Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə19/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   15   16   17   18   19   20   21   22   ...   106

42 
 
bilinirdi. Biz artıq özümüzü hansısa üstü tağla bağlanmış bir otağın içərisində hiss 
edirdik.  Qazıntını  davam  etdirdikcə  bir-birinin  ardınca  daha  maraqlı  memarlıq 
elementləri  üzə  çıxırdı.  Bu  minvalla  çoxbucaqlı  formasında  olan  bütöv  bir  otaq 
açıldı.  Otağın  cənub,  qərb,  şimal-şərq  və  şərq  tərəfində  olmaqla  6  yerdə  üstü 
tacvari  formada  bağlanmış  hücrəyə  bənzər  kürsü  yerləri  aşkar  edildi.  Onlar 
çarhovuz ətrafındakı döşəmədən bir qədər hündür olmaqla qarşısı daşla hörülüb. 
Tunel-keçiddən içəri daxil olarkən sağdakı birinci kürsü üstündəki hücrənin 
eni  1,61,  hündürlüyü  1,30,  onun  divarın  içərisinə  doğru  dərinliyi  isə  1,00  m-dir. 
Ondan  şimal  istiqamətdə  olan nisbətən  kiçik hücrənin eni  0,87, hündürlüyü 0,95, 
divarın içərisinə doğru dərinliyi isə 1,04 m-dir. Şimal-şərq istiqamətindəki hücrəyə 
(eni 1,65, divarın içərisinə  doğru dərinliyi 1,10 m) məxsus kürsünün döşəməsində 
eni 16,5, uzunluğu 20, dərinliyi isə 16,5 sm olan, ətrafı və dibi kərpiclə hörülmüş 
kiçik  çala  qeydə  alındı.  Çox  ehtimal  ki,  o  manqal  funksiyası  daşıyıb.  Kürsü-
hücrənin arxa divarının üstündə eni 53, hündürlüyü 44, dərinliyi 29 sm olan daha 
bir  ədəd  taxça  var.  Otağın  qərb  tərəfindəki  kürsü-hücrənin  hündürlüyü  1,20,  eni 
1,50,  divarın  içərisinə  doğru  dərinliyi  1,13  m-dir.  Bu  hücrənin  də  arxa  divarının 
üstündə kiçik taxça yeri olduğu bilinir. 
Daha  bir  nisbətən  kiçik  kürsü-hücrə  otağın  cənub-qərb  küncündə  aşkar 
edilib. Onun ölçüləri belədir: hündürlüyü - 1,05, eni 0,85, dərinliyi 1,04 m-dir. 
Otağın  cənub  tərəfindəki  kürsü-hücrə 
həcmcə  bir  qədər  iridir.  Onun  ölçüləri  belədir:  eni 
1,50, hündürlüyü 1,70,dərinliyi 1,13 m-dir 
Hücrələrin qarşısındakı meydanın (uzunluğu 
2,62,  eni  2,44  m-dir)  mərkəzində  kiçik  çarhovuz 
var.  Çarhovuz  səliqə  ilə  yonularaq  bir-birinə 
geydirilən  və  üzərində  oyma  üsulu  ilə  işlənmiş 
qulaqcığa  bənzər  naxışları  olan  mədən  daşından 
inşa  edilib.  Onun  eni  və  uzunu  0,54,  dərinliyi  isə 
0,80  m-dir.  Çarhavuza  su  saxsı  borularla  qərb 
istiqamətindən daxil olur. 
Otağın şimal-qərb küncündə çay daşlarından hörülmüş pilləkən (eni 91 sm) 
aşkar  edilmişdir.  Pilləkənin  quruluşundan  göründüyü  kimi,  hamam  yer  səthindən 
xeyli dərində olub. Bu isə ümumiyyətlə orta əsr hamamları üçün xarakterik haldır. 
Bu cür hamamlar adətən yayda sərin, qışda isə isti olurdu. 
İçərisində  çarhovuzu  olan  otaq  quruluşundan  göründüyü  kimi,  hamam-
kompleksin  istirahət  otağı  olub.  Görünür,  çimmək  prosesi  başa  çatdıqdan  sonra 
adamlar  bu  otaqdakı  hücrələrdə  əyləşərək  dincəlmişlər.  Nəhayət,  hamam-
kompleksin  quruluşu  onun  şəhərin  elit  təbəqəsinə  aid  tikinti  olduğundan  xəbər 
verir. 
Hamamın tikintisində istifadə olunan memarlıq elementləri Ağsu ustalarının 
yüksək  peşəkarlığından  xəbər  verir.  Buradakı  divar  tağlarının,  taxçaların, 


43 
 
çarhovuzların hər biri həm kompleks şəkildə, həm də ayrı - ayrılıqda çox incə, həm 
də  kifayət  qədər  inkişaf  etmiş  memarlıq  elementləridir.  Yerli  ustaların  daşyonma 
sahəsində xüsusilə məharət sahibi olduğu hər an hiss olunur. Hamamın pilləkəninin 
yanındakı  daşlardan  birinin  üzərindəki  naxışlar  buna  sübutdur.  Yaxud,  olduqca 
nəhəng bir daşın içərisi oyularaq piyaləyə bənzər formaya  salınıb, üst hissəsindən 
isə  bir  neçə  iri  dəlik  açılıb.  Mütəxəssislərin  fikrincə  hamamın  üstünün  ən  hündür 
hissəsi  məhz  bu  daşla  günbəzvari  formada  tamamlanıb.  Daşın  üzərindəki  dəliklər 
isə şüşə ilə bağlanıb. Hansı ki, həmin dəliklərdən düşən  işıq vasitəsi ilə hamamın 
əsas zalı işıqlandırılıb. 
Bir  sözlə,  Ağsu  şəhərində  aşkar  edilmiş  nəhəng  hamam-kompleks 
bütövlükdə  Azərbaycanın  son  orta  əsr  şəhərlərində  məişət  və  sanitariya 
məsələlərinin kifayət qədər yüksək səviyyədə olduğundan xəbər verir. 
 
The  issues  of  water  supply,  renovation  and  sanitary:  Water  line 
contained  of  stone  and  pottery  pipes  was  displayed  in  some  places  during 
excavations in IV site. Such a water line was primarily fixed in 6b square. The line, 
consisted  of  pottery  pipes,  the  length  of  which  is  32  sm,  diameter  is  11  sm  in  a 
broad side being in north south direction passes from under the floor of the house. 
The length of the line in the part displayed upon cleaning is 2, 75 meter. The water 
line  lies  to  the  pond  in  the  middle  of  stone-floor  square  opposite  the  building. 
Following the extention of the line in north direction under the niche in north east 
corner of the building was impossible. Pottery pipes are supposed to be destroyed 
in  that  part  while  digging  a  basis  for  the  house  hall.  Moreover  it  should  be  paid 
attention  that  water  line  can  be  of  the  same  period  with  the  building,  i.e.  its 
drawing under construction floor consciously; a special hole can be opened inside 
the room in the niche for usage. It is needed to define continuance of the water line 
towards  north  and  its  relation  with  the  wall  to  determine  uprightness  of  these 
suppositions.  The  Expedition  considered  it  rational  to  postpone  this  work  taking 
into  account  the  probability  of  construction's  ruin.  This  issue  will  be  certainly 
clarified after urgent conservation work is implemented. 
Another water line contained of pottery pipes of 1, 8 meter length was fixed 
in  8a  square.  The  pottery  pipes  put  into  use  there  are  a  bit  smaller  for  capacity. 
Their length is 29 sm, diameter in a broad part is 11 sm and 7 sm in narrow part. 
The  water  line  is  in  north  south  direction.  Following  the  continuance  of  the  line 
became possible because it went out of the excavation in south, it was destroyed as 
a  result  of  construction  and  ground  work  belonged  to  further  period  in  north. 
Besides large amount of pottery water pipes in destroyed or broken state was found 
both in III and IV excavation field in separate places. All these show that lines of 
this kind were used in provision of the town with water. 
The  remnants  of  water  lines,  the  round  of  which  was  built  by  stone  were 
mostly encountered during archaeological excavations. The right side of these lines 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə