8
etməyə razı olmurdu, onları fəxri yerlərdə əyləĢdirmirdi». Usunlarla müqayisədə
Kanq «məğrur və cəsur» idi. O görünür, Çinlə hər hansı formada sıx yaxınlığı xatalı
hesab edirdi. Çinlə müxtəlif münasibətlərdə olub, onunla muharibə aparmıĢ,
dəfələrlə qalib gəlmiĢ xalqların qələbələri nəhayətdə məğlubiyyətə çevrilmiĢdi, Çini
zəbt edərək hakim sülaləyə çevrilən xalqlar ya tamamilə əriyərək öz mənliklərini
itirib çinliləĢmiĢdilər, ya da kütləvi genosid qurbanlarına çevrilmiĢdilər. Çin nəhəng
piton ilan kimi «qalib» Ģikarlarını kamına çəkib asta-asta həzm etmiĢdi. Çin səddi
buna əyani sübutdur. Həmin sədd indi Çinin ortasından keçir. Səddən bəri bütün
torpaqlar əvvəllər, əsasən, türk tayfalarına mənsub olmuĢdur.
Bütün bunlara baxmayaraq Kanq özünü hadisələrdən tam təcrid etmir, yeri
gəldikdə Çin ilə hunların ziddiyyətlərindən istifadə edirdi. Adətən Çinlə sülh
münasibətləri saxlayır, ticarət edirdi, lakin lazım gələndə hunlarla da ittifaqa girirdi.
Belə hallar dəfələrlə olmuĢdur.
Kanq tayfa ittifaqının çiçəklənməsi eradan əvvəl III-I əsrlərə təsadüf edir. Bu
dövrdə Kanqın tərkibinə ġaĢdan (DaĢkənd) baĢlamıĢ Xarəzmədək vilayətlər daxil idi.
Eradan əvvəl Kanq ərazisini geniĢləndirib Fərqanə və soğd vilayətlərini də tutdu.
Mənbələrdə kanqların (yaxud Kəngərlərin), usunların, alanların tayfa
ittifaqlarının bir-biri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələrlə bağlı olmaları
göstərilir. Deyilir ki, bəzi tayfalar gah usunların, gah da kanqların tayfa ittifaqlarına
daxil olurdular.
Usun və Kanq tayfa ittifaqlarının ünsiyyətnin güclənməsi ilə yanaĢı usunların
Çinlə, kəngərlərin isə Mavəraünnəhrlə ticarət əlaqələri artırdı.
Eranın I əsrlərindən baĢlayaraq Kanq dövlətinin əhəmiyyəti azalmağa baĢlasa
da o, siyasi müstəqilliyini IV əsrə qədər mühafizə edə bildi.
VI əsrin sonlarında (581-ci ildə) Türk xaqanlığının qərb hissəsi ayrılıb
müstəqil dövlət əmələ gətirdi. Onun tərkibinə Qazaxıstanın cənub və cənub-Ģərq
rayonları da daxil edildi. Xaqanlığın mərkəzi Semireçye (Yeddisu) oldu, Xanın
iqamətgahı Suyəb Ģəhərində (Çu çayı üzərində) yerləĢirdi. Qərbi Türk xaqanlığına
ucunlar, Sırdəryanın orta axınındakı kəngərlər, ġərqi Qazaxıstandakı karluklar,
BalxaĢın cənubundakı türkeĢlər, Ġsıqgöl rayonunda məskun olan cigillər ġərqi
Türküstanda yaĢayan yaqmalar daxil idilər.
Bunların hamısı türk tayfaları və ya tayfa ittifaqları idilər. Kəngərlər Qərbi
Türk xaqanlığı tərkibində də fəallıqlarını saxlamıĢdılar. Orxon yazıları onları
kengeres adı altında 710-711-ci illərdə türkəĢlərlə apardıqları müharibə ilə əlaqədar
yad edir.
Kəngərlərin sonrakı taleyindən bəhs etməzdən əvvəl Kanq dövlətindən və
kəngərlərin mədəniyyətindən danıĢmaq vacibdir.
Çin salnamələri qədim kanqların mədəniyyəti haqqında maraqlı məlumat
verirlər. Məsələn, bunlarda göstərilir ki, «Kanq çarı iqamətgahında saxlanılan
kodeksə (sistemə salınmıĢ qanunlar külliyyatına - M. A.) malik idi» (15,50).
9
Deməli, kəngərlər eradan əvvəl öz yazısı olan xalq idi. Oljac Süleymenovun
verdiyi baĢqa bir məlumat bu fikri tamamlayır. Eradan əvvəl III əsrə aid bir Çin
salnaməsində deyilir ki, mətni Ģaquli (yazı ilə) verən Çin ənənəsindən fərqli olaraq
Kanq xalqı üfüqi sətirlərlə yazırdı. (Bu məlumatı biz hökmən yadda saxlamalıyıq,
çünki bu, türk xalqlarının əlifba (yazı) tarixini təxminən min il uzadır (Orxon-
Yenisey yazısı VII-VIII əsrlərə, Kanq yazısı eradan əvvəl IV- III əsrlərə aiddir).
Lakin bu hələ son hədd deyid, 1970-ci ildə Alma-Atanın əlli kilometrliyindəki Esik
qəsəbəsində (qədim Kanq və usun xalqlarının ərazisində) kurqan tapıldı. Kurqanda
geyimi baĢdan-baĢa qızıldan olan bir gəncin skeleti vardı. Qızıllar 4800 hissədən
ibarət olub, Misir fironu Tutanxamonun məzarından sonra ən çox qızıl tapılan xəzinə
idi. Qızıl geyim möcüzəli incəsənət əsəri kimi həmin dövrdə türklərdə bədii sənətin
yüksək zirvədə olduğunu nümayiĢ etdirirdi. Bu barədə Rəfiq Özdəyin «Türkün qızıl
kitabı»nda verdiyi məlumat daha maraqlıdır.
«ƏĢyaları araĢdırmağa davam edərkən arxeoloqun birdən gözləri parladı.
Gördüyü Ģeyə əlini uzadarkən barmaqları titrədi. Gördüyü Ģey iĢıl-iĢıl parlayan
qızılların yanında diqqəti çox da cəlb etməyən, yarısı xeyli qaralmıĢ bir gümüĢ tabaq
idi.
Buna geniĢ ağızlı kasa, hətta bardaq da deyilə bilərdi. Qazax tarixçisi bu
gümüĢ əĢyanın bütün o qızıllarla, o qızıl geyimlə müqayisə edilməyəcək qədər
dəyərli olduğunu hiss edirdi. Çünki gördüyü Ģeyin üzərində yazı vardı-26 hərfdən
ibarət iki sətirlik yazı?
... Yazı Orxon əlifbasının hərfləriylə yazılmıĢdı. Runik yazı idi. Yəni fırça ilə
yazılan Çin yazısı deyil, polad qələmlə ağac, daĢ, mədən materialları üzərində həkk
olunan türk yazısı idi. Əski türk damğalarında görünən Ģəkillərə bənzər bir yazı!
Göytürklərdənmi qalmıĢdı? Xeyr? sovet türkoloqları yazını oxumaqda gEsikmədilər.
Bu iki sətrin mənası belə idi; «Xanın oğlu 23 yaĢında öldü. Esik xalqının baĢı sağ
olsun. Yazını oxumağa çalıĢan tarixçi öncə və düzgün olaraq «üç utiz (iyirmi üç)
sayını, sonra «Xan uya» (xan oğlu) kəlmələrini açdı. Yazı kimi lisan da göytürkcəyə
bənzəyirdi...» (25,47).
Sonra Rəfiq Özdək bu yazının ən azı 2500 il əvvəl iĢlənildiyini qeyd edir.
Yazı eradan əvvəl 5-ci yüzillikdə yaĢamıĢ türk köklü sakların hökmdarı (və ya oğlu)
olduğunu da göstərir. Burada türk tarixçisinin vurğulamadığı bir mətləb də var:
Kurqan Esik qəsəbəsində tapılmıĢdır, yazıda da Esik xalqının adı çəkilir. Deməli,
Esik adı da 2500 ildən artıqdır ki, yaĢayır.
Bu göstərir ki, Kanq və usun dövlətləri boĢ yerdə meydana gəlməmiĢdir.
Bunlar daha qədim sələfləri olan qurumlar idilər.
Kəngərlərin sonrakı hadisələrdə iĢtirakını verməzdən əvvəl iranpərəst
alimlərin bu xalqın soykökünə münasibətini də aydınlaĢdırmaq zəruridir. Tacik alimi
B. Q. Qafurov «Taciklər» adlı kitabında Kanq dövlətinə dair bəzi əlavə məlumatlar
verir. O, kanqların yayı Sırdərya boyunda keçirdiklərini, baĢçılarının