48
dabbaqlıq, sərraclıq və bu kimi sənət sahələrinin ucuz və keyfiyyətli xammal
təminatı ilə bağlı problemi olmadığından xəbər verirdi.
Bənnaların və daş üzərində oyma sənəti ilə məşğul olanların da xammal
problemi yox idi. At, öküz və kəl arabaları gecə-gündüz Ağsu və Girdiman
çaylarından daş və qum daşıyırdı. Nisbətən yumşaq tərkibli mədən daşları isə daha
çox Ələt ətrafındakı yataqlardan gətirilirdi. Bununla belə, Qaraməryəm tirəsi,
Həftəran və Ləngəbiz yaylalarının tektonik kəsikləri olan ərazilərdə də əhəngdaşı
ehtiyatlarının olduğunu istisna etmək olmaz. Çox güman ki, orta əsr ustaları
nisbətən yaxın ərazilərdəki daş yataqları barədə məlumatlı olub və həmin
ehtiyatlardan da istifadə ediblər.
Dulusçu ustaların xammal ehtiyatları da uzaqda deyildi. Yəni, Ağsu ətrafı
ərazilərin demək olar ki, hər tərəfində saxsı məmulatı istehsalı üçün yararlı olan gil
ehtiyatları mövcud idi. Həmin yataqlardan yerli sakinlər təndir qoymaq və ocaq
hörmək məqsədilə elə indinin özündə də geniş istifadə edirlər. Şəhər ərazisindən
tapılan zəngin və çeşidli keramika məmulatı burada dulusçuluq sənətinin kifayət
qədər geniş təmsil olduğunu göstərir. Doğrudur, saxsı qablardan ibarət tapıntıların
böyük bir qismi keramika məmulatı istehsalındakı tənəzzüldən xəbər verir. Bu
daha çox şirsiz qablara aiddir. Bu qəbildən olan nümunələrin əvvəlki dövr
materialları ilə müqayisədə hazırlanmasında və bişirilməsində müşahidə olunan
tələsiklik və başdansovuduluq dərhal diqqəti cəlb edir.
Amma bu bütün nümunələrə aid edilə bilməz. Əksinə, elə nümunələr var ki,
onlar ən yüksək texnoloji tələblər səviyyəsində istehsal olunub. Bu cəhətdən şəhər
əhalisinin məişətində kifayət qədər geniş təmsil olunan kasa və boşqab tipli şirli
qabları qeyd etmək olar. Hansı ki, bu nümunələrin gili müxtəlif qatışıqlardan
diqqətlə təmizlənib, palçığı yaxşı qarışdırılıb, məmulat dulus dəzgahında yüksək
peşəkarlıqla hazırlanıb, dövr üçün spesifik olan ornamentlərlə bəzədilib, səliqə ilə
şirlənib və nəhayət, keyfiyyətlə bişirilib.
Agsuda boyaqçılıq sənəti xüsusilə geniş yayılıb. Bu da sözsüz ki, ilk
növbədə yerli xammal ehtiyatlarının bolluğu ilə əlaqədar idi. Ağsu və ətraf
ərazilərdə ipək istehsalı, toxuculuq və xalçaçılıq sənətinin kifayət qədər geniş
yayılması müxtəlif növ boyaq maddələrinə olan tələbatın artmasına təkan idi.
Hansı ki tələbat Ağsunun boyaqçı ustaları tərəfindən ödənilirdi. Onlar boyaq
maddələrinin alınmasında və hazırlanmasında kimyəvi qatışıqlarla yanaşı, boyaq
tərkibli bitkilərdən də geniş istifadə edirdilər. Məlumat üçün onu da bildirək ki,
Ağsunun dağları da, çölləri də bu növ bitkilərlə çox zəngindir.
Bütün bunlar son olaraq onu deməyə əsas verir ki, Ağsu şəhərinin XVIII əsr
Azərbaycan şəhərləri içərisində özünəməxsus yeri və rolu olub. XVIII əsrin II
yarısında Şirvanda mütəmadi olaraq baş verən hərbi-siyasi intriqa və
toqquşmaların episentri olan Ağsu eyni zamanda həm də bölgənin ən iri alış-veriş
mərkəzlərindən biri idi. Tranzit yollar üzərində olduğundan Ağsu həm də Avropa
və Şərq ölkələrindən olan tacirlərin dayanacaq nöqtələrindən biri idi. Arxeoloji
49
qazıntılar zamanı tapılan çoxsaylı Rusiya, İran, Çin və Avropa malları, Ağsuda
zərb olunan yerli pullarla yanaşı, Azərbaycanın digər şəhərlərindəki zərbxanalarda
kəsilən pulların, habelə Çin, Almaniya və Rusiya pullarının tapılması bunu bir
dahə təsdiq edir.
Şəhərin ərazisinin böyüklüyü, orada aşkar edilən tikinti və kommunikasiya
şəbəkəsinin sıxlığı, tapılan maddi mədəniyyət nümunələrinin çoxluğu, onların
forma və çeşid müxtəlifliyi, dekor zənginliyi - bütün bunlar kifayət qədər inkişaf
etmiş intensiv şəhər həyatının göstəriciləridir. Dostlarımız və mütəxəssis insanların
bir qismi bütün bunları ümumiləşdirilmiş formada “Ağsu möcüzəsi” kimi
dəyərləndirir.
Bəli, 1806-cı ildən keçən 104 il ərzində torpağın altında yatan və heç kəsin
diqqətini cəlb etməyən orta əsr Ağsu şəhərinin məhəllələri, evləri və ictimai
binaları, qala divarları, ayrı-ayrı küçə və meydanları, çoxsaylı istehsalat ocaqları,
mürəkkəb və çoxşaxəli su təchizatı və kanalizasiya şəbəkəsinin bir hissəsi artıq üzə
çıxarılmışdır. İxtisasca bərpaçı memar olan Milan Politexnik Universitetinin
professoru, abidənin konservasiya olunması işində bizimlə birgə çalışan dostumuz
Luici Skrinzi bütün bunların məhz “Ağsu möcüzəsi” kimi təqdim olunmasını
tövsiyə edir. Biz isə bütün bu xoş rəyləri avans kimi qəbul edərək möcüzənin hələ
öndə olduğunu düşünürük. İnanırıq ki, Ağsu tarixinin möcüzə hesab edə biləcək
dərəcədə sirrləri hələ çoxdur. Orada tədqiqatlar davam etdikcə bu sirrlər də
tədricən bir-bir açılacaqdır. Bax, əsl möcüzə, Ağsu möcüzəsi onda baş verəcəkdir.
Handicraft: Towns were considered pretty important handicraft centres in
last middle ages like in all periods. In other word, handicraft was basic occupation
of urban population. Agsu investigations once more confirm that despite rapid
development of manufactory production in Europe, handicraftsman still continued
its predominant role in urban life in East, including Azerbaijan. The remnants of
workshops displayed over different production fields and samples of rich
handicraft product create sufficiently stout notion about development level of
separate craftmanship fields. These findings inform main stand of Agsu amongst
Shirvan cities for many handicraft types. Professions of dyer, blacksmith, brazier,
leather-dresser and weaving, as well as carving on stone developed widely in par-
ticular. A lot of production samples produced by Agsu masters were willingly
bought in other towns.
Strong development of separate fields of vocation in Agsu was connected in
considerable level with removal of many craftsmen families from Shamakhi, Lahij,
Basgal, Muju, Ahan, Zarnava and Demirchi, there. Tendency of removal of
professional masters to Agsu during power of Haji Muhammadali khan, a native of
Zarnava village was particularly strong. Supposedly, Shirvan khan protected them
himself. All these naturally caused serious reviving in urban life. Variety of
separate product types produced by Agsu masters and harmony of new and old ele-
Dostları ilə paylaş: |