Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
95
 
 
FƏSĠL 2 
 
LĠNQVO-PSĠXOLOJĠ VƏHDƏT 
NƏZƏRĠYYƏSĠNĠN  
DĠL SĠSTEMĠNDƏKĠ YERĠ 
 
Bu  tədqiqatın  qarşısında  iki  əsas  məqsəd  və  ya  vəzifə 
durur.  Birinci  vəzifə  sadəcə  nitqin  deyil,  ümumilikdə, 
dilin  bütün  struktur  vahidlərinin  yaranma  və  mənim-
sənilmə mexanizmini müəyyənləşdirməyə qadir olan yeni 
nəzəriyyə  yaratmaqdır.  Birinci  fəsildə  linqvo-psixoloji 
vəhdət  nəzəriyyəsinin  minimal  vahidləri,  psixoloji  və 
linqvistik  əsasları,  reallaşma  mexanizmi  elmi  cəhətdən 
əsaslandırılmış,  sadə  və  anlaşıqlı  dillə  şərh  edilmişdir. 
Yəni tədqiqatın qarşısında duran birinci vəzifə  yerinə ye-
tirilmişdir.  
Qarşıda duran ikinci  vəzifə isə bu nəzəriyyənin tətbiqi 
ilə bütün dil struktur vahidlərinin, yəni sözün və formanın, 
nitqin  və  söyləmin  həm  yaranma,  həm  də  mənimsənilmə 
mexanizmini  şərh  etmək,  dilin  linqvo-psixoloji  sistem 
mahiyyətini  üzə  çıxarmaqdır,  yəni  irəli  sürülən  bütün 
nəzəri  fikir  və  mülahizələrin  doğruluğunu  elmi  cəhətdən 
əsaslandırmaqla  yanaşı  onların  düzgünlüyünü  praktik 
şəkildə sübut etməkdir. Tədqiqatın qarşısında duran ikinci 
vəzifəni təqdim edilən əsərin bu fəslində yerinə yetirməyə 
çalışacağıq.  
Əvvəlcədən  qeyd  edək  ki,  söz  və  ya  forma,  eləcə  də, 
intellektual nitq düşünərək dərketmə nəticəsində, digər adı 
ilə desək, sinktual dərketmə prosesində yaranır. Ünsiyyətə 
xidmət edən kommunikativ nitq və ya söyləm isə istənilən 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
96
 
 
dərketmə aktının dördüncü fazasında yaranır. Həm söz və 
forma,  həm  də  istənilən  nitq  növü  hansı  üsulla,  necə,  nə 
məqsədlə  yaranırsa  yaransın,  vizual-vokal,  yaxud  da 
vizual-verbal  dərketmə  üsulunun  birinci  fazasında  qəbul 
edilir, mənimsənilir və dərk olunur.  
Tədqiqatın  bu  hissəsi  formaların  istər  psixolinqvistik, 
istərsə  də  linqvo-psixoloji  analizinə  ilk  cəhddir.  Belə  ki, 
bu günə qədər mövcud olan heç bir psixolinqvistik məktəb 
və  ya  istiqamət  nə  leksik,  nə  leksik-qrammatik,  nə  də 
qrammatik  formaların  analizinə  və  ya  tədqiqinə  heç  bir 
zaman cəhd göstərməmişdir.  
 
Sözün yaranması. 
Əvvəlcə: 
Söz  nədir  və  necə  yaranır?
  –  sualına  cavab 
verməyə çalışaq. 
Söz  –  iki  boşluq  arasındakı  hərflər  və  ya  iki  fasilə 
arasındakı səslər zənciridir. Buna görə də sözün yaranması 
və dərk olunmasından danışarkən onun bütün formalarını, 
yəni  leksik,  qrammatik  və  leksik-qrammatik  formaları 
nəzərə almaq lazımdır.   
Bunu  da  bir  daha  xatırlatmaq  istərdik  ki,  söz  və  ya 
forma  yalnız  dərk  olunmuş  gerçəklik  elementi  ilə  bağlı 
yarana  bilər.  Əgər  gerçəklik  elementi  əvvəlcədən  dərk 
olunmamışdırsa,  ya  da  adının  verilməsi  ilə  eyni  vaxtda 
dərk edilmirsə, onunla bağlı söz  yarana bilməz, eləcə  də, 
yaddaşda  olmayan  və  ya  yaddaşdan  silinmiş  gerçəklik 
elementi ilə bağlı olan söz dildə qala bilməz.  
Sözün yalnız dərk olunmuş gerçəklik elementi ilə bağlı 
yarandığını  akademik  Kamal  Abdullayev  belə  şərh  edir: 
“Həm söz, həm cümlə vasitəsi ilə təfəkkürümüz dünya və 
onun  ən  müxtəlif  çalarlarını...  adlandırmağa  cəhd  edir... 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
97
 
 
Adlandırdınsa, artıq dərk etdin deməkdir... dərk etməyənə 
qədər isə, adlandıra bilmirsən”
1

Sözün  yaranması  ilə  bağlı  bir  nümunəyə  baxaq.  Belə 
fərz  edək  ki,  ad  verməli  olduğumuz,  gerçəklik  vahidi  bu 
ana  qədər  bizə  məlum  deyil,  yəni  hələlik  onun  adı  və  nə 
işə  yaradığı  haqqında  heç  bir  məlumatımız  yoxdur.  Fərz 
edək  ki,  bizə  belə  bir  tərəvəz  növü  göstərilir  və  onunla 
bağlı əlavə məlumat da verilir:  
Bu  tərəvəz  qanda  olan  şəkə-
rin  yüksəlməsinin  qarşısını  alır 
və  şəkəri  stabil  saxlayır.  Bu  sə-
bəblə də o, bütün şəkər xəstələ-
rinin mətbəxində olmalıdır.  
Bu, xərçəng xəstəliyinə qarşı 
da  ən  effektiv  təsir  göstərən  tə-
rəvəz növlərindən biri sayılır. 
 
Belə hesab edək ki, ölkəmizdə satışa çıxarılması nəzər-
də  tutulan  bu  tərəvəzə  Azərbaycan  dilində  ad  vermək  və 
onu potensial müştərilərə tanıtmaq tələb olunur.  
Əgər bu tərəvəzin nə olduğu, nə məqsədlə istifadə edil-
diyi bizə məlum deyilsə, o halda bu şəkli gördüyümüz an 
beynimizdə  həmin  gerçəklik  vahidinə  (GV)  ekvivalent 
olan  və  aşağıda  qeyd  edilən  iki  tərkib  hissəsindən  ibarət 
yeni bir intellekt kodu (İK) yaranacaqdır: 
1) GV-nin ən üzdə olan xüsusiyyət-
lərini  əks  etdirən  GE;  2)  GE-nin 
yadda qalmasını təmin edən İO-1. 
 
ĠO-1 
Adı  bilinməyən  və  ya  olmayan  bütün  gerçəklik  vahidləri 
yaddaşımıza  məhz  bu  tipdən  olan,  yəni  iki  tərkib  hissəli 
                                                           
1
 Abdullayev K. Dilçiliyə səyahət..., 2010, s. 135. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə