan Toxarıstanın güclü vilayətlərindən biri kimi təsvir olunur. Deyilir 

ki, hər halda  VII  -VIII  əsrlərin hüdudlarından  Xuttalyanda yerli  (yəni türk  -  M.  A.) 

sülalə olmalı idi. Onun nümayəndələrindən biri Xuttalyan çarı Əs-Səbal idi (Təbəri 

onu belə adlandırır). Ola bilsin ki, bu türk adının ərəbcə deyimidir, çincə ġabolo kimi 

səslənən  adın  ərəbcə  tələffüzüdür.  Əs-Səbalın  hakimiyyəti  dövründə  Orta  Asiyada 

olmuĢ Xoy Çao yazır ki, Xuttalyan çarı türk tayfasındandır. Əs-Səbal Xuttalyanı VII 

əsrin sonundan VIII  əsrin əvvəllərinə qədər idarə etmiĢdir. Ərəb mənbələri onu çar 

adlandırır. Burada taxt-tac varisliyinin xüsusi qaydası olduğu göstərilir. Təbəridə Əs-

Səbalın  dilindən taxt-tac  varisliyi  qaydasına  əməl  olunmasının  zəruriliyi  qeyd  edilir 

(Bu,Türk xaqanlığında bölgə sistemi adlanırdı; varislik birbaĢa övlada yox, qardaĢ və 

ya qardaĢ oğluna keçirdi. Göytürklər dövründə bu qayda pozulmuĢ, nəticədə Kültigin 

qardaĢı ilə birlikdə hakimiyyətə gəlmiĢ əmisi oğlunu devirmiĢdi - M. A.). 

B.  Q.  Qafurov  isə  məsələni  baĢqa  cür  izah  edir:  baxmayaraq  ki,  sülalənin 

özü,  görünür,  türklərdən,  yaxud  türkləĢdirilmiĢlərdəndir  (?),  onun  nümayəndələri 

Ġran (Xuttalyan-Ģah) titulu daĢıyırdılar». 

BaĢqa  vilayətlər  haqqında  da  məlumatlar  var.  Əfrasiyabdakı  yazılarda 

Səmərqəndə elçi gəlməsi barədə deyilir; «Elçi söyləyir ki, mən buraya Çaqanian çarı 

TurantaĢın  elçisi  kimi  gəlmiĢəm»  («TaĢ»  komponentli  Ģəxs  adlarına  oğuzlarda 

təsadüf  edilir  -  GöytaĢ,  AltuntaĢ  -  M.  A.)  Bir  mənbə  də  göstərir  ki,  VIII  əsrin 

əvvəllərində, daha dəqiq 719-cu ildə Çaqaniai hakimi Taygöz TiĢ idi və o həmçinin 

Toxarıstan yaqbusu idi (6,230). 

Məlumat var ki, 647-ci ildə türk yaqbusu Toxarıstandan xüsusi üzüm növü 

göndərmiĢdir.  Toxar  türkləri  arasında  xristianlığın  yayılması  barədə  də  məlumat 

vardır (Məlumatlar B. Q. Qafurovun «Taciklər» kitabının 225, 226, 227, 230 və 246-

cı səhifələrindən götürülmüĢdür). 

737-ci  ildə  Xuttalyan  hakiminin  Bədr-Tərxan  olduğu,  onun  ərəb 

iĢğalçılarına  qarĢı  döyüĢdüyü,  nəhayət  ərəblərin  onu  xaincəsinə  qətlə  yetirdĢi  də 

məlumdur  (6,321).  Həmçinin  Xuttalyanda  çarın  türk  tayfasından  olması  bir  daha 

qeyd edilərək xalqın yarısının yerli (?), yarısının da türk olduğu göstərilir (6,328). 

B. Q. Qafurov və onun konsepsiyasının tərəfdarları türklərin Orta Asiyanın 

mədəni həyatına təsirindən bəhs etməyi də unutmamıĢlar. 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə