Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə1/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
  1   2   3   4   5   6   7   8   9   ...   59



 
Fazil Osmanov 
 
 
 
 
 
 
 
 
Ağsu ərazisində 
arxeoloji tədqiqatlar 
 
 
 
 
 
 
 
 
 
 
e-mail ünvanı: 
f.osmanova@box.az 
 
 



 
“Adiloğlu” 
Bakı-2006 
Az  
O 73 
 
Müəllif, elmə qayğısına və uzun müddətli tədqiqatların nəticəsi kimi ərsəyə 
gələn  bu  kitabın  nəĢr  olunmasına  göstərdiyi  maliyyə  köməkliyinə  görə,  Millət 
vəkili, ziyalı və xeyirxah insan Ərəstun Cavadova öz minnətdarlığını bildirir. 
 
Rəyçilər:   tarix elmlər doktoru Əli Rəcəbli 
           tarix elmlər namizədi Qafar Cəbiyev 
 
Redaktoru: Azərbaycan Tarixi Muzeyinin elmi iĢçisi Fariz Xəlilli 
 
O  73  Fazil  Osmanov.  Ağsu  ərazisində  arxeoloji  tədqiqatlar  Bakı, 
“Adiloğlu” nəĢriyyatı – 2006, 164 səh. 
 
 
 
 
 
 
 
 
 
O   4319109072   qrifli nəĢr       
 121-2006 
 
 
 
 
 
 
 
 
 
©Fazil Osmanov 
 
 



 
 
 
 
 
 
*** 
Fazil Lətif oğlu Osmanov 1936-cı il mayın 10-da Ağsu rayonunun Sanqalan 
kəndində  anadan  olmuĢdur.  1949-1953-cü  illərdə  Mirzə  Ələkbər  Sabir  adına 
ġamaxı  Pedoqoji  Texnikumunda  orta  ixtisas  təhsili  almıĢ,  1954-1959-cu  illərdə 
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxumuĢdur. 
1968-ci ilin may ayında “Qafqaz Albaniyasının maddi mədəniyyəti (e.ə. IV 
–  b.e.ə  III  əsrləri)”  övzusunda  namizədlik  dissertasiyası  müdafiə  edərək  tarix 
elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüĢdür.  
1959-cu  ildən  Azərbaycan  Respublikası  Elmlər  Akademiyası  Tarix 
Ġnstitutunda  baĢ  laborant,  kiçik  elmi  iĢçi,  baĢ  elmi  iĢçi,  1996-cı  ildən  isə 
Arxeologiya və Etnoqrafiya Ġnstitutunda aparıcı elmi iĢçi vəzifəsində çalıĢır. 
Fazil  Osmanov  1959-1960-cı  illərdən  baĢlayaraq  bir  sıra  arxeoloji  və 
etnoqrafiq  ekspedisiyalarda  –  Qəbələ,  Xaçbulaq,  ġamaxı,  Naxçıvan,  Qazax,  Bakı, 
Kəlbəcər,  Cəbrayıl  və  s.  iĢtirak  etmiĢ,  Ağsu-Ġsmayıllı,  Ağcabədi  arxeoloji 
ekspedisiyalarına  rəhbərlik  etmiĢdir.  Fazil  Osmanov  ilk  dəfə  olaraq  Ağsu 
rayonunda Nüydi, Qaraçıbulaq, Uzunboylar, Qırlartəpə antik dövr yaĢayıĢ məskəni 
və  nekropollarını,  Ġsmayıllı  rayonunda  Talıstan,  Kürdüvan,  Mollaisaqlı, 
Hacıhətəmli,  Qalagah,  ġəkili,  Ağcabədi  rayonunda  Qaraköbər,  Qalatəpə,  Bərdə 
rayonunda ġortəpə Ģəhərgah və nekropollarını üzə çıxarmıĢ, tədqiq etmiĢdir. 
Fazil  Osmanov  çox  dəyərli  bir  alimin,  müəllimin  –  Saleh  Qazıyevin 
məktəbində  yetiĢmiĢdir. Qəbələdə aparılan arxeoloji qazıntılarda fəal və könüldən 
iĢtirakı,  müəlliminin  məsləhətləri  ona  sonrakı  qazıntılarında  həmiĢə  dayaq 
durmuĢdur.  Elə  ilk  elmi  məqaləsi  də  Qəbələ  qazıntılarının  nəticələrindən  bəhs 
edən,  1962-ci  ildə  Azərbaycanda  Elmlər  Akademiyasının  Məruzələrində  nəĢr 
olunmuĢ “Qəbələdə bağçılığın inkiĢafına dair” adlanır. Məqalə uğurla olmuĢ, Fazil 
Osmanovun sonrakı illərdə çoxsaylı məqalələrinin yazılmasına stimul vermiĢdir.  
Elə  həmin  il  nəĢr  etdirdiyi  ikinci  elmi  məqaləsində  isə  Azərbaycan  tarix 
elminə  hələ  bəlli  olmayan,  arxeoloq  beli,  hətta  ayağı  dəyməyən  Ağsu  ərazisinin 
maddi-mədəniyyət  abidələri  haqqında  ilkin  məlumat  vermiĢ  və  bu  ərazinin  təhqiq 
olunmasının zəruriliyini göstərmiĢdir.  
Keçən  əsrin  ortalarına  qədər  Azərbaycan  tarixĢünaslığında  zəif  öyrənilmiĢ 
sahələrdən  biri  antik  dövr  olmuĢdur.  Mingəçevir  abidəsinin  öyrənilməsi  ilə  bu 
sahədə  yeni  mərhələ  baĢlasa  da,  bu  dövrün  Azərbaycanın  digər  bölgələrində,  o 
cümlədən  ġirvan  tarixi  bölgəsində  necə  xatakterizə  olunması  bir  vəzifə  kimi 
Azərbaycan tarix elminin qarĢısında durmuĢdur. 
Bu kitabın Müəllimlərim,  
görkəmli arxeoloq Saleh   
Qazıyev və akademik  
Ġqrar Əliyeva  
ithaf edirəm. 
 



 
ġirvan  tarixi  bölgəsi  Azərbaycan  tarixinin  bütün  mərhələlərinin  Ģahidi 
olduğundan  burada  uzunmüddətli  tədqiqatların  aparılması,  maddi-mədəniyyət 
abidələrinin aĢkara çıxarılması həm antik dövrün, həm də antik dövrdən əvvəlki və 
sonrakı  dövrlərin  tədqiq  edilməsi  baxımından  böyük  əhəmiyyət  kəsb  etmiĢdir. 
ġamaxıda aparılan arxeoloji qazıntıları nəzərə almasaq, ġirvan tarixi bölgəsində bu 
əhəmiyyətli iĢin geniĢ elmi səviyyədə görülməsi Fazil Osmanovun adı ilə bağlıdır.  
Fazil Osmanov elmi  fəaliyyətinin ilk illərində Qəbələdə topladığı arxeoloji 
qazıntı  aparmaq  təcrübəsini  Ağsu  və  Ġsmayıllı  rayonları  ərazisində  tətbiq  etməyə 
baĢlamıĢ,  uzun  axtarıĢlar  və  gərgin  əməyi  sayəsind\  bu  bölgəyə  arxeoloji 
ekspedisiyalar  təĢkil  edilməsinə  nail  omuĢdur.  1963-cü  ildə  nəĢr  etdirdiyi 
məqaləsində Ġsmayıllı rayonu ərazisindəki Mollaisaqlı antik dövr abidəsi, CavanĢir 
qalası  kimi  möhtəĢəm  abidələr  haqqında  dəyərli  məlumat  verməklə  geniĢ 
tədqiqatlara yol açılmasına çalıĢmıĢlar. 
Antik dövrdə  tarixi ġirvan bölgəsində  yaĢayan albanların dini ideologiyası 
məsləsi  Fazil  Osmanovun  əsərlərində  öz  həllini  birmənalı  Ģəkildə  tapmıĢ,  onların 
bütə tapan bütpərəstlər olduğu dönə-dönə vurğulanmıĢdır. O, bu tezisi Mollaisaqlı, 
Qaraçıbulaq, Qırlartəpə  və  digər abidələrdən tapdığı gil bütlər  əsasında, dəlillərlə 
sübuta yetirmiĢdir. 
Fazil Osmanovun tədqiqatlarında daha çox diqqət yetirdiyi problemlərin biri 
müxtəlif tipli alban qəbir abidələrinin tədqiqi  məsələsidir. Onun sadə  torpaq, küp 
və  təknə  qəbirləri  haqqında  yazdığı  elmi  əsərlər  hər  zaman  arxeoloqların, 
tarixçilərin  müraciət  etdiyi  dəyərli  tədqiqatlardır.  Qəbirlərin  mənĢəyi  haqqında 
söylədiyi  elmi  dəlillərlə  əsaslandırılmıĢ  mülahizələr,  gəldiyi  nəticələr  nəinki 
Azərbaycan, həmçinin xarici ölkə mütəxəssislərinin də diqqətini cəlb etmiĢdir. Bu 
məsələyə dair görkəmli Azərbaycan tarixçisi Ġqrar Əliyevlə birlikdə dəfələrlə elmi 
məqalələrlə çıxıĢ etmiĢdir. 
Fazil  Osmanov  ġirvan  tarixi  bölgəsinin  antik  dövrü  tarixinin  öyrənilməsi 
sahəsində  məktəb  yaratmıĢ,  uzun  müddətli  tədqiqatları  nəticəsində  azərbaycan 
antik dövr tarixinə maraqlı yeniliklər gətirmiĢdir. Azərbaycanda ilk və tək nümunə 
olan  antik  dövr  dəbilqəsi  məhz  Fazil  Osmanovun  Nüydi  qazıntılarında  2  saylı 
torpaq qəbirdən  aĢkar  olunmuĢdur.  Onun  həmin  dəbilqə  haqqında  yazdığı  məqalə 
isə öz elmi tutarlılığı ilə ədəbiyyatımızda seçilir. 
Nüydidə  11  saylı  torpaq  qəbirdən  aĢkar  edilmiĢ  gümüĢ  pul  dəfinəsi  isə 
Qafqaz Albaniyasında sikkə kəsilməsinin və albanların pulu “tanıdığının” ən bariz 
göstəricisidir.  Məhz  Fazil  Osmanov  ilk  dəfə  olaraq  qəbirdən  albanların  ellin 
pullarını  təqlid  yolu  kəsdirdikləri  sikkələri  dəfinə  halında  əldə  etmiĢdir.  Nüydi 
abidəsinin ardınca Fazilkl Osmanovu Ağsu rayonundakı möhtəĢəm Uzunboylar və 
Qırlartəpə  abidələrinin  tədqiqinə  baĢlamıĢdır.  E.ə.  V-IV  əsrlərə  adi  zəngin 
qəbirlərin  aĢkar  olunduğu  Uzunboylar  abidəsi  antik  dövrə  keçid  mərhələsini 
xarakterizə etmək üçün ən yaxĢı materiallar vermiĢdir. Qırlartəpə yaĢayıĢ yerindən 
isə  eneolitdən  baĢlayaraq  orta  əsrlərə  qədər  geniĢ  dövrə  aid  maddi-mədəniyyət 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə