Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə18/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   14   15   16   17   18   19   20   21   ...   106

40 
 
hamamın çarhovuzlu istiqamətində davam edir. Çox ehtimal ki, bu xəttlə hamamın 
çirkab  suları  axıdılıb.  Bu  cür  düşünmək  üçün  çirkab  suları  axıdılıb.  Bu  cür 
düşünmək  üçün  iki  əsas  var.  Birincisi,  qeyd  olunan  xətt  döşəməsindən  daha 
çökəkdir.  İkincisi,  hamamın  çarhovuzuna  su  qərb  istiqamətindən  olan  saxsı 
borulardan  ibarət  kəmərlə  daxil  olur.  Bu  halda  əlbəttə,  ikinci  kəmərə  ehtiyac 
qalmırdı.  
Beləliklə,  aşkar  olunmuş  kürəbənd  tipli 
kəmərlərdən hansının su, hansının isə kanalizasiya 
xətti 
olması  ilə  bağlı  suallara  aydınlıq 
gətirilməsidir.  Doğrudur,  bu  xətlərin  bəzilərinin 
təyinatını  elə  yerüstü  əlamətlərinə  görə  də 
müəyyənləşdirmək  mümkündür.  Məsələn,  2a 
kvadratından keçən belə xəttlərdən birinin üstündə 
uzunluğu 60, eni 389 sm olan səliqə ilə yonulmuş 
daş  plitə  aşkar  olunmuşdur.  Maraqlıdır  ki,  daş 
plitənin  orta  hissəsində  gül  ləçəklərinə  bənzər 
oyuqları var. Fikrimcə plitə üzərindəki bu dəliklər 
ətrafdakı  yağış  sularının  şəbəkəyə  axıdılması  üçündür.  Deməli,  həmin  xəttin 
şəhərin  kanalizasiya  şəbəkəsinə  aid  olduğu  heç  bir  halda  mübahisə  predmeti  ola 
bilməz.  Lakin  elə  xəttlər  də  vardır  ki,  onların  təyinatı  barədə  söz  demək  üçün 
həmin  ərazidə  tədqiqatın  davam  etdirilməsinə  ehtiyac  var.  Ekspedisiya  rəhbərliyi 
bunu  ilkin  konservasiya  işlərindən  sonra  etmək  fikrindədir.  Cavabını  gözləyən 
suallardan  birisi  də  aşkar  olunmuş  su  və  kanalizasiya  xəttlərindən  hansının  əsas, 
hansının köməkçi və ya məhəlli funksiya daşıdığının aydınlaşdırılmasıdır. Təbiidir 
ki,  bu  da  axtarışların  miqyasından  asılı  olan  məsələdir.  Əlbəttə  ki,  qazıntıların 
miqyası  genişləndikcə  bu  suallara  da  tədricən  aydınlıq  gətiriləcəkdir.  Hələlik  isə 
nisbətən kiçik ərazinin tapıntıları əsasında bu barədə qəti fikir söyləmək bir qədər 
tezdir. 
IV  qazıntı  sahəsində  aşkar  olunmuş  tikinti  qalıqları  içərisində  daha  çox 
maraq  doğuran  tapıntılardan  birisi  də  6-a,  6,  6a,  7-a,  7  və  7a  kvadratlarındakı 
hamam-kompleksdir.  Hamam-kompleks  daş  divar  arakəsmələrlə  ayrılan  5 
bölmədən  ibarətdir.  6b  kvadratında  3,4  m  dərinlikdə  hamamın  ocaqxana-
qazanxanası aşkar edilib. 16,2 m
2
 sahəni (4,50 x 3,60 m) əhatə edən qazanxananın 
qərb tərəfində divarda üstü tağvari formada hörülmüş ocaq yeri var. Qazanxanadan 
qərb tərəfdəki iki otaq vanna otağıdır. Nazik arakəsmə divarla bir-birindən ayrılan 
həmin  otaqların  hər  ikisinin  uzunluğu  3,50  m-dir.  Şimal  tərəfdəki  vanna  otağının 
eni  1,80  m,  cənub  tərəfdəki  vanna  otağının  eni  isə  2,63  m-dir.  Beləliklə  vanna 
otaqlarının  birincisinin  sahəsi  6,3  kvadratmetr,  ikincisinin  sahəsi  isə  9,2 
kvadratmetrdir. Sahəsi geniş olan vanna otağının qərb tərəfində ağzının diametri 1 
m  olan  quyu  varş  quyu  qazanxanadakı  ocağın  üstündədir.  Quyunun  kənarları, 
ümumiyyətlə vanna otaqlarının döşəməsi və divarlar səliqə ilə suvanıb. Ehtimal ki, 


41 
 
hamamda  istifadə  olunan  isti  su  quyunun  üstünə  qoyulan  iri  metal  tiyanlarda 
qızdırılıb. Quyunun birbaşa  qazanxanadakı ocağın  üstündə  olması da  bunu təsdiq 
edir. 
Vanna  otaqlarından  qərb  tərəfdə  hamamın  III  bölməsi,  çox  güman  ki, 
soyunub-geyinmə  otağı  yerləşir.  Onun  eni  4,50,  uzunluğu  6,15  m,  ümumi  sahəsi 
isə  28  kvadratmetrdir.  Soyunub-geyinmə  otağının  şimal-şərq  küncə  yaxın  hissədə 
eni  1,23  m,  uzunluğu  1,32  m,  dərinliyi  isə  0,46  m  olan  çarhovuz  var.  Vanna 
otaqlarının hər birindən soyunub-geyinmə otağına qapı var. Qapılardan birincisinin 
(şimal) eni 0,62, ikincisinin eni 0,60 m-dir. Soyunub-geyinmə otaqlarının döşəməsi 
nisbətən iri ölçülü daş pilitələrlə səliqə ilə döşənib. Orədakı çarhovuzun içərisi və 
divarlar  isə  səliqə  ilə  suvanıb.  Vanna  otağı  ilə  çarhovuzu  birləşdirən  su  xətti  var. 
Bu da çox güman ki, çarhovuzun suyunu isitmək funksiyası daşıyıb. 
Soyunub-geyinmə  otağının  cənub  və  şimal  divarlarından  hər  birində  bir 
ədəd olmaqla  üstü bişmiş kərpiclə  günbəzvari formada  tamamlanan xüsusi taxça-
dəliklər  mövcuddur.  Görünür,  bu  taxçalardan  hamamda  istifadə  olunan 
xırdavatların qoyulması üçün istifadə olunub. 
Soyunub-geyinmə  otağının  həm  şimal,  həm  də  cənub  divarları  təqribən 
adam  boyundan  yuxarı  hissədə  bişmiş  kərpiclə  tağvari  formada  hörülüb.  Bu,  o 
deməkdir  ki,  hamamın  üstü  bişmiş  kərpiclə  tağvari  formada  bağlanıb.  Xatırladaq 
ki, hamam-kompleks (təmizlənərkən soyunub-geyinmə otağının içərisi tağın ucub-
dağılmış hissələrinin kərpicləri ilə dolu idi. 
Hamam-kompleksin 
içərisi 
təmizlənərkən 
soyunub-geyinmə  otağından  qərb  tərəfdə  təqribən  10 
kvadratmetrlik kiçik bir otaq da aşkar olundu, Qazıntının 
sərhədlərindən  qərbə  doğru  kənara  çıxan  bu  otaqla 
soyunub-geyinmə otağını ayıran arakəsmə - divarın şimal 
qurtaracağında  qapı  yeri  var.  Bu otağın döşəməsi də  daş 
pilitələrlə döşənib. Otağın cənub tərəfində ətrafı səliqə ilə 
suvanmış kiçik bir vanna-cökəklik qeydə alınıb. Hansı ki, 
oradan  da  cənubi-şərq  istiqamətində  su  xətti  olduğu 
bilinir. Hələlik bu otağın və oradakı qurğuların təyinatını 
söyləmək  çətindir.  Maraqlıdır  ki,  qeyd  olunan  otaqda  qazıntı  işləri  davam 
etdirilərkən  onun  qərb  divarlarının  cənub  küncündə  daha  bir  qapı  yeri  aşkar 
olundu.  Üstü  tağ  formada  olan  qapının  içərisi  təmizlənərkən  onun  eyni  zamanda 
tunel-keçid  olduğu  müəyyən  edildi.  Eni  1,00,  hündürlüyü  1,53  m  olan  tunel-
keçidin içərisinə səliqə ilə yonulmuş daş pilitələr döşənib. 
Hamam-kompleksi tam şəkildə açmaq məqsədilə qazıntını qərbə doğru daha 
bir  kvadrat  genişləndirmək  zəruriyyəti  yarandı.  Beləliklə,  tunel-keçiddən  qərbə 
doğru divarlar boyunca təmizləmə işlərinə başladıq. İlkin olaraq orta hissədə bir - 
birinə  yapışmış  vəziyyətdə  olan  kərpic  topaları  üzə  çıxdı.  Bunlar  tikintinin  uçub 
dağılmış hissələri idi. Kərpiclərin düzülüşündən onların divar tağları olduğu aydın 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə