Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə31/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   ...   27   28   29   30   31   32   33   34   ...   106

66 
 
Orta əsrlərdə nəinki  Azərbaycanda, ümumiyyətlə, bütün  şərqdə salınan  şəhərlərdə 
hökmdarlar,  hakimlər  möhkəm  divarlarla  əhatə  olunmuş  “narınqala”,  “ərk”, 
“içqala”, “içərişəhər” adlanan hissədə, yaşayırdılar. Adətən karvansaralar, bazar və 
mərkəzi  meydan  narınqala  ətrafında  yerləşir,  sənətkar  məhəllələri  isə  onun  ətrafı 
boyunca, bəzən karvansaraların birinci mərtəbələrində sıralanırdı. 
Ağsu  arxeoloji  ekspedisiyasının  III  və  IV  sahədə  apardığı  qazıntılar 
nəticəsində  əldə  etdiyi  maddi  mədəniyyət  nümunələri  şəhərin  topoqrafiyası 
haqqında  tam  fikir  söyləmək  imkanı  verməsə  də  (bu  barədə  yalnız  arxeoloji 
qazıntılar tam başa  çatdıqdan sonra  qəti  fikir söyləmək  mümkündür) abidənin bu 
hissəsinin  bayır  şəhər  və  ya  şəhristan  olduğunu  söyləməyə  əsas  verir.  Elmi 
ədəbiyyatdan  məlum  olduğu  kimi  şəhristan  sənətkar  və  tacir  dükanları  ilə  yanaşı 
yaşayış evləri də yerləşirdi. Çünki sənətkarların əksəriyyəti evinin və ya həyətinin 
bir  hissəsini  dükan  (emalatxana)  kimi  istifadə  edirdi.  Şəhristan  mürəkkəb  və 
qarışıq  küçə  şəbəkəsinə  malik  olub  müxtəlif  biçimli  və  formalı  sektorlara 
bölünürdü.  III  saəhnin  tapıntıları  bu  fikri  tamamilə  təsdiq  edir.  Sahənin  ümumi 
mənzərəsi  burada  yaşayış  evləri  ilə  yanaşı,  sənətkar  dükanlarının  və  ya 
emalatxanaların olduğunu aydın şəkildə göstərir. 
Tədqiqatçılar  hesab  edirdilər  ki,  evlərin 
yaranmasında  “ərazinin  təbii-coğrafi  şəraiti,  əhalinin 
təsərrüfat 
məşğuliyyəti, 
inşaat 
materialları 
müəyyənedici  rol  oynamışdır”.  Tikinti  qalıqlarından 
göründüyü  kimi  Ağsuda  evlərin  inşasında  əsas 
material  kimi  çaydaşından  istifadə  olunmuşdur. 
Məlum  olduğu  kimi  Şirvanda  bölgə  üçün  xarakterik 
olan  “şirvani”  və  “salyani”  ev  tipi  geniş  yayılmışdı. 
Şirvan  düzü  üçün  salyani  ev  daha  xarakterik 
olmuşdur. 
Elmi  ədəbiyyatda  Şirvan  düzündə  evlərin  80-
90  sm  hündürlükdə  bünövrə  üzərində  tikildiyi  qeyd  olunur.  Etnoqraf  Arif 
Mustafayevin yazdığına görə bu, bir tərəfdən rütubətin qarşısını alır, digər tərəfdən 
isə  evin  daxili  fəzası  üçün  “yelkən”  şəraiti  yaratmaqla  yayda  bürkünü  azaldırdı. 
Çiy  kərpicdən  tikilən  evlərdə  divarların  rütubət  çəkməsinin  qarşısını  almaq 
məqsədilə  də  onların  tavanı  daşdan  qoyulurdu.  Bu  tikinti  ənənəsi  Şirvanda  bu 
günədək  qalmaqdadır.  Arxeoloji qazıntı  ərazisindəki  evlərin  bünövrəsi  70-80  sm, 
divarın qalınlığı 90 sm olmaqla elmi ədəbiyyatda qeyd olunan ölçü ilə uyğun gəlir. 
Divarın  belə  qalın  olması  antiseysmik  məqsəd  daşımaqla  evlərin  təhlükəsizliyinə 
hesablanırdı. 
Şirvan bölgəsi seysmik ərazi olduğundan burada evlərdə 4-5 hörgü sırasında 
bir  ağac  qurşaq  (kətil)  verilirdi.  IV  sahədən  ağac  qurşaqların  aşkarlanması  təbii 
olub bölgə evləri üçün xarakterikdir. 


67 
 
Şirvanın  aran  kəndləri  üçün  evlərin  dam  örtüyünün  balıqbeli  formasında 
olması xarakterik idi. Arif Mustafayevin fikrincə aran kəndlərinin inşaat materialı 
imkanları  belə  dam  formasının  meydana  gəlməsində  həlledici  rol  oynamışdır. 
Balıqbeli  formasında  düzəldilən  evlərin  damı  qarğı  ilə  döşənərək  üstündən  nazik 
torpaq qatı tökülürdü. Arxeoloji qazıntılar zamanı əldə olunmuş tapıntılarda xeyli 
qarğı  izlərinin  aşkarlanması  sübut  edir  ki,  evlərin  belinin  örtülməsində  qarğıdan 
istifadə  olunmuşdur.  Yağış  sularından  və  atmosfer  çöküntülərindən  mühafizəsini 
təmin etmək üçün evin damı xüsusi alətlə döyülüb bərkidilirdi. Buna xalq arasında 
“dam  daşı”,  “damdöyən”,  “diyirqoz”  deyilirdi.  Arxeoloji  qazıntı  ərazisindən  dam 
daşının  əldə  olunması  bu  fikri  təsdiq  edərək  Ağsu  ərazisindəki  evlərin  xeyli 
qisminin dam örtüyünün torpaqdan ibarət olduğunu əsaslandırır. Dam daşı adətən 
qaya  daşından  silindrik  formada  yonulub  hazırlanır.  Baş  hissələrinin  hər  iki 
tərəfinə  qulp  keçirilərək  fırlatmaqla  hərəkətə  gətirilirdi.  Qulplar  ağacdan 
hazırlanırdı.  Bunun  üçün  ağacın  şivrələk  çubuqları  kəsilir,  qabığı  soyularaq  odda 
ütülürdü.  Ucu  dairəvi  formada  qatlanaraq  mıxlanırdı.  Həmi  dairəvi  hissə  dam 
daşının qulp üçün nəzərdə tutulmuş çıxıntısına keçirilərək onu hərəkətə gətirir. 
Arxeoloji  qazıntı  ərazisində  açılan  evlərə  diqqət  yetirdikdə  onların  demək 
olar  ki,  əksəriyyətinin  birotaqlı  olduğu  aydınlaşır.  Bu  da  dövrün  ev  tiplərinin 
başlıca məişət xüsusiyyətindən irəli gələrək bütün Azərbaycan üçün xarakterik idi. 
Vaxtilə  Şirvanda  müşahidələr aparmış N.Dubrovin  və V.Leqkobıtov Şirvan evləri 
haqqında  məlumat  verərək  yazırdılar  ki,  “Evlər  əksər  hallarda  çox  böyük  ailə  və 
əmlak yerləşə bilən tək otaqdan ibarət olur”. 
Şəhərlərdə  təşəkkül  tapmış  əsas  sənət  dükanları,  misgər,  qalayçı,  dəmirçi, 
zərgər,  nəqqaş,  daşyonan,  həkkak,  dulusçu,  geyim  elementləri  hazırlayan  dərzi, 
kürkçü,  papaqçı,  başmaqçı,  yəhər  dəsti  hazırlayan  qaltaqçı,  sərrac,  dabbaq, 
toxuculuq sənəti ilə məşğul olan boyaqçı, siləçi, şərbaf, şalbaf, bəzzaz, ağacişləmə 
sənəti  ilə  məşğul  olan  xarrat,  dülgər,  rəngsaz,  tarbənd,  silahsaz  və  sairlərindən 
ibarət  idi  idi.  İri  şəhərlər  üçün  (mənbələr  Ağsu  şəhərinin  ərazisi  ən  böyük 
şəhərlərindən biri olduğunu göstərir) sənət dükanlarının gur insan axınının olduğu 
karvansaralarda yerləşməsi səciyyəvi hal idi. M. Çulkov 1785-ci ildə çap etdirdiyi 
əsərində Şamaxıda 20-dən çox karvansaranın olduğunu yazırdı. Əgər bu dönəmdə 
Ağsunun  Şirvan  xanlığının  mərkəz  şəhəri  olduğunu  nəzərə  alsaq  qeyd  olunan 
karvansaraların  çox  hissəsinin  burada  yerləşdiyini 
söyləmək  olar.  Bu  fakt  karvansaralarda  yerləşən  sənət 
dükanları  haqqında  təxmini  təsəvvür  yaratmaq  imkanı 
verir.  Arxeoloji  qazıntılar  zamanı  rast  gəlinən  şlaklar, 
əmək  alətləri,  hazır  məmulat  nümunələri  sənət 
dükanlarının  varlığından  xəbər  verən  qiymətli  maddi 
mədəniyyət abidələridir. Bütün bunlar bizə deməyə əsas 
verir ki, burada qaynar sənət həyatı yaşanmışdır. 
IV  sahədə  aparılan  arxeoloji  qazıntılar  belə  bir 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə