Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   8   9   10   11   12   13   14   15   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
35
 
 
Xüsusi  olaraq  bu  nəzəriyyənin  yaranmasında  bizi  öz 
amansız tənqidləri ilə məsələyə daha ciddi və daha dərindən 
yanaşmağa sövq edən, bəlkə də buna məcbur edən akademik 
Kamal Abdullayevə,  
 
Təklif  etdiyimiz  nəzəri  mülahizələrin  müstəqil  elmi 
konsepsiya  mahiyyəti  daşıdığını  ilk  dəfə  qeyd  edən  və  onu 
müstəqil  elmi  nəzəriyyə  səviyyəsində  işləməyi  məsləhət 
görən  Rusiya  Federasiyası  dövlət  mükafatı  laureatı,  filolo-
giya  elmlər  doktoru,  professor  Zalevskaya  Aleksandra 
Aleksandrovnaya,  
 
Nəzəriyyənin  tanıdılması  ilə  bağlı  məsləhətlərinə  görə 
filologiya elmlər doktoruprofessor Qəzənfər Kazımova,  
 
Verdikləri rəylərdə  bu  nəzəriyyənin orjinallığını və elmi 
faydasını  obyektiv  şəkildə  dəyərləndirdiklərinə  görə  filolo-
giya elmlər doktoru, professor Həbib Zərbəliyevə, psixologi-
ya  elmlər  doktoru,  professor  Ramiz  Əliyevə  və  filologiya 
elmlər doktoru, professor Bahar Cəfərovaya  
 
Mətndəki  xətalarının  düzəldilməsində  bizə  yaxından 
kömək  etdiyinə  görə  aparıcı  elmi  işçisi,  filologiya  üzrə 
fəlsəfə  doktoru,  dosent  Gülsüm  Hüseynovaya,  böyük  elmi 
işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülrux Həsənovaya,  
 
Monoqrafiya  mətnini  kompüterdə  yığdığına  və  verdiyi 
dizayna  görə  kompüter  operatoru  Jalə  Əsgərzadəyə  dərin 
təşəkkürümüzü bildirməyi özümüzə borc bilirik.   
 
 
 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
36
 
 
FƏSĠL 1  
 
LĠNQVO-PSĠXOLOJĠ VƏHDƏT  
NƏZƏRĠYYƏSĠNĠN MAHĠYYƏTĠ  
Ən qədim dövrlərdən  başlamış psixolinqvistikanın  ya-
ranması  tarixinə  qədər,  eləcə  də  bu  istiqamətin  rəsmən 
yaranmasından  sonra  keçən  müddət  ərzində  sözün,  nitqin 
və ümumiyyətlə, dilin əmələ gəlməsi, qəbulu və mənimsə-
nilməsi ilə bağlı aparılan tədqiqatlar “Linqvo-psixologiya 
və ya dilin psixologiyası” adlı əsərimizdə hərtərəfli şəkil-
də tənqidi analizə cəlb olunmuşdur
1
.  
Həmin  fikirləri  burada  təkrar  etməyə  ehtiyac  duy-
muruq.  İndiyə  qədər  mövcud  olan  psixolinqvistik  nəzə-
riyyələrin  qısa  xülasəsini  və  onların  başlıca  çatışmazlıq-
larını,  yəni  bizi  bu  nəzəriyyəni  yaratmağa  sövq  edən  əsl 
səbəbləri  qeyd  etməklə  kifayətlənirik.  Belə  ki,  bizi 
“Linqvo-psixoloji vəhdət nəzəriyyəsi” adlı bu nəzəriyyəni 
yaratmağa  sövq edən başlıca  səbəb  həmin nəzəriyyələrdə 
gördüyümüz  çatışmazlıqlar  və  onları  aradan  qaldırmaq 
istəyimizdir. Psixolinqvistika sahəsində bir-birindən az və 
ya  çox  dərəcədə  fərqlənən  3  (və  ya  5)  istiqamət  və  ya 
məktəb mövcud olmuşdur (son iki istiqamətin müstəqilliyi 
ilə bağlı daha sonra danışacağıq). Minimal vahidlər, ilkin 
əsaslar  və  başlıca  meyarlar  baxımından  həmin  istiqamət 
və ya məktəblərin qısa xarakteristikası aşağıdakı kimidir.  
Biheviorizm  adlandırılan  və  yaradıcısının  Ç.Osqud
2
 
                                                           
1
 Daha ətraflı bax: Əsgərov M.B. Linqvopsixologiya və ya dilin psixologiyası. Bakı, 
“Elm və təhsil”, 2011, s. 26-81. 
2
  Psycholinguistics.  A  survey  of  theory  and  research  problems.  Ed.  By  Ch.E. 
Osgood and T.A. Sebeok. Baltimore, 1954. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
37
 
 
olduğu  qəbul  edilən  birinci  psixolinqvistik  istiqamətin  və 
ya  məktəbin  istinad  etdiyi  psixoloji  əsaslar  D.Uotson 
tərəfindən irəli sürülən “stimul-reaksiya” sxemi, linqvistik 
əsasları  L.Blumfild
1
  tərəfindən  irəli  sürülən  “dilin 
tənzimləmə  funksiyası”dır.  Biheviorizm  tərəfindən  tətbiq 
olunan  metodologiyalar  sırf  psixoloji  metodologiyadır. 
Qoyulan və həll olunan problemlər sırf psixoloji mahiyyət 
daşıyır
2

Neobiheviorizm  adlandırılan,  yaradıcısının  Ç.Osqud
3
  
və  N.Xomski  olduğu  qəbul  edilən  ikinci  psixolinqvistik 
istiqamətin və ya məktəbin istinad etdiyi psixoloji əsaslar 
Ç.Morrisin  irəli  sürdüyü  “stimul-dispozisiya-reaksiya” 
sxemi,  linqvistik  əsasları  N.Xomski  tərəfindən  irəli 
sürülən  “transformativ  qrammatika”  nəzəriyyəsidir
4

Neobiheviorizmin  ilkin  mərhələsində  tətbiq  olunan 
metodologiyalar  sırf  psixoloji  metodologiyadır.  Bununla 
belə,  N.Xomski  tərəfindən  linqvistik  metodologiyanın 
işlənib  hazırlanmasına  cəhdlər  göstərilmiş  və  bu  istiqa-
mətdə bəzi vacib uğurlar da qazanılmışdır. 
N.Xomski belə bir uğur qazanmağa müvəffəq olsa da, 
yaradıcı  (törədici)  qrammatikanın  koqnitiv  kökləri
5
  ilə 
bağlı  bağışlanılmaz  səhvə  yol  vermiş  və  bununla  da 
yaratdığı  nəzəri  metodologiyanın  elmi  dəyərini,  az  qala, 
heçə endirmişdir. 
Qoyulan və həll olunan problemlər C.Morris, Ç.Osqud, 
                                                           
1
 Блумфильд Л. Язык. Москва, «Прогресс», 1968, 607 с. 
2
 Daha ətraflı bax: Əsgərov M.B. Linqvopsixologiya və ya..., 2011, s. 39-42. 
3
 Osgood Ch.E. Psycholinguistik // Psycholinguistik. Darmstadt, 1980, 242 s. 
4
 Хомский Н. Язык и мышления. Москва, “МГУ”, 1972, 122 с. 
5
 Хомский Н. Аспекты теории синтаксиса. Москва, “МГУ”, 1972, 259 с. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə