38
tan” jurnalı alqışlanırdı. “Dəbistan” jurnalının nəşri müddətində
“Molla Nəsrəddin” daim ona qayğı bəslomiş, yeri gələndə məs-
ləhət və tövsiyələrini əsirgəməmiş, “Dəbistan” maddi böhran
keçirəndə isə alovlu vətəndaş qələmi ilə ictimaiyyəti ona köməyə
çağırmışdır.
Sabir həm şair-vətəndaş, həm də mollanəsrəddinçi kimi “Də-
bistan”a rəğbət bəsləmiş, onun nəşrini alqışlamışdır. O, dövrün
ziyalılarının “Mahmud əmi” deyə müraciət etdikləri Mahmud bəy
Mahmudbəyovla jurnalın redaksiyasına gələrək onun redaktoru Əl
isgəndər Cəfərzadə və digər əməkdaşlara təşəkkür etməyi özünə
borc bilir. Fürsətdən istifadə edərək Ə.Cəfərzadə şairdən jurnal
iiçün şe r istəyir. Sabir elə redaksiyadaca oturub “Məktəb, məktəb,
nə dilguşəsən?”
1
misralı şe'rini yazır. Sabirin bu ilk mə'lum uşaq
şe'ri “Dəbistan”ın 17-ci nömrəsində çıxmışdır. Jurnalın sonrakı
fəaliyyətini də diqqətlə izləyən Sabir onun qapanmasını dərin
təəssüf və kədər hissi ilə qarşılamış, öz şair-vətəndaş səsini “Molla
Nəsrəddin”də dərc etdirdiyi “Əlminnətülillah ki “Dəbistan” da
qapandı” satirası ilə ucaltmışdır.
İkinci milli uşaq jurnalı olan “Rəhbər”də Sabirin iştirakı daha
genişdir. Daha doğrusu, jurnalın birinci nömrəsindən başlayaraq,
onun bağlanmasınadək bütün nömrələrində Sabir çıxış etmişdir.
Xalq şairi jurnalın redaktoru M.Mahmudbəyova bir ağsaqqal kimi
hörmət edir. Mahmudbəyov isə onun iste'dad və zəkasını yüksək
qiymətləndirirdi. Odur ki, “Rəhbər”in çıxarılmasına hazırlıq
dövründən başlayaraq, Sabir də işə cəlb olunmuş və jurnalın
məsləkim, məqsəd və məramnaməsini özündə əks etdirən “Şimdi
fürsət var ikən bir iş gör istiqbal üçün” şe'rini qələmə alaraq elə ilk
nömrədən çıxış etmişdir. Oxucuları vətən və xalq yolunda
çalışmaq fürsətini əldən verməməyə, gələcək
1. "Dəbistan" jurn., 20 dekabr 1006
39
üçün xeyirli bir iş görmoyo çağıran şair fikrini belə yekunlaşdırırdı:
Feyzi-təhsilə məgər qabil deyil övladımız?
Ya məgər yox iktisabi-elmə iste'dadmuz?!
Talibi-təhsil ikən külliyyətən əfradıntız—
Hankı məktəbdən nə dərs alsın bu gün əhfadımız?
Yoxmu bir zihimmət olsun baisi-irşadımız?
Əlmədaris, əğniya, sizdəndi istiındadınıız!
Sizdən əlhəq qəlbi-millət, rııhi-ümmət şad olıır!
Binəva Sabirlərin ancaq işi fəryad olur...
Burada, çoxlarından fərqli olaraq, vətən övladlarının oxuyub
öyrənməyə iste'dad və qabiliyyətləri olduğunu inamla söyləyən
Sabir müasir tələblərə cavab verən məktəblərin yoxluğunu təəssüflə
bildirərək əğniyaları bu xeyirli iş üçün maddi kömək göstərməyə
çağırırdı. Şairin “Rəhbər”lə olan həm mə'nəvi, həm də əməli
yaradıcılıq əməkdaşlığının fəallığında ictimai şəraitlə bərabər,
M.Mahmudbəyovun, onunla Sabirin şəxsi dostluğunun da rolu
vardır. M.Mahmudbəyov mahir bir pedaqoq kimi öz məsləhət və
tövsiyələri ilə Sabirə kömək edir, şairi “Rəhbər”in məsləkinə uyğun
əsərlər yazmağa sövq edirdi. Məsələn, M.Mahmudbəyovun
məsləhəti ilə Sabir Ə.Firdovsinin “Şahnamə” əsərindən bir paçanı
tərcümə edərək çap üçün “Rəhbər” jurnalına vermiş və əsər
hissə-hissə dərc olunmuşdur. Həm tərcümə üçün seçilən parçanın
ideyasına, həm də dövrün tələbinə uyğun olaraq Sabir tərcümə
etdiyi hissəyə özünün ictimai baxışları çərçivəsində orijinal bir
hissə də əlavə etmişdir. Lakin müəyyən səbəblər və maddi çətinlik
üzündən tezliklə “Rəhbər” jurnalı da öz nəşrini dayandırdı.
Sabir yuxarıda adını çəkdiyimiz “Əlminnətü lillah ki “Dəbis-
tan”da qapandı” satirsında “Dəbistan” jurnalı ilə yanaşı, “Rəhbər”,
“Təkamül”, “İrşad” və s. mətbuat orqanlarının da bir-biri-
40
nin ardınca qapanmasını dorin təəssüf və kədər hissi, vətəndaş
yanğısı ilə qələmə almışdır. Satirada məktəb və maarif yolunda
çalışan ziyalılarımıza, tərəqqipərvər millət xadimlərinə, onların
çəkdikləri zəhmətə dərin minnətdarlıqla yanaşı, irticanın hücumu
və onun tənqidi ön plana çəkilmişdir. Kitabxana-qiraətxana
açılışında fəaliyyəti, “Dəbistan”, “Rəhbər” kimi uşaq jurnalları ilə,
ümumən pedaqoji mühitlə sıx əməkdaşlığı “Molla Nəsrəddinin
inqilabi demokratik ideologiyasının ideya-bədii rəhbərlərindən
olan Sabirin dünyagörüşündə, eyni zamanda maarifçiliyində
mühüm yer tutdğunu göstərir.
Şamaxılı Mirzə Məhəmmədtağı II Dövlət Dumasına deputat
seçilmişdi. 1906-cı il iyunun 6-da onu təntənəli surətdə Şamaxıdan
Peterburqa yola saldılar. Yolasalma mərasimi ilə əlaqədar olan
ziyafətdə deputat bildirir ki, Şamaxıda realnı məktəb açılması ilə
əlaqədar qubernatorun razılığını alnuşam. Dumada da bu barədə
məsələ qaldıracağam. Siz də hazırlıq görün. Elə oradaca ianə
dəftəri açılıb realnı məktəb üçün xeyli pul toplanaraq Abbasbəy
Minasazovun sərəncamına verilir. Avqustun 27-də Şamaxıya gələn
qubernator məktəb açılmasına icazə verildiyini bildirir. Realnı
məktəbə inspektor tə'ym olunan Leontiyev oktyabrın 6-da
Şamaxıya gəlib işə başlayır. Bütün bu tədbirlərin yaxm iştirakçısı
olan Sabir realnı məktəblə əlaqədar olan işləri əvvəldən axıra
diqqətlə izləmiş, bu haqda mətbuatda məqalə və şe'rlərlə çıxış
etmişdir. Doğma yurdunda yeni tipli məktəbin açılmasını sevinclə
qarşılayan şair bu məsələyə həsr etdiyi məqalə və şe'rlərində xalqı
məktəbin qədrini bilməyə, oraya daha çox uşaq cəlb olunmasına
çağırmaqla yanaşı, məktəbin açıldığı günlərdə “Molla
Nəsrəddin”də dərc etdirdiyi şe'rində sabiranə bir üslubla uşaqlara
belə “nəsihət” edirdi:
Ey millətin ümmidi, dilü-canı, uşaqlar!
Validələrin sevgili cananı, uşaqlar!
Dostları ilə paylaş: |