Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
89
 
 
deyildir. Göründüyü kimi, dil struktur vahidlərinin iştirakı 
ilə  (vokal  və  ya  vizual-vokal)  daxil  olan  məlumatlarda 
belə, bu vahidlərin rolu analoji informasiya  daşıyan digər 
üsul və növlər qədərdir. Dolğunluq və tamlıq baxımından 
isə,  hətta  dil  struktur  vahidləri  və  ya  nitq  onlardan  bir 
qədər zəifdir. 
İnsan  yarandığı  gündən  ünsiyyət  mühitinə  düşür.  Bu 
onun  həyat  tərzinə  çevrilir.  Cəmiyyət  daxilində  yaşayan 
insan istənilən vaxt ya aktiv, ya da passiv ünsiyyətdə olur. 
Başqaları  ilə  söhbət  edərkən,  bildiklərini  yazarkən  və  ya 
danışarkən  o,  aktiv  kommunikant,  danışılanları  dinləyər-
kən,  yazılmışları  oxuyarkən  passiv  kommunikant  funk-
siyasında  olur.  Ünsiyyət  insanın  və  insanlığın  atributla-
rından biridir. Buna görə də insanın hər hansı fəaliyyətini, 
o  cümlədən  də  təfəkkür  prosesini  tam  olaraq  ünsiyyətsiz, 
nitqsiz, dilsiz, sözsüz təsəvvür etmək çətindir.  
Artıq  qeyd  olunduğu  kimi,  ümumi  təfəkkür  proseslə-
rinin  dərketmə  mərhələsində  dil  struktur  vahidləri  yalnız 
birinci  və  dördüncü  fazalarda  və  illüstrativ  şəkildə  iştirak 
edir. Amma bununla belə, diqqətlə fikir versək, görərik ki, 
dil  struktur  vahidləri  ilə  heç  bir  əlaqəsi  olmayan  şeylər 
haqqında  düşündükdə,  məsələn,  çoxdan  görmədiyimiz 
köhnə bir tanışın sifətini yada salmağa çalışanda belə, biz 
öz-özümüzə  bəzi  sözlər  deyirik:  “Yox,  o  deyil,...  yox,  ... 
yox, bu da o deyil, ...  hə, yadıma düşdü”.  
Bu  kimi  sözlər  mahiyyət  etibarı  ilə  kiminsə  sifət  ciz-
gilərinin  xatırlanmasında  heç  bir  rol  oynamır.  Amma  elə 
sözlər  də  vardır  ki,  onlar  sifət  cizgilərini  xatırlamaq  üçün 
bir növ açar, xüsusi kod rolunu oynayır.  
Belə deyə bilərik ki, hər hansı bir xarici əlamətinə uy-
ğun ləqəbi olan insanları xatırlamaq, ləqəbi olmayan digər 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
90
 
 
insanları xatırlamaqdan xeyli asandır. Məsələn, mən Bığlı 
Bağçalını, Çopur Ələsgəri, Topal Məcidi asanlıqla xatırla-
yıram, amma nə qədər cəhd etsəm də, onlarla eyni vaxtda 
gördüyüm digər insanları xatırlamaqda çətinlik çəkirəm.  
Məsələn,  Bığlı  Bağçalı  dedikdə, 
əvvəlcə  onun  ucları  yuxarı  qalxmış 
şeşə  bığları  gözümün  önündə  canla-
nır  və  yalnız  bundan  sonra  sifətinin 
digər cizgilərini xatırlayıram. 
 
Bu  nümunədən  də  görürük  ki,  sinktual  dərketmə  ilə 
heç  bir  əlaqəsi  olmayan  vizual  dərketmədə  belə  sözlər 
artıq açar, kod rolunu oynayır.  
Sinktual  dərketmənin  dünyada  ən  geniş  yayılmış  for-
ması  qarışıq  və  ya  sintez  obrazlarla  dərketmədir.  Sintez 
obrazların,  demək  olar  ki,  hamısının  tərkibində  ən  cüzi 
şəkildə  də  olsa,  dil  elementləri,  sözlər  vardır.  Amma  bu 
obrazlardakı  dil  elementləri  həm  forma,  həm  də  daşıdığı 
məna baxımından ünsiyyət vasitəsi kimi istifadə etdiyimiz 
dildən  əsaslı  şəkildə  fərqlənir.  Bu  obrazlardakı  dil 
elementləri  ləqəbli  insan  adları  ilə  bağlı  verdiyimiz 
nümunədə  olduğu  kimi,  artıq  ünsiyyət  dili  mahiyyəti 
daşımır, kod, açar, simvol rolu oynayır.  
 
Nəzəriyyənin əsasları. 
İndi  də: 
Linqvo-psixoloji  vəhdət  nəzəriyyəsinin 
əsasında nə dayanır?
 – sualına cavab verməyə çalışaq.  
Əslində  bu  suala  cavab  vermək  müstəqil  konsepsiya 
kimi təqdim edilən linqvo-psixoloji vəhdət nəzəriyyəsinin 
psixoloji və linqvistik əsaslarını şərh etmək deməkdir. 
Bu tədqiqatın psixoloji əsasını S+O+F (stimul + obraz 
+ fəaliyyət) sxemi təşkil edir. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
91
 
 
Təqdim  etdiyimiz  psixoloji  sxemdə  gerçəklik  elemen-
tinin nəzərə alınmadığı ehtimal oluna bilər. Amma stimu-
lun varlığı, artıq gerçəklik (G) elementinin də mövcudlu-
ğunu təsdiq edir. Aydındır ki, bu fəaliyyətin son məqsədi 
dərketmədir. Yəni həmin sxemin G+S+O+F=D (gerçəklik 
elementi  +  stimul  +  intellekt  obrazı  +  fəaliyyət  = 
dərketmə) şəklində olması, bizcə, mahiyyətcə heç nəyi də-
yişmir.  Amma  istənilən  halda  həmin  sxem  formal  olaraq 
bu şəkildə tamamlanmalıdır.  
Gerçəklik  elementinin  və  onun  adının  dərk  olunması 
(F) belə baş verir ki, gerçəklik elementinin(G
1
) hiss orqan-
larına təsiri (S
1
) nəticəsində beyin aparatı vasitəsilə həmin 
gerçəklik  elementinə  ekvivalent  olan  birinci  intellekt 
obrazı (O
1
) yaranır (F
1
 – birinci fəaliyyət). Gerçəklik ele-
mentinin  (məs.:  masanın)  vizual  obrazının  gözlərimiz 
önündə  canlanmasını,  məhz  dərketmə  nəticəsində  beyni-
mizdə yaranan birinci intellekt obrazı təmin edir.  
Dərk  olunmuş  gerçəklik  elementi  haqqında  informa-
siya  vermək  ehtiyacı  (S
2
)  nəticəsində  sinktual  dərketmə 
yolu  ilə  həmin  gerçəklik  elementini  əks  etdirən  dil 
struktur vahidi (G
2
) yaranır (məsələn, “masa” sözü). İkinci 
sıra  gerçəklik  elementi  mahiyyəti  daşıyan  dil  struktur 
vahidinin  (sözün)  dərk  olunması  nəticəsində  ikinci 
intellekt obrazı (O
2
) yaranır (F
2
– ikinci fəaliyyət). Gözləri-
miz  önündə  dörd  hərfdən  ibarət  olan  “masa”  sözünün 
vizual obrazının canlanmasını, məhz dərketmə nəticəsində 
beynimizdə yaranan ikinci intellekt obrazı təmin edir.  
Ayaqlar üzərində dayanan və müstəvi formasına malik 
düz səthi olan əşyanın dərk edilməsi yolu ilə yaranan əşya 
obrazı (G
1
 - birinci sıra və ya ilkin gerçəklik elementi) və 
onun  dörd  hərfdən  ibarət  olan  adı  (G
2
  -  ikinci  sıra  ger-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə