Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə2/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   2   3   4   5   6   7   8   9   ...   59


 
nümunələri  aĢkar  olunmuĢdur.  Fazil  Osmanov  uzun  müddət  bu  abidədə  arxeoloji 
qazıntılar  aparmıĢ  və  fasilələrlə  hələ  də  aparmaqdadır.  Bu  abidədən  çox  maraqlı 
nəticələr əldə edən Fazil Osmanov antik və ilk orta əsrlər dövrlərinə aid olan, Ġpək 
yolu  karvanlarının  dayandığı  və  ticarət  etdiyi  qala-Ģəhərlərin  qəbristanlığını  da 
tədqiq edir. 
Fazil  Osmanov  nəinki  ġirvan  bölgəsini,  həmçinin  Muğan,  Naxçıvan, 
Qarabağ  bölgələrini  tədqiq  etmiĢ,  qazıntıların  nəticələrini  elmi  məqalələrində 
yetərincə iĢıqlandırmıĢdır.  
Fazil Osmanov çox gözəl foto çəkmək qabiliyyətinə malik olmuĢdur. Onun 
çəkdiyi fotolar öz bənzərsizliyi ilə seçilir. Onun Sanqalan kəndindəki uzun ömürlü 
ağac, Azıx mağarasının kənardan görünüĢü kimi maraqlı Ģəkillərlə  yanaĢı, qazıntı 
prosesi və tapılmıĢ materiallar da çox zaman Ģəxsən özü çəkmiĢdir (tablo 13). 
Fazil  Osmanov  ən  maraqlı  arxeoloji  materiallarını  Azərbaycanın  Tarixi 
Muzeyinə  təhvil  vermiĢdir.  Onun  Nüydi,  Mollaisaqlı,  Hacıhətəmli,  Kürdüvan  və 
digər  abidələrdən  aĢkar  etdiyi  maddi-mədəniyyət  nümunələri  Azərbaycan  Tarixi 
Muzeyi Arxeologoya fondunda mühafizə edilir. Tunc dəbilqə, gil bütlər və gümüĢ 
sikkələr, Muzey ekspozisiyasında nümayiĢ etdirilir. 
Fazil  Osmanov  qırx  yeddi  illik  elmi  fəaliyyəti  nəticəsində  Azərbaycanın 
antik  dövr  tarixi  və  mədəniyyəti  üzrə  tədqiqat  sahəsi  və  məktəbi  yaratmıĢdır. 
Gənclərin öhdəsinə bu məktəbdən daha çox götürmək, öyrənmək düĢür. 
Fazil  Osmanov  elmi  tədqiqatla  yanaĢı,  1993-cü  ildən  ADPU-nun  ġamaxı 
filialında  müəllim,  1998-ci  ildən  ADPU-nun  ġamaxı  filialında  tarix-filologiya 
fakultəsinin  “Ümumi  tarix  və  ictimai  elmlər”  kafedrasının  ümdiri  iĢləmiĢdir. 
ġamaxı  filialı  ləğv  edildikdən  sonra  Azərbaycan  Dövlət  Pedoqoji  Universitetində 
magistrlərin  hazırlanmasında  böyük  əmək  sərf  etmiĢdir.  Hal-hazırda  ġamaxı 
Müəllimlər Ġnstitutunda tədris fəaliyyətini davam etdirir. 
Fazil  Osmanov  haqqında  nə  qədər  yazılsa  azdır,  alim  kimi,  müəllim  kimi, 
insan  kimi.  O,  əvəzolunmazdır.  Ayağını  qoyuduğu,  belini  vurduğu,  Ģotkasını 
sürtdüyü yerdən hansısa sensasiyalı tapıntının aĢkar olunacağı mütləqdir. 
Allah-Təala  ona  uzun  ömür,  cansağlığı,  xalqımızın,  bu  torpağın  tarixinin 
öyrənilməsində güc, qüvvə versin! Amin! 
Fariz Xəlilli  
 
 
 
 
 
 
 
 
 



 
 
Ağsu Ərazisində Arxeoloji Tədqiqatlar 
 
1965-ci il 
 
Qafqaz  Albaniyasının  maddi-mədəniyyətinin  öyrənilməsində  Ağsuçayla 
Göyçay  çayları  arasında  olan  arxeoloji  abidələrin  böyük  elmi  əhəmiyyəti  vardır 
(tablo 1-13).  Girdimançayla  Göyçay  çayları  arasında  bu  vaxta  qədər  cüzi də olsa, 
arxeoloji tədqiqat iĢləri aparılmıĢdır. Ağsu rayonu və xüsusən onun  sahələrində isə 
heç  bir  arxeoloji  tədqiqat  iĢi  aparılmamıĢdır.  1961-ci  ildə  müəllif  məzuniyyətdə 
olduğu  zaman  Ağsu  rayonunun  Nüydi  kəndində  müəllim  iĢləyən  Sədaqət 
Abdullayev  “Nüydi  düzü”  adlı  yerdə  üzüm  bağı  salınarkən  qədim  qalıqların 
tapılması  haqqında  məlumat  vermiĢdir.  Həmin  məlumatla  əlaqədar  olaraq  ərazi 
yoxlanılmıĢ və xüsusi məqalə həsr edilmiĢdir
1

1965-ci  il  iyulun  27-də  sentyabrın  8-nə  qədər  arxeoloji  kəĢfiyyat  səfəri 
zamanı əsasən Ağsu rayonunun Nüydi
2
 kəndi və onun ətraflarında elmi axtarıĢ  və 
qazıntı iĢləri aparılmıĢdır. Nüydi kəndinin qərb ətraflarında 14 hektara qədər sahəsi 
olan  “Nüydi  düzü”  abidəsinin  kəĢfiyyat  qazıntısına  baĢlamıĢdır.  Bu  sahə  üzüm 
bağına  çevrildiyi  üçün  Ģumlanma  zamanı  bəzi  abidələr  dağıdılmıĢdır.  Belə  ki, 
sahənin  üzəri  çoxlu  gil  qab  sınıqları,  habelə  qayıqvari  dən  daĢlarının  qırıqları  ilə 
doludur. 
Yerüstü  maddi-mədəniyyət  qalıqlarına  əsasən  və  abidənin  mərkəzi 
hissəsində  olmaq  Ģərtilə  6x6  metr  ölçüsündə  yoxlama  qazıntı  sahəsi  seçilmiĢdir. 
Qazıntı  sahəsinin  üst  qatı  üzüm  bağı  salınarkən  qarıĢdırıldığından  onun  mədəni 
təbəqəsini  müəyyənləĢdirmək  bir  qədər  çətinləĢmiĢdir.  Burada  saxsı  qab  qırıqları: 
qulplar, oturacaq hissə, gil camın sınıqları, əmək aləti qırıqları əldə edilmiĢdir. 0,4-
0,5 metr dərinliklə ağzı dairəvi bəsti  formalı  və  təkqulplu  dopu, habelə noxçavari 
əyintisi  olan  bir  ədəd  yağdan,  yaxud  Ģamdan  tapılmıĢdır.  Qazıntı  davam 
etdirildikcə  bütöv  gil  qablar  görünməyə  baĢlamıĢdır.  Qazıntı  sahəsinin  Ģimal 
kənarında  0,75  metr  dərinlikdə  nizamsız  səpələnmiĢ  gil  qab  qırıqları  altında 
dağılmıĢ torpaq qəbiri əlamətləri müəyyənləĢdirilmiĢdir. Plantaj Ģumu nəticəsində 
nisbətən dayazda olan qəbirlərin pozulduğu aydındır. Odur ki, 1 saylı torpaq qəbir 
adlandırdığımız  bu  abidəni  dəqiq  müəyyənləĢdirmək  olmadı.  Onun  yalnız 
sümüklərinə  görə  baĢının  Ģərqə  doğru  qoyulması  aydınlaĢdı.  Onun  baĢ  tərəfində 
                                                 
1
 Osmanov F. L. Ağsu rayonunda təsadüfi arxeoloji tapıntılar // Azərbaycan SSR EA Məruzələr, 1962, 
№ 9, səh, 75-78. 
2
 Nüydi kəndinin etimologiyası farsca “nodi” sözünün dəyiĢilmiĢ formasıdır. Bu da “yeni kənd” mənası 
daĢıyır,  yerlilərin  söylədiyinə  görə  Nüydi  kəndinin  burada  məskunlaĢması  çox  qədim  tarixə  malik 
deyildir. Nüydi kəndi və onun qərb kənarında yerləĢmiĢ “Nüydi düzü” qədim yaĢayıĢ yeri BaĢ Qafqaz 
dağlarının  cənub-Ģərq  ətəklərində  ġirvanın  dağətəyi  hissəsində  yerləĢmiĢdir.  Müasir  əhalisi  türk  dilli 
azərbaycanlılardır. MəĢğuliyyəti əsasən əkinçilik, maldarlıq, arıçılıq və bağçılıqdır. 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə