Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   6   7   8   9   10   11   12   13   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
29
 
 
viorizm nəzəriyyələrini tamamilə inkar edir. 
Nitqin  yaranması  və  mənimsənilməsi  ilə  bağlı  bu 
günlərdə yaranan yeni konsepsiya və nəzəriyyələr haqqında 
müxtəlif fikirlər deyilir. Həmin konsepsiya və nəzəriyyələrin 
müəllifləri  bu  fikirdədirlər  ki,  irəli  sürdükləri  mülahizələr 
əsasında nitqin yaranma və mənimsənilmə mexanizmini tam 
şəkildə  şərh  etmək  mümkündür.  Belə  konsepsiyalardan 
ikisini  analiz  edən  A.Melinger  və  başqaları  isə  tamamilə 
fərqli  fikirdədirlər:  “Biz  nitqyaratma  prosesinin  müxtəlif 
səviyyələrində eyni dərəcədə özünü doğrulda biləcək faktları 
araşdıraraq  bütün  səviyyələr  üçün  ümumi  olan  elə  cəhətlər, 
xüsusiyyətlər tapmağa çalışdıq ki, onlar nitqyaratma (dilya-
ratma)  prosesinin  dəqiq  modelini  təsdiq  etməyə  imkan  ver-
sin....  sonunda  belə  bir  nəticəyə  gəldik  ki,  qanunauyğunlu-
ğun  varlığı  (paralelliyin  sübutu)  özünü  bəzi  səviyyələrdə 
daha güclü, bəzi səviyyələrdə isə daha zəif büruzə verir, elə 
bu səbəbdən də bu fikirdəyik ki, nitqyaratma sisteminin bü-
tün komponentlərinə eyni dərəcədə şamil edilə biləcək vahid 
prinsipin varlığı ilə bağlı qəti hökm vermək hələ tezdir”
1

Nitqin  yaranması  və  mənimsənilməsində  əməli  təcrübə-
nin  rolu  ilə  bağlı  başqa  bir  nəzəriyyəni  (Nitqin  mənimsə-
nilməsinin  motor  nəzəriyyəsini)  analiz  edən  G.Hickok  isə 
belə  qərara  gəlmişdir  ki,  nitqin  mənimsənilməsinin  motor 
sistemindən  asılı  olması  ilə  bağlı  mülahizənin  tam  əleyhinə 
olan bir sıra danılmaz sübut və faktlar mövcuddur, bununla 
yanaşı,  mənanın  mənimsənilməsi  prosesinin  motor  sistemi 
tərəfindən  dəstəklənməsi  fikrini  təsdiq  edən  heç  bir  əsaslı 
sübut mövcud deyil
2

                                                           
1
  Melinger,  A.,  Branigan,  H.  P.,  &  Pickering,  M.  J.  (2014).  Parallel  processing  in 
language production. Language, Cognition and Neuroscience29, 663–683.  
2
  Hickok,  G.  (2010).  The  role  of  mirror  neurons  in  speech  perception  and  action 
word semantics. Language and Cognitive Processes25, 749–776. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
30
 
 
Nitqin yaranmasını vahid, bölünməz bir akt, proses kimi 
qəbul  edənlər  onun  hansısa  bir  yaranma  mexanizminin 
olduğunu  belə  inkar  edirlər.  Nitqin  yaranma  mexanizminin 
varlığını  inkar  etmək,  əslində,  həmin  çətin  prosesin  izahın-
dan  qaçmaq,  yaxa  qurtarmaqdır.  Buna  baxmayaraq  nitqin 
yaranmasında ardıcıl şəkildə cərəyan edən proseslərin olma-
sı fikrini qəbul edənlər də vardır. Doğrudur, onların verdiyi 
şərh və izahlar bizim verdiyimiz şərh və izahlardan çox fərq-
lənir.  Məsələn,  F.X.Alario,  A.Costa,  V.S.Ferreira,  M.J.Pic-
kering bir tərəfdən nitqin yaranması ilə bağlı ardıcıl şəkildə 
cərəyan edən proseslər silsiləsinin varlığını qəbul edirlər, di-
gər  tərəfdən  isə  bu  silsilənin  analizinin  linqvistik  və  psixo-
linqvistik tədqiqatlar üçün çox vacib olduğunu qeyd edirlər:  
“Nitqyaratma prosesi fikrin nitqə çevrilməsi deməkdir və 
burada fikrin əmələ gəlməsinə, formalara (sözlərə) çevrilmə-
sinə,  ifadəsinə  (istifadəsinə)  xidmət  edən  bir  çox  təfəkkür 
aktları icra olunur.... İcra olunan hər bir akt nitqin əmələ gəl-
məsinin  konkret  bir  mərhələsinə  nəzarət  edir,  o  cümlədən, 
fonetik  və  fonoloji  aktivləşməyə,  nitqin  qurulmasında  heca-
ların seçilməsinə, leksik aktivləşməyə və seçimə, intonasiya 
tonun müəyyənləşməsinə, əməli istifadəyə. Bu fakt və nü-
munələr  silsiləsi,  eləcə  də  onların  nəzəri  şərhi  nitqin  yaran-
ması  problemi  ilə  məşğul  olan  tədqiqatçılar  üçün,  eləcə  də 
onunla  həmhüdud  sahələr,  o  cümlədən  psixolinqvistika  və 
linqvistika  sahəsində  çalışan  mütəxəssislər  üçün  son  dərəcə 
faydalıdır”
1
.  Biz  də  dilin  psixoloji  məsələləri  ilə  bağlı  yeni 
bir nəzəriyyə irəli sürmüşük. “Linqvo-psixoloji vəhdət nəzə-
riyyəsi”  adlanan  bu  nəzəriyyənin  tezliklə  hamı  tərəfindən 
birmənalı  şəkildə  qəbul  olunacağını  düşünmürük.  Amma 
                                                           
1
 Alario, F.-X., Costa, A., Ferreira, V. S., & Pickering, M. J. (2006). Architectures, 
representations  and  processes  of  language  production. Language  and  Cognitive 
Processes21, 777–789. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
31
 
 
“Linqvo-psixologiya  və  ya  dilin  psixologiyası”  adlı  əsəri-
mizdə  sübut  etmişik  ki,  “Linqvo-psixoloji  vəhdət  nəzəriy-
yəsi” həm ayrıca götürülmüş sözün, həm nitqin yaranma və 
mənimsənilmə  mexanizmini,  həm  də  dilin  sistem  mahiy-
yətini izah etməyə imkan verir. 
“Linqvo-psixologiya  və  ya  dilin  psixologiyası”  adlı 
əsərimizin məntiqi davamı və ya yeni rakursda şərhi mahiy-
yəti  daşıyan  bu  monoqrafiyada  məqsədimiz  haqqında  bəhs 
etdiyimiz “Linqvo-psixoloji vəhdət nəzəriyyəsi”nin tam şər-
hin vermək, söz və forma, nitq və söyləm, eləcə də ümumi-
likdə dil  sistemi baxımından onun tətbiqi imkanlarını əyani 
şəkildə nümayiş etdirməkdir.  
Filologiya  üzrə  elmlər  doktoru  alimlik  dərəcəsi  almaq 
üçün təqdim etdiyimiz “Dillərin leksik-qrammatik səviyyədə 
tədqiqinin linqvo-psixoloji problemləri” adlı dissertasiyamız 
(Bakı,  2014)  üzərində  işləyərkən  psixolinqvistika  sahəsində 
bu günə qədər  mövcud  olan və bildiyimiz  dillərdə yazılmış 
əksər  nəzəriyyə,  konsepsiya  və  mülahizələri  tənqidi  şəkildə 
analiz edərkən onlardan hər birinin  müsbət və  mənfi cəhət-
lərini  üzə  çıxarmağa  çalışdıq.  Onların  çatışmazlıqlarını  ara-
dan qaldırmaq  məqsədi ilə apardığımız araşdırmalar nəticə-
sində  bəzi  məqamlarda  onlarla  səsləşən,  bəzi  məqamda  isə 
onlarla  daban-dabana  zidd  olan  yeni  mülahizələr  irəli 
sürdük.  Nəticədə  tamamilə  fərqli  psixoloji  və  linqvistik 
meyarlara  əsaslanan,  tamamilə  fərqli  minimal  vahidlərə 
malik  olan  və  tamamilə  fərqli  mexanizm  əsasında  reallaşan 
yeni nəzəriyyənin yarandığının şahidi olduq. 
Nə  “Linqvo-psixologiya  və  ya  dilin  psixologiyası”  adlı 
monoqrafiyamızda, nə də dissertasiya işimizdə elm aləminə 
indi  təqdim  etdiyimiz  “Linqvo-psixoloji  vəhdət  nəzəriy-
yəsi”nin  adı  çəkilmir,  müstəqil  nəzəriyyə  kimi  ondan  bəhs 
olunmur.  Belə  bir  nəzəriyyənin  varlığı  haqqında  ilk  dəfə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə