Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə15/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   11   12   13   14   15   16   17   18   ...   106

33 
 
 
 
 


34 
 
Bəzəklərin  strukturuna  əsasən  onların  evin  tavan  hissəsinə  aid  olmadığı 
aydındır. Görünür, onlar evin divarlarının və  ya divar künclərinin bəzədilməsində 
istifadə olunub. Amma hansı hissədə və necə? 
Göründüyü  kimi,  bu  adi  ev  deyil.  Bu  xüsusi  təyinatı  olan  bir  evdir.  Onun 
təyinatını  öyrənmək  üçün  evin  qarşısında  daş  döşənmiş  meydan,  meydanın  orta 
hissəsində  isə  içərisi  səliqə  ilə  suvanmış  kiçik  hovuz  olduğunu  da  diqqətdən 
qaçırmaq  olmaz.  Hansı  ki,  hovuza  gələn  saxsı  borulardan  ibarət  su  xətti  də  evin 
döşəməsinin altından keçir. Təbiidir ki, meydanın da, hovuzun da, bəhs edilən evə 
birbaşa aidiyyatı var. Amma bütün bunlara baxmayaraq hələlik həmin evin təyinatı 
və mənsubiyyəti barədə qəti fikir söyləmək çətindir. Ola bilsin ki, şəhərin hansısa 
qısa  imkanlı  və  titullu  sakinlərindən  birinə  məxsus  bu    evdən  ibadət,  yaxud  da 
xüsusi qonaqların qəbulu məqsədilə istifadə olunub. 
IV qazıntı sahəsində yuxarıda qeyd olunanlardan savayı 3 və 3a, 3b və 3c, 
4, 4b, 5a, 5b və 5c, 6c, 7, 7a, 7b və 7c, habelə 8b və 8c kvadratlarında da bünövrə 
hissəsi  çay  daşından  olan  tək  və  ya  ikiotaqlı  ev  qalıqları  aşkar  olunmuşdur. 
Onlardan bəzilərinin divarlarının bünövrə  hissəsi  tam şəkildə, bəzilərinin bünövrə 
hissəsi isə qismən qalmışdır. Bəzi evlərin tikintisində az miqdarda olsa da üçtərəfi 
səliqə  ilə  yonulmuş  mədən  daşlarından  istifadə  olunub.  Bu  daşlardan  adətən 
divarların  tinlərini  və  ya  küncləri  bağlamaq  üçün  istifadə  olunub.  IV  qazıntı 
sahəsindəki  1  və  1a  kvadratlarında  tədqiq  olunmuş  ikiotaqlı  evin  tikintisində  belə 
daşlardan nisbətən çox istifadə olunub. Bu cür daşlar divarların möhkəmliyini daha 
da artırırdı. 
Evlərdən bəzilərinin bünövrə hissəsi qismən qalmışdır. Evlərin bir çoxunun 
divarlarında  antiseysmik  funksiya  daşıyan  və  çürümüş  vəziyyətdə  olan  ağac  kətil 
qalıqlarını  izləmək  mümkün  olmuşdur.  Bunlardan  əlavə  evlərin  demək  olar  ki, 
hamısında  qapı  və  pəncərə  yerlərinin,  habelə  taxçaların  altında  və  kənarlarında 
ağacdan  çərçivə  və  yastıq  qalıqları  olduğu  müəyyən  edilmişdir.  Hansı  ki,  bu 
cəhətlər Şirvan memarlıq məktəbi üçün səciyyəvi elementdir. Xatırladaq ki, Lahıc 
və  Basqalın  da  XIX-XX  əsrin  əvvəllərinə  aid  bütün  tikintilərində  ağac  kətilə  rast 
gəlmək  mümkündür.  Əlbəttə,  bu  hal  yardımçı  tikililərə  aid  deyil.  Çünki  yardımçı 
tikililər  əksər  hallarda  ağacdan,  taxtadan,  torpaqdan  və  ya  çay  daşından  təkqat 
hörülmüş  divarı  olan  kiçik  binalardan  ibarət  olurdu.  Onlar  daha  çox  4  dirək  üstə 
tikilən talvardan ibarət olurdu. Sonradan talvarın ətrafı bu və ya digər formada daş, 
kərpic  və  ya  torpaqla  hörülərək  oradan  təndirxana,  ocaqxana,  emalatxana  və  ya 
dükan kimi istifadə olunurdu. Qazıntı aparılan sahənin demək olar ki, hər tərəfində 
bu qəbildən olan tikinti qalıqlarına təsadüf olunmuşdur. Yardımçı tikililərdən qalan 
izlər  ilk  növbədə  talvar  dirəklərinin  çürüntüsü,  yaxud  da  dirək  yerləri  üçün 
qazılmış quyular formasında aşkara çıxarılır.  
Ağsu  evlərinin  hamısının  içərisində  təndir  və  ocaq  qalıqları  aşkar  olunub. 
Elə ev var ki, içərisində forma və ölçülərinə görə fərqlənən bir neçə ocaq var. Bu o 
deməkdir  ki,  yerli  sakinlər  evlərdən  həm  də  mətbəx  kimi  istifadə  ediblər.  Yəni, 


35 
 
insanlar  nəinki  eyni  yerdə  yatır,  oturur,  yemək  yeyir,  hətta  yeməklərini  də  orada 
bişirirdilər.  Ocaqlar  həm  də  evlərin  qızdırılmasına  xidmət  edirdi.  Əksər  evlərdə 
ocaqların ətrafı torpaq, daş və ya kərpiclə hörülərək xüsusi kürsüyəbənzər formaya 
salınıb.  Bu,  ocağın  ətrafında  rahatlıqla  oturub  isinmək,  yaxud  da  biş-düş  etmək 
üçündür. 
Aşkar  olunmuş  evlərin  içərisi  təmizlənərkən  yalnız  bəzilərində  bişmiş 
kərpic dağıntıları aşkar edilib. Bu isə həmin evlərin üstünün bişmiş kərpiclə tağvari 
formada  örtüldüyünə  dəlalət  edir.  Lakin  əksər  evlərdə  kərpic  töküntüsünə  rast 
gəlinməyib.  Deməli,  həmin  evlərin  tikintisində  və  üstünün  bağlanmasında 
kərpicdən  istifadə  olunmayıb.  Bu  tip  binaların  üstünün  ağac  tirlərlə  döşəndiyi, 
onun üstündən qamış düzüldüyü, daha sonra isə torpaq-palçıq örtüyü ilə örtüldüyü 
güman  edilir.  Xatırladaq  ki,  Bakı,  Şamaxı  və  Lahıcda  XIX  əsrdə  tikilmiş  bu  cür 
evlər  indi  də  qalmaqdadır.  Evlərin  üstünə  torpaq-palçıq  töküldükdən  sonra  xalq 
arasında  “girgino”  deyilən daşla təkrar-təkrar basılırdı.  IV  qazıntı sahəsindən  əllə 
asfalt basmaq üçün istifadə edilən “katoka” bənzər belə bir daş alətin tapılması da 
deyilənləri bir daha təsdiq edir. 
 
Dwelling  houses:  Nearly  10  000  people  resided  in  Agsu  in  late  XVIII 
century, and early XIX century according to some information. It meant existence 
of over 2000 dwelling houses in Agsu in that period due to average statistic estima-
tion.  If  2000  houses  each  has  two  incomplete  constructions  on  average,  it  will 
mean 4000 constructions. Thus, there  were 6000 houses and subsidiaries  in  Agsu 
on  average  at  the  end  of  XVIII  century  and  beginning  of  XIX  century.  Sufficient 
density of constructions in the town's area is clearly  seen from overhead views of 
the  monument.  Actually  visual  observations  help  to  think  of  existence  of 
construction  remnants  more  than  average  statistic  index.  Dense  construction 
network displayed as a result of archaeological excavations ongoing in the town's 
area substantiate existence of construction rests higher than average statistic index 
mentioned  above.  Dense  construction  network  displayed  as  a  result  of 
archaeological excavations ongoing in the town's area coincides with statistic index 
mentioned. It is regretted that excavations being in a small scale and a few number 
of displayed houses and subidiaries can't be considered sufficient to obtain relevant 
scientific  conclusions.  To  inform  you,  about  500  house  sections  were  studied  in 
Otrar. It gives us chance to characterize completely last medieval houses of Otrar 
in  tote.  Implementation  of  investigations  in  large  scale  lets  Kazakhstan  archae-
ologists say that unique and traditional type of houses exists on the basis of analyze 
of living architecture. In fact these words can be said about Agsu houses belonged 
to  XVIII  century.  Some  elements  testifying  unique  type  of  houses  are  before  our 
eyes. For instance, facade of majority of Agsu houses studied up to now was built 
towards  south.  Naturally  windows  and  entrance  doors  of  these  houses  are  from 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə