Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə6/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   2   3   4   5   6   7   8   9   ...   106

15 
 
Moreover,  Agsu  Town  is  a  rare  archaeological  monument  and  no 
construction, excavation and economy work implemented in its area after the town 
declined.  So,  basic  construction,  estates,  streets  and  squares  of  the  town  could 
remain relatively better there. It is possible to specify outlines of most of them on 
the  basis  of  visual  observations.  In  case  the  area  is  examined  by  being 
scrutinizingly walked, approximate number of districts and squares can be defined 
there.  Definitely  it  is  primary  and  the  simplest  form  of  this  approach.  The 
information to be gathered undoubtedly could cause having a notion about the sight 
of period of upper construction of cultured layer, in other words last period of the 
town existence. Large-scale archaeological investigations are naturally required to 
study  everything  in  detail.  Agsu  Archaeological  Expedition  is  engaged  in 
implementation of this mission. 
I want to inform that the area of Agsu region where Medieval Agsu Town is 
situated,  is  excessively  rich  with  historical  monuments  of  various  periods. 
Intensive  life  continues  in  this  area  up  to  date  since  Eneolit  perod.  Ancient 
monuments  of  the  region  area  have  been  studied  since  60s  of  last  century.  After 
Nuydi, Uzunboylar and Girlartepe monuments, archaeological investigations have 
been implemented in Mehravan, Nargizava and Agsu Town. 
 
Qala  divarları:  Orta  əsr  Ağsu  şəhəri 
rayon  mərkəzində  bir  qədər  cənubda,  Yuxarı 
Şirvan  düzündə,  Ülgüc,  Ağarx,  Çuruqlu  və 
Ərəbuşağı  kəndlərinin  əhatəsində  yerləşir. 
Şəhər ərazisi şərq, qərb və şimal tərəfdən tam, 
cənub tərəfdə isə qismən dərin xəndək, hündür 
torpaq val və onun üzərində tikilmiş möhtəşəm 
qala divarları ilə əhatələnib. 
Cənub, 
cənub-qərb 
və 
cənub-şərq 
tərəfdə  xəndək  qazılması  və  qala  divarlarının 
tikintisi  işi  başa  çatdırılmayıb.  Mütəxəssislər  tərəfindən  abidənin  dəqiqləşdirilmiş 
topoqrafik  plan  quruluşu  etibarilə  kvadrat  formalıdır.  Abidənin  şimal  divarlarının 
uzunluğu  637,3,  qərb  divarlarının  uzunluğu  629,5,  şərq  divarlarının  uzunluğu 
632,6, cənub divarlarının uzunluğu isə 630,7 m-dir. 
IV  qazıntı  sahəsi  üçün  yer  seçilərkən  qarşıda  duran  əsas  vəzifələrdən  biri 
şəhərin  qala  divarlarını  öyrənmək  idi.  Elə  bu  məqsədlə  də  qazıntının  şimal 
hüdudları  şəhərin  şimal  mühafizə  xəndəyi  boyunca  32  m  uzunluğunda  müəyyən 
olundu.  Bu  qazıntıyadək  orada  qala  divarının  olub-olmadığı  məlum  deyildi. 
Doğrudur, şəhərin mühafizə  xəndəyi boyunca uzanan hündür valın üzərində ayrı-
ayrı nöqtələrdə sıra ilə düzülmüş tikinti qalıqlarının izləri müşahidə olunur. Bunlar 
doğrudanmı  qala  divarlarına  aid  qalıqlardır?  Əgər  həqiqətən  qala  divarlarının 
qalıqlarıdırsa, o zaman tikintinin ən azı bünövrə hissəsinin ölçüləri, memarlıq həlli 


16 
 
və bu kimi məsələlərə aydınlıq gətirmək tələb olunurdu. Bu məqsədlə də 1, 1a, 1b 
və  1c  kvadratlarında  torpaq  valın  üstünü  tədricən  götürdük.  Dağılmış  vəziyyətdə 
olan  daş  topaları  təmizləndi.  Özü  də  bu  mənzərə  bütün  xəndək  boyunca  davam 
edirdi. Nəhayət, 1c kvadratında şəhərin qala divarlarının bünövrə hissəsi üzə çıxdı. 
Beləliklə,  qeyd  olunan  hissədə  üst-üstə  səliqə  ilə 
düzülmüş  6  cərgə  çay  daşından  ibarət  85  sm 
hündürlüyündə  divar  qalıqları  aşkar  edildi.  Daşların 
yalnız çöl tərəfdə qalan hissəsi çapma üsulu ilə yonulub. 
Qala  divarının  tikintisində  bütövlükdə  Ağsu  və 
Girdiman çaylarının daş ehtiyatlarından istifadə olunub. 
Tikintidə  bərkidici  material  kimi  palçıqdan  istifadə 
edilib.  Daşlar  bir-birinə  möhkəm  bərkidilmədiyindən 
dağılmağa  meyillidir.  Tədricən  qala  divarının  xarici  divarı  qərbə  doğru  digər 
kvadratlarda  da  açıldı.  Məlum  oldu  ki,  1  və  1a  kvadratlarında  qala  divarları 
xüsusilə ciddi dağıntıya məruz qalıb. Diqqəti cəlb edən odur ki, bu hissədə divarın 
üst  daşları  daha  çox  xəndəyə  doğru  uçub,  yaxud  da  uçmaq  təhlükəsindədir.  Bəzi 
yerlərdə isə divar bünövrə hissəyədək tam şəkildə dağılıb. 1b və 1c kvadratlarında 
isə artıq yuxarıda qeyd olunduğu kimi divar nisbətən yaxşı qalıb. 
Müşahidələrə  əsasən  deyə  bilərik  ki,  qala  divarlarınını  dağıntıya  məruz 
qalması  daha  çox  onun  bünövrə  hissəsinin  möhkəm  olması  ilə  izah  olunmalıdır. 
Görünür,  qalanın  inşası  tələm-tələsik  aparıldığından  bu  amil  nəzərdən  qaçırılıb. 
Artıq, qeyd olunduğu kimi şəhərin qala divarları mühafizə xəndəyinin topağından 
ibarət  val  üzərində  tikilib.  Tökülmə  torpaq  üzərində  tikildiyindən  onun  bünövrəsi 
möhkəm  ola  bilməzdi.  Bundan  əlavə  qala  divarlarının  bünövrə  hissəsi  adi,  xırda 
çay daşlarından ibarət tikilib. Bu da sözsüz ki, möhkəmliyə zəmanət ola bilməzdi. 
Adətən bu tip tikililərin bünövrə hissəsi iri-blok daşlardan ibarət inşa edilirdi. 
Topoqrafik  ölçülərə  əsasən  o  da  müəyyən  olunmuşdur  ki,  şəhər  ərazisinin 
şimal-qərb küncündə hündürlük dəniz səviyyəsi ilə müqayisədə 100-101 m, şimal 
və şimal-şərq tərəfdə 98-99 m, mərkəzi hissələrdə 97-98 m, cənub tərəfdə isə 90-91 
m  təşkil  edir.  Topoplandan  göründüyü  kimi  şəhərin  cənub  tərəfi  ilə  müqayisədə 
şimal  tərəf  təqribən  8-9  m  hündürdür.  Bu  səbəbdəndir  ki,  su  və  kanalizasiya 
xətlərinin  demək  olar  ki,  əksəriyyəti  şimal-cənub,  qismən  də  qərb-şərq 
istiqamətində tikilmişdir.  
XVIII  əsrin  sonlarına  aid  rəsmlərdən  göründüyü  kimi  şəhərin  əsas  giriş 
qapılarından  biri  qərb  tərəfdən  olub.  Həmin  rəsmlərdən  birində,  daha  doğrusu, 
1795-ci  ilin  oktyabrında  Qasım  xanla  Valerian  Zubov  arasında  olan  görüşü  əks 
etdirən  rəsmdə  şəhərin  girəcəyində  körpü  olduğu  görünür.  Bu,  o  deməkdir  ki, 
həmin  vaxt  Ağsu  çayı  indiki  məcarası  ilə  deyil,  şəhərin  qərb  tərəfi  boyunca 
axırmış. 
Ərazinin  vizual  baxımdan  diqqətlə  öyrənilməsi  nəticəsində  belə  qənaətə 
gəlmək  olar  ki,  şəhərin  qərb  qapısı  və  körpü  həmin  istiqamətdəki  qəbiristanın 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə