Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə3/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   2   3   4   5   6   7   8   9   ...   59


 
bir-birinin  yanında  səliqə  ilə  düzülmüĢ  gil  qablardan  bir  neçəsinin  qaldığı 
görünmüĢdür. Bu qablar əl ilə hazırlanmıĢ və qırmızı rəngdə biĢirilmiĢdir. Onların 
içərisində  ağzı  dördgül  formada  tay  qulplu,  Ģargövdəli  (gövdəsinin  çevrəsi  boyu 
kiçik  yumru  məməciklər  bir-birindən  bərabər  məsafədə  düzülmüĢ)  dopu,  hündür 
oturacaqlı, yandan lentvari qulplu olan, Ģargövdəli və ağzı süzgəcli düzəldilmiĢ gil 
suddan, qayıqvari ağzı olan gil badya və tayqulplu gil cam tapılmıĢdır. Buradan gil 
qablar  tapılan  səviyyədən  bir  qədər  dayazda  bir  dəmir  nizə  ucluğuda  tapılmıĢdır. 
Görünür  həmir  dəmir  nizə  ucluğu  da  1  saylı  qəbirin  avadanlığından  olmuĢ, 
Ģumlanma  zamanı  qəbir  dağılarkən  həmin  nizə  ucluğu  da  əvvəlki  yerində 
qalmamıĢdır.  
BaĢlanmıĢ  sahənin  cənub  kənarına  yaxın  1-1,25  metr  dərinlikdə  2  saylı 
torpaq qəbir aĢkar edilmiĢdir. 2 saylı torpaq qəbirin 1 saylı torpaq qəbirə nisbətən 
dərində yerləĢməsi onun təsərrüfat iĢlərilə əlaqədar yerin Ģumlanması nəticəsində o 
qədər  də  dağıtmamıĢdırsa  da  üzərinə  düĢən  ağırlıqdan  qabların  əksəriyyəti 
qırılmıĢdır.  
Xam torpağı çox az kəsmiĢ bu torpaq qəbirdə skelet bükülü vəziyyətdə, baĢı 
Ģərqə olmaqla Ģərq-qərb istiqamətində sol böyrü üstdə basdırılmıĢdır. Onun üzərinə 
və döĢünə doğru çoxlu gil qablar düzülmüĢdür. Ayaq tərəfində isə iki ədəd iri küp 
qoyulmuĢ  və  onlar  həddən  artıq  xırdalanmıĢdır.  Skeletin  sol  qolunda  iki  ədəd 
lentvari bilərzik, sağ əlinin orta barmağında mis üzük vardır, əlləri çənəsinə doğru 
qoyulmuĢdur.  
2 saylı torpaq qəbirdə dəfn edilmiĢ mərhumun baĢı yanında tunc hərbi baĢ 
geyimi  –  dəbilqə  aĢkar  edilmiĢdir  (tablo  14,15).  Üzəri  cəng  atmıĢ  tunc  dəbilqə 
sifəti  yanlardan  örtmək  üçün  iki  enli  qulaqcıqdan  ibarət  (çənəyə  çatana  qədər) 
metal 
təbəqədən 
düzəldilmiĢ,  onun 
kənarları  isə  xüsusi  iĢlənərək 
möhkəmləndirilmiĢdir.  O,  arxa  tərəfdən  kəlləyə  qədər  bütöv  deyil,  açıq  Ģəkildə 
qalmıĢdır ki, bu da yəqin ki, baĢa geyinən zaman asanlıq yaratmaq üçünmüĢ. Onu 
geydikdən  sonra  baĢın  arxa  hissəsində  kənarları    bir-birinin  yaxınlığına  gətirilmiĢ 
və  ucda  bir-birinə  baĢlamaq  üçün  deĢiklər  açılmıĢdır.  Dəbilqənin  orta  hissəsində 
boruĢəkilli  hissə  dik  qaldırılmıĢ  və  ucu  nisbətən  enli,  qıraqları  isə  azca  kənara 
əyilmiĢ Ģəkildə təsvir edilmiĢdir. Onun bu hissəsinin kənarları da əlavə metal lövhə 
ilə köbə Ģəklində həm möhkəmləndirilmiĢ və həm də bir qədər gözəllik verilmiĢdir. 
Dəbilqə  üzərində  heç  bir  təsvir  və  ya  rəsm  yoxdur.  Onun  boru  Ģəklində  dik 
qaldırılmıĢ hissəsinə çox güman ki, quĢ lələyi və s. taxılmıĢdır.  
Tunc dəbilqənin Azərbaycan ərazisində aĢkar edilmiĢ bu dövr abidələrindən 
tapılması  qədim  müəlliflərinin  Qafqaz  Albaniyası  əhalisinin  hərbi  texnikasının 
tarixinə  dair  verdikləri  məlumatları  bir  daha  yoxlayıb  tutuĢdurmaq  və  bu  barədə 
yeni fikir söyləmək üçün geniĢ imkan yaratmıĢdır.  
Qədim  yunan  coğrafiyaĢünası  Strabon  Qafqaz  xalqlarının  bir  sıra  tarixi 
məsələlərinə  toxunaraq  məlumat  verir  ki,  albanlar  xarici  basqınlara  qarĢı  hərbi 
döyüĢ  qabiliyyətli  piyada  və  atlı  dəstələrinə  malik  olmuĢlar.  O,  özünün 



 
“Coğrafiya”  əsərində  yazır  ki,  albanlar  Roma  sərkərdəsi  Pompeyə  qarĢı  60  min 
piyada və 22 min atlı dəstəsi ilə çıxıĢ etmiĢdir.
3
 Daha sonra yazır ki, onlar ox-yayla 
silahlanır, habelə vəhĢi heyvan dərisindən dəbilqə də geyinirdilər. 
Albanların  romalılara  qarĢı  döyüĢündə  eyni  miqdarda  döyüĢçünün  olması 
haqqında  baĢqa  bir  qədim  müəllif  Plutarx  da  yazır:  “Lakin  o  atlı  dəstəsinin 
miqdarını  12  min  göstərir.
4
 Hər  iki  müəllifin  qeyd  etdiyi  miqdarın  eyni  gəlməsi, 
lakin Strabonun yazdığı 22 min əvəzinə Plutarxın 12 min yazmasından aydın olur 
ki, onlardan hansısa səhv etmiĢ, yaxud axırıncı düzəliĢ aparılmıĢdır. O da ola bilər 
ki, nəĢr zamanı 22 min əvəzinə 12 min, yaxud əksinə yazılmıĢdır.  
Albanların metal baĢ zirehindən istifadə etmələri haqqında heç bir müəllifdə 
məlumatlara rast gəlinmir. 
Qafqaz  Albaniyası  ərazisində  çoxlu  miqdarda  və  müxtəlif  formada  metal 
silahlar  və  bəzək  Ģeyləri  tapılmıĢdır  ki,  bunların  da  əksəriyyəti  yerli  istehsaldır. 
Müxtəlif qılınc, nizə və s. hücum silahlarının bilavasitə Qafqaz ərazisində istehsal 
edilməsi  hələ çox qədimdən bəllidir. Lakin bunula belə heç olmasa döyüĢ zamanı 
dövrün  sərkərdələrinin  döyüĢdə  müdafiə  məqsədilə  onlar  üçün  metal  zireh 
hazırlanmasını  güman  etmək  olar. Torpaq  qəbirində  bilavasitə  kompleks  material 
ilə birlikdə tapılmıĢ tunc dəbilqənin alban sərkərdələrinə (tablo 16) məxsus olması 
ehtimal  edilir.
5
 Zelik  Yampolski  bu  məsələ  ilə  əlaqədar  olaraq  həmin  dəbilqənin 
Roma 
sərkərdəsinə 
aid  olduğu  ehtimalını  irəli  sürür.  Onun  dəqiq 
müəyyənləĢdirilməsi ilə Ģübhəsiz gələcək tədqiqatlar nəticəsində mümkündür.  
Ümumiyyətlə, metal hərbi geyimin tapılması Qafqaz Albaniyasının bir sıra 
siyasi məsələlərin araĢdırılması iĢində yardımçı mənbə rolu oynayacaqdır. 
2  saylı  torpaq  qəbiri  1  saylı  torpaq  qəbirindən  bir  qədər  dərində 
yerləĢdirilməsinə görə yerin Ģumlanması zamanı çox toxunulmadığından kompleks 
material yaxĢı qalmıĢdır. Onların içərisində gil qablar daha çoxdur. Demək olar ki, 
materialın əksəriyyəti saxsı məlumatıdır. 
Qazıntının cənub-Ģərq  küncündə  0,75-0,8 metr dərinlikdə  dağıdılmıĢ  halda 
daha bir torpaq qəbir aĢkar edilmiĢdir. AĢkar olunma sırasına görə 3  saylı  torpaq 
qəbir  adlandırılan  həmin  qəbirdə  sümüklərin  çox  hissəsinin  dağınıq  olmasına 
baxmayaraq, onun istiqamətini, habelə vəziyyətini təyin etmək mümkün oldu. Sol 
böyrü üstə yerləĢdirilmiĢ ölünün baĢı Ģərqə doğru zəif bükülü Ģəkildə qoyulmuĢdur. 
Onun  yanına  qoyulmuĢ  avadanlığı  qırılmıĢdır.  Yalnız  bir  neçə  qara  və  qırmızı 
rəngdə  qoĢa  və  lək  qulplu,  ağzı  dördkünc  formada  gil  qablar,  ölünün  ayaqlarının 
yanından isə bir ĢüĢə muncuq və metal halqa (muncuq) tapılmıĢdır (3 saylı qəbirin 
ətraflı tədqiq edilməsi mümkün olmadı). 
                                                 
3
 Страбон. География. Кн. XI, гл. IV. (Перевод Г.А.Стратановского), М.: Hayka, 1964, c. 476. 
4
 Плутарх.  Помпей. Гл. 35. Сравнительные  жизнсописания.  (Перевод Г.А.Стратановского),  т.  II, 
1968, с. 359. 
5
 Османов. Ф.Л. В чем воевали наши предки. Газета «Вышка», № 279 (10682), 26 ноября, 1965 г. 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə