Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə14/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   10   11   12   13   14   15   16   17   ...   106

31 
 
hesabla  4  min  ədəd  tikili  deməkdir.  Deməli,  XVIII 
əsrin  sonu  -  XIX  əsrin  əvvəllərində  Ağsuda  orta 
hesabla  6  min  ədədə  qədər  ev  və  yardımçı  tikili  olub. 
Şəhər  ərazisindəki  tikililərin  yetərincə  sıx  olduğu 
abidənin yerüstü görüntülərindən də aydın hiss olunur. 
Əslində  vizual  müşahidələr  orada  orta  statistik 
göstəricidən  daha  artıq  tikinti  qalıqları  olduğunu 
düşünməyə  əsas  verir.  Şəhər  ərazisində  aparılmaqda  olan  arxeoloji  qazıntılar 
nəticəsində aşkara çıxarılan sıx tikinti şəbəkəsi də əsasən yuxarıda söylənilən orta 
statistik  göstəricidən  daha  artıq  tikinti  qalıqları  olduğunu  düşünməyə  əsas  verir. 
Şəhər ərazisində aparılmaqda olan arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılan 
sıx  tikinti  şəbəkəsi  göstəricilərlə  uyğunluq  təşkil  edir.  Əfsuslar  olsun  ki,  hələlik 
qazıntıların kiçik miqyasda olması, aşkara çıxarılan evlərin və  yardımçı tikililərin 
sayca  azlığı  müvafiq  elmi  nəticələrə  gəlmək  üçün  yetərli  hesab  oluna  bilməz. 
Müqayisə üçün bildirək ki, Otrarda artıq 500-ə yaxın ev seksiyası öyrənilib. Bu da 
bütövlükdə  Otrarın  son  orta  əsr  evlərini  tam  şəkildə  xarakterizə  etməyə  imkan 
verir.  Tədqiqatların  geniş  miqyasda  aparılması  Qazaxıstan  arxeoloqlarına  imkan 
verib  ki,  onlar  yaşayış  arxitekturasının  analizi  əsasında  evlərin  vahid  və  ənənəvi 
tipinin  mövcud  olduğunu  söyləsinlər.  Əslində  isə  XVIII  əsrə  aid  Ağsu  evləri 
barəsində  də  bu  sözləri  demək  olar.  Bəli,  burada  da  evlərin  vahid  tipindən  xəbər 
verən bəzi elementlər artıq söz qabağındadır. Məsələn, indiyədək öyrənilmiş Ağsu 
evlərinin  demək  olar  ki,  əksəriyyətinin  üzü  cənuba  tikilib.  Təbiidir  ki,  bu  evlərin 
pəncərələri və giriş qapısı da cənub istiqamətdəndir.  Bu,  əlbəttə İslam dəyərlərinə 
bağlılıqla  izah  oluna  bilər.  hansı  ki,  elə  indinin  özündə  də  əksər  yaşayış 
məntəqələrində bu ənənəyə çox ciddi qaydada əməl olunur. 
Evlərin  memarlıq  üslubunda  diqqəti  çəkən  məqamlardan  birisi  də  divar 
oyuqları taxçaların olmasıdır. Bu, bəlkə də daha çox məhz XVIII əsr, ola bilsin ki, 
həm  də  Ağsu  (Şirvan)  memarlığı  üçün  səciyyəvi  elementdir.  Məsələn,  IV  qazıntı 
sahəsindəki ikiotaqlı evdə 7 ədəd bu cür taxça qeydə alınmışdır. Taxçalardan 3-ü 1 
№-li,  4-ü  isə  2  №-li  otaqdadır.  Onlardan  da  5-i  arxa  divarda,  cəmisi  2-si  yan 
divardadır.  Eni  0,  73  m  olan  bu  taxçalardan  biri  1  №-li  otağın  qərb  divarında, 
digəri  isə  2  №-li  otağın  şərq  divarındadır.  O  da  maraqlıdır  ki,  arxa  divarlardakı 
taxçalar ölçülərinə görə yan divarlardakı taxçalardan xeyli iridir. 
Arxa tərəfdəki taxçaların eni qərbdən şərqə doğru belədir. 1.14, 1.30, 1.25, 
1.27,  1.24  m.  Müasir  divar  şkafları  kimi  taxçaların  funksiyası  da  müxtəlif  ola 
bilərdi. Lakin onlardan daha çox pal-paltar, yorğan-döşək və ev əşyalarını yığmaq 
üçün  istifadə  olunması  daha  inandırıcıdır.  Lakin  onlardan  kürsü  kimi  istifadə 
olunduğunu da düşünmək olar. Ola bilsin ki, evin ağsaqqalı (bu məhəllə ağsaqqalı 
da ola bilərdi) başdakı kürsüdə, qonaqlar və ya ailənin digər üzvləri arxa divardakı 
kürsülərdə  əyləşirlərmiş.  Diqqəti  cəlb  edən  odur  ki,  başdakı  taxça-kürsülərin  eni 


32 
 
nisbətən azdır. Ola bilsin ki, onlar bir nəfərin (ağsaqqalın) əyləşməsi üçün nəzərdə 
tutulub. Digər taxça-kürsülərdə isə ən azı 2 adam yanaşı otura bilər.  
Bir  sıra  əlamətlərə  görə  bu  evin  məhəllə 
ağsaqqalına,  yaxud  da  qalabəyinə  məxsus  olduğunu 
düşünmək  olar.  Birincisi,  yerləşdiyi  ərazi  baxımından 
bu  məhəllənin  baş  evi  hesab  edilə  bilər. İkincisi,  bu  ev 
yaxınlıqdakı  digər  evlərdən  həm  ölçülərinə  görə,  həm 
də  memarlıq  üslubuna  görə  seçilir.  Arakəsmə  ilə 
ayrılmasına  baxmayaraq  otaqdan  –  otağa  qapı  olması 
hər  iki  otağın  eyni  ailəyə  məxsus  olduğundan  xəbər 
verir.  Bununla  belə,  otaqlardan  hər  birinin  içərisində 
ocaq,  ocaqların  ətrafında  isə  torpaq  kürsü  olub.  Güman  etmək  olar  ki,  sahəsi  32 
kvadratmetr olan böyük otaqdan (2 №-li otaq) ümumən yemək və yataq otağı kimi, 
sahəsi 15 kvadratmetr olan kiçik otaqdan isə (1 №-li otaq) daha çox qonağı otağı 
kimi  istifadə  olunub.  Evin  qarşısındakı  daş  plitələrdən  ibarət  döşəmə  də  onun 
sahibinin xüsusi statusundan xəbər verir. Bundan əlavə 2 №-li otağın içərisindəki 
kifayət  qədər  möhtəşəm  quyu  (dərinliyi  6,  ağzının  diametri  1  m)  da  məhz  bu  cür 
düşünməyə  əsas  verir.  Təbiidir  ki,  şəhər  uzunmüddətli  mühasirədə  olduğu 
vaxtlarda evlərdə daimi su ehtiyatı olan bu cür quyulara böyük ehtiyac olub. 
Tədqiqatlar  nəticəsində  IV  qazıntı  sahəsində  özünün  memarlıq  üslubu, 
xüsusən  də  təmtərağı  ilə  seçilən  daha  bir  ev  aşkara  çıxarılıb.  6b  və  6c 
kvadratlarında qeydə alınan bu evin uzunluğu 5,40, eni 4,30 m, ümumi sahəsi isə 
23,22 kvadratmetrdir. Ev yonulmuş çay daşından inşa edilib. İçərisi təmizlənərkən 
oradan çoxlu miqdarda bişmiş kərpic ovuntuları təmizlənmişdir. Görünür, binanın 
üstü  bişmiş  kərpiclə  tağvari  formada  bağlanıb.  Naməlum  səbəblər  ucbatından 
binanın  üst  hissəsi  dağılıb,  kərpiclər  isə  bütünlüklə  əriyərək  toz-torpaq  halına 
düşüb. 
Evin  üzü  qibləyədir.  Cənub  istiqamətində  qapı  və  pəncərəsi  olub.  Şərq  və 
qərb  divarlarında  orta  hissədə  hər  birinin  eni  0,70  m  olan  taxça  yerləri  var.  Arxa 
divarın  künclərə  yaxın  hissəsində  də  2  taxça  yeri  qeydə  alınıb.  Şərq  tərəfdəki 
taxçanın eni 1,10 m, qərb tərəfdəki taxçanın eni 1,20 m-dir. Şimal-qərb küncdəki 
taxça  ilə  qərb  divardakı  taxça  arasında  yan-yana  olmaqla  2  ocaq  aşkar  edilib. 
Cənub şərq küncə yaxın yerdə isə təndir olduğu qeydə alınıb. 
Diqqəti  çəkən  ən  mühüm  məqamlardan  birisi  bəhs  edilən  evin  içərisində 
çoxlu  miqdarda  kirəcdən  hazırlanmış  divar  bəzəklərinin  tapılmasıdır.  Bəzəklər 
kirəc üzərində əl ilə işlənmişdir. Onlar bir-birini təkrar etmir. İçərisində müsəlman 
simvolikasını əks etdirən  məscid  minarəsinə bənzər elementlər də var. Bəzəklərin 
işləndiyi kirəc materialına möhkəm olması üçün içərisinə qamış qarğılar atılmışdır. 
Kirəc  lövhələr  üzərində  onların  divara  bərkidilməsi  məqsədilə  istifadə  olunmuş 
dəmir mismarlar qeydə alınmışdır. 
 
 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə