Fazil Osmanov



Yüklə 376,74 Kb.
Pdf görüntüsü
səhifə8/59
tarix30.12.2017
ölçüsü376,74 Kb.
#18428
1   ...   4   5   6   7   8   9   10   11   ...   59

17 
 
heyvan sümükləri vardır. Bu qəbirdə olan uĢağa aid olan skeletin baĢı cənuba (15° 
cənub-qərbə),  üzü  Ģərqə  doğru  istiqamətləndirilmiĢdir.  Skelet  düzbucaqlı  Ģəklində 
düzəldilmiĢ yerdə sol böyrü üstündə, sıx bükülmüĢ Ģəkildə idi. 
Ətraf  sümüklər  çox  çürümüĢdür.  Qol-qıç  sümüklərinin  demək  olar  ki,  yeri 
qalmamıĢdır. Əlləri çənəsinə  doğru qoyulmuĢdur. Bu qəbir abidəsinin zəngin qab 
avadanlığı  vardır.  Bunların  çoxu  qırıldığından  götürülmədi.  Lakin  onların  nədən 
ibarət  olduğunu  bildirmək  üçün  adları  qeyd  edilmiĢdir.  Bunlardan  qırmızı  rəngdə 
düz oturacaqlı fincanlar çoxluq təĢkil edir ki, bəziləri götürülmüĢdür. Bundan əlavə 
bir  ədəd  ağzı  novçalı  yandan  təkqulplu  olan  kiçik  dolça  qırmızı  çölmək,  daha  bir 
kiçik küpə, bir ədəd ağzı eninə açılmıĢ və novçavari əyməsi üstündə gil köbəri olan 
iri  dolça,  həmin  dolçanın  ağzında  içi  qırılmıĢ  suddan  və  s.  aĢkar  edilmiĢdir. 
Skeletin boğazında bir ədəd ĢüĢə muncuq tapılmıĢdır. Ümumiyyətlə, bu qəbirin baĢ 
tərəfində 14 ədəd gil qab qoyulmuĢdur. 
Dağılmış  9  saylı  torpaq  qəbir.  Bu  qəbir  abidəsinin  avadanlığı  və  bəzi 
sümükləri  VII  kvadratın  Ģimal-Ģərq  bucağında  0,5-0,6  metr  dərinlikdə  aĢkar 
edilmiĢdir. Dayazda olmuĢ bu qəbir abidəsi traktorun dağıntısına daha çox  məruz 
qalmıĢ  və  ilkin  formasını  tamamilə  itirmiĢdir.  Odur  ki,  buradan  yalnız  bir  neçə 
salamat  qalmıĢ  gil  qab  götürülmüĢdür.  Qeyd  etdiyimiz  torpaq  qəbiri  haqqındakı 
məlumatımız  bununla  da  məhdudlaĢır.  Əldə  edilən  qablar  kiçik  lüləkli  çaynikvari 
qablar və dopulardan ibarətdir.  
10  saylı  torpaq  qəbir.  VI  kvadratda  1,2  metr  dərinlikdə  aĢkar  edilmiĢ  bu 
qəbir abidəsi dördkünc formada qazılmıĢdır. Qəbir çuxurunun dərinliyi 0,5 metrdir. 
Qəbirdə  ölünün  qarĢısında  və  baĢı  istiqamətində  bir  qədər  torpaq  töküldükdən 
sonra od yandırılmıĢdır. Onun baĢı Ģimal-Ģərqə olmaqla sıx bükülmüĢ və sağ böyrü 
üstündə  qoyulmuĢdur.  Qollar  dirsəkdən  qatlanaraq  əlləri  üstünə  doğru 
qoyulmuĢdur.  Hətta  əlindəki  üzük  və  qolundakı  tunc  bilərziyin  yaĢıl  pası  diĢlərə 
keçirilmiĢdir.  Kəllənin  üstü  yatıqdır,  o  dala  uzadılmıĢ  formadadır.  Görünür, 
uzunsov formalı bu kəllə deformasiya edilib. Kəllənin üstündə, təpənin yanlarından 
hər  iki  tərəfdən  basılıb  yastılandırılmıĢdır,  peysərüstü  arxaya  doğru  çıxıntılı 
Ģəkildədir.  Ümumiyyətlə,  kəllə  uzunsov  vəziyyətdədir  (kəllə  antropoloji  cəhətdən 
öyrənilməsi  məqsədi ilə  götürülüb antropoloq  Rəbiyyə  Qasımovaya    verilmiĢdir). 
Skeletin  dizdən  topuğa  qədər  uzunluğu  48  sm,  çanat  hissədən  kəllənin 
qurtaracağına qədər 88 sm, qolun uzunluğu dirsəkdən barmaqlara qədər 48 sm-dir. 
Kəllənin  uzunluğu  23  sm,  hövsələ  çanağının  uzunluğu  35  sm,  eni  20  sm-dir. 
Skeletin  alnı  qarĢısında  bir  ĢiĢ  dəmir  parçası,  ondan  bir  az  aralı  üç  ədəd  tunc 
halqadan ibarət üzüyəoxĢar muncuq, sonra dəstəyi iki yerdən qövsvari Ģəkildə olan 
dəmir  çapacaq  qoyulmuĢdur.  Ölünün  üzü  qarĢısında  dörd  dəmir  nizə  dik  yerə 
sancılmıĢdır.  Kəllədən  40  sm  aralı  dörd  ədəd  gil  qab  qoyulmuĢdur.  Onlardan 
ikisinin ağzı üçgül, birininki dördkünc novçalı dolça, birisi isə qara rəngli camdan 
ibarət idi. Burada daha iki qırmızı rəngli qablar tam ovuntu halında qalmıĢdır.  


18 
 
11 saylı torpaq qəbir. Nüydi qazıntılarından aĢkar edilmiĢ bu qəbir abidəsi 
öz  tapıntıları  ilə  o  birilərindən  fərqlənir.  Zəngin  avadanlığı  malik  olan  bu  torpaq 
qəbiri  bir  də  ona  görə  qiymətlidir  ki,  gil  qablardan  birinin  içərisindən  gümüĢ  pul 
dəfinəsi  tapılmıĢdır.  Qazıntı  sahəsinin  II  kvadratının  Ģimal-qərb  küncündə  V 
kvadratla   VI  kvadrat arasında 1,7  metr dərinlikdə aĢkar edilmiĢdir. Qəbir çuxuru 
dördkünc Ģəkildə olub, eni 1,5 metr, uzunluğu 2,5 metrdir. Burada baĢı Ģimal-Ģərqə 
doğru  olmaqla  sıx  bükülmüĢ  skelet  aĢkar  edilmiĢdir.  O  qəbir  çuxurunun  Ģimal 
divarı dibinə doğru basılıb sol böyrü üstündə yerləĢdirilmiĢdir. Onun qıçları dibdən 
və  dizdən  sıx  qatlanaraq  bükülmüĢ,  daban  az  qala  çanaq  hissəyə  yapıĢdırılmıĢdır. 
Sağ qol qarın üzərində idi, onda bir bilərzik, barmağında isə bir dəmir üzük var idi. 
Skeletin  üzü  tərəfdə  dəmir  alət  və  tunc  bilərzik,  boğazında  pasta  əqiq,  ĢüĢə 
muncuqlar vardı. 
Skeletin ayaqları istiqamətində iri, ikiqulplu təsərrüfat küpü, topuğu üstündə 
qara  rəngli  kiçik  dolça,  qıçların  arasında  gil  cam  parçası,  dizləri  önündə  bir  ədəd 
böyük  və  tavayaoxĢar  gil  qab  qoyulmuĢdur.  Ümumiyyətlə,  qəbiri  qoyulan 
avadanlığın  əksəriyyəti  kəllə  və  üz  tərəfə  düzülmüĢdür.  Qabların  içərisində  və 
arasında heyvan sümüyü dəmir çapacaq, üç ədəd nizə ucu və s. tapılmıĢdır. Dəmir 
çapacaq həddən artıq korroziya olunduğundan ovuntu halına düĢmüĢdür. 
Ölünün ayaqları, daha doğrusu dabanları üstünə qoyulmuĢ qara rəngli, ağzı 
novçalı, yandan en kəsiyi dairəvi qulplu olan, oturacağı düz dolçanın içərisində 36 
ədəd  Makedoniyalı  Ġsgəndərin  və  ümumiyyətlə,  Selevki  gümüĢ  sikkələrinin 
Albaniyada  kəsilib  bənzədilmiĢ  nümunəvi  olan  dəfinə  tapılmıĢdır.  Bu,  Nüydi 
abidəsindən ilk dəfinə və ilk pul tapıntısıdır.
7
 
Kəllənin  alın  hissəsində  çutqa  (tuncdan)  olmuĢdur.  Nazik  lövhə  Ģəklində 
olan bu bəzək əĢyası həddən artıq cəng atıb, ovxalanmıĢdır. Qəbirin içərisindəki gil 
qablar  36-ya  qədərdir.  Onların  içərisində  və  arasında  çoxlu  heyvan  sümükləri 
vardır. Sümüklər iri və xırda buynuzlu heyvana, habelə quĢa aid olub, kürək, bud, 
qabırğa  və  s.  dən  ibarətdir.  Kəllə  yanından  bir  cüt  dəmir  midbaraoxĢar  əĢya  (ola 
bilsin  ki,  gəmdir)  da  tapılmıĢdır.  Bu  tapıntılar  haqqında  ayrıca  bəhs  olunacağını 
nəzərə alaraq burada onların geniĢ təsviri verilmir. 
12 saylı torpaq qəbir. Bu qəbir abidəsi V kvadratın Ģimal-Ģərq küncündə 1 
metr  dərinlikdə  aĢkar  edilmiĢdir.  Görünür  qəbirlər  həddən  artıq  sıxıldığından  da 
bəzi  abidələr  vaxtı  ilə  müəyyən  dağıntıya  məruz  qalmıĢdır.  Çünki,  bu  qəbir 
abidəsinin  həm  materialı,  həm  də  skeletin  sümükləri  dağılmıĢdır.  Qabların 
əksəriyyətinin  olmaması  da  buna  müəyyən  əsas  verir.  QalmıĢ  sümüklərə  görə 
skeletin  ayaqları  azca  cənuba  meyilliliklə  Ģərqə,  onurğa  sümükləri  və  dizləri  bir 
qədər  Ģimala  meyilliliklə  qərbə  doğrudur.  Beləliklə,  onun  sıx  bükülü  Ģəkildə  sol 
böyrü  üstündə,  baĢının  Ģimal-qərbə  doğru  dəfn  edildiyini  təsəvvür  etmək  olmur. 
                                                 
7
 Bu  barədə  radio  və  qəzet  ilə  qısa  məlumat  verilmiĢdir.  Bax:  Osmanov  F.L.Nüydi  nekropolunun 
dəfinəsi. “Bakı” axĢam qəzeti, 1 noyabr, 1972-ci il. 


Yüklə 376,74 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə