Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi


Contents  Preamble (Gafar Jabiev)  I Chapter



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə2/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   2   3   4   5   6   7   8   9   ...   106


 
Contents 
Preamble (Gafar Jabiev) 
I Chapter 
Archaeological  Investigations  in  Agsu  and  Last  Medieval  Urban  Problem  in 
Azerbaijan (Gafar Jabiev)  
Azerbaijani-European Relations (based on glass materials) (Fariz Khalilli) 
Minting of Coins and Money Turnover in Agsu (Akif Guliev) 
Agsu Findings and Their Ethnographic Parallels (Gulzade Abdulova) 
Metal  Products  Revealed  in  Agsu  Excavations:  Technology  and  Classification 
(Elmira Abbasova) 
Stone Products and Handicraft of Stone-dressing (Sanan Nematov) 
Glazed  Tile  Revealed  During  Agsu  Archaeological  Investigations  (Ziadkhan 
Aliyev) 
Azerbaijan in Junction of East and West Trade Relations (JahangirAhmedov) 
Epigraphic  Monuments  of  Medieval  Agsu  Town  (XVIII  century  Arabian  and 
Persian Inscriptions in Town Cemetery) (Habiba Aliyeva) 
II MiracolodiAgsu (Luigi Scrinzi) 
II Chapter 
HaydarAliyev Sample of Careful Attitude towards Historical Cultural Heritage 
“Archaeological tourism and museums” seminar in Agsu 
Latest Results of Archaeological Investigations in Agsu 
 
 
 



 
Ön söz 
 
Əziz oxucu, bizim sizinlə ilk görüşümüz 4 ay öncə, Ulu öndərimiz Heydər 
Əliyevin  doğum  günü  ərəfəsində  işıq  üzü  görmüş  “Ağsu  şəhəri  orta  əsrlərdə” 
kitab-albomu  ilə  olmuşdu.  Həmin  kitab  mart-aprel  aylarında  ekspedisiyanın  orta 
əsr Ağsu şəhər yerində - III qazıntı sahəsində aparmış olduğu tədqiqatların isti-isti 
təqdimatı  idi.  Söhbət  600  kvadratmetrlik  ərazidə  aparılan  və  əsasən  kəşfiyyat 
məqsədi  daşıyan  arxeoloji  qazıntıların  ilkin  nəticələrinin  sizlərə  təqdimatından 
gedir.  O  zaman  Ağsu  şəhər  yerində  axtarışlar  hələ  yenicə  başlanmışdı.  İlkin 
nəticələrin uğurlu olması bizi də, bizə dəstək olan insanlar da axratışların miqyasını 
daha  da  genişləndirməyə  ruhlandırdı.  Qazıntıları  seyr  etməyə  gələn  çoxsaylı 
insanların,  xüsusən  də  möhtərəm  oxucuların  timsalında  bir  daha  yəqin  etdik  ki, 
Azərbaycan  ictimaiyyəti  tariximizə,  keçmişin  yadigarı  olan  abidələrə  və  nəhayət, 
həmin  abidələrdə  aparılan  tədqiqatlara  əsla  biganə  deyil.  Bu  isə  tarixçi-alimlərin, 
arxeoloq  və  etnoqrafların  daha  artıq,  daha  intensiv  və  daha  səmərəli  işləmələri 
üçün stimuldur. 
Bunları  nəzərə  alaraq  biz  “Ağsu  şəhəri  orta  əsrlərdə”  kitab-albomunun 
ingilis  dilinə  tərcümə  edərək  nəşr  olunmasına  nail  olduq.  Ekspedisiyanın  internet 
səhifəsi və onun ingilis dili versiyası sizlərə təqdim olundu. Budur, indi də “Ağsu 
şəhəri  orta  əsrlərdə”  kitab-albomunun  II  buraxılışı  sizlərə  təqdim  olunur.  Kitab-
albom  ekspedisiyanın  bu  ilin  may-avqust  ayları  ərzində  Ağsu  şəhər  yerində  -  IV 
qazıntı  sahəsində  apardığı  genişmiqyaslı  arxeoloji  qazıntıların  ilkin  nəticələrinə 
həsr edilib. 
Məlumat  üçün  bildirək  ki,  IV  qazıntı  təqribən  2200  kvadratmetr  sahəni 
əhatə  edir.  Bu,  indiyədək  Azərbaycan  ərazisində  arxeoloji  ekspedisiyaları 
tərəfindən nisbətən qısa zaman kəsiyində öyrənilən ən geniş sahədir. Başqa sözlə, 
indiyədək  Azərbaycanda  heç  bir  arxeoloji  ekspedisiya  eyni  zamanda  belə  geniş 
ərazidə  qazıntı  işi  aparmıyıb.  Etiraf  edim  ki,  hərtərəfli  dəstək  olmadan  heç  bir 
ekspedisiya  belə  bir  ağır  yükün  altına  girə  bilməzdi.  Odur  ki,  Ağsuda  aparılan 
genişmiqyaslı arxeoloji tədqiqatlara  hərtərəfli dəstək olduğuna  görə  “Miras”  İrsin 
Öyrənilməsinə  Kömək  İctimai  Birliyinə  və  belə  vacib  işlərdə  ona  yardımçı  olan 
xeyriyyəçi  insanlara  ekspedisiya  rəhbərliyi  və  minnətdarlığımı  bildirməyi  borc 
hesab edirəm. 
“Ağsu  şəhəri  orta  əsrlərdə”  kitab-albomunun  I  buraxılışında  göstərildiyi 
kimi, mart-aprel aylarında tədqiq olunmuş III sahə şəhərin sənətkarlar məhəlləsinə 
aid  ərazi  idi.  Orada  dəmirçi,  misgər,  boyaqçı  və  sümük  məmulatları  istehsalı    ilə 
məşğul olan ustalara aid emalatxana və dükanlar aşkar edilərək tədqiq olunmuşdu. 
Orada  həmçinin,  çörək  və  çörək  məumlatları  istehsalçılarına  aid  məhəllə,  habelə 
şəhərin  müxtəlif  məhəllələrini  bir-birinə  qovuşduran  keçə  və  meydanlar  aşkara 
çıxarılaraq  öyrənilmişdi.  Əlbəttə,  bunların  hər  biri  orta  əsr  şəhər  probleminin 
dərindən və hərtərəfli tədqiqi baxımından son dərəcə əhəmiyyətli tapıntılardır. May 



 
ayının  7-də  Ulu  öndər  Heydər  Əliyevin  doğum  günü  şərəfinə  Ağsu  Rayon  İcra 
hakimiyyəti  ilə  birlikdə  keçirdiyimiz  konfransın  iştirakçıları  da  bunu  dönə-dönə 
qeyd  edirlər.  AMEA-nın  vitse-prezidenti,  akademik  Nailə  xanım  Vəlixanlı, 
Arxeologiya  və  Etnoqrafiya  İnstitutunun  direktoru,  tarix  elmləri  doktoru  Maisə 
xanım  Rəhimova,  akademik  Teymur  Bünyadov,  AMEA-nın  müxbir  üzvü  İlyas 
Babayev,  tarix  elmləri  doktorları  Əsədulla  Cəfərov,  Arif  Məmmədov  və  qeyriləri 
görülmüş  işlərlə  tanışlıqdan  sonra  Ağsu  tədqiqatlarının  miqyası  və  əhəmiyyəti 
barədə ürək dolusu danışdılar. 
Möhtərəm oxucular! Ekspedisiya rəisi kimi tam səmimiyyətlə, həm də tam 
məsuliyyətlə  deyə  bilərəm  ki,  IV  qazıntı  sahəsindəki  tədqiqatlarımızın  nəticələri 
daha uğurlu və daha möhtəşəmdir. Orada aparılan qazıntıların miqyasının genişliyi 
orta  əsr  şəhərlərinin  topoqrafiyasının  öyrənilməsi  baxımından  xüsusilə 
əhəmiyyətlidir.  Söhbət  şəhərin  qala  divarlarından,  onun  ayrı-ayrı  məhəllələrinin 
plan  quruluşundan,  küçə  və  meydanların  düzülüşündən,  yaşayış  evləri  və  ictimai 
binaların  tikinti  və  memarlıq  xüsusiyyətlərindən,  su  təchizatı  və  kanalizasiya 
şəbəkəsinin nə dərəcədə geniş olmasından, Ağsu ustalarının istehsal etmiş olduğu 
nəfis  və  çeşidli  sənətkarlıq  nümunələrindən,  ticarət  və  mədəni  əlaqələr  yolu  ilə 
gətirilən Çin, İran və Avropa mallarının zəngin və rəngarəng kolleksiyasından, bir 
sözlə, XVIII əsrdə Ağsunun qaynar və izdihamlı şəhər həyatından gedir.  
Sizlərə  təqdim  olunan  “Ağsu  şəhəri  orta  əsrlərdə”  kitab-albomunun  II 
buraxılışından  bütün  bunlar  barəsində  ekspedisiya  üzvlərinin  və  mütəxəsislərin 
mülahizə  və  qeydləri  öz  əksini  tapıb.  Əminən  ki,  sizi  düşündürən,  sizi 
maraqlandİran bir çox suallara burada cavab tapa biləcəksiniz. Əminəm  ki, kitab-
albomun I buraxılışı kimi, bu buraxılış da ürəyinizcə olacaq. 
Əziz oxucula, bütün səhifələridir ki, inanın, onları yazmaqla, oxumaqla əsla 
kifayətlənmək  olmaz,  onları  həm  də  öyrənərək  yaşatmaq  gərəkdir.  Bunları  ulu  və 
şanlı tariximizin heç zaman solmayan, köhnəlməyən, aktuallığını itirməyən, əksinə, 
hər  zaman  daha  da  aktual  olan  parlaq  səhifələridir.  Bu  tarix  əcdadlarımızın 
yaradıcılıq tarixidir, fədakarlıq tarixidir, qəhramanlıq tarixidir! Bu tarix bir gündə, 
bir ildə, bir əsrdə yaranmayıb. Bu tarix zamanın çarpışmalarında yaranaraq əsrlərin 
sınağından keçib. Bu tarix neçə-neçə imperiyanın, onlara başçılıq edən neçə-neçə 
zəhimli  fatehin  əsrlər  boyu  bir-birini  əvəz  edən  intriqa  və  toqquşmaları  ilə 
müşayiət  olunan  bir  şəraitdə  yaranıb.  Əcdadlarımızın  canı  və  qanı  bahasına 
yaranan  bu  tarixi  necə  də  öyrənməmək  olar?!  Bu  tarixi  öyrənməmək  olarmı”! 
Gəlin, bu barədə birlikdə düşünək, görək, bu yolda alim, müəllim, ziyalı, məmur və 
iş adamı nə etməlidir və yaxud da nə edə bilər?! Nə olar, bu diyarda doğulan, boya-
başa  çatan,  daha  çox  doğmaların,  yaxınların,  həmyerlilərin  yardımı,  dəstəyi  və 
nəhayət,  xeyir-duası  ilə pərvazlanaraq, imkanlanaraq ad-san sahibi olan  məmurlar 
və  iş  adamları  arabir  də  olsa,  dönüb  geriyə-doğma  kəndə,  obaya,  rayona,  onun 
tarixinə,  tarixi  abidələrinə  baxalar,  həmin  abidələrin  tədqiqi  və  konservasiya 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə