Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   24   25   26   27   28   29   30   31   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
83
 
 
raq  modullaşmadan istifadə  edildiyinə  görə  transformativ 
modullaşmaya  aid  nümunəni  bu  dərketmə  üsulu  ilə  bağlı 
verməyi  daha  məqsədəuyğun  hesab  etdik.  Amma  bu,  heç 
də o demək deyil ki, digər dərketmə üsullarında modullaş-
madan istifadə olunmur
1
.  
Sinktual  dərketməyə  hazırlıq  mərhələsinin  ikinci  ya-
rımaktında  intellekt  kodları  gerçəklik  elementinin  modul-
laşmış  obrazına  çevrilərkən  onlar  bir  növdən,  bir  neçə 
növdən, əksər halda isə müxtəlif növlərin sintezindən iba-
rət olur. Yüksək intellekt və böyük təxəyyül gücünə malik 
olan insanlarda sinktual dərketmə və ya yaradıcı düşünmə 
prosesi tutumu intellekt kodlarına yaxın olan ən mücərrəd 
obrazlarla  həyata  keçirilir.  Bütün  normal  düşünmə  qabi-
liyyətinə  malik olan insanlarda bu  proses sintez olunmuş, 
qarışıq tipli obrazlarla həyata keçirilir.  
Düşünmə qabiliyyəti zəif olan insanlarda isə bu proses 
ya  ümumiyyətlə  alınmır,  ya  monoton  intellekt  obrazları 
ilə, ya da mətn formasında modullaşmış obrazlarla həyata 
keçirilir.  Onlarda  düşünmə  prosesi  monoloq-mətn  şək-
lində və böyük ehtimalla, mətn oxunuşu sürəti ilə gedir.  
Onu  da  qeyd  edək  ki,  düşünmə  qabiliyyəti  çox  zəif 
olan  insanlar  sinktual  dərketməyə  hazırlığın  ikinci  ya-
rımaktında  intellekt  kodu  mətn  formasında  modullaş-
mayan  gerçəklik  elementlərini  dərk  edə  bilmədiklərindən 
sinktual  dərketmə  prosesi  ilə  bağlı  onlardan  danışmağa 
ehtiyac belə qalmır.  
“Düşünərək dərketmə dil vasitəsilə gerçəkləşir” fikrini 
inkar  etsək  də,  bu  dərketmədə  dilin  ümumiyyətlə  iştirak 
                                                           
1
  Modullaşmanın  digər  növləri,  modullaşan  obrazın  gerçəklik  elementinə  və 
təfəkkür  subyektinə  uyğunluğu məsələləri  ilə  bağlı  daha  ətraflı  bax:  Əsgərov  M.B. 
Linqvopsixologiya və ya..., 2011, s.119-125. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
84
 
 
etmədiyini  də  iddia  etmirik.  Bu  dərketmədə  dilin  iştirakı 
fikri ilə  qismən razılaşmaq olar. Belə  ki, sinktual dərket-
mənin əksər hissəsi dilin iştirakı olmadan baş verir.  
Fərz  edək  ki,  biz  rəssamıq  və  bir  vaxt  fırçanı  əlimizə 
alıb yuxarıda haqqında danışılan dağ gəzintisini xatırlayır, 
o cənnət guşəsinin rəsmini çəkirik.  
Dağ, meşə, ağaclar, çəmən, çiçəklər, 
quşlar,  kəpənəklər  kimi  gerçəklik 
elementlərini  yada  salır,  təxəyyülü-
müzün gücü ilə onların kompozisiya-
sını,  rəng  çalarlarını  müəyyənləş-
dirir, gözəl bir tablo yaradırıq. 
 
Bu  yaradıcılıq  prosesində  biz  dilə  heç  bir  ehtiyac 
duymuruq. 
Fərz edək ki, bəstəkarıq, piano arxasında oturub o vaxt 
eşitdiyimiz çoban bayatısının motivləri əsasında gözəl bir 
musiqi əsəri bəstələyirik, yaxud kulinarıq, həmin giləmey-
vənin dadını təkrarlayan bir şirniyyat növü bişiririk, yaxud 
da  əttarıq  və  həmin  meyvənin  ətrinə  bənzər  yeni  bir  ətir 
hazırlayırıq.  Sinktual  dərketmənin  nəticəsi  olan  bu  yara-
dıcılıq proseslərində də sözə, dilə ehtiyac duymuruq. 
Sinktual  dərketmədə  dildən,  ayrı-ayrı  leksemlərdən 
ümumiləşdirici,  birləşdirici,  fərqləndirici,  əlaqələndirici 
vasitələr kimi istifadə oluna bilər. Əsas düşünmə və dərk-
etmə  prosesi  isə  intellekt  obrazları  və  kodları  ilə  həyata 
keçirilir. Hətta gerçəklik obrazı (1-ci aktın 1-ci fazasında) 
və  sinktual  dərketmə  obrazı  (1-ci  aktın  4-cü  fazasında) 
mətn  əsasında  formalaşsa  belə,  düşünmə  prosesinin  intel-
lekt obrazları ilə həyata keçdiyini qətiyyətlə deyə bilərik.  
Əgər  real  obrazı  mətn  əsasında  formalaşan  gerçəklik 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
85
 
 
elementi  ilə  bağlı  dərketmə  və  düşünmə  prosesi  intellekt 
obrazları  ilə  deyil,  ünsiyyət  zamanı  istifadə  etdiyimiz 
mətnlə  həyata  keçsəydi,  o  halda  hər  hansı  bir  romanın 
personajlarından  birini  səciyyələndirmək  üçün  bizə  1-ci 
aktın  4-cü  fazasında  həmin  romanı  oxumağa  sərf  olunan 
vaxt  qədər,  cümləni  üzvlərə  görə  təhlil  edib  onların  ifadə 
vasitələrini  müəyyənləşdirmək  üçün  isə  cümlə  üzvləri  və 
onların  ifadə  vasitələri  haqqında  elmi  ədəbiyyatlarda 
verilmiş  mətnlərin  oxunmasına  sərf  olunan  qədər  vaxt 
lazım gələrdi. Amma belə tapşırıqların həlli ilə bağlı bizə 
təxminən bir neçə saniyə (bəzən daha az) vaxt lazım olur 
və biz dərhal həmin tapşırığın əməli icrasına başlayırıq.  
Bəzən  bu  kimi  tapşırıqların  həlli  zamanı  biz  yalnız 
verilmiş  tapşırığın  birbaşa  cavabını  deyil,  onunla  bağlı 
olan digər məlumatları da xatırlayırıq.  
Məsələn, bir elmi seminarda yağın zərəri və ya faydası 
haqqında  mübahisə  edərkən  qəflətən  evdə  yağın  qurtar-
dığını və yağ almaq lazım gəldiyini xatırlayırıq (yuxarıda 
çoxmənzilli binalara və dünya internet şəbəkəsinə bənzət-
məklə intellekt kodlarının belə çoxfunksiyalı və çoxgirişli 
olduğunu qeyd etmişdik).  
Bəzən  də  heç  bir  şey  düşünmədən  sakitcə  oturub  mu-
siqi dinlədiyimiz halda, qəflətən hansısa bir hadisəni və ya 
şəxsi xatırlayırıq. Amma dərindən analiz etdikdə yadımıza 
düşür ki, həmin şəxs və ya hadisə ilə qarşılaşarkən bu mu-
siqi  parçasını  eşitmişdik.  Bəzən  də  qəflətən  yada  düşən 
belə  hadisə  və  ya  şəxslərin  hal-hazırkı  vəziyyətimizlə  nə 
əlaqəsi  olduğunu,  onu  nə  üçün  və  ya  nəyin  təsiri  ilə 
xatırladığımızı,  ümumiyyətlə,  müəyyənləşdirə  bilmirik. 
Bunun  səbəbi  odur  ki,  şüurumuz  baş  beyindəki  intellekt 
obraz  və  kodları  üzərindən  çox  böyük  sürətlə  şütüyərək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə