Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə11/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   7   8   9   10   11   12   13   14   ...   106

25 
 
materiallarının  və  geniş  ərazilərdə  aparılmış  etnoqrafik  müşahidələrin  nəticəsində 
müəyyən  olunmuşdur  ki,  şəhər  orqanları  məhəllələri  zəruri  əlaqələri  məhəllə 
ağsaqqalları vasitəsi ilə qururdular. 
Xatırladaq  ki,  buna  bənzər  evlər  Ağsu  qazıntıları  zamanı  da  aşkar 
olunmuşdur. Lakin  həmin evlərin hamısının məhz  məhəllə  ağsaqqallarına  məxsus 
evlər  olduğu  o  qədər  də  inandırıcı  deyildir.  Fikrimizcə,  məhəllə  ağsaqqallarına 
məxsus  evlərdə  nə  isə  başqa  fərqli  elementlər  də  olmalıdır.  1,  1a  və  1b 
kvadratlarında  qeydə  alınan  ikiotaqlı  və  bu  cəhətdən  xeyli  dərəcədə  fərqlənir. 
Birincisi, bu ev elə ilk baxışdan diqqəti cəlb edən bir yerdə tikilib. İkincisi, bu evin 
içərisindəki ocaq və təndirlərin ətrafında səliqə ilə kürsü düzəldilib. Üçüncüsü, bu 
evin  arxa  və  yan  divarlarında  məişət  və  ya  yorğan-döşək  yığmaq  üçün  xüsusi 
taxçalar  var.  Dördüncüsü,  bu  evin  otaqlarından  hər  birində  bir  neçə  ədəd  xüsusi 
zövqlə  yonularaq  “bardur”  -  haşiyə  formasında  işlənmiş  daş  nümunələri  tapılıb. 
Hansı ki, onların pəncərə və ya taxça altlığı olduğu ehtimal olunur. Nəhayət, qeyd 
olunan  evlərin  qarşısında  bir  neçə  cərgədən  ibarət  səliqə  ilə  yonulmuş  daş 
pilitələrdən  ibarət  döşəmə  aşkar  edilib.  Bütün  bunlar  fikrimizcə  qeyd  olunan  ev-
otaqların  daim  qonaq-qaralı  olduğuna  dəlalət  edən  əlamətlərdir.  Təbiidir  ki,  belə 
evlərin məhz məhəllə ağsaqqallarına mənsub olduğu daha inandırıcı görünür.  
Tədqiqatçılar  orta  əsr  şəhərlərində  aparılan  arxeoloji  qazıntılar  nəticəsində 
istisnadan  belə  hesab  edirdilər  ki,  yoxsul  ailələrə  məxsus  evlərə  təsadüf  olunur. 
Adətən,  hər  məhəllədə  bir-iki  varlı,  bir  neçə  yoxsul  evi  olurdu.  Qalan  evlər  isə 
ümumən  oxşar  səviyyədə  olması  ilə  diqqəti  cəlb  edirdi.  Bu,  evlərin  ölçüsündə, 
memarlıq  görkəmində,  bir-biri  ilə  məsafəsində,  ətrafının  nə  dərəcədə  abad 
olmasından,  nəhayət  ev  əşyalarının  kəmiyyət  və  keyfiyyətində  özünü  göstərir. 
Hansı  ki,  bütün  bu  əlamətlər  Ağsu  materiallarında  da  bu  və  ya  digər  dərəcədə 
izlənilir.  Bu  əlamətlər,  həmçinin,  ayrı-ayrı  şəhərlərdə  bu  gün  də  müşahidə  olunan 
etnoqrafik  paralellərlə  də  öz  təsdiqini  tapır.  Əslində  müxtəlif  sosial  zümrələrin 
təmsilçilərinin  eyni  məhəllələrdə  qonşuluq  şəraitində  yaşaması  tərəflərin  hər  biri 
üçün,  xüsusən  də  varlılar  üçün  əlverişli  idi.  Bu  halda  onların  başqa  məhəllələrdə 
qulluqçu  axtarmalarına  lüzum  qalmırdı.  Kasıblar  da  təbiidir  ki,  məcburi  hallarda 
başqalarına  deyil,  məhz  öz  qonşularına  müraciət  etməyi  üstün  tuturdu.  Yəni,  bu 
şəraitdə  hamı  bir-birini  yaxşı  tanıdığından  kimə  nə  dərəcədə  etibar  etməyin 
mümkünlüyünü də yaxşı bilirdi. 
Orta  əsr  şəhərlərində  sənət  korporasiyaları  məhəllə  hüdudlarından  çox-çox 
kənara  çıxırdı.  Məsələn,  Buxara  şəhərində  dabbaqların  32  məhəllədə  yaşadığı 
bildirilir. Otrarda dulusçu ustalar xüsusi məhəllələrlə yanaşı, digər məhəllələrdə də 
yaşayırdılar.  Artıq  yuxarıda  qeyd  olunduğu  kimi,  Ağsuda  da  eyni  məhəllədə 
müxtəlif  sənət  sahələri  ilə  məşğul  olan  ustaların  çalışdığı  müəyyən  olunub.  Eyni 
halı biz Şəki və Lahıc ustalarının yaşadığı məhəllələrə də aid edə bilərik.  
Məhəllələr  ərazisinə  və  əhalisinin  sayına  görə  də  fərqlənirdilər.  məsələn, 
Otrar şəhərində məhəllələrdən hər birində 20-dək, Hocəntdə 40-dək, Buxarada 30-


26 
 
dan  120-dək,  Ura-töbədə  120-dən  257-dək  ev  olduğu  bildirilir.  Ağsuda 
məhəllələrin  heç  biri  hələ  ki,  tam  şəkildə  öyrənilmədiyindən  oradakı  evlərin  sayı 
barədə konkret rəqəm söyləmək çətindir. Amma istənilən halda məhəllələrin böyük 
və ya kiçikliyi onların yerləşdiyi konkret ərazinin təbii imkanlarından, lokal və ya 
regional  əhəmiyyətli  kommunikasiya  şəbəkəsindən  asılı  olub.  Elə  ərazi  var  ki, 
orada məhəllə arta bilər. Elə ərazidə var ki, orada təbii maneələr (çay, xəndək, dağ, 
təpə, yarğan, magistral, yol, kanal və s.), yaxud da lokal və ya regional əhəmiyyətli 
kommunikasiyalar məhəllələrin genişlənməsinə imkan vermir. 
Şəraitdən asılı olaraq məhəllələrin artaraq böyüməsi, yaxud da parçalanaraq 
daha  da  kiçilməsi  prosesi  də  şəhər  həyatında  zaman-zaman  müşahidə  olunan 
hallardır. Bəzi hallarda isə gediş-gəlişi çətin olan, su təchizatı ilə bağlı problemləri 
olan, məhəllələrdə yaxud da sürüşmə zonasında olan həyat tədricən sönürdü. 
Beləliklə, 
orta 
əsr 
şəhər 
məhəlləsinin 
aydın 
kriteriyalarını 
müəyyənləşdirmək  və  inkişaf  dinamikasını  izləmək  olduqca  çətin,  həm  də 
birmənalı  olmayan  prosesdir.  Özü  də  Ağsuda  olduğu  kimi,  məhəllələrin  arxeoloji 
cəhətdən  hələlik  tam  şəkildə  açılmadığı,  müqayisələr  üçün  həm  coğrafi,  həm  də 
xronoloji baxımdan yaxın olan paralellərin olmadığı bir şəraitdə bu işin öhdəsindən 
gəlmək əlbəttə ki, çox çətindir. 
 
Town estates: Agsu Town contains of an exteremely complicated complex 
of  main  and  subsidiary  streets  and  roads,  mixed  squares,  constructions  of  various 
fixing, underground and overhead communication network like other last medieval 
towns.  A  system  exists  in  every  thing  and  place  there.  It  is  possible  to  find  non-
systematization  and  irregularity  elements  also  in  every  thing  and  every  place.  Of 
course,  relatively  wider  area  must  be  absolutely  studied  to  display  truth  and  real 
sight. Let's confess that much work is still required to be done to reach this extent 
in Agsu. To compare, Kazakhstan archaeologists have studied last medieval layer 
of  Otrar Town for many years. Besides, Otrar is two times smaller than Agsu for 
its  area.  Nearly  500  house-rooms,  tens  of  streets  and  squares,  and  many  large 
buildings  were  displayed  there  up  to  now.  Analogous  investigations  were 
implemented  in  Urgenj,  Bukhara,  Panjikend,  Khersones,  Novgorod  and  other 
towns. 
The investigations have been recently launched in Agsu. The area of nearly 
3500  sq/ms  was  consistently  studied  in  five  fields.  It  is  few  as  compared  with 
investigations  carried  out  in  Otrar,  Bukhara,  Penjikend,  Khersones  or  Novgorod, 
though it is much as compared with research implemented in other monuments of 
Azerbaijan.  Therefore  opportunities  of  expressing  decisive  and  detailed  thought 
about  separate  problems  of  topography  of  this  or  other  city  on  the  basis  of 
comparatively such small-scale excavations are excessively limited. 
Specialists  consider  that  the  estate  remained  one  of  basic  components  of 
cities  during  last  middle  ages  like  mid  ages.  Estates  which  are  in  right-angle, 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə