Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə25/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   21   22   23   24   25   26   27   28   ...   106

54 
 
şüşə  istehsalının  xüsusiyyətlərini  özündə  daşıyır.  Qapaqlardan  biri  yastı  olub, 
ortasında  tutmaq  üçün  çıxıntısı  var.  Qapağın  diametri  5  sm-dir.  Çıxıntısının 
hündürlüyü 1,5 sm-dir. Bu şəffaf qapağın kiçik qənddan və mürəbbəqabının qapağı 
olmasını ehtimal etmək olar. 
Şəffaf  şüşə  kuzənin  qulpu  da  XVIII  əsrə  xas  texnologiya  ilə  hazırlanaraq 
naxışlanmışdır.  Onun  hündürlüyü  11  sm,  eni  1,5x2  sm,  qalınlığı  0,5  sm-dir.  İki 
tərəfdən  yastılanmış  qulpun  ortasında  nazik  şüşə  məftillə  qulp  boyunca  naxış 
yapılmışdır. 
Şəffaf şüşələrdən hazırlanmış şamdanların hissələri 
bu  dövrün  dəbdəbəli  şəhər  həyatından  xəbər  verir. 
Xatırladaq ki, Avropa ölkələrində istehsal olunmuş bu tip 
şamdanlar  öz  gözəllikləri  ilə  seçilirdi.  Onların  üzərində 
maraqlı  yapma  işləri  görülmüşdür.  Şamdanlardan  birinə 
yapma  ayaq  qoyulmuş,  ayaqlara  rəngarənglik  vermək 
üçün  mavi  şüşə  çubuq  0,8  sm  uzunluğunda  kəsilərək 
şəffaf şüşənin içinə daxil edilmişdir. Bu ayaqlar konusvari 
əsasa  yapışdırılmış,  konusun  yastı  tərəfinə  uzun  və 
nisbətən  qalın  şüşə  çubuq  keçirilmişdir.  Ortadakı 
çıxıntının  alt  və  üst  hissəsinə  nazik  çubuqdan  bəzək 
yapılmışdır. Şam qoyulan yer sındığından həmin hissənin 
forması bəlli deyil. Hündürlüyü 9 sm-dir. Eyni tip şamdanın konusa keçirilən qalın 
şüşə  çubuğu  aşkar  olunduqdan  sonra  bu  cür  Çubuqların  içərisinin  boş  olduğu 
anlaşıldı.  Həmin  şamdan  fraqmentinin  şam  qoyulan  yeri  və  konusvari  hissəsi 
çatışmır. Hündürlüyü 5 sm-dir. 
Avropada  xüsusilə  İngiltərə  və  Fransada  istehsal  olunan  şüşə  məmulatının 
Azərbaycan  ərazisinə  idxal  yollarının  biri  Osmanlı  bazarından  keçirdi.  Osmanlı 
təbəəsi  olan  qeyri-müsəlman  tacirlər  Balkan  yarımadasının  müxtəlif  şəhərlərinə 
Avropadan  bez,  saat,  cəvahirat,  qızıl  işləməli  əşyalar,  kağız,  kürk  və  s.  mallarla 
yanaşı şüşə məmulatı gətirir, ölkənin içərilərinə tədarük edirdilər. 
Avstriya tacirləri Osmanlı bazarlarına Almaniyanın Nürnberq şüşə istehsalı 
mərkəzlərindən  şüşə  məmulatı,  xüsusilə  pəncərə  şüşələri  gətirirdilər.  Ağsu 
şəhərində 1780-1783-cü illərdə İohann Konrad Kunstmannın adından Nürnberqdə 
kəsilmiş  sikkənin  aşkar  olunması  Nürnberqlə  ticarət  əlaqələrini  göstərir.  Ağsu 
binalarından  aşkar  olunan  pəncərə  şüşələrinin  də  bu  sahədə  şöhrət  qazanmış 
Nürnberq manufakturalarında istehsal olunduğu ehtimal edilir. 
Şərq  şüşə  istehsal  mərkəzlərindən  Mesopotamiyada  ustalar  məscid 
qəndilləri  və  müxtəlif  şüşə  əşyaların  istehsalı  üzrə  ixtisaslaşmışdı.  IV  qazıntı 
sahəsində  mərkəzi  küçəyə  bitişik  otaqların  birindən  aşkar  olunan  tünd  göy  rəngli 
burma qolbaq hissəsinin (uzunluğu 5 sm) şərq istehsal üsulu olduğu bütün orta əsr 
şəhərlərindən  məlumdur.  Bu  cür  qolbaqların  Yaxın  Şərq  şüşə  istehsalı 
mərkəzlərindən yayıldığı haqqında rəsmi sənədlərdə məlumatlara rast gəlinir. 


55 
 
Ağsu  şəhərində  şüşə  istehsalı  ilə  bağlı  hələlik  hər  hansı  yazılı  məlumat 
olmadığı kimi, istehsal prosesindən xəbər verən arxeoloji tapıntı da yoxdur. Odur 
ki,  çoxsaylı  şüşə  məmulatının  Şirvan  xanlığına  əsasən  ticarət  əlaqələri  vasitəsilə 
daxil olduğu güman edilir. 
 
AZERBAIJANI-EUROPEAN RELATIONS 
(BASED ON GLASS MATERIALS) 
 
Great  importance  of  glass  and  glassware  in  trade  of  Azerbaijan  during 
khanate period is seen clearly from displayed archaeological materials. Numerous 
glass  products  -  bottles,  tanks,  decanters,  lids,  window-glasses  and  etc.  were 
discovered from III and IV excavation sites in Agsu Town. 
Obtaining many drinking glasses and tanks in the areas where craftsmanship 
estate  and  houses  belonged  to  wealthy  people  (nobles,  rich  craftsmen,  merchants, 
etc.)  are  displayed,  informs  existence  of  drinks  of  European  production  in  their 
kitchen. A description of various-shape glassware in the ceremony opposite a tent 
was  reflected  in  miniature  over  the  glazed  tile  displayed  from  the  place  close  to 
fortress wall in IV excavation site. We note that sources confirm extension of such 
orgy gatherings up to khan's palace (especially Haji Muhammadali khan). Probably 
these glasses belong to Russian officers storming the town, or non-Moslems living 
there. 
Glass bottles came in size and shape. Dark glass bottles differ for their four-
cornered  and  circular  stature,  and  short,  middle  and  oblongated  neck.  Four-
cornered bottles are short-necked, while circular ones are long-necked. 
Height  of  neck  of  one  short-necked  bottle  is  8  centimeter.  Diameter  of  its 
aside open is 2 cenimeter inward and 4 centimeter outward. Height of the neck of 
bottle having mid size neck is 6 centimeter. Glass stick was used for making open 
of the bottle, and the stick was twined about upper end of the neck. Its inaccurate 
elaboration  is  seen  clearly.  The  diameter  of  the  bottle  open  is  1,  7  centimeter 
inward.  Thickness  of  the  strick  is  0,  5  centimeter.  Statures  of  these  dark-green 
bottles are gradually broadened, thus I served increase of the plate capacity. 
One  of  long-neck  bottles  differ  for  boradness  of  its  open.  Diameter  of  its 
open  is  4  cenimeter  internally.  Thickness  of  the  glass  wall  is  0,4  centimeter  and 
height of its neck is 8 centimeter. Fair green bottle is of few encountered samples 
in the excavation site. 
Short-necked bottles are glass container samples we faced most in both IV 
and III excavation sites and their production places are known. So, it was fixed that 
the  name  of  place  of  its  production  -  “London”  brand  was  stamped  over  glass 
bottles in three examples already. 
England, expecially London was a center of glass production of the world in 
XVIII  century.  Delicate  and  frail  Venetian  glass  was  gradually  lacked  interest  of 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə