68
nəticəyə gəlməyə imkan verir ki, yaşayış evlərində ağac materialdan geniş istifadə
olunmuşdur. Bildiyimiz kimi Şirvanın sıx və zəngin meşə örtüyünə malik olması
ağacdan inşaat materialı kimi istifadə üçün əsaslı zəmin yaradırdı. Məsələn, dəmir
əşyalardan bəziləri iki ağac parçasını bir-birinə bəndləmək üçün istifadə edilirdi.
Bu cür əşyalar dəmirçilər tərəfindən istidöymə yolu ilə hazırlanırdı. Taxta parçaları
üst-üstə qoyulduqdan sonra bəhs olunan törpü birləşmiş taxtanın bir tərəfinə
qoyulur, digər tərəfdən isə ucları qatlanaraq taxtaları bir-birinə pərçimləyir və
bununla da onların kipliyini təmin edir.
Arxeoloji qazıntılar XVIII əsr evlərində taxta döşəmədən istifadə olunduğu
haqqında heç bir dəlil vermədiyinə görə iri həcmli mıxlardan darvazaların
hazırlanmasında istifadə olunduğunu söyləyə bilərik. IV qazıntı sahəsindəki 2, 2b,
3c və 4a kvadratlarından tapılan mıxlar 7-12 sm uzunluğundadır. Papaqlarının
diametrləri də müxtəlif olub ən böyüyü 3 sm-ə yaxındır. Belə mıxlarla qalın ağac
tirlərinin mıxlanması şübhəsizdir. Damların belində və darvazaların asılmasında
belə tirlərdən geniş istifadə olunmuşdur.
Azərbaycanda
geniş yayılmış təsərrüfat tikililərindən biri olan
təndirxanalara demək olar ki, əksər həyətlərdə rast gəlmək mümkün idi. Arif
Mehdiyevin yazdığına görə təndirlərdən həm də evlərin qızdırılmasında geniş
istifadə edilmişdir. Bu məqsədlə təndir evin içində, dəhlizində qoyulur, onda çörək,
xörək bişirilir, eyni zamanda evlər qızdırılırdı. Demək, təndir təkcə təsərrüfat
tikilisi kimi yox, həm də evlərin istilik vasitəsi olmuşdur. Ham III, həm də IV
sahədəki təsərrüfat tikililəri arasında təndirlərin çoxluq təşkil etməsi də buna misal
ola bilər. Bu onu göstərir ki, XVIII əsrdə Ağsu şəhər yerində evlərin
qızdırılmasında təndirlərdən də geniş istifadə olunmuşdur. Arxeoloji
materiallardan
da göründüyü kimi evlərin qızdırılması məqsədilə istifadə olunan təndirlər nisbətən
kiçik ölçüdə olurdu.
Təndirlər təsərrüfat tikilisi kimi istifadə olunduqda onun üzərində 4
dirəkdən ibarət çardaq qurulurdu. Aşkar edilən təndirlərin yanındakı ağac
çürüntüsünün qalıqları həmin ərazidə təndirxananın olduğunu təsdiqləyir. Elmi
ədəbiyyatda müxtəlif növ təndirlər qeydə alınmışdır: daş təndir, döymə təndir,
badlı təndir (yeraltı və yerüstü) və kərpic təndir. Ağsu şəhər yerində isə 3 tip təndir
müşahidə olunur: 1) döymə təndir, 2) badlı təndir, 3) saxsı təndir.
Uzun əsrlərin şahidi olan təndirlərin ilk nümunəsi hələ eneolit dövründə
təşəkkül tapmış döymə təndirlərdir. Sonrakı dövrlərdə də bu təndirlərdən istifadə
edildiyi haqqında məlumatlar vardır. Ağsu tapıntıları bir daha sübut edir ki, döymə
təndirlər əsrlər boyu xalqın istifadəsində olmuşdur. Etnoqrafik materiallar döymə
təndirlərin maldar elatların məişətində bu günədək istifadə olunduğunu təsdiqləyir.
Müşahidələr göstərir ki, döymə təndiri ərsəyə gətirmək üçün münasib yerdə quyu
qazılır, quyu su ilə doldurulur, su tamam çəkiləndən sonra divar daşla döyülüb
bərkidilir. Başqa bir üsulda isə qazılmış quyunun divarlarına kül və duz qarışıqlı su
səpilərək döyülüb bərkidilir. Beləliklə, döyülmüş torpaq sıxılıb bərkiyir, içərisində