AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
41
əsasları və minimal vahidləri, nə reallaşma mexanizmi, nə
də ki, hansı səviyyəli dil vahidlərinə tətbiq olunması
qanunauyğunluqları ilə bağlı heç bir elmi ədəbiyyatda
şərh və ya izahata rast gəlinmir. Konneksianist və koqnitiv
psixolinqvistikanın varlığı iddia olunur, amma əsasları,
obyekti, predmeti şərh edilmir.
Konneksianist və koqnitiv psixolinqvistikanın psixoloji
əsası, təbii ki, konneksianist və koqnitiv psixologiyadır.
Amma psixolinqvistikanın bu iki istiqamətinin linqvistik
əsasları, ümumiyyətlə, məlum deyil. Bununla belə hər iki
istiqamətin eyni bir linqvistik əsasa, yəni N.Xomskinin
törədici qrammatika nəzəriyyəsinə meyli şübhəsizdir.
Müəyyən mənada həm biheviorizm və neobihevioriz-
mi, həm də konneksianist və koqnitiv psixolinqvistikanı
eyni xətt üzrə inkişaf edən eyni bir psixolinqvistik
nəzəriyyənin fərqli mərhələləri, qolları da hesab etmək
olar. Amma onlardan hər birinin özünəməxsus psixoloji
əsasının olduğunu nəzərə alsaq, linqvistik əsaslarının da
fərqli olmasının tələb edilməsində bir məntiq və qanuna-
uyğunluq var. Amma faktiki olaraq bunları görmürük.
Yaddaşın konneksianist modelindən (PDP
1
) belə bəhs
olunur: “Rumelhard, Mak-Klelland və başqalarına görə bu
model yaddaş modullarında olan məlumatın reprezen-
tasiyasına əsaslanır… Yaddaşın ayrılıqda götürülmüş hər
bir modulu ... giriş xətti vasitəsilə (sol tərəfdəki) analoji
moduldan informasiyanı alır və çıxış xətti vasitəsilə (sağ
tərəfdəki) digər modula ötürür. Alınmış olan informasiya
bu yolla bütün sistemə yayılır və keçdiyi hər yerdə öz izini
qoyur. Sistemi əmələ gətirən ayrı-ayrı vahidlər arasındakı
1
Parallel distributed processing – paralel paylanmış fəaliyyət
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
42
əlaqənin möhkəmliyindən asılı olaraq yaddaşın izi güclü
və ya zəif ola bilir
1
.
Göründüyü kimi, konneksianist psixolinqvistikanın
psixoloji əsasını ingilis dilindəki adı ilə desək, PDP, yəni
parallel distributed processing, Azərbaycan dilindəki adı
ilə desək PPF, yəni paralel paylanmış fəaliyyət modeli
təşkil edir. Bu modelin mahiyyəti ondan ibarətdir ki, insan
yaddaşını əmələ gətirən beyin hüceyrələri bir-biri ilə
reseptorlar vasitəsilə birləşmiş modullardan ibarətdir. Kə-
nardan alınan istənilən informasiya həmin reseptorlardan
axaraq bütün modullardan keçir və onların hər birində öz
izini qoyur, yəni onların hər birinə qeyd olunur.
Əgər bu həqiqətən də belədirsə, yəni eyni bir informa-
siya “bütün modullardan keçərək orada öz izini qoyursa”,
o halda afaziya nəticəsində müəyyən bir hissəsi zərər
görmüş beyin hüceyrələrində olan informasiya nə üçün
həmişəlik itirilmiş olur? Nə üçün “iz qoymaq yolu ilə”
digər modullarda da olması lazım gələn informasiya hə-
min modullardan operativ yaddaşa qayıtmır, gəlmir?
Bunlar məsələnin sırf psixoloji yönləri ilə bağlı ortaya
çıxan və bu nəzəriyyənin doğruluğunu şübhə altına
almağa kifayət edən cavabsız suallardır. Təqdim etdiyimiz
linqvo-psixoloji vəhdət nəzəriyyəsinin dilçilik elmində
yeri və rolundan bəhs edərkən məsələnin linqvistik tərəf-
ləri ilə bağlı sualları da səsləndirəcəyik.
Koqnitiv psixolinqvistikanın psixoloji əsasını, artıq
qeyd edildiyi kimi, koqnitiv psixologiya təşkil edir və əsas
etibarı ilə şüurun, təfəkkürün mərhələlər üzrə koqnitiv
inkişafından bəhs edir. Məlum olduğu kimi, istənilən psi-
1
Солсо Р. Когнитивная психология. 6-е изд, СПб, Питер 2011, с. 288-289
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
43
xoloji aktivliyin və o cümlədən də, nitqyaratma prosesinin
koqnitiv köklərinin olması ideyası ilkin olaraq N.Xomski-
nin adı ilə bağlıdır. Bu nəzəriyyəni elmin müasir səviyyə-
sinə uyğun şəkildə yenidən işləyən müəlliflər, yəni
koqnitiv psixologiyanın yeni versiyasının müəllifləri Jan
Piaje və Robert Solso hesab olunur.
İxtisasca psixoloq olan Jan Piajenin bu nəzəriyyəyə
gətirdiyi elmi yenilik ondan ibarətdir ki, uşaqların şüur və
təfəkkür imkanları yaş qruplarına uyğun şəkildə mərhələ-
lərlə inkişaf edir. J.Piajenin ən fundamental elmi tədqi-
qatları 0-15 yaşlı uşaqlar üzərində aparılan eksperiment-
lərin nəticələrinə əsaslanır və intellektin inkişaf mərhələ-
lərindən bəhs edir
1
.
Robert Solso tərəfindən koqnitiv psixologiyaya
2
gətiri-
lən ən başlıca elmi yenilik isə ondan ibarətdir ki, yaddaş
müvəqqəti və daimi, dəyişən və stabil, toplayıcı və ümu-
miləşdirci, primitiv və təkmilləşmiş və s. kimi müxtəlif
proposizyalar şəklində nəzərdən keçirilir. Bununla belə
şüurun mərhələli inkişafı ilə bağlı, yəni dərketmənin
ontologiyası məsələsində uşaqların tədrici inkişafı prosesi
yenə də ilkin meyar, ilkin analogiya kimi təqdim olunur.
Beləliklə də, ilkin sözün, nitqin yaranması prosesi ilə
uşağın dil açması prosesi arasına bərabərlik işarəsi qoyul-
maqla eyni metodoloji səhv olduğu kimi təkrarlanır.
Koqnitiv psixologiyanın daha bir üstün cəhəti ondan
ibarətdir ki, biheviorizm və klassik neobiheviorizmdən
fərqli olaraq koqnitiv psixologiyanın bu səviyyəsində
eksperimental şəkildə müşahidəsi mümkün olmayan
1
Пиаже
Ж
.
Психология
интеллекта. –
В
кн.: Избранные
психологические
труды. М.: Просвещение, 1969, с. 55-231.
2
Солсо Р. Когнитивная психология. 6-е изд, СПб, Питер 2011, 589 с.
Dostları ilə paylaş: |