Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə22/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   18   19   20   21   22   23   24   25   ...   106

48 
 
dabbaqlıq,  sərraclıq  və  bu  kimi  sənət  sahələrinin  ucuz  və  keyfiyyətli  xammal 
təminatı ilə bağlı problemi olmadığından xəbər verirdi. 
Bənnaların  və  daş  üzərində  oyma  sənəti  ilə  məşğul  olanların  da  xammal 
problemi  yox  idi.  At,  öküz  və  kəl  arabaları  gecə-gündüz  Ağsu  və  Girdiman 
çaylarından daş və qum daşıyırdı. Nisbətən yumşaq tərkibli mədən daşları isə daha 
çox  Ələt  ətrafındakı  yataqlardan  gətirilirdi.  Bununla  belə,  Qaraməryəm  tirəsi, 
Həftəran  və  Ləngəbiz  yaylalarının  tektonik  kəsikləri  olan  ərazilərdə  də  əhəngdaşı 
ehtiyatlarının  olduğunu  istisna  etmək  olmaz.  Çox  güman  ki,  orta  əsr  ustaları 
nisbətən  yaxın  ərazilərdəki  daş  yataqları  barədə  məlumatlı  olub  və  həmin 
ehtiyatlardan da istifadə ediblər. 
Dulusçu  ustaların  xammal  ehtiyatları  da  uzaqda  deyildi.  Yəni,  Ağsu  ətrafı 
ərazilərin demək olar ki, hər tərəfində saxsı məmulatı istehsalı üçün yararlı olan gil 
ehtiyatları  mövcud  idi.  Həmin  yataqlardan  yerli  sakinlər  təndir  qoymaq  və  ocaq 
hörmək  məqsədilə  elə  indinin  özündə  də  geniş  istifadə  edirlər.  Şəhər  ərazisindən 
tapılan  zəngin  və  çeşidli  keramika  məmulatı  burada  dulusçuluq  sənətinin  kifayət 
qədər geniş təmsil olduğunu göstərir. Doğrudur, saxsı qablardan ibarət tapıntıların 
böyük  bir  qismi  keramika  məmulatı  istehsalındakı  tənəzzüldən  xəbər  verir.  Bu 
daha  çox  şirsiz  qablara  aiddir.  Bu  qəbildən  olan  nümunələrin  əvvəlki  dövr 
materialları  ilə  müqayisədə  hazırlanmasında  və  bişirilməsində  müşahidə  olunan 
tələsiklik və başdansovuduluq dərhal diqqəti cəlb edir. 
Amma bu bütün nümunələrə aid edilə bilməz. Əksinə, elə nümunələr var ki, 
onlar ən yüksək texnoloji tələblər səviyyəsində istehsal olunub. Bu cəhətdən şəhər 
əhalisinin  məişətində  kifayət  qədər  geniş  təmsil  olunan  kasa  və  boşqab  tipli  şirli 
qabları  qeyd  etmək  olar.  Hansı  ki,  bu  nümunələrin  gili  müxtəlif  qatışıqlardan 
diqqətlə  təmizlənib,  palçığı  yaxşı  qarışdırılıb,  məmulat  dulus  dəzgahında  yüksək 
peşəkarlıqla hazırlanıb, dövr üçün spesifik olan ornamentlərlə bəzədilib, səliqə ilə 
şirlənib və nəhayət, keyfiyyətlə bişirilib. 
Agsuda  boyaqçılıq  sənəti  xüsusilə  geniş  yayılıb.  Bu  da  sözsüz  ki,  ilk 
növbədə  yerli  xammal  ehtiyatlarının  bolluğu  ilə  əlaqədar  idi.  Ağsu  və  ətraf 
ərazilərdə  ipək  istehsalı,  toxuculuq  və  xalçaçılıq  sənətinin  kifayət  qədər  geniş 
yayılması  müxtəlif  növ  boyaq  maddələrinə  olan  tələbatın  artmasına  təkan  idi. 
Hansı  ki  tələbat  Ağsunun  boyaqçı  ustaları  tərəfindən  ödənilirdi.  Onlar  boyaq 
maddələrinin  alınmasında  və  hazırlanmasında  kimyəvi  qatışıqlarla  yanaşı,  boyaq 
tərkibli  bitkilərdən  də  geniş  istifadə  edirdilər.  Məlumat  üçün  onu  da  bildirək  ki, 
Ağsunun dağları da, çölləri də bu növ bitkilərlə çox zəngindir. 
Bütün bunlar son olaraq onu deməyə əsas verir ki, Ağsu şəhərinin XVIII əsr 
Azərbaycan  şəhərləri  içərisində  özünəməxsus  yeri  və  rolu  olub.  XVIII  əsrin  II 
yarısında  Şirvanda  mütəmadi  olaraq  baş  verən  hərbi-siyasi  intriqa  və 
toqquşmaların episentri olan Ağsu eyni zamanda həm də bölgənin ən iri alış-veriş 
mərkəzlərindən biri idi. Tranzit  yollar  üzərində olduğundan Ağsu  həm də  Avropa 
və  Şərq  ölkələrindən  olan  tacirlərin  dayanacaq  nöqtələrindən  biri  idi.  Arxeoloji 


49 
 
qazıntılar  zamanı  tapılan  çoxsaylı  Rusiya,  İran,  Çin  və  Avropa  malları,  Ağsuda 
zərb olunan yerli pullarla yanaşı, Azərbaycanın digər şəhərlərindəki zərbxanalarda 
kəsilən  pulların,  habelə  Çin,  Almaniya  və  Rusiya  pullarının  tapılması  bunu  bir 
dahə təsdiq edir. 
Şəhərin ərazisinin böyüklüyü, orada aşkar edilən tikinti və kommunikasiya 
şəbəkəsinin  sıxlığı,  tapılan  maddi  mədəniyyət  nümunələrinin  çoxluğu,  onların 
forma  və  çeşid  müxtəlifliyi,  dekor  zənginliyi  -  bütün  bunlar  kifayət  qədər  inkişaf 
etmiş intensiv şəhər həyatının göstəriciləridir. Dostlarımız və mütəxəssis insanların 
bir  qismi  bütün  bunları  ümumiləşdirilmiş  formada  “Ağsu  möcüzəsi”  kimi 
dəyərləndirir. 
Bəli, 1806-cı ildən keçən 104 il ərzində torpağın altında yatan və heç kəsin 
diqqətini  cəlb  etməyən  orta  əsr  Ağsu  şəhərinin  məhəllələri,  evləri  və  ictimai 
binaları,  qala  divarları,  ayrı-ayrı  küçə  və  meydanları,  çoxsaylı  istehsalat  ocaqları, 
mürəkkəb və çoxşaxəli su təchizatı və kanalizasiya şəbəkəsinin bir hissəsi artıq üzə 
çıxarılmışdır.  İxtisasca  bərpaçı  memar  olan  Milan  Politexnik  Universitetinin 
professoru, abidənin konservasiya olunması işində bizimlə birgə çalışan dostumuz 
Luici  Skrinzi  bütün  bunların  məhz  “Ağsu  möcüzəsi”  kimi  təqdim  olunmasını 
tövsiyə edir. Biz isə bütün bu xoş rəyləri avans kimi qəbul edərək möcüzənin hələ 
öndə  olduğunu  düşünürük.  İnanırıq  ki,  Ağsu  tarixinin  möcüzə  hesab  edə  biləcək 
dərəcədə  sirrləri  hələ  çoxdur.  Orada  tədqiqatlar  davam  etdikcə  bu  sirrlər  də 
tədricən bir-bir açılacaqdır. Bax, əsl möcüzə, Ağsu möcüzəsi onda baş verəcəkdir.  
 
Handicraft:  Towns  were considered pretty important  handicraft centres in 
last middle ages like in all periods. In other word, handicraft was basic occupation 
of  urban  population.  Agsu  investigations  once  more  confirm  that  despite  rapid 
development of manufactory production in Europe, handicraftsman still continued 
its  predominant  role  in  urban  life  in  East,  including  Azerbaijan.  The  remnants  of 
workshops  displayed  over  different  production  fields  and  samples  of  rich 
handicraft  product  create  sufficiently  stout  notion  about  development  level  of 
separate  craftmanship  fields.  These  findings  inform  main  stand  of  Agsu  amongst 
Shirvan cities for many  handicraft types. Professions of dyer, blacksmith, brazier, 
leather-dresser and weaving, as well as carving on stone developed widely in par-
ticular.  A  lot  of  production  samples  produced  by  Agsu  masters  were  willingly 
bought in other towns. 
Strong development of separate fields of vocation in Agsu was connected in 
considerable level with removal of many craftsmen families from Shamakhi, Lahij, 
Basgal,  Muju,  Ahan,  Zarnava  and  Demirchi,  there.  Tendency  of  removal  of 
professional masters to Agsu during power of Haji Muhammadali khan, a native of 
Zarnava village was particularly strong. Supposedly, Shirvan khan protected them 
himself.  All  these  naturally  caused  serious  reviving  in  urban  life.  Variety  of 
separate product types produced by Agsu masters and harmony of new and old ele-


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə