Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə 2015-2020



Yüklə 17,92 Kb.
Pdf görüntüsü
səhifə26/39
tarix27.03.2018
ölçüsü17,92 Kb.
#35313
1   ...   22   23   24   25   26   27   28   29   ...   39

 
66 
 
KS
E
S
 
 

 
Hidroelektrik bəndlər/anbarlar çay yatağı boyunca 
torpağın eroziyaya uğraması ilə nəticələ bilər

 
KSES-lərin  layihələndirilməsi  zamanı  tikinti 
sahəsi  üçün  meşə  torpaqları,  yaxud  çay  kənarı  birki 
örtüyü  ilə  zəngin  ərazilər  tələb  oluna  bilər.  Bu  halda 
tikinti  düşərgəsi  və  KSES  qurğuları  və  binası,  habelə 
texniki  avadanlıqların  müvəqqəti  yerləşdirilməsi  üçün 
məhsuldar    qatın-birki  örtüyünün  təmizlənməsini  tələb 
edilə  bilər.  Torpaqların  münbitliyinin  itirlməsi  təhlükəsi 
yarana  bilər.  Məs:  Səhralaşma  və  torpaqların  eroziyaya 
məruz  qaldığı  sahələrdə  yüklənməni  artıra  və  bu 
prosesləri gücləndirə bilər; 

 
KSES-lər 
relyef  formasından  asılı  olaraq, 
texnoloji  seçim  az  və  ya  çox  torpaq  sahəsi  təələb  edə 
bilər.  

 
KSES  yaradıldıqda  alternativ  elektrik  enerjisi  ilə 
yanaşı, suvarma üçün əlavə su mənbəyi və əlavə suvarılan 
torpaq sahələri yarana, müsbət dəyişiklik formalaşa bilər. 
 
 
 
 
 
 
 
Mənfi, az 
əhəmiyyətli, 
uzunmüddətli 
 
 

 
Layihələndirmə zamanı KSES üçün çay yatağının yuxarı və 
ya aşağı breyfi mühüm təbiət ərazilərin mövcud durumunun 
ekoloji 
qiymətləndirilməsi 
və 
uyğun 
seçimin 
əsaslandırılması; 

 
KSES-lər  üçün  yerləşdirilməsinin  daha  az  torpaq  sahəsi  və 
torpaq qazıntı işləri tələb edən sahələrdə layihələndirilməsi 

 
Layihələndirmə  mərhələsində  torpağın  məhsuldarlığının 
qorunması  və  yuyulmasının  qarşısını  almaq  məqsədilə 
torpağın 
fiziki 
və 
hidrogeoloji 
xüsusiyyətlərinin 
öyrənilməsi;  layihə  ərazisində  drenaj-yağış  və  tullantıların 
idarəolunması  və  torpaqların  kimyəvi  çirkləndiricilərlə 
çirklənmədən mühafizəsi tədbirlərinin əldə edilmiş nəticələr 
nəzərə alınaraq təklif edilməsi;  

 
Məs. Təsiri toxuna bilən dağlıq və düzən ərazilərdə həssass 
yay və qiş otlaqlarının və ya mövcud həssass təbii ərazilərin 
ekoloji  stres  faktorlarını    nəzərə  almaqla,  maşın  və 
qurğuların  müəyyən  olunmuş  marşurutdan  kənarda 
hərəkətinə 
məhdudiyyət 
qoyulması,  çıxarılmış  bitki 
örtüyünün  bərpası  və  yaşıllaşdırma  kimi  kompensasiya 
tədbirlərinin  görülməsi,  tikinti  prosesində  çirkləndirici 
maddələrin  ətraf  mühitə  sızmasının  qarşısını  almaq 
məqsədilə    təcrid  tədbirlərinin  yerinə  yetirilməsi  və 
monitorinq tədbirlərinin həyata keçirilməsi;   

 
Bəndlər  yaradılması  zamanı  dəryaçanın  dib  müstəvisində 
yaranan  lilli  çöküntülərin  dövrü  olaraq  təmizlənməsi  və 
axıdılması üçün qurğuların yaradılması.  


 
67 
 
B
iok
ü
tl
ə 
(bioq
az

en
er
jisi
 
 

 
Bioqazın istehsalı ətraf  mühitə mənfi təsir  
yaratmır  
 
 
Müsbət,  
uzunmüddətli 

 
Ətraf ərazilər biokütlə tullantılarından təmizlənir; 

 
Ucuz başa gələn çox dəyərli üzvi-mineral gübrə alınır; 

 
Torpaqlara mənfi təsir edə biləcək enerji istehsalı məqsədləri 
üçün geniş biokütlə istehsalı  
 
Geot
er
m
al
 
 

 
Geotermal  enerjidən  istifadə  torpaq  strukturuna 
təsir edə bilər

 
İstehsal  zamanı  yaranan  işlənmiş  sular  bu  və  ya 
digər  dərəcədə  minerallaşdığına  görə  onlar 
duzsuzlaşdırılmadan  torpaq  sahələrinə  axıdılması 
təsirlərə səbəb ola bilər;  
 
   
Mənfi, zəif, 
uzunmüddətli 

 
Geotermal  mənbələrdən  istifadənin  qapalı  sistemdə  həyata 
keçirilməsi,  istifadə  olunmuş  termal  suyun  təkrar  laya 
vurulmasının təmin edilməsi;  

 
Geotermal  sular  lazımı  dərəcədə  soyudulduqdan  və 
duzsuzlaşdırıldıqdan  sonra  suvarma  məqsədilə  istifadəsi 
iqtisadi və sosial əhəmiyyət daşıyır; 
 
 
 
 
 
 


 
68 
 
6.6.
 
Landşaft  
 
Azərbaycanda təbii landşaftlar dağlıq və düzənlik landşaftlarına bölünür.  
 
Dağ landşaftlarının növbələşməsi aşağıdakı kimi dəyişir:  
 
Böyük  və  Kiçik  Qafqaz  dağlarında  -  dağ  çölləri,  dağ  meşələri,  dağ  çəmənləri,  qayalıq  –  nival,  Talış 
dağlarında-  hündürlüyə doğru yağıntı azaldığından azonallıq (zonallığın əksi) müşahidə edilir. Talış 
dağlarında dağ meşələrindən sonra dağ çəmənləri əvəzinə dağ kserofit kolluqları (çölləri) yayılmışdır. 
Naxçıvanda  isə  iqlim  kəskin  kontinental  olduğundan  dağ  meşələri  yoxdur.  Burada  yarımsəhra,  dağ 
çölləri, dağ çəmənləri, subnival və nival landşaft qurşaqları mövcuddur. 
 
Düzənlik  landşaftları  hündürlüyə  doğru  yarımsəhra,  quru  çöl,  dağ  meşələri,  subalp  və  alp  dağ 
çəmənlikləri,  subnival  və  nival  komplekslərlə  təmsil  olunur.  Düzənlik    landşaftı  dağlıq  ərazilərdən 
qurşaqların paylanmasına görə fərqlənir:  
 
Kür-Araz  ovalığı,  Samur-Dəvəçi  ovalığı,  Abşeron  yarımadası  və  Şərur-Ordubad  düzənliyində 
yarımsəhra landşaft qurşağı yayılır. Bu qurşağa Kür-Araz ovalığı zonasında 600 m hundürlüyə qədər 
olan sahələrdə, Naxçıvanda isə 700-1500 m-lik zolaqda rast gəlinir. 
 
Şollar  düzü,  Lənkəran  ovalığı,  Alazan-Əyriçay  vadisi  və  Qarabağ  düzünün  Sultanbud  sahəsini 
düzənlik çəmən-meşə landşaft qurşağı örtür. Bu landşaft sahəsinə çaylar boyu bitən tuğay meşələri də 
daxildir. Xəzər dənizinin səviyyəsindən 300 m hündürlüyə qədər ərazilərdə, Alazan-Əyriçay vadisində 
isə 200-600 m hündürlüklər arasında bu landşaft qurşağına rast gəlinir.  
 
800-1200  m  hündürlükdə  alçaq  dağlıq  zonalarda  dağ  çölləri  landşaft  qurşağı  formalaşmışdır. 
Naxçıvanda bu qurşaq 1500 m-dən 2500 m hündürlüyədək ərazilərdə, Talış dağlarında 1500-1800 m 
hündürlüklərdə  yayılır.  Dağ  çöllərinə  Acınohur  və  Ceyrançöl  alçaq  dağlıq  zonalarında,  Dağlıq 
Şirvanda, Kiçik Qafqaz dağlarının ətəklərində (600 m hündürlüyə qədər), Talış dağlarının orta dağlıq 
zonalarında rast gəlinir 
 
Qobustanda,  Acınohur  gölünün  ətrafında,  Ceyrançöldə  və  Naxçıvanda  dağ  yarımsəhraları  landşaft 
qurşağı yerləşir. 
 
Respublikanın  dağlarının  800-2200  m  hündürlüyü  olan  yamaclarında  meşə  landşaft  qurşağı  əmələ 
gəlmişdir.   Göyçay  (Axarbaxar)  və  Ləngəbiz  silsilələrində,  Qaraməryəm  (tirəsinin  cənub 
yamaclarında, həmçinin Zəngilan rayonunun cənub-qərbində meşə-kol landşaft qurşağı yerləşir. 
 
Təbii landşaft formalaşma prosesinə mənfi təbii proseslər (sel, daşqın, qasırğa, meşə yanğını, quraqlıq, 
yer  qabığının  qırılması,  sürüşmə  və  s.)  təsir  edib,  təbii  landşaft  kompleksinin  bütövlüyünü 
parçalamaqla  onun  inkişaf  tempini  başqa  səmtə  yönəltməklə,  torpaq-bitki  örtüyünün  tip  və  növ 
müxtəlifliyini sarsıdır və azaldır.  
 


Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə