10
iqamətgahlarının indiki DaĢkənd rayonu ərazisində yerləĢdiyini, beləliklə, Kanqın
mərkəzinin Orta Sırdəryada yerləĢdiyini qeyd edir. Məhz buna görə də çinlilərin
Fərqanəni (Davanı) təhlükə altına qoyduqları zaman Kanqlırın, köməyə gələn
xalqlardan biri olduğunu göstərir və Kanqları qonĢularını darda qoymayan xalq kimi
səciyyələndirir.
B. Q. Qafurov eyni zamanda Kanqın eranın əvvəllərindəki fəaliyyətindən də
danıĢır: «Kanqyuyun (yəni Kanqın) sonrakı tarixi az məlumdur. Hələ bizim eranın
270-ci illərində o, Orta Asiyanın xaricinə elçilər, səfirlər göndərirdi. sonralar onun
qüdrəti sarsılır. O, Eftalit dövlətinin tərkibinə daxil olur» (6, 138).
B. Q. Qafurov arxeoloqların tədqiqatlarına əsaslanaraq Kanq mədəniyyətini
«yerli mədəniyyət» adlandırır, lakin kanqların (yəni kəngərlərin soykökünə gəlincə
B. Q. Qafurovun müddəaları əcaibləĢir və o, iranpərəst alimlərin tipik nümayəndəs
kimi çıxıĢ edir: «Kanqyuyların (kanqların) etnik mənsubiyyəti alimlərin
mübahisəsinə səbəb olur. Belə bir nöqteyi-nəzər var ki, onlar türkdür. BaĢqaları
sübut edirlər ki, kanqyuylar toxar dillərində danıĢanlara mənsubdurlar. Lakin yəqin
ki. Onlar Sırdərya saklarının nəsilləri və varisləri kimi irandilli olublar» (6.137).
Vəssalam, nə sübut var, nə dəlil. Özü də fikirlər və cümlələr də qəribə qurulub:
kanqyuyların türk olmaları barədə nöqteyi-nəzər var, toxar dilli olmaları isə sübut
edilir.
Əvvəla, sakların irandilli olmaları barədə iddia mifdir: «irandilli» saklardan
necə oldu ki, türkdilli kəngərlər və üstəlik türksoylu usunlar cücərdi? B. Q. Qafurov
dolayı bir «arqument» gətirir: «Arxeoloji məlumatlara əsasən kanqyuyların
zərdüĢtilik panteonuna daxil olan Farn allahına inancları üzə çıxır. Bu allah
hökmdarların (hakimlərin), bununla yanaĢı evin, ailənin, sağlamlığın mühafizi və
hamisi idi. O, qoyun obrazında təcəssüm etdirilirdi. Məhz buna görə də. Kanqyuy
məskunları öz qablarının qulplarını zoomorf qoyun Ģəklində düzəldirdilər (Bu
təsəvvürlərin qalıqları taciklərdə bu günə qədər hifz olunur) (6.138). Ġranpərəst
alimlər zərdüĢtiliyin yalnız iranlılara məxsus din olduğunda inanmıĢlar; halbuki
zərdüĢtilik ən azı türklərin və iranlıların müĢtərək dinidir. Ġkincisi, «qab qulplarının
qoyun Ģəklində» olması ilə kəngərləri taciklərin ulu əcdadı hesab etmək yalnız gülüĢ
doğurur. Buna qalarsa qədim türk qəbiristanlıqlarında minlərlə qəbir üstü qoç-qoyun
heykəllərinin, orta əsrlərdə iki böyük tayfa ittifaqının qoyunla bağlı adları
(Ağqoyunlu və Qaraqoyunlu) türklərin qoyuna münasibəti haqqında qab qulplarına
nisbətən daha böyük və daha geniĢ təsəvvür yaratmırmı?
Hadisələrin sonrakı Ģərhi kəngərlərin hansı kökə mənsub olduğunu daha
dəqiq aydınlaĢdıracaqdır.
11
KƏNGƏR DÖVLƏTĠNĠN ƏRAZĠSĠ BÖYÜYÜR
Orta Asiya tarixinə aid mənbələr, həmçinin Çin salnamələri Kəngər dövləti
haqqında təsəvvürləri xeyli geniĢləndirir. Eradan əvvəl II əsrin sonuncu rübündə Orta
Asiyada olmuĢ Çin elçisi (səfiri) və səyyahı Çjan Tsyanın hesabatlarından istifadə
etmiĢ Çin tarixçisi Sıma Tsyan adətləri yueçilərlə (yəni quĢçularla) uyğun olan
Kanqyuy, yaxud Kandzyuy adlı dövlət haqqında məlumat verir. Həmçinin
maxabxaratada (er. əv. IV və eradan sonra IV əsrlərdə sanskrit dilində yazılmıĢ hind
eposu) saklar və toxarlarla yanaĢı kanqların da adı çəkilir. Pəhləvi mətnlərində (VI -
IX əsrlər) Eran-vedj, yəni Xarəzm torpaqlarında yerləĢən Kanqdez qalasının adı
vardır. Deyilir ki, Kanqdez siyavuĢ tərəfindən Baxar vilayətində (görünür, sonrakı
Buxara) salınmıĢdır.
Kanqdezin (baĢqa sözlə Kanq qalasının) adı «ġahnamə»də də xatırlanır.
Turan hökmdarı Əfrasiyabın paytaxtını devrələyən müxtəlif rəngli yeddi divarın
təsviri verilir (17, 85)
Bu məlumatlar Kəngər dövləti haqqında təsəvvürləri xeyli geniĢləndirir.
Qədim hind və Ġran mənbələrində bu qurumdan bəhs olunması onun Qədim dünya
tarixində əhəmiyyətli mövqe tutduğunu göstərir. Ġran - Turan münasibətləri ilə
əlaqədar olaraq adları çəkilən Əfrasiyabın və SiyavuĢun hələ qədimdə Orta Asiya
əhalisi içərisində məhəbbətlə yad etmələri də diqqətəlayiq fakt kimi nəzərə
alınmalıdır: Bu adlar qədim türk tarixinə açar salınmasında müəyyən rol oynaya
bilər. Kəngər dövləti ilə bağlı Kanqdez qalası barədə olan məlumat xüsusi maraq
doğurur: Aydın olur ki, Kanqın «kanqyuy» kimi verilməsi Çin mənbələri ilə
bağlıdırsa, onun Kanqxa və Kanqdez formaları hind və Ġran məxəzlərindən irəli gəlir.
Çin salnamələrindəki məlumatlara görə eradan əvvəl II əsrdə Amudəryadan
Ģimaldakı bütün ölkələr: Buxara, ġəxrizyabz, KuĢaniya (Katta-Kurqan rayonu),
DaĢkənd rayonu və Xarəzmin Ģimal hissəsi Ürgənclə birlikdə Kanqxa tabe edilmiĢdi
(14.84).
S.P.Tolstov Kəngərlə Xarəzmi eyniləĢdirməyə cəhd etmiĢdir. Bu
mübahisəli məsələyə giriĢmək bizim imkanlarımız xaricindədir. Ancaq Kəngər
dövlətinə aid maraqlı məlumatları həmin məsələnin Ģərhlərindən ayırmaq gərəkdir.
S. P. Tolstov Kanqın hüdudları barədə məlumatları nəzərdən keçir.dikdən sonra belə
mülahizə söyləmiĢdir ki, indiki Özbəkistanın (Fərqanə və Surxandərya
vilayətlərindən baĢqa) bütün ərazisi, Qaraqalpaq vilayəti, həmçinin Qazaxstanın
cənuv-qərbi bu dövlətin tərkibinə daxil idi. (14-85). Qısa da olsa S. P. Tolstovun
Xarəzm-Kəngər məsələsinə dair mülahizəsi ilə tanıĢ olaq: «Kirin və Daranın
dövrlərində Xarəzm Əhəmənilər dövlətinə daxil idi. Lakin e .ə. IV əsrdə (dəqiq tarix
məlum deyil) Xarəzm artıq müstəqil dövlət idi (14,85). Xarəzmin Qaradənizin
Ģimalında sarmat tayfaları ilə əlaqəsi də bu dövrə təsadüf edir... E.ə. 170-ci ildə hansı
Ģərtlər əsasındasa Yunan-Bəlğ padĢahlığından qopmuĢ soqd, onun ardınca Çaç da