Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə33/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   29   30   31   32   33   34   35   36   ...   106

70 
 
Etnoqrafik  ədəbiyyatdan  məlum  olduğu  kimi  dulus  kürələrindən  biri  də 
təndir formalı kürələrdir. Belə kürələrdə nisbətən iri məmulatlar bişirilirdi. Bişirmə 
texnologiyası  digər  dulus  kürəsi  olan  dəmlə  eyni  olub  bilavasitə  odda  bişirilirdi. 
Təndirdə məmulat odun ilə əhatə olunurdu, yəni odda bişirilirdi. Bizə elə gəlir ki, 
IV qazıntı sahəsindəki V kvadratda açılan iri həcmli təndir məhz bu məqsəd üçün 
nəzərdə tutulmuş təndirdir. 
Darvazalarda istifadə olunan cəftələr, həncamalar və qıfıllar da bələdçi rolu 
oynayaraq  Ağsu  sakinlərinin  taxta  darvazalardan  geniş  istifadə  etdiklərini 
söyləməyə imkan verir. Cəftələr müxtəlif forma və quruluşa malik olub dəmirdən 
hazırlanmışdır.  4-cü  kvadratdan  tapılan  cəftə  və  halqalar  taxta  qapıya  məxsus 
olmaqla  tapıldığı  ərazidə  belə  bir  qapının  olmasını  göstərir.  Cəftənin  qarmaqlı 
tərəfi qapının üstünə vurulur, qarşı tərəfə isə qıfıl keçirmək üçün deşiyi olan başqa 
bir  hissə  vurulur.  Cəftənin  ortasında  açırımı  olan  uzunsov  halqası  həmin  qıfıl 
bağına  keçirilir  və  qıfıl  da  öz  növbəsində  qıfıl  sağının  deşiyindən  keçirilərək 
bağlanırdı. Qıfıl bağlanmasına ehtiyac olmayan qapılar isə sadəcə olaraq qarmaqla 
bağlanırdı.  6a  kvadratından  əldə  olunan  qarmaqlardan  çox  güman  ki,  təsərrüfat 
tikililərinə aid qapıların bağlanmasında istifadə olunmuşdur. 
Qıfıl bağlamaq üçün başqa bir vasitə  midvardır. Midvar da 
eyni qayda ilə qapının hər iki tərəfinə vurulur, qıfıl bağlamaq üçün 
hər iki tərəfə halqalar keçirilirdi. Ərazidən xeyli miqdarda midvarın 
tapılması  sübut  edir  ki,  ondan  inşaat  materialı  kimi  geniş  istifadə 
olunmuşdur.  Onun  praktik  əhəmiyyəti  və  istifadə  təyinatı  o  qədər 
çoxşaxəli  olmuşdur  ki,  bu  günə  qədər  əksər  dağ  kəndlərində  hələ 
də  istifadədən  çıxmamışdır.  Etnoqrafik  müşahidələr  Şamaxının 
Dəmirçi,  Qaleybuğurd,  Dədəgünəş,  Zarat,  İsmayıllının  Lahıc,  Basqal,  Ağsunun 
Ülgüc və s. kəndlərində midvardan hələ də istifadə edildiyini sübut edir. 
Midvar iki üsulda hazırlanırdı. Birinci üsulda isti döymə yolu ilə ucları bir-
birinə  birləşdirildikdən  sonra  çarxlanaraq  itiləşdirilirdi.  İkinci  üsulda  isə 
midvarların  ucları  birləşdirilmir,  pəncərə  və  ya  qapı  dirəyinə  vurulduqdan  sonra 
dirəyin  digər  tərəfinə  çıxan  ucları  qatlanır,  bununla  da  daha  etibarlı  dayanıqlığa 
malik olurdu. IV sahənin 3-cü kvadratından əldə olunan həncamalar buna misal ola 
bilər. 
4a kvadratından əldə olunan halqalar qapı cəftəsinə (midvara) taxılaraq qıfıl 
bağlamaq  üçün  istifadə  olunmuşdur.  Belə  halqalardan  daha  çox  evlərdə  uşaq 
nənnisi  asılmasında  istifadə  olunurdu.  Belə  ki,  midvar  evin  dam  çardağının  tirinə 
vurulur, nənninin təhlükəsizliyini təmin etmək üçün hər bir midvardan iki ədəd iri 
həcmli  halqa  asılırdı.  Nənni  ipləri  bu  halqalara  bağlanırdı.  IV  sahədən  aşkarlanan 
belə halqanın diametri 5 sm olmaqla ağır çəkili yüklər üçün nəzərdə tutulmuşdur. 
Arxeoloji qazıntılardan  əldə olunan qıfıllar oksidləşərək öz əzəli formasını 
itirdiyindən  onların  yerli  istehsala  məxsus  olub-olmadığını  söyləmək  mümkün 
deyildir.  IV  sahədə  2c,  4c  və  8-ci  kvadratlardan  tapılan  üç  ədəd  qıfıl  əsasında 


71 
 
yalnız  onu  demək  olar  ki,  əhali  şəhəri  tərk  edərkən  bəlkə  də  qayıtmaq  ümidi  ilə 
qapılara  qıfıl  vurmuşdur.  Daha  maraqlı  tapıntılardan  biri  də  darvazaların  bədii 
tərtibatı  məqsədilə  istifadə  olunan  bəzək  nümunəsidir.  Bildiyimiz  kimi  taxta 
darvazalarda  taqqılbab  və  bəzəklərə  xüsusi  diqqət  verilirdi.  IV  sahənin  5a 
kvadratından  tapılan  əşya  darvazaların  bəzədilməsində  istifadə  olunmuşdur. 
Kənarları  lentşəkilli,  mərkəzi  hissəsi  isə  oval  formalıdır.  Tən  ortada  deşik 
açılmışdır.  İlk  baxışda  bilərziyə  bənzəyən  bu  hissələri  diaqonal  şəklində  üst-üstə 
yığdıqda 6 guşəli ulduz əmələ gəlir ki, bu da darvaza bəzəyindən başqa bir şey ola 
bilməz.  6  guşəli  ulduz  təsviri  Şərq  aləmində  geniş  yayılmışdır.  Buna  Süleyman 
möhürü də deyilir. 
Xalq  yaşayış  evlərinin  daxili  sahmanı  ailənin  maddi  imkanlarının  real 
təzahürü idi. Hər bir evin daxili interyerində camaxatanın (yük yerinin) olması  ən 
mühüm  məişət  elementlərindən  biri  idi.  Xüsusi  divar  açırımlarından  istifadə 
etməklə yaradılan camaxatanlar evin ölçüsünə uyğun 2 və ya 3 ədəd olmaqla qapı 
ilə  üzbəüz  divarda  yerləşdirilirdi.  Əsasən  yorğan-döşək,  işlənməyən  xalça-gəbə, 
bayır-bacaq  paltarları,  hətta  ailədəki  qızların  cehizi  sandığa  yığılaraq 
camaxatanlara qoyulurdu. Camaxatanlardan yeri gəldikcə ərzaq saxlamaq üçün də 
istifadə  olunurdu.  Camaxatanların  qarşısı  ailənin  imkanından  asılı  olaraq  ipək  və 
ya  pambıq  parçalardan  hazırlanmış,  bəzən  güləbətin  və  zərəndaz  tikmələrlə 
bəzədilmiş  pərdələrlə  tutulurdu.  Etnoqraf  Fəzail  Vəliyevin  yazdığına  görə  Şirvan 
bölgəsində gəlinin cehizləri arasında camaxatan pərdələrinin olması vacib sayılırdı. 
Ona görə də toydan xeyli əvvəl oğlan evinin yük yerlərinin ölçüsü götürülərək ona 
müvafiq  pərdələr  tikilər,  baş  tərəfinə  rəngbərəng  parçalardan  qıyqac  bükülmüş 
pərdəbaşlığı  tutulardı.  Etnoqrafik  müşahidələr  sübut  edir  imkanlı    ailələrdə    belə  
pərdəbaşlığına  güləbətin      qotazlar  dataxılıdı.  Güləbətin  tel  və  ipək  saplarla  ipək 
saplarla toxunan bu qotazlar ipək qaytan vasitəsilə pərdəyə əlavə olunurdu. 
Güləbətin  tellər  qızıl,  gümüş,  bürünc  və  misdən  həddə  adlanan  alət 
vasitəsilə çəkinirdı (güləbətin telin çəkilməsi çarpaz tellərinin əldə olunması üsulu 
ilə  eynidir.  Sadəcə  olaraq  güləbətin  tellər  həddənin  daha  kiçik  gözlərindən 
keçirilir).  Onun  üzərinə  ipək  sap  sarınır  ki,  bu  da  güləbətin  adlanırdı.  Qazıntılar 
nəticəsində əldə olunmuş güləbətin hissəsinin pərdə qotazı olduğunu hesab edirik. 
IV  sahədən  aşkarlanan  misdən  çəkilmiş  güləbətin  tel,  ipək  sap  və  toxunuşu  başa 
çatmamış  məmulat  bölgədə  güləbətin  tikmənin  intişar  tapdığı  haqqındakı 
məlumatları təsdiqləyir. 
Eyni funksiyanı yerinə yetirən digər bir məişət elementi taxçadır. Taxçalar 
cəmaxatandan  yalnız  ölçüsünə  görə  fərqlənirdi.  Camaxatanların  ölçüsü  təxminən 
eni 1-1,3 m, hündürlüyü 1,45 m, divardakı dərinliyi isə 60-70 sm, taxçanın ölçüsü 
isə  hündürlüyü  1,40  m,  eni  80  sm,  divardakı  dərinliyi  isə  25-30  sm  olaraq 
qoyulurdu.  Ağsunun  XVIII  əsrə  aid  evlərinin  demək  olar  ki,  hamısında  bu  tip 
elementlərə rast gəlmək mümkündür. 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə