Alxan bayramoğlu miRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix08.07.2018
ölçüsü1,32 Mb.
#53817
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

44 
 
bərdarlıq edirdi ki, əgər “İrşad” da əlimizdən çıxsa, onda bir də heç 
vaxt  belə  bir  müvəffəqiyyətə  çata  bilmərik.  Çünki  Sabir  yaxşı 
bilirdi ki, çarizmin yeritdiyi milli siyasət müsəlmanlara qarşı daha 
kəskin xarakter daşıyırdı. Təsadüfi deyil ki, XX əsrin axırlarında 
tərəqqipərvər  ziyalıların  milli  mətbuat  orqanı  çıxarmaq  üçün 
göstərdikləri  bütün  cəhdlər  müxtəlif  maneələrə  rast  gələrək 
səmərəsiz  qalmışdı.  Bu  sahədə  nəfəs  genişliyi  birinci  rus 
inqilabının  tə'siri  ilə  yaranmış,  milli  mətbuat  orqanları  da  həmin 
fürsətdən istifadə ilə meydana çıxmışdı. Ona görə Sabir yaranmış 
vəziyyətdən  səmərəli  istifadə  etməyi  hamının  vətəndaşlıq  borcu 
sayır  və  öz  həyəcan  səsini  dönə-dönə  ucaldırdı.  Elə  şirin  həmin 
günlərdə  “Molla  Nəsrəddin”  jurnalında  çap  etdirdiyi  “Cavablar 
cavabı”  satirası  da  mətbuat  məsələsinə  həsr  olunmuşdur.  Satıra 
“Mətbuat” məqaləsi ilə mövzu və ideya cəhətdən vəhdət təşkil edir. 
Lakin  “Cavablar  cavabı”  əsərində  şair-vətəndaş  çağırışı  poetik 
vüs'ət kəsb etməklə,  satirik ifşa gücü də kəskindir. Bu satirada öz 
oxucularını  “millət  düyününü  açmağa”  çağıran  və  bunun  üçün 
“gop”  etməyi  yox,  “qeyrətli”  olmağı  lazım  bilən  inqilabçı  şair” 
(Ə.Mirəhmədov)  yazdıqlarını  əməli  fəaliyyətində  həyata  keçirir, 
şəxsi  nümunə  göstərirdi.  Fikrimizə  1906-cı  ildə  bağlanmaq 
təhlükəsi  qarşısında  qalan  “İrşad”  qəzetinin  noyabrın  26-da 
“Ümummüsəlmanlara!”  çağırışına  Sabirin  verdiyi  əməli  cavab 
sübutdur. O, həm qəzetin müxbiri, həm də vətəndaş kimi qısa bir 
müddət ərzində öz həmyerlilərindən iki yüzə qədər adamı “İrşad"a 
abunəçi olmağa razı salaraq həmin il dekabrın 5-də qəzetdə dərc 
etdirdiyi  “Ləbbeyk  icabət”  adlı  məqaləsində  bütün  Qafqaz 
müsəlmanlarını bu təşəbbüsə qoşulmağa səsləyirdi. 
*** 
Başqa  sahələrdə  olduğu  kimi,  milli  mətbuat  orqanlarının  əhə-
miyyəti və aqibətləri barədə çap etdirdiyi yazılarda, mətbuat or 


45 
 
qanlarının  taleyi  ilə  əlaqədar  əməli  işlərdo  do  Sabir  narahat  to- 
biətli, uzaqgörən bir şair-votəndaş kimi çıxış edir. Tərəqqi yolunda 
həm qələmi ilə, həm də əməli şəkildə çalışan şair gözümüz önündə 
fəal bir ictimaiyyətçi kimi canlanır. 
Şairi  xalqın  ıuə'nəvi  tələbatı  ilə  yanaşı,  maddi  vəziyyəti  də 
narahat  edirdi. Çünki tərəqqi  üçün bu iki  cəhətin normal inkişafı 
vacibdir. Odur ki, yolların, körpülərin tə miri, şəhərin abadlıq işləri, 
quraqlıq  və  bahalıqla  əlaqədar  yaranan  çətinlikləri  aradan 
qaldırmaq üçün varlıları şirkət düzəltməyə çağırış və s. məsələlər 
də  Sabiri  narahat  edir,  o  bu  hadisələrə  öz  münasibətini  bildirir, 
təkliflər  verirdi.  “Şəhərimizdə  şirkətlər,  zavodlar...”,  “Şamaxı 
uyezdi  Bakı  quberniyasının...”,  “Qədim  Şamaxı  şəhərinin...", 
“Vəsaiti mə'lumə ilə e'mali fikir...” və s. məqalələr dediklərimizə 
sübutdur.  Akademik  Məmməd  Cəfərin  dediyi  kimi  “bu  kiçik 
yazılar bizə Sabiri daha yaxşı başa diişmok üçün böyük köməkdir. 
Belə ki, bu məqalə və məktublardan biz, heç olmasa bunu öyrənə 
bilirik  ki.  Sabiri  əsrinin  böyük  sənətkarı,  böyük  xalq  şairi 
səviyyəsinə  çatdıran  bir  çox  səbəblər  olmuşsa,  onlardan  biri  də 
onun  “xurcunları  çiynində  qapan  künclərində  taxıl  almağa  gələn 
kəndlilərin” qeydinə qalması, “təbii fəlakətlərə mə'nız qalan Padar 
köçərilərinin”  halına  acıması,  “qışın  məşəqqətlərindən  xilas 
olduqlarına görə sevinirkən baharda da başsız sellərin qurbanı olan 
füqərayi-kasıbənin”  dərdinə  qalması...  Girdman  çayı  üzərindən 
davamlı  körpü  salmaq  arzusu  ilə  yaşaması  və  mədəniyyətə, 
yeniliyə güllə atanlara dərin nifrət bəsləməsi olmuşdur”.
1
 
*** 
Əlbəttə,  Sabiri  yalnız  öz  xalqının  maddi  və  mə'nəvi  ehtıaçları 
maraqlandırmırdı. Humanist şair zamanın on mütərəqqi,  
1. Məmməd Cəfər. Vətənpərvər şair. “Kommunist”qəz. 25 iyul 


46 
 
inqilabi  ideyalarının,  xüsusan  o  dövrün  mətbuatında  da  geniş  təb- 
liğ  olunan  beynəlmiləlçiliyin  ümumbəşəri  mahiyyətini  dərindən 
dərk etdikcə onun azadlıq, tərəqqi, səadət, sosial tərəqqi haqqında 
arzulan  getdikcə  öz  əhatə  dairəsini  genişləndirir  və  məzmunca 
zənginləşirdi.  Onu  artıq  təkcə  doğma  Azərbaycanın  deyil,  bütün 
məzlum  Şərqin  taleyi,  azadlıq  və  nicat  yolları  düşündürürdü.  Bu 
həqiqətə  inanmaq  üçün  İran  və  Türkiyə  inqilablarına  Sabirin 
münasibətinə ötəri nəzər salmaq kifayətdir. 
1905-cı il rus inqilabının tə siri ilə İranda da inqilab baş vermiş, 
məşhur  Səttərxan  hərəkatı  aləmə  səs  salmışdı.  Çarizm  kimi  İran 
şahlığı da xırda islahatlarla xalqı sakitləşdirməyə, inqilabi hərəkatın 
qarşısını almağa çalışırdı. Sabir uzaqgörənliklə hadisələrin bu cür 
gedişinin  nə  ilə  nəticələnəcəyini  əvvəlcədən  duyaraq  İran 
zəhmətkeşlərini  yalançı  islahat  və  vədlərə  aldanmamağa,  qəflət 
yuxusundan  oyanmağa,  mübarizəni  davam  etdirməyə  çağırır, 
inqilab rəhbərlərinin şəninə “Səttərxana!  kimi inqilabi mübarizəyə 
çağırış ruhlu nəğmələr qoşurdu. 
Şair verilən xırda “azadlıqlara” aldananları “Nolur şirinməzaq 
etsə  məni  həlvayi-hürriyyət”  satirasında  tənqid  edərək  bu 
hadisələrin  acınacaqlı  nəticəsini  də  əvvəlcədən  bildirirdi.  Onun 
poetik qüdrəti,  orijinallığı  bir də  onda idi ki.  bütün  bu  ciddi  mət-
ləbləri yüksək bədii dillə, rəmzi şəkildə açırdı. Sabir göstərirdi ki, 
şahın  verdiyi  bu  “hürriyyət”  Xəyal  plovdan  başqa  bir  şey  deyil. 
Xalqın  başı  bu  Xəyalplovla  aldadıldıqdan  sonra  onların  bütün 
ümidləri irtica burulğanında qərq olacaqdır. 
Doğrudan da, şairin fikrinə şübhə edənlər tapıldı. Lakin az sonra 
İran zəhmətkeşlərinin sadəlövhlüyünə incə yumorla gülən Sabirin 
dediyi kimi “Hürriyyət” halvası doldurman gəmi ona hər tərəfdən 
hücum edən dalğaların qoynunda batdı. Şair Molla 
1
 
1. “Molla Nəsrəddin” jurn.. 20 oktyabr, 1908, N48. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə