Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə24/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

 
61 
 


 
62 
 
Torpaqların şoranlaşması 
 
Əsas  ekoloji  problemlərdən  biri  də  kənd  təsərrüfatı  üçün  yararlı  olan  torpaqların  şoranlaşması, 
torpaqların tədricən sıradan çıxmasıdır. Suvarılan əkin sahələrinin təqribən 47 faizi müxtəlif dərəcədə 
şoranlaşmışdır. Bu səbəbdən 657 min hektar sahədə meliorativ tədbirlərin aparılmasına ehtiyac vardır. 
 
1  milyon  hektar  torpaq  sahəsinin  600  min  hektarı  şoranlaşıb,   400  min  hektara  yaxın  torpaq  isə 
şorakətləşmişdir.  Şoranlaşma  ən  çox  ölkə  ərazisində  Qazax,  Hacıqabul,  Kürdəmir,  Zərdab,  Ucar, 
Yevlax, Beyləqan rayonlarında müşahidə edilir.  
Xəzər dənizinin suyunun səviyyəsinin qalxması Xəzəryanı bölgələrin torpaqlarının xeyli hissəsinin su 
altında  qalması  və  ətraf  sahələrdə  qrunt  sularının  səviyyəsinin  qalxması  ilə  əlaqədar  bataqlaşma 
proseslərinin  sürətlənməsinə  (Astara,  Lənkəran,  Masallı,  Neftçala,  Siyəzən,  Dəvəçi,  Xaçmaz 
rayonlarında), Kür çayının səviyyəsinin qalxması isə Zərdab, Kürdəmir, Sabirabad, Salyan və Neftçala 
rayonlarında təkrar şorlaşma və kollektor-drenaj şəbəkəsinin sıradan çıxması ilə nəticələnmişdir.  
Kür  –  Araz ovalığında  müxtəlif dərəcədə  şorlaşmış  torpaqlardan ibarətdir. Əsaslı meliorativ tədbirlər 
tətbiq  etmədən  həmin  torpaqlardan  səmərəli  istifadə  etmək,  burada  əkilmiş  kənd  təsərrüfatı 
bitkilərindən  sabit  və  yüksək  məhsul  götürmək  olmaz.  Meliorativ  tədbirlər  isə  şoran  torpaqlar  üçün 
drenaj şəbəkəsinin tikilməsindən və torpağın zərərli duzlardan təmizlənməsindən ibarətdir, torpaqların 
yuyulması intensivliyi onların bir çox xüsusiyyətlərindən asılıdır. Sənayenin inkişaf etdiyi ərazilərdə, 
xüsusilə  Abşeron,  Gəncə  –  Daşkəsən  və  hasilat  rayonlarında  torpaqlar  xeyli  çirklənmişdir.  Bu 
zonalarda rekultivasiyaya güclü ehtiyac vardır. Abşeronun bəzi hissəsində neftlə çirklənmiş torpaqların 
az bir hissəsində rekultivasiya işi aparılmışdır. 
 
Torpaqların çirklənməsi 
Mineral ehtiyatların istismarı, xüsusən neft istehsalı və boru kəmərlərinin çəkilməsi təqribən 30 min ha 
torpağın çirklənməsində əsaslı rol oynamışdır. Torpağın deqradasiyası problemində ən kəskin vəziyyət 
Abşeron  yarımadasındadır.  Belə  ki,  uzun  illər  ətraf  mühitin  mühafizəsi  nəzərə  alınmadan  müəyyən 
dövrlərdə  mədənlərdən  neftin  hasil  edilməsi  ilə  əlaqədar  mazut  gölləri  yaranmış,  10  min  ha  torpaq 
sahəsi neftlə çirklənmişdir. 
 
Nəzərə  alsaq  ki,  Azərbaycan  Respublikasının  ərazisinin  20  faizi  erməni  işğalına  məruz  qalmışdır  və 
işğal  olunmuş  torpaqlardan  vəhşicəsinə  istifadə,  meşələrin  dağıdılması  və  sair  qeyri-qanuni  istismar 
edilməsi gələcəkdə daha da böyük ekoloji fəlakətlərin olacağını istisna etmir. 
 
6.5.2. “Strategiya” çərçivəsində torpağa təsirlərin qiymətləndirilməsi 
Ənənəvi  enerji  mənbələri  ilə  müqayisədə  su,  günəş,  külək,  geotermal  sulardan  və  bioqazdan  enerji 
mənbəyi kimi istifadə edilməsinin istismar mərhələsində torpağa yumşaldılma və qabaqcıl tədbirlərin 
görülməsi  şərtilə  ciddi  təsirləri  gözlənilmir.  Hər  bir  Strategiya  hədəfi  üzrə  müvafiq  tədbirlərin 
görülməsi  zəruri  olan,  bu  və  ya  digər  dərəcədə  torpaq-bitki  sisteminə  xüsusilə  layihələndirmə  və 
istismar müddətində mənfi təsir göstərə biləcək amillər aşağıda sadalanmış və təsvir edilmişdir.   
 
 


 
63 
 
GES 
 
Strategiya üzrə günəş panelləri bütün iqtisadi rayonların ərazisində nəzərdə tutulmuşdur. Bu baxımdan 
yuxarıda qeyd olunan baza təhlillərinə əsaslanaraq, Azərbaycan ərazisində yayılmış müvafiq torpağın 
iqtisadi  rayonlar  üzrə  fiziki  xassələri  və  mövcud  problemləri  nəzərə  alınaraq,  təsirlər  ümumi 
qiymətləndirilmişdir.  
 
Günəş enerjisi üçün lazım olan qurğular və binaların  inşası  üçün  yaxşı  keyfiyyətə malik  olan böyük 
ərazilər tələb oluna bilər. Bununla yanaşı Günəş enerji istehsalı üçün avadanlıqların quraşdırılması və 
tikinti  işləri  zamanı  yer  səthinin  bitki  örtüyünün  təmizlənməsini  və    üst  münbit  qatın  çıxarılması 
gözlənilir.  
 
Azərbaycanda  torpaq  ehtiyatlarının  az  olması  nəzərə  alınaraq,  alternativ  enerjinin  əldə  edilməsi 
məqsədiylə  GES-in  kənd  təsərrüfatı  təyinatlı  torpaqlarda,  böyük  sahə  tələb  edən  meşə  torpaqları  və 
münbit  sahələrdə  (eləcə  də  kənd  təsərrüfatı  torpaqlarında)  istifadəsindən  yayınmaq,  qurğuların  şərti 
yararsız torpaq sahələrində, məsələn, tərk edilmiş mədən sahələri, istifadədə olan mövcud istismardan 
çıxmış sahələr, aşağı keyfiyyətli torpaq sahələrində yaradılması təklif edilmişdir. 
Digər  tərəfdən,  Günəş  panellərinin  yuyulması  zamanı  kimyəvi  yuyucu  vasitələrdən  istifadə  torpağın 
çirklənməsinə  səbəb  ola  bilər.  Quru  təmizləmə  metodundan  istifadə  və  ya  zərərli  kimyəvi  yuyucu 
vasitələrin  istifadəsindən  yayınmaq,  tullantı  sularının  idarəolunmasını  təmin  etmək  yumşaldılma 
tədbirləri olaraq müəyyən edilmişdir.  
Günəş qurğuların qurulmasında dağlıq bölgələrdə torpaq bitki örtüyündən məhrum olmuş yerlər və çox 
müxtəlif mailliyə malik cənuba baxan yamaclarda, xüsusilə çılpaq qayalıqlar, səthə çıxmış gilli duzlu 
suxurlar,  şiddətli  denudasiyalı  yerlərin  seçimi  də  məqsədəuyğundur.  Belə  yerlər  Böyük  Qafqaz 
dağlarının cənub-şərq yamacında daha çox yayılmışdır. Torpaq –bitki örtüyü zəif inkişaf etmiş və bu 
kimi örtüklərdən məhrum olmuş sahələr düzən Aran zonada, xüsusən Cənubi-Şərqi Şirvanda, Siyəzən 
–  Sumqayıt  massivində  və  Mərkəzi  Şirvan  düzündə  də  yayılmışdır.  Burada  xüsusi  olaraq,  landşafta 
vizual təsirlərin azaldılması tədbirlərinin nəzərə alınması zəruridir. 
 
KES 
 
Külək  enerjisindən  istifadə  layihələndirmə  mərhələsində  ağır  texnika  və  avadanlıqların  hərəkəti 
zamanı  bitki  örtüyünün  məhv  edilməsi,  torpağın  kipləşməsi  ilə  müşahidə  oluna  bilər.  Bu  təsirlər 
tikinti-quraşdırma  mərhələsində  olmaqla,  yumşaldılma  potensiallı  və  orta  əhəmiyyətli  hesab  edilir. 
Layihələndirmə  mərhələsində  torpağın  üst  münbit  qatının  mühafizəsinin  nəzərdə  tutulması    və  yerli 
təbii  mühit  xüsusiyyətləri  nəzərə  alınaraq,  yumşaldılma  tədbirlərinin  hazırlanması  məqəsəduyğun 
hesab edilmişdir.  
KSES 
 
Su elektrik stansiyaları vasitəsi ilə enerji alındığı zaman torpağa dolayı mənfi təsir formalaşa bilər. Bu 
da kənd təsərrüfatında istifadəyə yararlı təsərrüfat yerlərinin müəyyən qisminin suyun altında qalması 
və aramsız istiləşmə dövründə çayların aşağı axınlarında bir qədər su qıtlığının və torpaqların zəif su 
təminatının  yaranması  ilə  əlaqədar  gözlənilir.  Buna  baxmayaraq,  su  resurslarının  səmərəli 
idarəetməsinin təşkili ilə, dağınıq məcralarda yaradılan KSES-lər alternativ enerji ilə yanaşı, suvarma 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə