Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   29   30   31   32   33   34   35   36   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
98
 
 
kodlar vasitəsilə qeyd edilir.
 
 
Leksik  səviyyəli  söz  yaratmanın  ümumi  prinsiplərinə 
uyğun olaraq istənilən gerçəklik vahidinə ad verməmişdən 
əvvəl  onun  funksional  rolunu,  zahiri  görünüşünü,  eyni 
zamanda  müxtəlif  dünya  dillərində  ona  nə  ad  verildiyini 
və  bu  zaman  hansı  meyarlardan  çıxış  edildiyini  nəzərə 
almaq lazımdır.   
Zahiri  görünüşü  baxımından:  bu  tərəvəz  balaca 
kələmə,  küknar  ağacının  yetişərək  partlamış  qozasına  və 
ya çatlamış, ağzı açılmış nara bənzəyir. 
Funksional  rolu  baxımından:  bu  bir  tərəvəz  növüdür, 
yeməli  bitkidir,  eyni  zamanda  yuxarıda  qeyd  edilən  tibbi 
faydalara da malikdir. 
Dünya dillərində verilən ad baxımından
-  alman,  ingilis,  fransız,  rus  və  bir  çox  Avropa  dillə-
rində  bu  tərəvəzə  -  artischocke,  artichoke,  artichaut, 
артишоки  deyilir.  Bu  adın  qədim  latın  dilində  işlənmiş 
arti  (sənət)  və  schocke  (heyrətamiz,  qeyri-adi)  sözlərinin 
birləşməsindən  əmələ  gəldiyi,  təxminən  heyrətamiz  sənət 
mənası  ifadə  etdiyi  ehtimal  oluna  bilər.  Belə  ki,  bu  tərə-
vəzin həm zahiri görünüşü bir sənət əsərinə bənzəyir, həm 
də insan sağlamlığına qeyri-adi, möcüzəvi faydaları var.    
-  italyan,  ispan,  portuqal  dillərində  bu  tərəvəzə  - 
carciofo,  alcachofa
1
,  alcachofras  deyilir.  Bu  adın  qədim 
yunan  dilində  işlənmiş  αλκα  (sərxoş)  və  κοσράς  (üstü 
                                                           
1
 Bu tərəvəzin ispan dilindəki adını ifadə edən alcachofa sözünün ikinci hissəsinin, 
yəni chofa sözü müasir türk dilində işlənən və baş mənasını ifadə edən kafa sözü ilə 
eyni kökdən və eyni mənşədən olduğunu ehtimalı edirik. Xristian dini mənbələrində 
belə deyilir ki, İsa Məsihin edam edildiyi, çarmıxa çəkildiyi xaç məhz Kolkafa dağı 
üzərində  qurulmuşdu.  Bizcə  bu  dağın  adının  müasir  Türk  dilində  işlənən  kelkafa 
(keçəl baş) sözü və ya ifadəsi ilə eyni kökdən və eyni mənşədən olamsı ehtimalı da 
çox yüksəkdir.  


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
99
 
 
qırxılmış baş)  sözlərinin birləşməsindən əmələ  gəldiyi və 
təxminən  üstü  qırxılmış  sərxoş  baş  mənası  ifadə  etdiyi 
ehtimal oluna bilər. Belə ki, bu tərəvəzin zahiri görünüşü 
həqiqətən də üstü qırxılmış başa bənzəyir, digər tərəfdən-
sə, onun suyu insanda yüngül sərxoşluq yaratmaq qabiliy-
yətinə malikdir. 
-  latın  və  Malta  dillərində  bu  tərəvəzə  -  cactus  və 
qaqoċċ deyilir. Bu sözlərin xüsusi izahata ehtiyacı yoxdur.  
-  fars  dilində  -  گ نر ف  رگ ن ک  –  firəngi  kəngər,  yəni 
Fransadan (Avropadan) gətirilmiş kəngər  deyilir. Bu adın 
da izahına ehtiyac duymuruq.  
-  irland  dilində  bu  tərəvəzə  -  bhliosán  gréine  –  yəni 
günəşvari kəngər deyilir. Həqiqətən də, tərəvəzin gorunu-
şündə günəşə bir bənzərlik, bir oxşarlıq hiss olunur.  
-  türk,  rumın  və  bir  sıra  başqa  şərqi  Avropa  və  şərq 
dillərində bu tərəvəzə  -  enginar və anghinare  deyilir. Bu 
adın  fars  mənşəli  əng  (ağız,  daxil,  iç)  və  nar  sözlərinin 
birləşməsindən  əmələ  gəldiyi  və  təxminən  ağzı  açılmış 
nar yaxud da narın ağzı mənasını ifadə etdiyi ehtimal olu-
na  bilər.  Belə  ki,  əvvəldə  də  qeyd  etdiyimiz  kimi,  bu 
tərəvəzin  zahiri görünüşündə partlamış,  ağzı açılmış nara 
bir bənzərlik, bir oxşarlıq vardır. 
Əgər  belə  fərz  etsək  ki,  bu  tərəvəzin  bu  günə  qədər 
Azərbaycan  dilində  adı  yoxdur,  o  halda  yuxarıda  qeyd 
edilən  analogiyalardan  hər  hansı  biri  əsasında  ona  müəy-
yən  bir  ad  vermək  olardı.  Yəni  bu  tərəvəzə  heyrətamiz 
sənət,  üstü  qırxılmış  sərxoş  baş,  fransız  kəngəri,  günəş 
şəkilli  kəngər,  narın  ağzı  mənalarından  hansısa  birinə 
uyğun olan ad verilə bilərdi. Eləcə də, bu tərəvəzin digər 
cəhətlərini,  həmçinin,  Azərbaycan  dilində  hal-hazırda 
mövcud olan söz yaradıcılığı ənənələrini də nəzərə almaq-


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
100
 
 
la ona tamamilə fərqli, tamamilə orijinal bir ad, məsələn, 
qırxıqbaş  və  ya  narağzı  adlarından  birini  vermək  olardı. 
Amma  Azərbaycan  dilində  bu  tərəvəz  üçün  yeni  ad 
verilməsinə  ehtiyac  duyulmamışdır.  Sadəcə  olaraq  onun 
Türk  dilindəki  adının  (enginar)  Azərbaycan  dilinin  orfo-
qrafik və orfoepik normalarına uyğunlaşdırılması yolu ilə 
qəbul  edilməsi  daha  məqsədəuyğun  hesab  edilmişdir. 
Yəni bu tərəvəzə Azərbaycan dilində ənginar deyilir.  
Əgər  indiyə qədər  bu  ad  sizə  məlum deyildisə, deməli 
sizin  beyninizdə  bu  gerçəklik  vahidi  ilə  bağlı  sadəcə  iki 
elementdən ibarət olan intellekt kodu vardı. Bu adı öyrən-
dikdən dərhal sonra sizin beyninizdəki həmin 2 elementli 
intellekt koduna daha iki element əlavə olundu və bu kod 
4 elementli  intellekt koduna çevrildi. 
 
ĠO-1 
ĠO-

Ənginar 
Buraya  qədər  deyilənlər  əsasında  sözün  yaranmasının 
vizual  qaydasını  nəzərdən  keçirdik.  İndi  də  həmin  sözün 
yaranmasını psixoloji proseslər əsasında nəzərdən keçirək. 
Sinktual dərketməyə hazırlıq mərhələsində, yəni ümumi 
dərketmə  prosesinin  birinci  aktının  birinci  fazasında  bu 
tərəvəzin  görünüşü,  əlamətləri,  eləcə  də,  funksiyası  ilə 
bağlı  verilən  izahat  və  s.  əsasında  vizual-vokal  dərketmə 
metodu  ilə  beynimizdə  ona  ekvivalent  olan  birinci  intel-
lekt  obrazı  yaranır.    Birinci  aktın  ikinci  fazasında  həmin 
tərəvəzin  birinci  intellekt  obrazı  bənzər  vizual  və  funk-
sional xüsusiyyətlərə  malik olan digər gerçəklik element-
lərinin (məsələn, kələmin, şam qozasının, narın və s.) baş 
beyində mühafizə olunan birinci intellekt obrazlarının mü-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə