Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə10/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   6   7   8   9   10   11   12   13   ...   106

23 
 
Ayrı-ayrı  mütəxəssislər  tərəfindən  məhəllələrin  xarakteristikası  barədə  
meydana gələn fərqli fikir və təriflərin də kökündə məhz bu amil durur. 
Məsələn,  A.M.Belenitskiyə  görə  Pəncikənddə  məhəllələr  küçələrlə 
sərhədlənən  yaşayış  massivləridir.  Göründüyü  kimi,  bu  izahın  özündə  də  bir 
natamamlıq  var.  Çünki  məhəllələr  heç  də  sırf  yaşayış  massivlərindən  ibarət 
olmayıb.  Elə  isə,  sənət  emalatxanalarının  və  dükanların  cəmləndiyi  ərazilər  necə 
adlanmalıdır? 
Tədqiqatçı  V.L.Voronina  da  məhəllələrin  bitkin  xarakteristikasını  verə 
bilməyib. Onun fikrincə məhəllə sadəcə olaraq “qohumların yaşadığı bir sıra evlər 
öz  küçəsi  olan  müstəqil  məhəllə  təşkil  edirdi  və  o  şəhər  küçəsindən  gecələr 
bağlanan  qapılarla  ayrılırdı”.  Xatırladaq  ki,  Orta  Asiya  şəhərlərinin  tədqiqi  ilə 
məşğul  olan  V.A.Lavrov  da  belə  qənaətdədir.  Əlbəttə,  qohumların  toplu  halında 
gəzməsi, yaşaması və nəhayət məskunlaşması praktikası qədim tarixə malikdir. Bu 
hal indinin özündə də bu və ya digər dərəcədə özünü göstərməkdədir. Bununla belə 
məhəllələri  təkcə  bu  əlamətə  görə  fərqləndirmək  ən  azı  məsələyə  yarımçıq 
yanaşma kimi dəyərləndirməlidir.  
Azərbaycanın  son  orta  əsr  şəhərlərində  hələlik 
arxeoloji  qazıntılarının  miqyasının  nisbətən  kiçik 
olduğundan  məhəllələrin  quruluşu,  onların  sahəsi,  orada 
məskunlaşan  əhalinin  sayı  və  sosial-mədəni  səviyyəsi 
barədə  mülahizə  yürütmək  çox  çətindir.  Bununla  belə 
Ağsuda  aparılan  tədqiqatlar  son  orta  əsr  məhəllələrinin 
topoqrafiyasını  öyrənmək  baxımından  ilkin  addımlar 
atmağa imkan verir. Məsələn, III qazıntı sahəsində 6a, 6b, 
7a  və  7b  kvadratlarında  aşkar  olunmuş  daş  döşənmiş  meydan  fikrimizcə 
məhəllələrdən  birinin  həyəti  olmuşdur.  Ətrafında  dəmirçi,  misgər  və  boyaqçı 
emalatxanalarının, tikişçi və sümük məmulatı istehsal ilə  məşğul olan ustalara adi 
sex  və  dükanların  aşkar  edilməsi  bu  məhəllənin  daha  çox  sənətkarlar  məhəlləsi 
olduğundan xəbər verir. 
III  qazıntı  sahəsində  başqa  bir  məhəllənin  əlamətləri  2,  2a,  2b,  3,  3a,  3b, 
qismən  də  4,  4a  və  4b  kvadratlarında  qeydə  alınmışdır.  Qazıntının  planından 
göründüyü  kimi,  orada  4,  4a  və  4b  kvadratlarını  kəsərək  şərq-qərb  istiqamətində 
uzanan daş döşəməli küçə olub. Hansı ki, yuxarıda haqqında danışılan sənətkarlar 
məhəlləsinin  də  çıxışı  məhz  həmin  küçəyədir.  Küçədən  şimal  tərəfdə  isə  yaşayış 
evləri  və  istehsalat  ocaqları  aşkar  edilib.  3  və  4-cü  kvadratlardakı  iri  təndirlərdən 
isə  bilavasitə  bazar  istehsalı  məqsədi  ilə  istifadə  olunub.  2  və  2a  kvadratlarında 
aşkar  edilən  yardımçı  tikililərin,  həmçinin  2b  və  3b  kvadratında  qeydə  alınan 
nisbətən iri həcmli ev-otağın da məhz bu məhəlləyə aid olduğu güman edilir. 2a və 
2b  kvadratlarından  bir-birinin  yaxınlığında  qeydə  alınmış  müxtəlif  ölçülü  və 
müxtəlif  formalı  ocaq  və  təndirlər  də  məhəllənin  xarakteri,  onun  sakinlərinin 
məşğuliyyəti barədə fikir söyləməyə imkan verir. Sözsüz ki, sadalanan bu tapıntılar 


24 
 
daha  çox  çörək  və  şirniyyat  məmulatları  istehsalı  və  satışı  ilə  məşğul  olan 
insanların  cəm  olduğu  məhəllə  təəssərüfatı  yaradır.  Deməli,  şəhərin  baş 
küçələrindən birinin cənub tərəfində sənətkarlar məhəlləsi, tərəfində isə çörəkçilər 
məhəlləsi  olub.  Təbiidir  ki,  ərazidə  qazıntılar  başa  çatdırılmadığından  hələlik  hər 
iki  məhəllənin  sərhədlərini  və  oradakı  evlərin  sayını  müəyyənləşdirmək  mümkün 
olmamışdır. 
IV  qazıntı  sahəsində  aparılan  tədqiqatlar  zamanı  da  şəhərin  bəzi 
məhəllələrinin 
müəyyən  hissəsini  öyrənmək  mümkün  olmuşdur.  Belə 
məhəllələrdən biri 1, 1a, 1b, 1c, 2, 2a, 2b, 2c, 3, 3a, 3b və 3c kvadratlarında qeydə 
alınmışdır. Şəhərin mövcudluğunun son illərinə aid edilən bu məhəllənin təqribən 
700  kvadratmetrlik  ərazisi  öyrənilib.  Məhəllə  şimal  tərəfdə  şəhərin  qala  divarları, 
cənub  tərəfdə  isə  4,  4a,  4b  və  4c  kvadratlarını  kəsməklə  şərq-qərb  istiqamətində 
uzanan  baş  küçələrdən  biri  ilə  sərhədlənir.  Plan  quruluşu  etibarı  ilə  bu  məhəllə 
düzbucaqlı formadadır. Evlərin və yardımçı tikililərin çıxışı birbaşa əsas küçəyədir. 
Orada çoxsaylı ocaq və təndirlərlə yanaşı, kifayət qədər sıx olan su və kanalizasiya 
şəbəkəsinin qalıqları da aşkar edilib.  
Məhəllədəki evlərin bir qismi bəzi əlamətlərinə görə onların elitar təbəqəyə 
aid olduğunu düşünməyə əsas verir. 
IV  qazıntı  sahəsinin  4,  4a,  4b,  4c,  5,  5a,  5b,  5c,  6,  6a,  6b  və  6c 
kvadratlarında  qeydə  alınmış  məhəllə  də  çox  ehtimal  ki,  Ağsunun  əsas  elitar 
məhəllələrindən  biri  olub.  Oradakı  əsas  və  aralıq  küçələri  kifayət  qədər  sıx  və 
mükəmməl  işlənmiş  kommunikasiya  şəbəkəsi,  6b  kvadratındakı  meydan, 
meydanın  mərkəzindəki  kiçik  çarhovuz,  onun  yaxınlığında  içərisi  xüsusi  divar 
bəzəkləri  ilə  bəzədilmiş  ev-otaq  və  nəhayət,  6-kvadrat  boyu  şərq-qərb 
istiqamətində  uzanan  möhtəşəm  hamam  kompleksi  bu  məhəllənin  xarakteri  və 
mənsubiyyəti  barədə  müəyyən  təsəvvür  yaradır.  Bütün  bu  əlamətlər  onun  ən  azı 
şəhərin əsas məhəllələrindən biri olduğundan xəbər verir. 
Yuxarıda sadalanan nümunələr onu deməyə əsas verir ki, Ağsunun son orta 
əsr şəhər məhəllələri plan quruluşu etibarilə yeknəsəq olmayıb. Orada aşkar edilən 
qapalı və düz xətt boyunca olan məhəllələr şəhər topoqrafiyasının rəngarəngliyinin 
göstəricisi kimi də izah oluna bilər. 
Tədqiqatlar nəticəsində belə qənaətə gəlinmişdir ki, məhəllələr sadəcə ərazi 
vahidi 
deyil. 
Yəni, 
məhəllə 
sakinlərini 
birləşdirən 
ictimai 
əlaqələrin 
özünəməxsusluğu  həm  də  onun  sosial  mahiyyətini  açmağa  imkan  verir.  Bu  da 
onların məişət və ya təsərrüfat həyatının spesifikasını, başqa sözlə, məhəllənin özəl 
cəhətlərini müəyyənləşdirirdi. 
Otrarın  tədqiqatçıları  ayrı-ayrı  məhəllələrdə 
aşkara  çıxarılan  evlərdən  bəzisinin  digər  evlərdən 
qismən fərqləndiyi, daha doğrusu, həmin evlərdə bir 
deyil,  iki  təndir  olduğunu  ehtimal  edirlər.  Yeri 
gəlmişkən  onu  da  bildirək  ki,  son  orta  əsr 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə