Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   18   19   20   21   22   23   24   25   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
65
 
 
yaranıb, hər kiçik kürənin üstündə tünd rəngli xırda nöqtə-
lər,  nöqtələrin  ortasında  tikanvari  nazik  tükcüklər  var, 
şirəsi  əldə  qırmızı  ləkələr  yaradır,  adi  su  ilə  yuduqda  bu 
ləkələr, demək olar ki, yox olur; 
b.  Friktual  təmasın  nəticələri  (toxunma  ilə  bağlı): 
ümumi  gövdəsi  yumşaqdır,  diş  altında  əzildikdə  içindən 
maye  çıxır,  kiçik  kürəciklərin  içində  diş  altında  xırçıl-
dayan  xırda  toxumcuqlar  var;  tikanvari  nazik  tükcükləri 
dodaq  və  dili  yüngülcə  dalayır,  şirəsi  əldə  və  dodaqlarda 
yapışqanlıq yaradır, su ilə yuduqda yapışqanlıq yox olur; 
c.  Tastual  təmasın  nəticələri  (dadbilmə  ilə  bağlı): 
ümumi  dadı  şirindir,  çox  çeynədikdə  turşluq,  diş  altında 
əzilən xırda toxumcuqlarında zəif yağ dadı hiss olunur;  
d. Attaral təmasın nəticələri (qoxubilmə ilə bağlı): spe-
sifik qalıcı (təxminən 1-2 saat) şirin qoxusu var, adi su ilə 
yuduqda bu qoxu dərhal yox olmur və s. 
Göründüyü kimi, burada vizual, friktual, tastual, attaral 
təmas  nəticəsində  yaranan  intellekt  obrazlarının  yalnız 
sözlə  ifadəsi  mümkün  olan  bir  qismi  sadalanmışdır. 
Burada  təmasda  olduğumuz  meyvənin  dağ  moruğu  oldu-
ğunu  başa  düşdünüz  və  yəqinliklə  deyə  bilərsiniz  ki,  bu 
meyvə ilə bağlı yaranan intellekt obrazları yalnız bu sada-
lananlardan  ibarət  deyil.  Təbii  ki,  həmin  meyvə  ilə  bağlı 
daha  bir  sıra  xüsusiyyəti  yuxarıdakı  sıralara  əlavə  edə 
bilərsiniz. 
Bir cəhətə də diqqət yetirmək lazımdır ki, həmin mey-
və ilə bağlı sözlə ifadə olunmuş xüsusiyyətlər onların real 
obrazları ilə müqayisədə daha zəif və solğundur. Yəni bir-
başa  vizual,  friktual,  tastual,  attaral  təmas  nəticəsində 
yaranan intellekt obrazlarının özü isə daha canlı və gerçə-
yə daha yaxındır. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
66
 
 
Yaz  yağışından  sonra  səmanı  bəzəyən  göy  qurşağını 
hamımız  görmüşük  və  onu  da  bilirik  ki,  istənilən  dildə 
mövcud olan 7 və ya 12 rəng adı onun təsviri üçün kifayət 
edə  bilməz.  Yəni  həmin  rəng  adlarının  istənilən  ardıcıl-
lıqla  və  ən  böyük  sənətkarlıqla  sıralanması  belə,  heç  bir 
halda göy qurşağındakı əsrarəngiz gözəlliyin real təsvirinə 
kifayət  edə  bilməz.  Təbii  ki,  göy  qurşağının  yaddaşımıza 
həkk  olunmuş  obrazının  təsviri  üçün  bu  sözlər  kifayət 
deyil.  Göy  qurşağının  rəng  keçidlərindəki  bütün  çalarları 
sözlə ifadə edə biləcək bir dil mövcud deyil. Təbiətdə göy 
qurşağını  bircə  dəfə  də  olsun  görən  və  daltonik  olmayan 
hər bir insan həmin rəng keçidlərini sözlə ifadə edə bilmə-
sə  də,  yadına  salıb  gözləri  önündə  canlandıra,  xatırlaya 
bilər. Bu deyilənlər onu sübut edir ki, gerçəklik elementini 
insan  beynində  əks  etdirən  “Nitq  fəaliyyəti  nəzəriyyəsi” 
tərəfdarlarının  iddia  etdiyi  kimi  söz  va  ya  nitq  yox,  intel-
lekt obrazıdır. Əksetdirmə imkanları baxımından intellekt 
obrazı sözdən daha tutumlu və dəqiqdir.  
Söz  və  onun  əks  etdirmək,  təsvir  etmək  imkanları  ilə 
bağlı  akademik  K.Abdullayev  yazır:  “Söz,  əslində,  real 
həyatda  gedən  prosesin  ümumiləşdirilmiş  adıdır…  Həyat 
zəngindir,  əlbəttə  ki,  söz  o  zənginliyi  əks  etdirə  bilməz. 
Həyat  sonsuzluq  qədərincə  rəngarəngdir,  söz  isə  sonsuz 
deyil…  Həyat  rəngli  televizordur,  söz  isə  ağ-qara.  Həyat 
mütləqdir, söz isə təhrif edir…”
1

Söz  də  təsvir  etmək  və  ya  əks  etdirmək  qabiliyyətinə 
malikdir.  Amma  göy  qurşağı  nümunəsində  də  gördüyü-
müz kimi, əvvəla, tutum və dəqiqlik baxımından söz intel-
                                                           
1
 Abdullayev K. Dilçiliyə səyahət. Dilçi olmayanlar üçün dilçilik. Bakı, “Mütərcim”, 
2010, s. 136-137. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
67
 
 
lekt  obrazı  ilə  müqayisə  oluna  bilməz  dərəcədə  zəifdir. 
İkinci  tərəfdən,  söz  birbaşa  gerçəklik  elementinin  tam 
mahiyyətini  deyil,  sadəcə  onun  dərk  olunmuş,  birinci 
intellekt  obrazı  şəklində  mənimsənilmiş  xüsusiyyətlərini 
təsvir və əks etdirən yardımçı vasitədir.  
Təmasda  olduğumuz  bütün  gerçəklik  elementləri  ilə 
bağlı,  eləcə  də  yuxarıda  haqqında  danışılan  dağ  gəzintisi 
ilə bağlı beynimizdə minlərlə intellekt obrazı yaranır, əsas 
yaddaşa qeyd olunur.  
 
 
 
 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
ĠO-1 
 
 
 
 
Bunun  nəticəsi  olaraq  həm  bütünlükdə  dağ  gəzintisi, 
həm  də  onu  əmələ  gətirən  hər  bir  daxili  element:  dağlar, 
ağaclar,  səma,  bulaq,  quşlar  və  s.,  eşitdiyimiz  çoxsaylı 
musiqi  notları,  davam  edən  və  kəsilən  səs  axarı  və  s.  bu 
kimi vahidlər uzun müddət əsas yaddaşımızda qalır.  
Dərketmə  prosesinin  birinci  fazasında  beynimizdə  o 
vahidlərin  hər  birinə  ekvivalent  olan  ayrı-ayrı  intellekt 
obrazları  yaranır.  İkinci  fazada  bu  obrazlar  beyin  apara-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə